• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • İdman
  • Kriminal
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

“Üç muşketyor” Şençjendə - sabahkı görüşün gizli şifrələri

Gündəm / Dünya

18-11-2026, 10:36

Cənubi Qafqaz və dünya üç böyük dövlətin liderlərinin görüşündən necə təsirlənə bilər?

Rusiya, Çin və ABŞ liderlərinin sabah - noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilməsi planlaşdırılan üçtərəfli görüşü, şübhəsiz ki, yaxın günlərdə beynəlxalq gündəmin əsas hadisələrindən biri olacaq. Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutacaq. Fransız yazıçısı Aleksandr Dümanın məşhur romanını yada salaraq, sabahkı iddialı görüşü “Üç muşketyor”la (“Les Trois Mousquetaires”) müqayisə edə bilərik.

Yeri gəlmişkən, görüşü Yalta konfransına bənzədənlər də az deyil. Yəni dünyaya yenidən bölüşdürülmə mesajı verildiyi düşünülür. 1945-ci ildə Yalta konfransı keçirilərkən Almaniya savaşda məğlub olmuşdu, Şərqi Avropada sovet ordusu yerləşirdi. ABŞ, Böyük Britaniya və SSRİ müharibədən qalib çıxmış əsas güclər idi. Bugünkü mənzərə isə tamamilə fərqlidir. Dünya 1945-ci ildəki dünya deyil. Üç böyük dövlətin liderinin bir masa arxasında əyləşməsi hələ dünyanın taleyinin həmin masada həll olunması demək deyil. Dünya iqtisadiyyatının və təhlükəsizlik sisteminin bir çox mühüm iştirakçıları bu üç dövlətin nəzarətində deyil. Hindistan var, Yaponiya var, nəhəng maliyyə resurslarına malik Avropa İttifaqı var.

Dünyanın üç böyük dövlət tərəfindən rəsmən bölüşdürülməsi real görünməsə də, onların öz aralarında razılaşaraq digər ölkələrin maraqlarına təsir göstərməsi ehtimalını da gözardı etmək olmaz. Ukrayna məsələsi buna nümunədir. Belə təəssürat yaranır ki, Ukraynada müharibənin dayandırılmasında indi bu üç dövlətin maraqları müəyyən dərəcədə üst-üstə düşə bilər.

Çin təxminən il yarım əvvəl sülh planı ilə çıxış etmişdi. Kiyevin sərt reaksiyasından sonra isə bu prosesə fəal şəkildə qoşulmadı. Ukrayna Çini müharibədə Rusiyaya dəstək verməkdə ittiham edir. Çin ABŞ-nin İranla, Rusiyanın isə Ukrayna ilə müharibəsindən müəyyən mənada fayda götürən ölkədir. Bu böhranlar rəqiblərini zəiflədir, resurslarını tükəndirir. İran böyük bazardır və Çinin tərəfdaşlarından biridir. Bununla belə, İran ətrafında baş verənlər Pekinə birbaşa xüsusi təsir göstərmir. Əksinə, Çin regionda öz mövqelərini daha da gücləndirmək imkanı qazanır. Ona görə də Çin liderinin bu iki müharibənin dayandırılması üçün Putinə və Trampa dil tökəcəyinə inanmaq çətindir. Amma üç supergüc olsa da, Ukraynanın taleyinə qərar verə bilməzlər və verə bilməyəcəklər də.

Şençjendə keçiriləcək görüş Azərbaycan üçün də diqqətlə izlənilməli hadisədir. Xüsusilə Cənubi Qafqazın nəqliyyat-kommunikasiya imkanları, Şərq-Qərb dəhlizi, enerji təhlükəsizliyi və regional sabitlik məsələləri böyük dövlətlərin gündəliyində müəyyən yer tuta bilər.

Qabil Hüseynli

Professor Qabil Hüseynli bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, Şençjen görüşü və görüşün nəticələri Azərbaycan tərəfindən xüsusi diqqətlə izlənilməlidir. Hətta onun nəticələri birbaşa Azərbaycanla bağlı olmasa belə, ABŞ, Çin və Rusiya arasında münasibətlərin gələcək istiqaməti Cənubi Qafqazın geosiyasi və geoiqtisadi mənzərəsinə təsir göstərə bilər: “Burada əsas məsələ dünyanın üç dövlət arasında bölüşdürülməsi deyil. Əsas məsələ bu dövlətlərin bir-birinin maraqlarını hansı həddə nəzərə almağa hazır olması və onların rəqabətinin hansı regionlarda davam edəcəyidir. Bu rəqabətin ən mühüm coğrafiyalarından biri məhz Cənubi Qafqazdır. Azərbaycanın ən böyük üstünlüklərindən biri onun Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən nəqliyyat marşrutunda mühüm mövqeyə malik olmasıdır. Çin üçün Avropa bazarlarına çıxış yollarının şaxələndirilməsi strateji əhəmiyyət daşıyır. Orta dəhliz bu baxımdan alternativ imkan yaradır. Xüsusilə Rusiya ərazisindən keçən ənənəvi şimal marşrutunun geosiyasi riskləri fonunda Transxəzər istiqamətinin əhəmiyyəti artır. Azərbaycanın gələcək geosiyasi çəkisi məhz iqtisadi və logistika imkanlarından nə dərəcədə səmərəli istifadə etməsindən asılı olacaq. Çünki müasir dünyada nəqliyyat dəhlizinə nəzarət etmək, müəyyən mənada, beynəlxalq iqtisadi münasibətlərdə təsir imkanına malik olmaq deməkdir.

ABŞ Cənubi Qafqazda iqtisadi və siyasi mövqelərini gücləndirmək, regional bağlantılarda iştirak etmək və alternativ ticarət marşrutlarının inkişafına töhfə vermək istəyir.

Çin Avropaya çıxış imkanlarının genişlənməsində, nəqliyyat marşrutlarının təhlükəsizliyində və ticarət əlaqələrinin şaxələndirilməsində maraqlıdır.

Rusiya regionda ənənəvi təsir imkanlarını qorumağa və Cənubi Qafqazdakı proseslərdən kənarda qalmamağa çalışır.

Bu maraqların heç biri tam şəkildə üst-üstə düşmür.

Bununla belə, Azərbaycanın maraqları baxımından mühüm bir imkan yaranır. Bakı müxtəlif güc mərkəzlərinin regional layihələrdə iştirakını özünün milli maraqları ilə uzlaşdıra bilər. Böyük dövlətlərin strateji münasibətlərində mümkün dəyişikliklər TRIPP layihəsinin gələcək siyasi mühitinə də təsir göstərə bilər.

Bundan başqa, ABŞ, Çin və Rusiya dünya enerji sisteminin üç mühüm iştirakçısıdır. Onların arasında münasibətlərin dəyişməsi neft, qaz, elektrik enerjisi və bərpaolunan enerji bazarlarına təsir göstərə bilər. Azərbaycanın üstünlüyü isə ondan ibarətdir ki, ölkəmiz həm ənənəvi enerji resurslarına, həm də Xəzər dənizində böyük bərpaolunan enerji potensialına malikdir".

Professor qeyd etdi ki, dünyanın üç böyük dövlətinin liderinin görüşündə İran məsələsinin də müzakirə olunacağı şübhəsizdir: “Çin İranla iqtisadi tərəfdaşlığını qorumaqda, Rusiya Tehranla strateji əlaqələrini davam etdirməkdə, ABŞ isə İranın regional və hərbi imkanlarını məhdudlaşdırmaqda maraqlıdır. Bu səbəbdən üç dövlətin İran məsələsində ortaq mövqeyə gəlməsi asan görünmür. Azərbaycan üçün optimal ssenari regionda hərbi eskalasiyanın qarşısının alınmasıdır. Bakı üçün İranla münasibətlərdə sabitliyin qorunması, eyni zamanda Türkiyə, ABŞ, Çin, Rusiya və Avropa ilə əməkdaşlığın inkişaf etdirilməsi vacibdir.

Azərbaycanın üstünlüyü onun müxtəlif geosiyasi istiqamətlərin kəsişməsində yerləşməsidir. Şimalda Rusiya, Şərqdə Xəzər dənizi və Mərkəzi Asiya, Cənubda İran, Qərbdə Türkiyə və Avropa istiqaməti. Bu coğrafiya həm imkanlar, həm də məsuliyyət yaradır. Azərbaycanın qarşısında duran əsas vəzifə böyük dövlətlərin rəqabətində tərəfə çevrilmək deyil, həmin rəqabətin yaratdığı iqtisadi və siyasi imkanlardan istifadə etməkdir. Azərbaycan üçün görüşdən sonra bir sıra məqamları izləmək xüsusilə vacibdir:

ABŞ və Çin arasında strateji rəqabətin yumşalması istiqamətində hansısa razılaşmanın əldə edilməsi;

Rusiya-ABŞ münasibətlərində Ukrayna müharibəsinə təsir göstərə biləcək yeni diplomatik xəttin formalaşması;

İranla bağlı mümkün ortaq yanaşmanın ortaya çıxması;

Böyük dövlətlərin beynəlxalq nəqliyyat və enerji təhlükəsizliyi məsələlərinə münasibəti;

Çin və ABŞ-ın Mərkəzi Asiya və Cənubi Qafqazdakı iqtisadi maraqlarının gələcək istiqaməti.

Bunlar izlənilməli istiqamətlər olacaq. Bu məsələlərin heç birinin Azərbaycanla bağlı konkret qərarla nəticələnəcəyini söyləmək olmaz. Lakin onların hər biri ölkəmizin strateji mühitinə təsir göstərə bilər".


Oxunub: 1
Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

16-11-2026, 14:28

Dünyanı bölüşdürmək istəyən üç liderin gizli planları: Avropanı və Cənubi Qafqazı hansı təhlükələr gözləyir

Gündəm

22-10-2026, 11:13

Ərdoğanın Əliyevə zənginin şifrələri...

Dünya

26-10-2026, 17:28

Kiyevdən üçtərəfli görüşlə bağlı TƏCİLİ BƏYANAT

Gündəm / Dünya

24-10-2026, 10:54

Sabah Paşinyanın taleyi həll olunur

Gündəm / Siyasət

19-10-2026, 17:05

Ankara ilə İrəvan arasında gizli anlaşma varmı? – sərhəd planı və Bakıda yaranan şübhələr

Şou Biznes
Maksim Qalkin Bakıda toyda - Fotolar
Məşhur müğənni 78 yaşında evləndi
Mübariz Tağıyev: “Oxumağa həvəsim yoxdur”
“Ayağın o qədər yüngüldür ki, Fransa yerlə-yeksan oldu” - VİDEO
Cəmiyyət
Dünən, 14:01
Azərbaycan toylarında görünməyən təhlükə – Qonaqlara nə verilir?
Dünən, 10:48
Hacıqabulda zəlzələ olub
18-11-2026, 13:26
Məşhur xəstəxana sökülür: Yerində bina tikiləcək? - Video
18-11-2026, 13:19
TƏBİB-in təcili yardım maşınları ilə bağlı tapşırığı: Bakıda sirenlər susmur
18-11-2026, 13:17
7603 ÖLÜM, MİNLƏRLƏ YARALI... – Azərbaycan yollarında nə baş verir? + DƏHŞƏTLİ STATİSTİKA
18-11-2026, 10:28
RUS DİLİNDƏ TƏHSİL DAVASI APARANLAR... - Və deputatın “qərbliyə salınan” iradı
Kriminal
6-11-2026, 13:15
Başı qazandan, ayaqları soyuducudan tapıldı – Tanınmış modelin dəhşətli qətli ilə bağlı YENİ DETALLAR
5-11-2026, 16:03
Türmədən tribunaya... - 12 il yatan DƏLƏDUZ hüquqşünasa necə çevrildi?
27-10-2026, 12:35
Qətldə ittiham olunan deputat oğluna narkotik ittihamı da verildi
Son xəbərlər
  • Dünən, 14:04
    Simonyan Azərbaycana gəlir
  • Dünən, 14:01
    Azərbaycan toylarında görünməyən təhlükə – Qonaqlara nə verilir?
  • Dünən, 13:47
    Paşinyandan Bakı ilə bağlı sürpriz həmlə – İrəvan nəyə hazırlaşır?
  • Dünən, 13:42
    Üçtərəfli görüşlə bağlı SON DƏQİQƏ: Liderlər BU MESAJI VERDİ - VİDEO
  • Dünən, 13:39
    Prezident Vyetnam Xəbər Agentliyinə MÜSAHİBƏ VERDİ
  • Dünən, 13:30
    Ukrayna Tatarıstanda neft nasos stansiyasını vurdu - Müdafiə Nazirliyi məlumat yaydı
  • Dünən, 12:44
    Erməni revanşistlərə ŞOK təklif – Bakının O tələbi...
  • Dünən, 11:41
    DİM SƏDRİ VƏZİFƏSİNDƏN AZAD OLUNDU - Rektor təyin edildi + DOSYE (Yenilənib)
  • Dünən, 11:38
    Yeni türk respublikası yaradılır: Krım tatarlarının liderindən mühüm açıqlama
  • Dünən, 11:35
    ONLAR İSTƏSƏLƏR, MÜHARİBƏ BİTƏR - Zelenskidən ABŞ və Çin liderlərinə mesaj
  • Dünən, 10:54
    YENİ “YALTA-2” MÜMKÜNDÜRMÜ? – Və ya Tramp, Putin və Si dünyanı yenidən bölüşdürə biləcəklərmi?
  • Dünən, 10:48
    Hacıqabulda zəlzələ olub
  • Dünən, 10:44
    “DAXİLİ İŞLƏRİMİZƏ MÜDAXİLƏDƏN ÇƏKİNMƏYƏ ÇAĞIRIRIQ..." - Azərbaycan XİN
  • 18-11-2026, 13:29
    Bayramovdan Türkiyə açıqlaması: Münasibətlər...
  • 18-11-2026, 13:26
    Məşhur xəstəxana sökülür: Yerində bina tikiləcək? - Video
  • 18-11-2026, 13:23
    İki liderdən Qərbə ŞOK mesaj - ABŞ onlara niyə bata bilmir?
  • 18-11-2026, 13:19
    TƏBİB-in təcili yardım maşınları ilə bağlı tapşırığı: Bakıda sirenlər susmur
  • 18-11-2026, 13:17
    7603 ÖLÜM, MİNLƏRLƏ YARALI... – Azərbaycan yollarında nə baş verir? + DƏHŞƏTLİ STATİSTİKA
  • 18-11-2026, 10:58
    Günəşdə güclü alışma baş verib
  • 18-11-2026, 10:52
    Avropa “vassala” çevrilir: Makron Əliyevin dediklərini təkrarladı
  • 18-11-2026, 10:48
    Ukraynadan DƏHŞƏTLİ ZƏRBƏ - 2 neft emalı zavodu VURULDU - VİDEO
  • 18-11-2026, 10:36
    “Üç muşketyor” Şençjendə - sabahkı görüşün gizli şifrələri
  • 18-11-2026, 10:34
    "BURA "DANIŞMAQXANA" YOX, PARLAMENTDİR" - Sahibə Qafarovadan deputata irad
  • 18-11-2026, 10:31
    ABŞ mane olmağa çalışıb, amma... - Krım körpüsü əməliyyatında "Starlink"dən istifadə edilməyib
  • 18-11-2026, 10:28
    RUS DİLİNDƏ TƏHSİL DAVASI APARANLAR... - Və deputatın “qərbliyə salınan” iradı
  • 18-11-2026, 10:23
    Ramiz Mehdiyev cəzasından narazıdır - Şikayət verdi
  • 17-11-2026, 18:55
    Dünya 2027-ci ildə cəhənnəmə dönəcək?
  • 17-11-2026, 18:50
    ABŞ tezliklə Ermənistana hərbi qüvvə yeridəcək: Bakı isə Azərbaycanı geostrateji cazibə mərkəzinə çevirir
  • 17-11-2026, 18:46
    Əvvəl deportasiya, sonra tam qovulma: Kənddə azərbaycanlılardan nə iz qaldı?- Foto/Video
  • 17-11-2026, 18:43
    DAĞIDILAN KRIM KÖRPÜSÜNDƏN YENİ GÖRÜNTÜLƏR - Moskva nə ilə cavab verəcək? +VİDEO (Yenilənib)
  • 17-11-2026, 12:42
    İNTERNET 3 AY OLMAYACAQ, BANKLARDAKI PULLAR SİLİNƏCƏK? – Həqiqət üzə çıxdı
  • 17-11-2026, 12:37
    İran bu ölkəni VURDU - Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ EDİLDİ
  • 17-11-2026, 12:33
    O gün - biz dirçəldik, ermənilər isə SSRİ-ni dağıtsalar da, hələ müstəqillik qazanmayıblar
  • 17-11-2026, 11:57
    London Bakı ilə HƏRBİ əlaqələri BUNA görə gücləndirir – Səfir detallardan danışdı
  • 17-11-2026, 11:51
    Sərt qışın yaxınlaşdığını göstərən MÜHÜM siqnal - DONACAĞIQ
Daha çox
15-11-2026, 12:11
“Tapdıq Əlibəyli sözün gözü ilə” kitabının təqdimatı keçirilib
18-11-2026, 10:34
"BURA "DANIŞMAQXANA" YOX, PARLAMENTDİR" - Sahibə Qafarovadan deputata irad
14-11-2026, 10:56
DONBAS, FİNLANDİYA, MOLDOVA, PRİBALTİKA... - Rusiyanın yeni tələbləri açıqlandı
17-11-2026, 12:33
O gün - biz dirçəldik, ermənilər isə SSRİ-ni dağıtsalar da, hələ müstəqillik qazanmayıblar
13-11-2026, 12:34
AZƏRBAYCANDA Aİ-95 BENZİNİ İLƏ BAĞLI NARAHATLIQ... – İstehsal niyə kəskin azalıb?
13-11-2026, 12:36
Marketlərdə müştərilər endirim adı altında belə aldadılır - Təhlükə ilə bağlı XƏBƏRDARLIQ
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi: Vəfa Qasımova
  • Telefon: (+99450) 277 95 00
  • E-mail: ofis@xtv.az
Müəllif hüquqları qorunur. XTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2026 XTV.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə