• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • İdman
  • Kriminal
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Türmədən tribunaya... - 12 il yatan DƏLƏDUZ hüquqşünasa necə çevrildi?

Kriminal

Bu gün, 16:03

Adam 12 il həbsxanada oturur. Amma vaxtını hədər keçirmir! Nə fizika öyrənir, nə də dülgərlik. O, “zakonnik” yanaşması ilə Cinayət Məcəlləsindən maddələri əzbərləyir, məhkəmə sisteminin boşluqlarını saf-çürük eləyir və özünə virtual da olsa, bir “hüquq elmləri doktoru” mantiyası biçir.

Xanımlar və cənablar Yanılmadız, bəli odur - Kazım Abbasov, yaxud özünün bəzəkli pasport adı ilə desək “David Seliverstov”!

2022-ci ildə şərti azadlığa çıxıb. Cəza müddətinin bitməsinə hələ 2028-ci ilə qədər düz 6 il var. Məhkəmələrə qaçıb, "Amanın günüdür, şərti cəzamı ləğv edin!" iddiası ilə çıxış edib. Məhkəmələr isə femida tərəzisində bunun əməlini çəkib, bir ağızdan "Yox!" deyib, barəsindəki şərti cəza qüvvədə qalıb.

Normal adam nə edər?

Oturar evində, sakitcə çayını içər, 2028-ci ili gözləyər. Amma bizim "Bender" yox! O, daha böyük şou, böyük pullar həsrətindədir. Nəhayət, azadlığının ili çıxmamış, Davud ulduzunun parıltılı kölgəsi altında, 2023-cü ilin istidən ilanların qıvrıldığı bir günündə, hələ ki, o qədər də böyük olmayan bir otaqda təntənəli “teatr” qurulur. Səhnənin yuxarı başında bir poster var və üzərindəki hərf sırası hər kəsə mənəviyyat dərsi keçirir: “Sosial-iqtisadi həyatda qadın hüquqları”.

Posterin sağ küncündə, yuxarı başdan dairənin içindən kostyumlu, ağ köynəkdə, çərçivəsiz eynəkli, saçı daranmış, üzü təraş olunmuş foto var və altından “Hüquqşünas David Seliverstov” sözləri yazılıb!

Hələ bu harasıdır?

Tədbir haqda mətbuatda yayılan xəbərlər “David Seliverstov”un cəmi 1 il əvvəl cəza çəkdiyi 9 saylı Cəzaçəkmə Müəssisəsinə də gedib çatır. Xəbəri oxuyan türmə adminstrasiyası çaşbaş qalır – “Bu, Kazımbala deyil, 178.3.2? Kazım Elşən oğlu Abbasov?”

“Bu nə vaxt hüquq oxudu, nə vaxt hüquqşünas oldu” sualı da açıq qalır. Aradakı sükutu keçmişdə MTN-də şöbə rəisi olan dustaqlardan biri pozur – Nə istəyirsiz, “türmə akademiyası”nın fəxri doktorudur da…”

“David Seliverstov” fiqurunun ictimaiyyətə təqdim olunması və cəmiyyət arasında “etibarlı şəxs” imicinin formalaşdırılması təsadüfi və ya pərakəndə addımlarla deyil, kifayət qədər düşünülmüş və incə hesablanmış manipulyasiya mexanizmi üzərində qurulub. Bu prosesdə ən diqqətçəkən və maraqlı detallardan biri – Azərbaycan Vəkillər Kollegiyasının üzvü olan vəkillərin, o cümlədən vaxtilə Ruslan Qazıyev kimi tanınan, sonradan ad-soyadını Avraam Berman olaraq dəyişən vəkilin də qatılmasıdır. “David Seliverstov”un sağ tərəfdən boylandığı posterin sol küncünü Avraam Berman – Ruslan Qazıyev bəzəyir. Ortada isə deputat Anatoliy Rafailovun yaxın qohumu Gulmira Rafailovanın fotoları var. Yeri gəlmişkən, deputat Anatoliy Rafailovla o günlərdə çox yaxşı münasibətdə olan, onu “Magen David”in fəxri sədri elan edən “David Seliverstov” qaçaq düşdükdən sonra “topa” tutur.

Xeyriyyəçilik və hüquq pərdəsi altında qurulan bu parıltılı tamaşa, əslində “David Seliverstov”un gələcək maxinasiyaların təntənəli premyerası idi.

Tədbiri üzündə akademik ciddi-cəhdlə də o açır. Zalda kimlər var? Vəkillər Kollegiyasının üzvləri, deputatlar, media nümayəndələri... Hər kəs əl çalır, hüquqşünas “David” bəyin “dərin” mühazirəsinə qulaq asır. Zalda əyləşən 1-2 nəfəri çıxmaq şərti ilə kimsənin ağlına da gəlmir ki, mikrofona sarılan bu “beynəlxalq hüquq eksperti” cəmi bir neçə ay əvvəl dustaq forması geyinirdi və hazırda da Ədliyyə Nazirliyinin nəzarəti altında olan şərti məhkumdur!

“David Seliverstov” yaxşı bilir ki, bizim cəmiyyətdə 2 şeyə sorğu-sualsız inanırlar – bahalı pal-paltar geyinmiş birilərinə və dəbdəbəli zala. Adında “İsrail”, “Təl-Əviv” və ya “Magen David” olan beynəlxalq illüziyalar isə bu inamı birə beş artırıb.

Adam, sadəcə, “Magen David”i özünə qalxan edib və bir axşamın içində cəmiyyətə özünü “legitim hüquqşünas” kimi sırımağı bacarıb. Klassik status qurma əməliyyatı!

Bəs sonra nə oldu?

Bütün illüziyalar kimi “David Seliverstov”un da janqlyorluğu uzun sürə bilməzdi. Məhkəmələr şərti cəzanı ləğv etmədi, zərərçəkənlərin ah-vayı ərşə qalxdı, Musavat.com-a çatdı, dələduzluq əməllərinin üstü açılmağa başladı.

Və... “böyük hüquqşünas” birdən-birə yoxa çıxdı!

Hazırda 3 aydır ki, “David Seliverstov” qaçaq həyatı yaşayır. Gah o “Ben Qurion”da, gah da Gürcüstanda Jvari aşırımında görünür… hüquq-mühafizə orqanlarından gizlənməyə çalışır.

Kazım Abbasov – “David Seliverstov”un 4 illik azadlıq macərası göstərdi ki, bəzi adamlar üçün türmə cəza çəkmə müəssisəsi deyil, “Ostap Bender” Akademiyası”dır.

İndilik isə kino isə bitib! Bircə, Kazımbalanı ölkəyə gətirmək, ona “zəif yeri” olan Cinayət Məcəlləsini, xüsusilə 178.3.2 maddəsini bir daha “izah” eləmək qalır…

E.Məmmədəliyev,
Musavat.com

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

9-10-2026, 16:34

“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar

Gündəm / Siyasət

30-10-2026, 15:31

TDT çərçivəsində Bakı-Ankara münasibətləri... - Gözləntilər və reallıqlar

Gündəm / Siyasət

21-10-2026, 11:12

Mehdiyevə həbsdən xilas yolu

Gündəm / Siyasət

15-10-2026, 16:58

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Maraqlı / Cəmiyyət

Bu gün, 12:25

TÜRKİYƏ ÜÇÜN CANINDAN KEÇƏN AZƏRBAYCANLILAR – Qardaşlığın qanla yazılan tarixi + FOTOLAR

Şou Biznes
Mübariz Tağıyev: “Oxumağa həvəsim yoxdur”
“Ayağın o qədər yüngüldür ki, Fransa yerlə-yeksan oldu” - VİDEO
Cəmiyyət
Bu gün, 16:06
Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
Bu gün, 12:44
Özəl məktəblərdə QANDONDURAN təhsil haqları – Dövlət qarışmasa...
Bu gün, 12:28
DƏRMAN REKLAMI ADI İLƏ İNSANLARI ALDADIRLAR? – Professor ciddi təhlükədən danışdı
Bu gün, 12:25
TÜRKİYƏ ÜÇÜN CANINDAN KEÇƏN AZƏRBAYCANLILAR – Qardaşlığın qanla yazılan tarixi + FOTOLAR
Dünən, 15:27
METRO VƏ AVTOBUSDA 1 QƏPİKLİK GEDİŞ... – Daha kimlər bu güzəştdən yararlana biləcək?
Dünən, 15:16
“Son illər proqnozla real nəticələr arasında fərq özünü göstərir” - Millət vəkili
Kriminal
Bu gün, 16:03
Türmədən tribunaya... - 12 il yatan DƏLƏDUZ hüquqşünasa necə çevrildi?
27-10-2026, 12:35
Qətldə ittiham olunan deputat oğluna narkotik ittihamı da verildi
16-10-2026, 10:05
Azərbaycana qarşı görünməmiş hibrid hücumlar: Milli Məclisdən xəbərdarlıq
Son xəbərlər
  • Bu gün, 16:28
    Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş konfrans keçirildi - VİDEO
  • Bu gün, 16:09
    Trampa növbəti zərbə ABŞ-da nələr dəyişəcək?
  • Bu gün, 16:06
    Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
  • Bu gün, 16:03
    Türmədən tribunaya... - 12 il yatan DƏLƏDUZ hüquqşünasa necə çevrildi?
  • Bu gün, 12:44
    Özəl məktəblərdə QANDONDURAN təhsil haqları – Dövlət qarışmasa...
  • Bu gün, 12:42
    Kremldə 7 noyabr ƏNDİŞƏSİ
  • Bu gün, 12:39
    RƏCƏB TAYYİB ƏRDOĞAN AZƏRBAYCANA GƏLƏCƏK
  • Bu gün, 12:37
    ƏRDOĞANDAN AZƏRBAYCAN LİDERİNƏ XÜSUSİ MESAJ - VİDEO
  • Bu gün, 12:28
    DƏRMAN REKLAMI ADI İLƏ İNSANLARI ALDADIRLAR? – Professor ciddi təhlükədən danışdı
  • Bu gün, 12:25
    TÜRKİYƏ ÜÇÜN CANINDAN KEÇƏN AZƏRBAYCANLILAR – Qardaşlığın qanla yazılan tarixi + FOTOLAR
  • Bu gün, 12:21
    İKİNCİ ƏL AVTOMOBİL SATANLARIN NƏZƏRİNƏ - Qaydalar dəyişir
  • Dünən, 15:51
    Bakıya qarşı ağlasığmaz məscid həmləsi – Tehran bunu İrəvanda etdi
  • Dünən, 15:41
    Mübariz Tağıyev: “Oxumağa həvəsim yoxdur”
  • Dünən, 15:39
    Əliyev və Putindən İLGİNC Türkiyə açıqlaması – Rəqabət, yoxsa...
  • Dünən, 15:33
    Qərb sərhədimizdə böyük razılaşma anonsu
  • Dünən, 15:31
    Zəngəzurun yolunu kəsən “əjdaha” - savaş yaxında
  • Dünən, 15:27
    METRO VƏ AVTOBUSDA 1 QƏPİKLİK GEDİŞ... – Daha kimlər bu güzəştdən yararlana biləcək?
  • Dünən, 15:24
    Azərbaycanın borclanma limiti nə qədər olacaq? - PROQNOZ
  • Dünən, 15:19
    "Kəpəz" - "İmişli" matçında hakim səhvi - Rəhim Həsənov mübahisəli epizodlara aydınlıq gətirdi + VİDEO
  • Dünən, 15:16
    “Son illər proqnozla real nəticələr arasında fərq özünü göstərir” - Millət vəkili
  • Dünən, 15:13
    HANSI SOSİAL MÜAVİNƏTLƏR ARTIRILIR? – Bahalaşma və demoqrafik problemlər hökuməti hərəkətə geçirdi
  • Dünən, 11:42
    ABŞ-də SİYASİ ZƏLZƏLƏ: DEMOKRATLAR HƏR İKİ PALATANI ƏLƏ KEÇİRDİ – Tramp "veto" ilə hədələdi (Yenilənib)
  • 3-11-2026, 12:07
    ABŞ-da artıq İranla bağlı qərar verilib: hücum başlayır?
  • 3-11-2026, 12:03
    İranda azərbaycanlıların ana dili HƏSRƏTİ: Pezeşkian sözünü tutacaqmı? - SENSASİON YAZI
  • 3-11-2026, 11:58
    Əli Kərimli ilə bağlı KRİTİK GÜN
  • 3-11-2026, 11:55
    DİQQƏT! Moskva aeroportları BAĞLANDI, Yaroslavl ALOVLAR İÇİNDƏ, Ukrayna Moskvanı DAĞIDIR–493 PUA İLƏ!
  • 3-11-2026, 11:47
    Zəngəzurda SAVAŞ TƏHLÜKƏSİ: İranla bağlı NƏ BAŞ VERİR?
  • 3-11-2026, 11:45
    Rusiya, Moldova əldən getdi – Rumıniya ilə elə bir sənəd imzaladılar ki...
  • 3-11-2026, 11:40
    "ONA "ŞEF" DEYİRDİK, 55 MİN MAAŞ ALIRDI..." - 3,7 milyonluq mənimsəmə işi + FOTOLAR
  • 3-11-2026, 11:37
    BAKININ TƏLƏBİ İRƏVANDA BÖHRAN YARADIB – Paşinyan revanşistləri məğlub edə biləcəkmi?
  • 3-11-2026, 11:35
    YA SÜLH, YA NÜVƏ ZƏRBƏSİ, YA DA... - ABŞ-dəki seçkidən sonra İranı nə gözləyir?
  • 2-11-2026, 16:53
    Netanyahu Trampı İrana atom bombası atmağa sövq edir: 7 noyabrda... – Taker Karlsondan SENSASİON İDDİA
  • 2-11-2026, 16:48
    Trampın İlham Əliyevə dəvətinin İLGİNC səbəbləri – “Vaşinqton anlayır ki...”
  • 2-11-2026, 16:46
    Bakı Sinirlioğlunun namizədliyinə "sinirli"dir? - Detallar
  • 2-11-2026, 16:43
    Bağçalı Bakıya gəlir – Ankara ilə soyuqluq BÖHRANA girir?
Daha çox
30-10-2026, 12:18
ZELENSKİ “VƏDİNİ POZDU”... - Ukrayna yenə neft zavodunu vurdu + VİDEO
30-10-2026, 12:28
Prezident İlham Əliyev TDT-nin sammitində niyə iştirak etmədi? – Bizim mülahizə
30-10-2026, 12:22
TDT-nin yeni baş katibi bəlli oldu
30-10-2026, 12:32
Hava şəraiti ilə bağlı SON DƏQİQƏ XƏBƏRDARLIĞI
30-10-2026, 15:31
TDT çərçivəsində Bakı-Ankara münasibətləri... - Gözləntilər və reallıqlar
3-11-2026, 12:03
İranda azərbaycanlıların ana dili HƏSRƏTİ: Pezeşkian sözünü tutacaqmı? - SENSASİON YAZI
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi: Vəfa Qasımova
  • Telefon: (+99450) 277 95 00
  • E-mail: ofis@xtv.az
Müəllif hüquqları qorunur. XTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2026 XTV.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə