
"Bakinski raboçi" nəşri İrəvandakı tarixi Təpəbaşı Azərbaycan məscidindən yeni görüntülər yayımlayıb.
Musavat.com xəbər verir ki, tarixi dini abidə kafeyə çevrilib və yarıdağılmış ziyarətgahın girişində konyak, araq, həmçinin şərab təklif olunan reklam yerləşdirilib.
Bu qalmaqallı görüntülər İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədinin Ermənistana səfəri fonunda diqqət çəkib.
Belə ki, İran rəsmisi səfər zamanı İrəvandakı tarixi Göy məscidin zalına erməni şairi Yegişe Çarensin adının verilməsi mərasimində şəxsən iştirak edib.
Nəşr Tehranın Ermənistandakı Azərbaycan müsəlman irsinə və dağıdılan məscidlərə qarşı nümayiş etdirdiyi səssizliyi kəskin tənqid edib.
Bu vəziyyət ikili standartlar və İslam dəyərlərinin qorunmasına selektiv yanaşma kimi qiymətləndirilib.