Kiyevdən üçtərəfli görüşlə bağlı TƏCİLİ BƏYANATUkrayna Prezidenti Volodimir Zelenski tərəflərin noyabr ayında nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi barədə razılığa gəldiklərini bəyan edib.
Musavat.com xəbər verir ki, Ukrayna liderinin sözlərinə görə, Amerika tərəfi Vladimir Putinin də bu görüşün keçirilməsinə razılıq verdiyini təsdiqləyib.
Zelenski danışıqlar prosesi ilə bağlı mövqeyini belə ifadə edib: "Bizim üçün Avropanın da bu prosesdə iştirak etməsi son derece vacibdir. Hesab edirik ki, əsas prioritet bu üçtərəfli görüşdə konkret nəticəyə nail olmaqdır.
Daha böyük nəticə isə liderlər səviyyəsində görüşün keçirilməsi üçün real imkanın yaranması olardı. Bundan əlavə, biz kritik dərəcədə mühüm olan enerji atəşkəsi məsələsini də qaldırmaq niyyətindəyik".
