• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • İdman
  • Kriminal
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Özünə qəbir qazdıranlar cərimələnəcək

İqtisadiyyat

Dünən, 12:13

İlahiyyatçı hesab edir ki, şəhərlərdə qanunların tətbiqi ən uyğun variantdır, kəndlərdə isə...

Azərbaycanda qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə qanunla qadağa qoyulub. Nazirlər Kabinetinin 522 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalara əsasən, qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol verilmir.

Deputat Razi Nurullayev deyib ki, bu qərar qəbiristanlıqlarda torpaq sahələrinin daha səmərəli və ədalətli bölüşdürülməsinə, eləcə də bu sahədə qeyri-rəsmi satışın qarşısının alınmasına yönəlib.

Onun fikrincə, bu məsələ cəmiyyətdə yalnız inzibati qaydalar çərçivəsində qiymətləndirilmir. Çünki bir çox şəxslər yaxınlarının, xüsusilə həyat yoldaşlarının yanında dəfn olunmalarını istəyirlər. Bu səbəbdən də qanunda yalnız bir istisna nəzərdə tutulub. Vəfat etmiş şəxsin həyat yoldaşı yazılı müraciət etməklə onun qəbrinin yanında yerləşən qonşu qəbir yerini əvvəlcədən rezervasiya edə bilər. Müəyyən edilmiş tələbi pozanlar 500 manatdan 1000 manatadək cərimə edilə bilərlər.

Vətəndaşların əvvəlcədən qəbir yeri almasının səbəbi artıq boş torpaq tapmağın mümkünsüzlüyüdür. Ona görə vətəndaşlar əvvəlcədən torpaq alırlar ki, sonradan yaxınları belə bir problemlə üzləşməsinlər.

Əslində bu, yeni qəbul edilmiş qərar deyil. Qadağa 2018-ci ildən qüvvədədir. Amma indi daha da aktuallaşıb. Düzdür, bir istisna var - ər və ya arvad vəfat etmiş həyat yoldaşının yanında dəfn olunmaq üçün qonşu qəbir yerini əvvəlcədən rezervasiya edə bilər. Yəni valideyn, övlad, qardaş və ya bacı ilə gələcəkdə yanaşı dəfn olunmaq istəyən şəxslər üçün bu istisna nəzərdə tutulmayıb.

Lakin ümumən bu qərarın verilməsi və cərimə nəzərdə tutulması nə dərəcədə düzgündür? Onu da deyək ki, Bakı əhalisinin və tikililərin artması qəbiristanlıqlar üçün yeni torpaq sahələrinin ayrılmasını çətinləşdirir...

İlahiyyatçı Ağa Hacıbəyli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Hər şeydən öncə, İslam dini bir mədəniyyət dinidir. Bu dinin çox çalarları içərisində işin bir parçası da ölüm və ölümdən sonrakı həyat, qəbir, dəfn və sair bu kimi əməllər dayanır.

Çox qəribədir ki, İslam deyəndə ağıla ən çox gələn məsələlərdən biri də ölümdür, ölümdən sonrakı həyatdır. Sanki bu dünyada insan ömrü boyu yaşayır, heç ona İslam lazım deyilmiş kimi bir baxış da var. Hər halda, bu da yanlış bir baxışdır. Ümumiyyətlə, qəbiristanlıqların bir alış-veriş yerinə çevrilməsi dinimiz baxımından doğrudan da böyük bir rəzalətdir.

Çünki insan artıq vəfat edibsə, bu insana, vəfat etmiş insana kəfənləmək, ona qəbir qazmaq, o adamın axirətə yola salınması və torpağa qoyulması, namazının qılınması, dualarının edilməsi, halallaşması var ikən, bir tərəfdən də bir bazarlıq qurulub. Bu, doğrudan da böyük bir problemdir".

İlahiyyatçı qeyd edib ki, xüsusilə bu cür “bazarlıq”ları daha çox böyük şəhərlərdə, böyük qəbiristanlıqlarda edirlər: “Çünki orada yer qıtlığı həmişə olub, getdikcə o torpaqlar azalır. Ona görə orada öncədən insanlar rezerv etməyə çalışırlar.

Məsələn, həyat yoldaşı vəfat edib, yaxud da bir şəhid anasıdır. Deyir ki, atamla bir yerdə, yaxud da həyat yoldaşımla bir yerdə, ailəmlə bir yerdə olmaq istəyirəm. Bu kimi istəklər meydana çıxır ki, burada narazılıq da meydana çıxa bilir. Amma hər halda, əgər qəbiristanlıqlara bələdiyyələr və yaxud dövlət tərəfindən ciddi nəzarət olsa, vətəndaş da bilsə ki, onun övladı və yaxud özü, yaxud atası, anası vəfat edəndə, ümumiyyətlə, orada torpaqla bağlı bir sıxıntı olmayacaq, öncədən rezerv etməyin nə mənası var? Bu məsələ kökündən həll olunmuş olar. Qərarda ən yaxın adam həyat yoldaşı olaraq göstərilir. Ümumiyyətlə, kənd yerlərinin qəbiristanlıqlarına gedəndə görürük ki, adamların nəsillikcə yerləri var, orada geniş ərazilər var. Bu ərazilərdə bir o qədər də problem olmur. Əksər hallarda nəsillikcə baba, nənə, ata, ana, qardaşlar, əmilər, dayılar hamısı bir yerdə, ziyarət də bir yerdə gerçəkləşir."

Hüquqşünas Ramil Süleymanov hesab edir ki, qəbir yerlərinin qabaqcadan satışı və ya bron edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb: “Vətəndaşlar tərəfindən artıq tutulmuş ərazi varsa, daşınmaz əmlakın dövlət reyestrinin tələblərinə dair müvafiq sənədlər təqdim olunmaqla həmin əraziyə çıxarış əldə etmək mümkündür. Amma bu o demək deyil ki, vətəndaşlar öncədən qəbir yeri ala bilər. Qəbiristanlıqlar tamamilə bələdiyyələrin tərkibinə keçməsə, bu kimi problemlər davam edəcək”

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

30-10-2026, 16:14

Məmurların biznes qurması yasaqlanır? – Vəkildən AÇIQLAMA

İqtisadiyyat / Gündəm

27-10-2026, 12:22

Bakıda absurd qiymətə "novostroykalar" - Əslində neçəyədir?

İqtisadiyyat

22-10-2026, 16:37

BANKLAR KİMLƏRƏ VƏ NİYƏ KREDİT VERMİR? – “Qara siyahı” ilə bağlı bilinməyənlər + ARAŞDIRMA

İqtisadiyyat

11-11-2026, 16:27

"Nazirlər Kabineti və Tarif Şurası bir günün içində bu məsələni həll edə bilər"

Gündəm / Siyasət

30-10-2026, 15:31

TDT çərçivəsində Bakı-Ankara münasibətləri... - Gözləntilər və reallıqlar

Şou Biznes
Məşhur müğənni 78 yaşında evləndi
Mübariz Tağıyev: “Oxumağa həvəsim yoxdur”
“Ayağın o qədər yüngüldür ki, Fransa yerlə-yeksan oldu” - VİDEO
Cəmiyyət
Dünən, 12:22
Valideynin cəzası 200 manatdır, bəs uşağın yaşadığı travma? - MÜHÜM AÇIQLAMA
Dünən, 12:16
Korrupsiya həbsləri başladı - Pəncərədən DOLLARLA DOLU ÇAMADANLAR atıldı - VİDEO
Dünən, 12:10
İrəvanda Azərbaycan məscidi alkoqollu içkilər satılan kafeyə çevrildi - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 01:32
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Dünən, 01:19
Qərbi Azərbaycanın yaddaş xəritəsi: Qursalı kəndinin tarixi - FOTO+VİDEO
11-11-2026, 01:32
Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək VİDEO
Kriminal
6-11-2026, 13:15
Başı qazandan, ayaqları soyuducudan tapıldı – Tanınmış modelin dəhşətli qətli ilə bağlı YENİ DETALLAR
5-11-2026, 16:03
Türmədən tribunaya... - 12 il yatan DƏLƏDUZ hüquqşünasa necə çevrildi?
27-10-2026, 12:35
Qətldə ittiham olunan deputat oğluna narkotik ittihamı da verildi
Son xəbərlər
  • Dünən, 12:22
    Valideynin cəzası 200 manatdır, bəs uşağın yaşadığı travma? - MÜHÜM AÇIQLAMA
  • Dünən, 12:18
    BANKLARIN KREDİT HESABLAMASI DƏYİŞDİ... – Kredit almaq istəyənləri nə gözləyir?
  • Dünən, 12:16
    Korrupsiya həbsləri başladı - Pəncərədən DOLLARLA DOLU ÇAMADANLAR atıldı - VİDEO
  • Dünən, 12:13
    Özünə qəbir qazdıranlar cərimələnəcək
  • Dünən, 12:10
    İrəvanda Azərbaycan məscidi alkoqollu içkilər satılan kafeyə çevrildi - ŞOK GÖRÜNTÜLƏR
  • Dünən, 12:07
    ABŞ-nin qorxulu Xəzər planı - Azərbaycana təhlükə
  • Dünən, 01:32
    Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
  • Dünən, 01:28
    Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
  • Dünən, 01:24
    Azərbaycan Avropanın enerji xəritəsini dəyişir – Dörd ölkənin yeni sazişi nə vəd edir?
  • Dünən, 01:20
    Nərmin Abdinova Avropa çempionatında qızıl medal qazanıb
  • Dünən, 01:19
    Qərbi Azərbaycanın yaddaş xəritəsi: Qursalı kəndinin tarixi - FOTO+VİDEO
  • Dünən, 01:16
    Azərbaycanda Konstitusiya Günüdür
  • Dünən, 01:14
    Sammitdə üç türk lideri arasında səmimi anlar – FOTOLAR
  • 11-11-2026, 16:34
    DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
  • 11-11-2026, 16:29
    NATO-da 20 ilin ən böyük hərbi islahatı: Bütün diqqət yalnız Rusiyaya qarşı müharibəyə yönəldilir
  • 11-11-2026, 16:27
    "Nazirlər Kabineti və Tarif Şurası bir günün içində bu məsələni həll edə bilər"
  • 11-11-2026, 16:25
    Rusiya ilə Ukrayna arasında BÖYÜK anlaşma: Putinin köməkçisi açıqladı - CANLI
  • 11-11-2026, 13:20
    Netanyahu çıxış edərkən sabiq Baş nazirlə mübahisə etdi - VİDEO
  • 11-11-2026, 13:17
    İlham Əliyev Antalyadakı Ekspo Mərkəzinə gəlib - COP31-in Liderlər Sammitində iştirak edəcək
  • 11-11-2026, 13:14
    XAMENEİ “VURUN” ƏMRİ VERDİ - İran raketləri Avropaya çatacaqmı?
  • 11-11-2026, 01:32
    Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək VİDEO
  • 11-11-2026, 01:27
    Rusiya-Ukrayna müharibəsində diqqətçəkən yenilik: Rıjenkov açıqladı
  • 11-11-2026, 01:24
    İşçilərə görünməmiş nəzarət – 30 dəqiqə "maus"a toxunmayanlar cəzalandırılır!
  • 11-11-2026, 01:21
    SSRİ-i əfsanəsi dəyişir – Daha yığcam və dəqiq silah gəlir
  • 11-11-2026, 01:17
    ABŞ hərbçisi Rusiyanın xeyrinə casusluq şübhəsi ilə saxlanılıb
  • 11-11-2026, 01:13
    PREZİDENT İLHAM ƏLİYEV TÜRKİYƏYƏ GETDİ - COP31-in Liderlər Sammitində iştirak edəcək (VİDEO+FOTOLAR)
  • 10-11-2026, 02:13
    Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
  • 10-11-2026, 02:10
    Türkiyədən kritik qərar – Qoşunlar çıxarılır, baza təhvil verilir
  • 10-11-2026, 02:08
    Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər
  • 10-11-2026, 02:05
    ABŞ və İran arasında ilk böyük irəliləyiş – Dünyanın gözü Tehranda!
  • 10-11-2026, 02:00
    Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab
  • 10-11-2026, 01:57
    Üçtərəfli Bəyanatın imzalanmasından altı il ötür - VİDEO
  • 10-11-2026, 01:54
    ƏRDOĞANIN ŞUŞA SƏFƏRİ ONLARA MESAJ OLDU... – Bakı və Ankara nəyə işarə etdi? + RƏY
  • 9-11-2026, 01:57
    Üç rəngə sığan bir millətin taleyi: Azərbaycan bayrağının 108 illik tarixçəsi
  • 9-11-2026, 01:55
    Şuşada tarixi görüşdən sonra mühüm xəbər – "İlham Əliyev Türkiyəyə gedir!"
Daha çox
7-11-2026, 16:28
"TAPDIQ ƏLİBƏYLİ SÖZÜN GÖZU İLƏ" - YENİ KİTAB
6-11-2026, 10:26
Məşhur müğənni 78 yaşında evləndi
9-11-2026, 01:13
LİDERLƏRDƏN QARDAŞLIQ VƏ BİRLİK MESAJLARI - "Heç kimə imkan vermərik ki, aramıza girsin!” + FOTO/VİDEO (Yeniləndi)
9-11-2026, 01:52
Ərdoğan Azərbaycana səfərə gəldi - Füzuli Hava Limanından görüntülər - VİDEO
6-11-2026, 10:19
SEPAH xəbərdarlıq etdi: Bu ölkələr vurulacaq!
6-11-2026, 10:19
Bakıda sürücülərə təcili xəbərdarlıq – Bütün zolaqlarda sürət həddi dəyişdirildi!
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi: Vəfa Qasımova
  • Telefon: (+99450) 277 95 00
  • E-mail: ofis@xtv.az
Müəllif hüquqları qorunur. XTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2026 XTV.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə