• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • İdman
  • Kriminal
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Əhaliyə ŞOK xəbərdarlıq: “Dörd gəncdən biri...”

Gündəm / Səhiyyə

Dünən, 11:00

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünya üzrə yeniyetmələrin təxminən dörddə biri həftədə bir saat belə fiziki fəaliyyətlə məşğul olmur. Bu da onlarda ürək-damar xəstəlikləri, 2-ci tip diabet və müəyyən xərçəng növlərinin inkişaf riskini artırır. Tədqiqatın nəticələri “The Lancet Global Health” jurnalında dərc olunub.

Təşkilatın hesablamalarına görə, 11-17 yaş arası təxminən 240 milyon yeniyetmə həftədə bir dəfə də olsun aktiv gün keçirməyib. Söhbət gündə ən azı 60 dəqiqə orta və ya intensiv fiziki fəaliyyətdən gedir. Nəticələr 140 ölkə və ərazidə 3,2 milyondan çox yeniyetmənin məlumatlarına əsaslanır. Qızlar və oğlanlar arasındakı fərq xüsusilə nəzərə çarpıb. Qızların 28%-i, oğlanların isə 22%-i həftədə bir dəfə də olsun aktiv gün keçirməyib. Qızların 11%-i gündəlik fiziki fəaliyyətlə məşğul olub, oğlanlarda isə bu rəqəm 17% olub.

ÜST-ün məlumatına görə, vəziyyət son 15 ildə demək olar ki, dəyişməz qalıb. Fəaliyyət səviyyələrinə yalnız şəxsi vərdişlər deyil, həm də gündəlik həyat şəraiti təsir göstərir: küçə təhlükəsizliyi, idman qurğularına çıxış, gəzinti və ya velosiped sürmək imkanı, eləcə də məktəb mühiti və ekran qarşısında vaxt. Təşkilat ölkələri fiziki fəaliyyəti yeniyetmələrin gündəlik həyatının təhlükəsiz və əlçatan hissəsinə çevirən şərait yaratmağa çağırıb.

Bəs oturaq həyat tərzinin gənclər və uşaqlar üçün başqa hansı fəsadları mümkündür? Ümumiyyətlə, rəqəmsallaşma dönəmində fiziki aktivlik problemini necə həll eləmək olar?

Pediatr Gülşən Əliyeva Musavat.com-a bildirib ki, 30-40 il öncə şagirdlər həm də evdə işçi qüvvəsi idilər, yəni köməklik edirdilər:

“Çünki bu qədər avadanlıqlar yox idi. Paltar əllə yuyulurdu, qablar əllə yuyulurdu, otaqlar əllə təmizlənirdi, kənd şəraitində uşaqlar bağda kömək edirdilər, dərsdən sonra və yaxud da heyvandarlıqla bağlı köməklik göstərirdilər. Bundan başqa, uşaqların əksəriyyəti dərsdən sonra həyətdə bir-biri ilə müxtəlif oyunlar oynayır, fiziki aktiv olurdular. Oturaq qalmaq üçün də elə bir səbəb yox idi. Uşaq dərsini bitirəndən sonra saatlarla oturmur, hərəkət edirdi. Ekran qarşısında keçirilən vaxt da çox az idi. Cəmi bir neçə televiziya kanalı var idi və həmin kanallarda da uşaqlar üçün müəyyən saatlarda, bəlkə də bir-iki saatlıq proqramlar yayımlanırdı. Beləliklə, uşaqlar istəsələr də, istəməsələr də, fiziki cəhətdən aktiv idilər”.

Həkim qeyd edib ki, əvvəllər uşaqlar məktəbə əsasən piyada gedib-gəlirdilər: “Çox vaxt hər kəs yaşadığı əraziyə yaxın məktəbdə oxuyurdu. İndiki dövrdə isə vəziyyət fərqlidir. Uşaqların əksəriyyəti məktəbə piyada getmir, avtomobillə və ya məktəb servisi ilə aparılıb-gətirilir. Piyada gedənlərin payının 50 faizdən aşağı olduğunu düşünürəm, amma bu rəqəmi təxmini deyirəm, dəqiq statistik məlumatım yoxdur. Bu da uşaqların gündəlik fiziki aktivliyini azaldan amillərdən biridir. İkinci mühüm amil uşaqların ekran qarşısında keçirdikləri vaxtın çox olmasıdır. Onlar saatlarla telefon, planşet və kompüter qarşısında otururlar. Bəzən ekrana baxmağa dərslərindən daha çox vaxt sərf edirlər. Telefon, planşet və kompüter ekranlarına yaxından və uzun müddət baxmaq gözlərə zərər verə, görmə problemlərinə səbəb ola bilər. Yaxın məsafəyə uzun müddət fokuslanmaq görmə ilə bağlı problemlərin yaranma riskini artırır. Bu səbəbdən uşaqlarda eynəkdən istifadə halları çoxalır”.

Gülşən Əliyevaya görə, fiziki aktivliyin az olmasının ilk fəsadlarından biri artıq çəki və piylənmədir: “Artıq çəki karbohidrat mübadiləsinin pozulmasına, mübadilə proseslərində dəyişikliklərə səbəb ola bilər. Bu isə öz növbəsində kökəlməni daha da sürətləndirən qüsurlu bir dövr yaradır. Bundan başqa, hormonal dəyişikliklər, ürək-damar sistemi ilə bağlı problemlər də meydana çıxa bilər”

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-11-2026, 13:06

Azərbaycan üçün ŞOK TƏHLÜKƏ - Hər şeyə HAZIR OLUN, bu təlimatları oxuyun

Gündəm / Siyasət

30-10-2026, 15:31

TDT çərçivəsində Bakı-Ankara münasibətləri... - Gözləntilər və reallıqlar

Gündəm / Cəmiyyət

27-10-2026, 13:30

Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...

Gündəm / Cəmiyyət

9-10-2026, 16:34

“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar

Gündəm / Siyasət

22-10-2026, 10:53

DÜNYA NİZAMI SARSILIR, AVROPA İKİ OD ARASINDA... – Böyük güclərin planı nədir?

Şou Biznes
Məşhur müğənni 78 yaşında evləndi
Mübariz Tağıyev: “Oxumağa həvəsim yoxdur”
“Ayağın o qədər yüngüldür ki, Fransa yerlə-yeksan oldu” - VİDEO
Cəmiyyət
Dünən, 11:09
Yağış yağacaq, temperatur 10 dərəcə düşəcək - XƏBƏRDARLIQ
13-11-2026, 12:41
Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?
13-11-2026, 12:36
Marketlərdə müştərilər endirim adı altında belə aldadılır - Təhlükə ilə bağlı XƏBƏRDARLIQ
12-11-2026, 12:22
Valideynin cəzası 200 manatdır, bəs uşağın yaşadığı travma? - MÜHÜM AÇIQLAMA
12-11-2026, 12:16
Korrupsiya həbsləri başladı - Pəncərədən DOLLARLA DOLU ÇAMADANLAR atıldı - VİDEO
12-11-2026, 12:10
İrəvanda Azərbaycan məscidi alkoqollu içkilər satılan kafeyə çevrildi - ŞOK GÖRÜNTÜLƏR
Kriminal
6-11-2026, 13:15
Başı qazandan, ayaqları soyuducudan tapıldı – Tanınmış modelin dəhşətli qətli ilə bağlı YENİ DETALLAR
5-11-2026, 16:03
Türmədən tribunaya... - 12 il yatan DƏLƏDUZ hüquqşünasa necə çevrildi?
27-10-2026, 12:35
Qətldə ittiham olunan deputat oğluna narkotik ittihamı da verildi
Son xəbərlər
  • Dünən, 11:09
    Yağış yağacaq, temperatur 10 dərəcə düşəcək - XƏBƏRDARLIQ
  • Dünən, 11:06
    Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
  • Dünən, 11:03
    Paşinyan Türkiyə ilə sərhədlərin açılacağı vaxtdan danışdı: “Son addıma yaxınıq”
  • Dünən, 11:00
    Əhaliyə ŞOK xəbərdarlıq: “Dörd gəncdən biri...”
  • Dünən, 10:56
    DONBAS, FİNLANDİYA, MOLDOVA, PRİBALTİKA... - Rusiyanın yeni tələbləri açıqlandı
  • Dünən, 10:53
    TRAMPIN TƏHLÜKƏLİ SİYASİ OYUNU... - O, ABŞ-ni xilas edir, yoxsa imperiyanin sonunu yaxınlaşdırır?
  • 13-11-2026, 12:41
    Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?
  • 13-11-2026, 12:39
    AZƏRBAYCANDA YENİ GÜZƏŞTLİ MƏNZİLLƏR SATIŞA ÇIXARILIR - Tarix + Qiymətlər
  • 13-11-2026, 12:36
    Marketlərdə müştərilər endirim adı altında belə aldadılır - Təhlükə ilə bağlı XƏBƏRDARLIQ
  • 13-11-2026, 12:34
    AZƏRBAYCANDA Aİ-95 BENZİNİ İLƏ BAĞLI NARAHATLIQ... – İstehsal niyə kəskin azalıb?
  • 12-11-2026, 12:22
    Valideynin cəzası 200 manatdır, bəs uşağın yaşadığı travma? - MÜHÜM AÇIQLAMA
  • 12-11-2026, 12:18
    BANKLARIN KREDİT HESABLAMASI DƏYİŞDİ... – Kredit almaq istəyənləri nə gözləyir?
  • 12-11-2026, 12:16
    Korrupsiya həbsləri başladı - Pəncərədən DOLLARLA DOLU ÇAMADANLAR atıldı - VİDEO
  • 12-11-2026, 12:13
    Özünə qəbir qazdıranlar cərimələnəcək
  • 12-11-2026, 12:10
    İrəvanda Azərbaycan məscidi alkoqollu içkilər satılan kafeyə çevrildi - ŞOK GÖRÜNTÜLƏR
  • 12-11-2026, 12:07
    ABŞ-nin qorxulu Xəzər planı - Azərbaycana təhlükə
  • 12-11-2026, 01:32
    Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
  • 12-11-2026, 01:28
    Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
  • 12-11-2026, 01:24
    Azərbaycan Avropanın enerji xəritəsini dəyişir – Dörd ölkənin yeni sazişi nə vəd edir?
  • 12-11-2026, 01:20
    Nərmin Abdinova Avropa çempionatında qızıl medal qazanıb
  • 12-11-2026, 01:19
    Qərbi Azərbaycanın yaddaş xəritəsi: Qursalı kəndinin tarixi - FOTO+VİDEO
  • 12-11-2026, 01:16
    Azərbaycanda Konstitusiya Günüdür
  • 12-11-2026, 01:14
    Sammitdə üç türk lideri arasında səmimi anlar – FOTOLAR
  • 11-11-2026, 16:34
    DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
  • 11-11-2026, 16:29
    NATO-da 20 ilin ən böyük hərbi islahatı: Bütün diqqət yalnız Rusiyaya qarşı müharibəyə yönəldilir
  • 11-11-2026, 16:27
    "Nazirlər Kabineti və Tarif Şurası bir günün içində bu məsələni həll edə bilər"
  • 11-11-2026, 16:25
    Rusiya ilə Ukrayna arasında BÖYÜK anlaşma: Putinin köməkçisi açıqladı - CANLI
  • 11-11-2026, 13:20
    Netanyahu çıxış edərkən sabiq Baş nazirlə mübahisə etdi - VİDEO
  • 11-11-2026, 13:17
    İlham Əliyev Antalyadakı Ekspo Mərkəzinə gəlib - COP31-in Liderlər Sammitində iştirak edəcək
  • 11-11-2026, 13:14
    XAMENEİ “VURUN” ƏMRİ VERDİ - İran raketləri Avropaya çatacaqmı?
  • 11-11-2026, 01:32
    Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək VİDEO
  • 11-11-2026, 01:27
    Rusiya-Ukrayna müharibəsində diqqətçəkən yenilik: Rıjenkov açıqladı
  • 11-11-2026, 01:24
    İşçilərə görünməmiş nəzarət – 30 dəqiqə "maus"a toxunmayanlar cəzalandırılır!
  • 11-11-2026, 01:21
    SSRİ-i əfsanəsi dəyişir – Daha yığcam və dəqiq silah gəlir
  • 11-11-2026, 01:17
    ABŞ hərbçisi Rusiyanın xeyrinə casusluq şübhəsi ilə saxlanılıb
Daha çox
9-11-2026, 01:13
LİDERLƏRDƏN QARDAŞLIQ VƏ BİRLİK MESAJLARI - "Heç kimə imkan vermərik ki, aramıza girsin!” + FOTO/VİDEO (Yeniləndi)
9-11-2026, 01:52
Ərdoğan Azərbaycana səfərə gəldi - Füzuli Hava Limanından görüntülər - VİDEO
11-11-2026, 01:13
PREZİDENT İLHAM ƏLİYEV TÜRKİYƏYƏ GETDİ - COP31-in Liderlər Sammitində iştirak edəcək (VİDEO+FOTOLAR)
11-11-2026, 01:32
Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək VİDEO
9-11-2026, 01:21
“Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
9-11-2026, 01:23
Bir sıra xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi: Vəfa Qasımova
  • Telefon: (+99450) 277 95 00
  • E-mail: ofis@xtv.az
Müəllif hüquqları qorunur. XTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2026 XTV.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə