• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • İdman
  • Kriminal
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

RUS DİLİNDƏ TƏHSİL DAVASI APARANLAR... - Və deputatın “qərbliyə salınan” iradı

Cəmiyyət

18-11-2026, 10:28

Özünü ziyalı hesab edən tanınmış rusdilli simaların rus dilində təhsili necə “qan-tər içində” müdafiə etdiyini görəndə, bunun arxasında hansısa başqa məqamların durduğuna dair ciddi şübhələr yaranır

"Hazırda Azərbaycanda rus bölməsində 157 min, Azərbaycan bölməsində isə 1 milyon 570 min şagird təhsil alır. bir şagirdin dövlət büdcəsi hesabına illik maliyyələşməsi 2 min manat təşkil edir. Azərbaycanda, görəsən, ingilis, çin və fransız dillərində dövlət hesabına təhsil verən məktəb varmı? Demək olar ki, yoxdur. Belə olan halda görəsən rus dilinin Azərbaycanda xüsusi əlahiddə statusu nədir ki, 157 min şagird bu dildə təhsil alır, onun da xərclərini dövlət ödəyir?!”

Millət vəkili Hikmət Məmmədovun Milli Məclisdə sələndirdiyi bu fikirlər geniş müzakirələrə, hətta mübahisələrə səbəb olub.

Əslində, bu polemikalara çox qısa və sərt cavab Azərbyacan Konstitusiyasının 21-ci maddəsidir: “Azərbaycanın dövlət dili Azərbaycan dilidir”!

Vəssalam. Qanunla Azərbaycanda rus dilinin hər hansı rəsmi və ya xüsusi hüquqi (dövlət dili və ya rəsmi dil) statusu yoxdur.

Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 45-ci maddəsinə əsasən, hər kəsin ana dilindən istifadə etmək və istədiyi dildə tərbiyə və təhsil almaq hüququ vardır. Heç kəs bu hüquqdan məhrum edilə bilməz.

Qanunvericilik hər kəsə ana dilindən sərbəst istifadə etmək hüququ verir(“Ana dili” demişkən, ya xoşbəxtlikdən, ya da bədbəxtlikdən övladlarını rus sektoruna qoymağa çalışanların az qala 90 faizinin ana dili Azərbaycan dilidir…) və eyni zamanda dövlət dilinin məcburi tədrisini tələb edir.

Yəni, qanunda digər dillərdən istifadəyə heç bir qadağa yoxdur, sadəcə, dövlət dili Azərbaycan dilidir və təbii ki, dövlət hesabına təhsil də ilk növbədə dövlət dilində olmalıdır. Bu, rus dilində pulsuz təhsili birmənalı istisna, yaxud qadağan edirmi? Xeyr, etmir.

 

Lakin müstəqil, suveren, öz bayrağı, gerbi, dövlət dili olan bir ölkədə ümumiyyətlə bu mövzunun gündəm olması - digər bir ölkənin rəsmi dövlət dilinin bu qədər cəmiyyətə hopması və bu gün onun ətrafında bu qədər mübahisələrin edilməsi heç də strateji baxımdan ürəkaçan mənzərə deyil. Eyni zamanda, məsələn, mağazaya adi satıcı götürən zaman belə Azərbyacan vətəndaşının qarşısına rus dilini bilmək tələbinin qoyulması da qəti ürəkaçan mənzərə deyil…

Aydın məsələdir ki, Azərbaycanda əcnəbi dildə, xüsusilə də rus dilində orta və ali təhsil insan hüquqları, azad seçim, təhsilin dünya ədəbiyyatına, elminə çıxış imkanları və s. deyil, ilk növbədə milli təhlükəsizlik məsələsidir. Təəssüf ki, Azərbyacanın yerləşdiyi coğrafiya və qonşu dövlətlərin apardığı aqressiv xarici siyasət digər məsələlərlə yanaşı, dil məsələsində də olduqca diqqətli və ehtiyatlı davranmağı tələb edir. Bu zaman xarici dildə pulsuz təhsili dərhal qadağan edib ifrata varmaq nə qədər təhlükəlidirsə, bu dilin cəmiyyətdə həddindən artıq yayılaraq “şişməsi” – dövlət dilini sıxışdırması, nazirliklərdə, idarələrdə, banklarda və s. əsas dilə çevrilməsi, insanlar arasına “1-ci sort, 2-ci sort” ayrıseçkiliyi salması, ən əsası isə xarici dövlətin əlində yumşaq siyasi gücə, alətə çevrilməsi ondan da təhlükəlidir. Bu baxımdan adıçəkilən deputatın sözlərini “qəribliyə salmaq” qətiyyən doğru deyil…

Rus dilində təhsilin pullu olması təklifinə gəlincə, rusdilli azərbaycanlılarla Azərbaycandakı rus kökənli vətəndaşlarımızın say nisbətini götürsək, görərik ki, özlərini “rusdilli azərbaycanlılar” adlandıranlar rus kökənli həmvətənlərimizdən dəfələrlə, bəlkə də 10 dəfə çoxdurlar. Ən çox rus məktəbləri “davası” aparanlar da onlardır. Təəssüf ki, Azərbaycanda özünü ziyalı hesab edən xeyli sayda tanınmış rusdilli sima var ki, onların rus dilini və rus dilində təhsili necə “qan-tər içində” müdafiə etdiyini, hətta bu zaman öz millətini kiçiltməkdən belə çəkinmədiyini görəndə, bunun arxasında hansısa başqa məqamların durduğuna dair ciddi şübhələr yaranır. Və bu şübhələrin izi bəzən qonşu ölkələrə qədər uzanır…

Belələrinin arqumentlərində rus sektorunda təhsil Rusiya ilə tarixi, siyasi, mədəni, iqtisadi və s. əlaqələrlə, həmçinin dünya elminə, ədəbiyyatına məhz rus dili vasitəsilə çıxış imkanlarıyla izah edilir. Lakin əgər eyni məntiqdən çıxış etsək, həmin əlaqələr farslarla, gürcülərlə, hətta ərəblərlə də var. O zaman həmin dillərdə də pulsuz orta və ali təhsil təşkil edilməlidirmi? Yaxud, rus və dünya ədəbiyyatına, elminə çıxış və ümumilikdə təhsilin səviyyəsi guya rus dilində təhsillə şərtlənirsə, o zaman Azərbaycan dilində təhsil kimin üçündür?

Nəhayət, belə mövzularda dünya təcrübəsinə, xüsusilə də qonşulara baxmaqda fayda var. Nə 10 milyonlarla azərbaycanlının yaşadığı İranda, nə də yenə milyonlarla həmvətənimizin olduğu Rusiyada dövlət hesabına Azərbaycan məktəbləri (Dərbənddəki 1 məktəb istisna olmaqla) yoxdur…

Rusiyada hələ 2018-ci ildə qəbul edilən qanunla faktiki olaraq digər yerli qeyri-rus xalqların dillərində təhsilin məcburi xarakteri aradan qaldırıldı və rus dili yeganə məcburi dilə çevrildi.

Rusiya Duması bu il qeyri millətlərdən olan miqrantların uşaqlarının məktəbə qəbulunu əngəlləyən qanun hazırladı. Həmin qanuna görə, Rusiya vətəndaşı olmayan və qeyri millətlərdən olanların övladlarına orta təhsil pulla veriləcək. Yəni, Rusiyanın özündə qeyri-ruslar, o cümlədən Rusiya vətəndaşlığı olmayan azərbaycanlılar üçün rus dilində təhsil pullu olacaq! Azərbaycanda isə rus dilində təhsil pulsuzdur!

Qazaxıstanda məktəblərdə rus sektoruna aid siniflərin sürətlə azalması müşahidə olunur. Özü də bu, hökumətin hər hansı bir qərarı, siyasəti ilə deyil, valideynlərin öz uşaqlarını getdikcə daha çox rus yox, qazax dilində oxutmağa üstünlük verməsilə bağlıdır.

Bizdə isə bir çox valideynlər az qala Təhsil Nazirliyi ilə qırğına çıxırlar ki, nədən övladlarına rus sektorunda yer tapa bilmirlər? Bu “rus sektoru sevgisi”ni guya rus sektorunda təhsilin keyfiyyətinin daha yüksək olması, dünya ədəbiyyatına, elminə yol açması ilə bağlı olduğu barədə deyilənlər isə cəfəngiyyat və bəhanə təsiri bağışlayır. Bu, daha çox bəzi valideynlərin öz daxilindəki Azərbaycanı, azərbaycançılığı kiçik, aciz, dəyərsiz görmənin ört-basdır edilməsidir…

Azərbaycan Prezidenti IV Şuşa Qlobal Media Forumunda bu mövzuyla bağlı konkret fikir bildirib: “Biz SSRİ-nin bir hissəsi idik, bəli, amma hüquqlarımız yox idi. Bizim tarixi yaddaşımızda müstəmləkə olmağın və sonra azad dövlətə çevrilməyin nə demək olduğu anlayışı qalıb”.

Bəli, elədir. İndi isə bu tarixi yaddaşa sahib çıxmaq və ona yeni səhifələri də məhz öz Ana Dilimizdə yazmaq lazımdır…

Oxunub: 1
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

3-11-2026, 12:03

İranda azərbaycanlıların ana dili HƏSRƏTİ: Pezeşkian sözünü tutacaqmı? - SENSASİON YAZI

Gündəm / Cəmiyyət

27-10-2026, 13:30

Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...

Cəmiyyət

5-11-2026, 12:44

Özəl məktəblərdə QANDONDURAN təhsil haqları – Dövlət qarışmasa...

---

13-11-2026, 12:44

Etibar Pirverdiyevin milyonları: 17 İLLİK “AZƏRENERJİ” DÖVRÜNÜN QARANLIQ SİRLƏRİ AÇILIR!

Gündəm / Siyasət

30-10-2026, 15:31

TDT çərçivəsində Bakı-Ankara münasibətləri... - Gözləntilər və reallıqlar

Şou Biznes
Maksim Qalkin Bakıda toyda - Fotolar
Məşhur müğənni 78 yaşında evləndi
Mübariz Tağıyev: “Oxumağa həvəsim yoxdur”
“Ayağın o qədər yüngüldür ki, Fransa yerlə-yeksan oldu” - VİDEO
Cəmiyyət
Dünən, 14:01
Azərbaycan toylarında görünməyən təhlükə – Qonaqlara nə verilir?
Dünən, 10:48
Hacıqabulda zəlzələ olub
18-11-2026, 13:26
Məşhur xəstəxana sökülür: Yerində bina tikiləcək? - Video
18-11-2026, 13:19
TƏBİB-in təcili yardım maşınları ilə bağlı tapşırığı: Bakıda sirenlər susmur
18-11-2026, 13:17
7603 ÖLÜM, MİNLƏRLƏ YARALI... – Azərbaycan yollarında nə baş verir? + DƏHŞƏTLİ STATİSTİKA
18-11-2026, 10:28
RUS DİLİNDƏ TƏHSİL DAVASI APARANLAR... - Və deputatın “qərbliyə salınan” iradı
Kriminal
6-11-2026, 13:15
Başı qazandan, ayaqları soyuducudan tapıldı – Tanınmış modelin dəhşətli qətli ilə bağlı YENİ DETALLAR
5-11-2026, 16:03
Türmədən tribunaya... - 12 il yatan DƏLƏDUZ hüquqşünasa necə çevrildi?
27-10-2026, 12:35
Qətldə ittiham olunan deputat oğluna narkotik ittihamı da verildi
Son xəbərlər
  • Dünən, 14:04
    Simonyan Azərbaycana gəlir
  • Dünən, 14:01
    Azərbaycan toylarında görünməyən təhlükə – Qonaqlara nə verilir?
  • Dünən, 13:47
    Paşinyandan Bakı ilə bağlı sürpriz həmlə – İrəvan nəyə hazırlaşır?
  • Dünən, 13:42
    Üçtərəfli görüşlə bağlı SON DƏQİQƏ: Liderlər BU MESAJI VERDİ - VİDEO
  • Dünən, 13:39
    Prezident Vyetnam Xəbər Agentliyinə MÜSAHİBƏ VERDİ
  • Dünən, 13:30
    Ukrayna Tatarıstanda neft nasos stansiyasını vurdu - Müdafiə Nazirliyi məlumat yaydı
  • Dünən, 12:44
    Erməni revanşistlərə ŞOK təklif – Bakının O tələbi...
  • Dünən, 11:41
    DİM SƏDRİ VƏZİFƏSİNDƏN AZAD OLUNDU - Rektor təyin edildi + DOSYE (Yenilənib)
  • Dünən, 11:38
    Yeni türk respublikası yaradılır: Krım tatarlarının liderindən mühüm açıqlama
  • Dünən, 11:35
    ONLAR İSTƏSƏLƏR, MÜHARİBƏ BİTƏR - Zelenskidən ABŞ və Çin liderlərinə mesaj
  • Dünən, 10:54
    YENİ “YALTA-2” MÜMKÜNDÜRMÜ? – Və ya Tramp, Putin və Si dünyanı yenidən bölüşdürə biləcəklərmi?
  • Dünən, 10:48
    Hacıqabulda zəlzələ olub
  • Dünən, 10:44
    “DAXİLİ İŞLƏRİMİZƏ MÜDAXİLƏDƏN ÇƏKİNMƏYƏ ÇAĞIRIRIQ..." - Azərbaycan XİN
  • 18-11-2026, 13:29
    Bayramovdan Türkiyə açıqlaması: Münasibətlər...
  • 18-11-2026, 13:26
    Məşhur xəstəxana sökülür: Yerində bina tikiləcək? - Video
  • 18-11-2026, 13:23
    İki liderdən Qərbə ŞOK mesaj - ABŞ onlara niyə bata bilmir?
  • 18-11-2026, 13:19
    TƏBİB-in təcili yardım maşınları ilə bağlı tapşırığı: Bakıda sirenlər susmur
  • 18-11-2026, 13:17
    7603 ÖLÜM, MİNLƏRLƏ YARALI... – Azərbaycan yollarında nə baş verir? + DƏHŞƏTLİ STATİSTİKA
  • 18-11-2026, 10:58
    Günəşdə güclü alışma baş verib
  • 18-11-2026, 10:52
    Avropa “vassala” çevrilir: Makron Əliyevin dediklərini təkrarladı
  • 18-11-2026, 10:48
    Ukraynadan DƏHŞƏTLİ ZƏRBƏ - 2 neft emalı zavodu VURULDU - VİDEO
  • 18-11-2026, 10:36
    “Üç muşketyor” Şençjendə - sabahkı görüşün gizli şifrələri
  • 18-11-2026, 10:34
    "BURA "DANIŞMAQXANA" YOX, PARLAMENTDİR" - Sahibə Qafarovadan deputata irad
  • 18-11-2026, 10:31
    ABŞ mane olmağa çalışıb, amma... - Krım körpüsü əməliyyatında "Starlink"dən istifadə edilməyib
  • 18-11-2026, 10:28
    RUS DİLİNDƏ TƏHSİL DAVASI APARANLAR... - Və deputatın “qərbliyə salınan” iradı
  • 18-11-2026, 10:23
    Ramiz Mehdiyev cəzasından narazıdır - Şikayət verdi
  • 17-11-2026, 18:55
    Dünya 2027-ci ildə cəhənnəmə dönəcək?
  • 17-11-2026, 18:50
    ABŞ tezliklə Ermənistana hərbi qüvvə yeridəcək: Bakı isə Azərbaycanı geostrateji cazibə mərkəzinə çevirir
  • 17-11-2026, 18:46
    Əvvəl deportasiya, sonra tam qovulma: Kənddə azərbaycanlılardan nə iz qaldı?- Foto/Video
  • 17-11-2026, 18:43
    DAĞIDILAN KRIM KÖRPÜSÜNDƏN YENİ GÖRÜNTÜLƏR - Moskva nə ilə cavab verəcək? +VİDEO (Yenilənib)
  • 17-11-2026, 12:42
    İNTERNET 3 AY OLMAYACAQ, BANKLARDAKI PULLAR SİLİNƏCƏK? – Həqiqət üzə çıxdı
  • 17-11-2026, 12:37
    İran bu ölkəni VURDU - Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ EDİLDİ
  • 17-11-2026, 12:33
    O gün - biz dirçəldik, ermənilər isə SSRİ-ni dağıtsalar da, hələ müstəqillik qazanmayıblar
  • 17-11-2026, 11:57
    London Bakı ilə HƏRBİ əlaqələri BUNA görə gücləndirir – Səfir detallardan danışdı
  • 17-11-2026, 11:51
    Sərt qışın yaxınlaşdığını göstərən MÜHÜM siqnal - DONACAĞIQ
Daha çox
15-11-2026, 12:11
“Tapdıq Əlibəyli sözün gözü ilə” kitabının təqdimatı keçirilib
18-11-2026, 10:34
"BURA "DANIŞMAQXANA" YOX, PARLAMENTDİR" - Sahibə Qafarovadan deputata irad
14-11-2026, 10:56
DONBAS, FİNLANDİYA, MOLDOVA, PRİBALTİKA... - Rusiyanın yeni tələbləri açıqlandı
17-11-2026, 12:33
O gün - biz dirçəldik, ermənilər isə SSRİ-ni dağıtsalar da, hələ müstəqillik qazanmayıblar
13-11-2026, 12:34
AZƏRBAYCANDA Aİ-95 BENZİNİ İLƏ BAĞLI NARAHATLIQ... – İstehsal niyə kəskin azalıb?
13-11-2026, 12:36
Marketlərdə müştərilər endirim adı altında belə aldadılır - Təhlükə ilə bağlı XƏBƏRDARLIQ
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi: Vəfa Qasımova
  • Telefon: (+99450) 277 95 00
  • E-mail: ofis@xtv.az
Müəllif hüquqları qorunur. XTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2026 XTV.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə