• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • İdman
  • Kriminal
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)

Gündəm / Dünya

Bu gün, 16:34

Trampın adamları nə üçün yenidən Putinin qəbuluna gedir?

Rusiya, ABŞ və Ukrayna arasında iki günlük üçtərəfli danışıqlar bu gün Əbu-Dabidə başa çatıb.

“AzPolitika” xəbər verir ki, danışıqlardan sonra jurnalistlərin qarşısına çıxan Rusiya nümayəndə heyətinin başçısı və Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bəzi açıqlamalar verib.

Onun dediklərindən belə çıxır ki, əsas real nəticə hələlik növbəti əsir mübadiləsilə bağlıdır. Görüşdə tərəflər genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Eyni zamanda, Medinski deyib ki, gələcək işlər üçün əsas yaradılıb və təmaslar davam edəcək.

"Amerika tərəfinin iştirakı ilə mövqelərimizi bölüşdük; bəzi sahələrdə qarşılıqlı anlaşma tapdıq, digərlərində isə tapmadıq. Və bu söhbət mütləq davam edəcək”, - deyə Medinski bildirib.

O qeyd edib ki, Avropada təhlükəsizlik arxitekturası məsələsi də həll olunmalıdır: "Uzun illər keçib və nəhayət, bu məsələ sürət qazanıb, onun həll edilməli olduğu anlaşılıb".

Onun sözlərinə görə, Ukraynadakı münaqişədən sonra nə baş verəcəyi ilə bağlı sualın qoyuluşu düzgündür.

"Dünyanın yeni, müasir, yenilənmiş təhlükəsizlik sisteminə - ədalətli və heç bir ölkəyə zərər verməyən bir sistemə ehtiyacı var. Biz bunun üzərində işləyəcəyik", - deyə Medinski əlavə edib.

Bununla yanaşı, Rusiya nümayəndə heyəti bu günlərdə BƏƏ-də olan Avropa nümayəndələri ilə əlaqə saxlamayıb.

"Xeyr, biz onlarla əlaqə saxlamadıq; onların buradakı statusunu həqiqətən başa düşmürük. Danışıqlar üçtərəflidir", - deyə Medinski bildirib.

O, həmçinin Rusiyanın Avropa ölkələrindən heç bir sülh təşəbbüsü almadığını qeyd edib. "Avropa ölkələrindən heç bir sülh təşəbbüsü, heç bir sülh təklifi almamışıq. Buna görə də nəyi müzakirə edəcəyimiz bəlli deyil. Əgər onlar buraya turist kimi gəliblərsə, qoy otelin barında ünsiyyət qursunlar", - deyə Rusiya nümayəndə heyətinin rəhbəri bildirib.

Donald Trampın kürəkəni Cared Kuşnerin sözlərinə görə isə o, Stiv Uitkoffla birgə sabah Vladimir Putinlə görüşmək üçün Moskvaya gedəcək.

O qeyd edib ki, üçtərəfli danışıqlar zamanı tərəflər həlli ən çətin olacaq ərazi məsələləri də daxil olmaqla mürəkkəb məsələləri müzakirə ediblər. Kuşnerin dediyinə görə, ABŞ Avropa nümayəndələrini də danışıqlar formatına cəlb etməyə çalışır.

Qeyd edək ki, Əbu-Dabidəki üçtərəfli danışıqlar birinci gün 4,5 saat, ikinci gün isə iki saatdan da az davam edib.

***

“Mənim işim Trampı xoşbəxt etmək deyil!”

Ukrayna və Rusiya arasında Əbu-Dabidə 10 noyabrda başa çatan danışıqların birinci günü heç bir nəticə verməyib.

“AzPolitika” xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat yayıb.

Xatırladaq ki, dünən doqquz aylıq fasilədən sonra, Ukrayna və Rusiya, Donald Trampın fəal iştirakı ilə ABŞ-nin nəzarəti altında olan proses çərçivəsində üzbəüz danışıqları bərpa ediblər.

Ukrayna Prezidenti Volodimir Zelenski dünən başa çatan müzakirələri "konstruktiv" adlandırsa da, atəşkəs təkliflərinə qarşı çıxan Rusiya nümayəndə heyəti görüşün nəticəsi ilə bağlı ümumiyyətlə, şərh verməyib.

Qərb mediasının yazdığı kimi, dörd saatlıq müzakirələrdən sonra tərəflər heç bir nəzərəçarpacaq irəliləyiş əldə etməyiblər. Moskva birmənalı olaraq, Ukrayna və müttəfiqlərinin tələb etdiyi atəşkəsə müqavimət göstərməyə davam edib.

Görünən odur ki, tərəflər əvvəlki mövqelərindən çəkilmək niyyətində deyillər. Danışıqların ilk gününün sonunda Zelenski bildirib ki, Ukrayna Rusiya ilə razılaşma müqabilində Rusiya qoşunlarının ələ keçirə bilmədiyi Donbasın bir hissəsini Rusiyaya təslim etməyə hazır deyil. ABŞ Prezidenti Donald Tramp son açıqlamalarında buna eyham vururdu və sülh üçün Ukraynanın sərhədlərinin dəyişəcəyini bildirirdi.

Bu arada “The Telegraph” da xəbər yayıb ki, Ukrayna ABŞ-nin Rusiyanı razı salmaq üçün irəli sürdüyü sərhədlərin yenidən çəkilməsi təklifini rədd edib.

 

ABŞ-yə gəlincə, Tramp administrasiyası yenə də “hər şeyin yaxşı getdiyi” barədə təəssürat yaratmaqda davam edir. Ağ Ev sadəcə, danışıqlar faktının özündən məmnundur. Tramp administrasiyası görüşün özünü alqışlayır.

ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Rusiya və Ukrayna nümayəndələrini danışıqlar masasında bir araya gətirə bilən yeganə ölkə olaraq qalır. Yəni, bir növ Vaşinqton üçün vacib olan “prosesin özü”dür və Ağ Ev bununla “fəxr edir”.

Rubionun sözlərinə görə, Tramp müharibənin bitməsini özünün prioritetlərindən biri kimi elan edib, baxmayaraq ki, o, bu vəzifənin mürəkkəbliyini və innovativ həllər axtarmağın zəruriliyini də qəbul edir.

Tramp isə Rusiya ilə böyük bir razılaşma əldə etməyə çalışdığını bəyan edir və təbii ki, bu razılaşmada Ukraynanın beynəlxalq hüquqdan və milli suverenliyindən irəli gələn maraqları ikinci, bəlkə də üçüncü dərəcəlidir...

Məlum olduğu kimi, Əbu-Dabidə də Amerika tərəfini Trampın xüsusi elçisi Stiv Uitkoff və ABŞ Prezidentinin kürəkəni Cared Kuşner təmsil edir. Onların diplomat deyil, iş adamları olduqları çoxdan məlumdur və buna görə də indiyə qədər danışıqların heç bir nəticə verməməsində bu amilin də rol oynadığını vurğulayanlar xeyli dərəcədə haqlıdırlar. Məhz bunun nəticəsidir ki, son aylarda Uitkoff və Kuşner Ukraynanı və Avropanı Rusiya ilə geniş iqtisadi əməkdaşlığın vacibliyinə inandırmağa çalışırlar. Ən absurd olanı isə odur ki, onlar bu əməkdaşlığı hətta müharibə bitmədən belə mümkün sayırlar.

Xüsusilə, onlar enerji sektorunda mümkün razılaşmaları müzakirə ediblər. Bunların arasında Trampın Rusiya neftinə sanksiyalara baxmayaraq, 9 oktyabrda elan etdiyi Rusiya dizel yanacağının alınması ilə bağlı razılaşma da var.

Avropanın təhlükəsizlik arxitekturası Avropasız müzakirə olunur...

İndi Amerika rəsmiləri Rusiyanın maraqlarını nəzərə alacaq yeni bir Avropa təhlükəsizlik arxitekturası yaratmaqdan danışırlar. Maraqlıdır ki, bu müzakirələrdə Avropanın özü iştirak etmir. Bu isə Moskvanın NATO-nu zəiflətmək və keçmiş Sovet İttifaqı coğrafiyasında, xüsusən də Ukraynada Rusiyanın təsir dairəsini bərpa etmək istəyini əks etdirir.

Avropa ölkələri Tramp administrasiyasının Ukraynanın təhlükəsizlik maraqlarından daha çox tələsik bir razılaşma əldə edilməsinə üstünlük verə biləcəyindən narahatdırlar. Almaniya, Fransa və Birləşmiş Krallıqdan olan nümayəndələr Amerika vasitəçiləri ilə vəziyyəti müzakirə etmək üçün Əbu-Dabiyə gəliblər. Onlar Vaşinqtonun Moskvaya əlavə güzəştlər təklif edə biləcəyindən narahatdırlar. Avropalılar hesab edirlər ki, əvvəlcə atəşkəs əldə edilməli, ardınca isə Ukrayna üçün Rusiyanın gələcək təcavüzünün qarşısını alacaq təhlükəsizlik zəmanətləri verilməlidir. Yalnız bundan sonra daha geniş bir razılaşma müzakirələri aparıla bilər.

Lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrov avropalıların danışıqlarda iştirak etməməli olduğunu bildirib. Rusiya ümumiyyətlə, Avropanı danışıqlar masası arxasında görmək istəmir. Nəticədə, Avropa nümayəndələri Abu-Dabidə ikinci dərəcəli rola keçiblər və nəticəyə ciddi təsir göstərə bilməyiblər.

Lakin ABŞ-nin özündə Ağ Evin Avropanı təcrid edən, Rusiyanın maraqlarından çıxış edən və Ukraynanın mövqeyini zəiflədən siyasəti birmənalı qarşılanmır. Artıq Konqresdəki demokratlar Ukraynanın müdafiəsini zərbə altında qoyan hərəkətlərə görə Ağ Evdən cavab tələb edirlər.

Tramp administrasiyasının bu məsələyə yanaşması tanınmış amerikalı ekspertlər və siyasətçilər arasında suallar doğurur. Məsələn, Beynəlxalq Böhran Qrupunun rəhbəri Komfort Ero, Konqres seçkilərinin nəticələrini nəzərə alaraq, Uitkoff və Kuşnerin fəaliyyətinin təftiş olunacağına işarə vurub. O deyib ki, onlar məlum səbəblərdən özlərini iş adamları deyil, sülhməramlılar kimi təqdim etməyə tələsirlər.

Yeni tərkibdə Senatın Xarici Əlaqələr Komitəsinə sədrlik edəcəyi gözlənilən demokrat Kris Kuns da Amerika rəsmilərinin, eləcə də Trampın elçilərinin hərəkətlərini tənqid edib. O, “Starlink” peyk şəbəkəsinin sahibi İlon Maskın, müdafiə naziri Pit Heqsetin və Ukraynanın özünü müdafiə etmək qabiliyyətindən məhrum edilməsində rol oynamış ola biləcək digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımalı olduqlarını bildirib. Kuns vurğulayıb ki, Konqres bu vəziyyəti araşdırmalıdır.

“Biz ona etibar etməyə hazır deyilik”

Bu danışıqların fonunda dünən Kopenhagenə gələn Zelenski danışıqlar prosesində Amerika və Avropanın iştirakının vacibliyini vurğulayıb.

Ukrayna Prezidentinin bu zaman Donald Trampın ünvanına səsləndirdiyi fikirlər Kiyevin ABŞ-nin “təşəbbüslərinə” münasibətinin göstəricisi olub. Zelenski deyib: "Bu, nəzakətsiz səslənə bilər, amma mənim işim Trampı xoşbəxt etmək deyil. Mənim vəzifəm amerikalıları və avropalıları danışıqlara cəlb etmək üçün mümkün olan hər şeyi etməkdir."

Zelenskinin bu açıqalması Kiyevin Trampın tələb etdiyi və reallıqda həm beynəlxalq hüquqa, həm də Ukraynanın milli, suveren maraqlarına zidd addımlara getməyəcəyinin, sərhədlərinin təcavüz nəticəsində dəyişdirilməsinə hüquqi razılıq verməyəcəyinin göstəricisidir.

Zelenski Rusiya ilə razılaşma müqabilində Donbasın bir hissəsini Rusiyaya təhvil verməyə hazır olmadığını bildirib. Prezident Ukrayna əraziləri ilə bağlı Ukraynaya təzyiqlə bağlı suala belə cavab verib: "Bu, rusiyalılarla danışıqlar aparmağın asan yoludur - bizi Donbasdan çıxmağa məcbur etmək, sonra isə razılaşma əldə etmək. Biz belə bir razılaşmaya hazır deyilik, çünki Putinə etibar etməyə hazır deyilik”.

Digər tərəfdən danışıqlara növbəti dəfə Vladimir Medinski kimi birisini göndərən Moskvanın əvvəlki mövqeyindən və “danışıqlar xatirinə danışıqlar” taktikasından əl çəkmədiyi görünür. Bütün bunlar ABŞ administrasiyasının optimist bəyanatlarına rəğmən, Ukrayna münaqişəsində dalan vəziyyətinin qaldığını və yaxın zamanda bu dalandan çıxılacağının gözlənilmədiyini göstərir…

E.Qüdrətoğlu

“AzPolitika.info”

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Maraqlı / Mədəniyyət

7-11-2026, 16:28

"TAPDIQ ƏLİBƏYLİ SÖZÜN GÖZU İLƏ" - YENİ KİTAB

Gündəm / Dünya

Bu gün, 16:25

Rusiya ilə Ukrayna arasında BÖYÜK anlaşma: Putinin köməkçisi açıqladı - CANLI

Gündəm / Siyasət

9-11-2026, 01:13

LİDERLƏRDƏN QARDAŞLIQ VƏ BİRLİK MESAJLARI - "Heç kimə imkan vermərik ki, aramıza girsin!” + FOTO/VİDEO (Yeniləndi)

Gündəm / Cəmiyyət

9-10-2026, 16:34

“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar

Gündəm / Siyasət

22-10-2026, 10:53

DÜNYA NİZAMI SARSILIR, AVROPA İKİ OD ARASINDA... – Böyük güclərin planı nədir?

Şou Biznes
Məşhur müğənni 78 yaşında evləndi
Mübariz Tağıyev: “Oxumağa həvəsim yoxdur”
“Ayağın o qədər yüngüldür ki, Fransa yerlə-yeksan oldu” - VİDEO
Cəmiyyət
Bu gün, 01:32
Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək VİDEO
6-11-2026, 10:19
Bakıda sürücülərə təcili xəbərdarlıq – Bütün zolaqlarda sürət həddi dəyişdirildi!
5-11-2026, 16:06
Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
5-11-2026, 12:44
Özəl məktəblərdə QANDONDURAN təhsil haqları – Dövlət qarışmasa...
5-11-2026, 12:28
DƏRMAN REKLAMI ADI İLƏ İNSANLARI ALDADIRLAR? – Professor ciddi təhlükədən danışdı
5-11-2026, 12:25
TÜRKİYƏ ÜÇÜN CANINDAN KEÇƏN AZƏRBAYCANLILAR – Qardaşlığın qanla yazılan tarixi + FOTOLAR
Kriminal
6-11-2026, 13:15
Başı qazandan, ayaqları soyuducudan tapıldı – Tanınmış modelin dəhşətli qətli ilə bağlı YENİ DETALLAR
5-11-2026, 16:03
Türmədən tribunaya... - 12 il yatan DƏLƏDUZ hüquqşünasa necə çevrildi?
27-10-2026, 12:35
Qətldə ittiham olunan deputat oğluna narkotik ittihamı da verildi
Son xəbərlər
  • Bu gün, 16:34
    DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
  • Bu gün, 16:29
    NATO-da 20 ilin ən böyük hərbi islahatı: Bütün diqqət yalnız Rusiyaya qarşı müharibəyə yönəldilir
  • Bu gün, 16:27
    "Nazirlər Kabineti və Tarif Şurası bir günün içində bu məsələni həll edə bilər"
  • Bu gün, 16:25
    Rusiya ilə Ukrayna arasında BÖYÜK anlaşma: Putinin köməkçisi açıqladı - CANLI
  • Bu gün, 13:20
    Netanyahu çıxış edərkən sabiq Baş nazirlə mübahisə etdi - VİDEO
  • Bu gün, 13:17
    İlham Əliyev Antalyadakı Ekspo Mərkəzinə gəlib - COP31-in Liderlər Sammitində iştirak edəcək
  • Bu gün, 13:14
    XAMENEİ “VURUN” ƏMRİ VERDİ - İran raketləri Avropaya çatacaqmı?
  • Bu gün, 01:32
    Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək VİDEO
  • Bu gün, 01:27
    Rusiya-Ukrayna müharibəsində diqqətçəkən yenilik: Rıjenkov açıqladı
  • Bu gün, 01:24
    İşçilərə görünməmiş nəzarət – 30 dəqiqə "maus"a toxunmayanlar cəzalandırılır!
  • Bu gün, 01:21
    SSRİ-i əfsanəsi dəyişir – Daha yığcam və dəqiq silah gəlir
  • Bu gün, 01:17
    ABŞ hərbçisi Rusiyanın xeyrinə casusluq şübhəsi ilə saxlanılıb
  • Bu gün, 01:13
    PREZİDENT İLHAM ƏLİYEV TÜRKİYƏYƏ GETDİ - COP31-in Liderlər Sammitində iştirak edəcək (VİDEO+FOTOLAR)
  • Dünən, 02:13
    Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
  • Dünən, 02:10
    Türkiyədən kritik qərar – Qoşunlar çıxarılır, baza təhvil verilir
  • Dünən, 02:08
    Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər
  • Dünən, 02:05
    ABŞ və İran arasında ilk böyük irəliləyiş – Dünyanın gözü Tehranda!
  • Dünən, 02:00
    Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab
  • Dünən, 01:57
    Üçtərəfli Bəyanatın imzalanmasından altı il ötür - VİDEO
  • Dünən, 01:54
    ƏRDOĞANIN ŞUŞA SƏFƏRİ ONLARA MESAJ OLDU... – Bakı və Ankara nəyə işarə etdi? + RƏY
  • 9-11-2026, 01:57
    Üç rəngə sığan bir millətin taleyi: Azərbaycan bayrağının 108 illik tarixçəsi
  • 9-11-2026, 01:55
    Şuşada tarixi görüşdən sonra mühüm xəbər – "İlham Əliyev Türkiyəyə gedir!"
  • 9-11-2026, 01:52
    Ərdoğan Azərbaycana səfərə gəldi - Füzuli Hava Limanından görüntülər - VİDEO
  • 9-11-2026, 01:39
    Ukrayna Krıma uzanan "can damarı"nı alt-üst etdi – Hərəkət tam dayandırıldı! - VİDEO
  • 9-11-2026, 01:35
    Şuşada tarixi görüşdən sonra mühüm xəbər – "İlham Əliyev Türkiyəyə gedir!"
  • 9-11-2026, 01:29
    Ağ Evdə "geopolitik zəlzələ" daha da güclənir: Yaxın Şərq və Ukrayna savaşları ABŞ-a sıçrayır
  • 9-11-2026, 01:26
    Azərbaycanda Dövlət Bayrağı Günüdür - FOYO
  • 9-11-2026, 01:23
    Bir sıra xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
  • 9-11-2026, 01:21
    “Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
  • 9-11-2026, 01:13
    LİDERLƏRDƏN QARDAŞLIQ VƏ BİRLİK MESAJLARI - "Heç kimə imkan vermərik ki, aramıza girsin!” + FOTO/VİDEO (Yeniləndi)
  • 7-11-2026, 16:28
    "TAPDIQ ƏLİBƏYLİ SÖZÜN GÖZU İLƏ" - YENİ KİTAB
  • 7-11-2026, 14:03
    Tofiq Əliyev dünya ikincisi oldu
  • 7-11-2026, 14:00
    XAMENEİ ŞƏXSİ MƏKTUBUNDA PUTİNDƏN NƏ İSTƏYİB?- “İran illərdir istədiyini alacağına ümid edir”
  • 7-11-2026, 13:57
    Zəfərdən Böyük Qayıdışa: Azərbaycan tarix yazmaqda davam edir
  • 7-11-2026, 13:54
    200 illik savaşı 44 günə bitirən Azərbaycan - Rauf ARİFOĞLU yazır
Daha çox
7-11-2026, 16:28
"TAPDIQ ƏLİBƏYLİ SÖZÜN GÖZU İLƏ" - YENİ KİTAB
5-11-2026, 12:42
Kremldə 7 noyabr ƏNDİŞƏSİ
5-11-2026, 12:44
Özəl məktəblərdə QANDONDURAN təhsil haqları – Dövlət qarışmasa...
5-11-2026, 16:28
Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş konfrans keçirildi - VİDEO
6-11-2026, 10:26
Məşhur müğənni 78 yaşında evləndi
9-11-2026, 01:13
LİDERLƏRDƏN QARDAŞLIQ VƏ BİRLİK MESAJLARI - "Heç kimə imkan vermərik ki, aramıza girsin!” + FOTO/VİDEO (Yeniləndi)
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi: Vəfa Qasımova
  • Telefon: (+99450) 277 95 00
  • E-mail: ofis@xtv.az
Müəllif hüquqları qorunur. XTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2026 XTV.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə