• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • İdman
  • Kriminal
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

TRAMPIN TƏHLÜKƏLİ SİYASİ OYUNU... - O, ABŞ-ni xilas edir, yoxsa imperiyanin sonunu yaxınlaşdırır?

Dünya / Siyasət

Dünən, 10:53

Beynəlxalq aləmdə baş verən siyasi proseslərin ümumi qlobal xarakter daşıdığını söyləsək, qətiyyən yanılmarıq. Müasir dünyada dövlətlərin siyasi, iqtisadi və hərbi-texnoloji gücü ümumi geosiyasi və maliyyə sistemindən kənarda formalaşa bilməz. Hazırda ABŞ-ın dollara əsaslanan iqtisadi-maliyyə qüdrəti, elmi-texniki üstünlüyü və hərbi potensialı dünya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən başlıca amillərdir. Çin ABŞ-ın qlobal hegemonluğuna alternativ güc mərkəzi kimi çıxış etsə də, bir sıra mühüm parametrlər üzrə hələ də ondan geri qalır. Bununla belə, qlobal proseslərin gələcək dinamikasını təhlil edərkən iki mühüm fenomeni – süni intellektin sürətli inkişafını və Donald Trampın siyasi fəaliyyətini xüsusi nəzərə almaq lazımdır.

Nə qədər paradoksal və qəribə səslənsə də, Tramp artıq yalnız ABŞ-ın daxili və xarici siyasətinə təsir göstərən siyasi fiqur deyil. Onun fəaliyyəti bütövlükdə Qərb sivilizasiyasının siyasi davranış modelinə, beynəlxalq münasibətlər sisteminə və mövcud dünya nizamına ciddi təsir göstərir, bu nizamın fundamental əsaslarını sarsıdır. Trampın siyasəti Qərbdə uzun illər ərzində formalaşmış siyasi ənənələri, diplomatik münasibətləri və müttəfiqlik prinsiplərini ciddi sınaq qarşısında qoyur.

ABŞ-da keçirilən aralıq seçkilərin nəticələri də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Demokratların əldə etdiyi uğurlar, respublikaçıların mövqelərinin zəifləməsi təkcə Konqresdə siyasi qüvvələr nisbətinin dəyişməsi kimi qiymətləndirilməməlidir. Respublikaçıların parlamentdə mövqelərini itirməsi ölkə daxilində prezidentin qərarlarına əhəmiyyətli dərəcədə təsir göstərmək imkanlarını məhdudlaşdırsa da, onun xarici siyasət sahəsindəki səlahiyyətlərinə eyni dərəcədə təsir etmir.

Trampın fəaliyyəti strateji baxımdan iki fundamental istiqamətdə ciddi dəyişikliklərə səbəb olur.

Birincisi, Tramp öz davranış və rəftarı ilə Qərb dünyasında yüz illər ərzində formalaşmış siyasi etiket normalarını, ünsiyyət mədəniyyətini və diplomatik ritorikanı köklü şəkildə dəyişdirir. Əvvəllər dövlət başçılarından gözlənilən təmkin, diplomatik nəzakət və siyasi məsuliyyət Trampın davranış modelində, demək olar ki, öz əhəmiyyətini itirib. Tramp tənqidə qarşı nəinki dözümlülük nümayiş etdirmir, ümumiyyətlə, ona məhəl qoymağa belə ehtiyac duymur. O, jurnalistlərin suallarını nəzakətlə cavablandırmaq əvəzinə, onlara qarşı kobud münasibət sərgiləyir. Nəticədə jurnalistlərdən “Cənab prezident, uduzmaq necə bir hissdir?” kimi tənəli suallar eşitməli olur. Trampın özünə müttəfiq hesab etdiyi Səudiyyə Ərəbistanının vəliəhdinə ünvanladığı ifadələr də dövlətlərarası münasibətlərdə diplomatik dilin yerini qeyri-etik və təhqiramiz ritorikanın tutduğunu göstərən nümunələrdəndir.

Məsələ təkcə bununla məhdudlaşmır.

İkincisi, Tramp özünün əvvəlki bəyanatlarını tez-tez təkzib edir, bir-biri ilə ziddiyyət təşkil edən açıqlamalar verir. Onun siyasi ritorikasındakı qeyri-sabitlik və mövqelərindəki dəyişkənlik artıq adi hala çevrilib.

Əgər Trampın siyasi fəaliyyətinə daha dərindən nəzər salsaq, diqqətçəkən məqamlarla qarşılaşarıq. İlk baxışda onun siyasətində xaotiklik, qeyri-ardıcıllıq və yöndəmsizlik müşahidə olunsa da, bu davranışların heç də hamısını təsadüfi hesab etmək olmaz. ABŞ kimi nəhəng fövqəldövlətin siyasətində düşünülməmiş və yanlış qərarların verilməsi mümkündür. Lakin bu cür qərarların və nizamsız görünən davranışların sistemli xarakter alması artıq tamamilə fərqli mətləblərdən xəbər verir. Ona görə də Trampın zahirən xaotik görünən siyasi davranışlarının arxasında müəyyən strateji məqsədlərin dayanması ehtimalını da nəzərə almaq lazımdır.

Trampın siyasi fəaliyyətinin digər mühüm istiqaməti Respublikaçılar Partiyasının ideoloji və təşkilati strukturuna göstərdiyi təsirlə bağlıdır. Onun davranışları, mübahisəli bəyanatları və ziddiyyətli siyasi qərarları partiyanın ənənəvi elektoratının bir hissəsində narazılıq yaratmaqla yanaşı, demokratlar üçün də əlverişli siyasi şərait formalaşdırır. Aralıq seçkilərin nəticələri bunu əyani şəkildə göstərdi. Əlbəttə, əvvəlki seçkilərlə müqayisə aparsaq, respublikaçıların üzləşdiyi itkilərin ABŞ siyasi tarixində ilk və ya ən böyük məğlubiyyət olmadığını görərik. Belə ki, heç də uzaq olmayan tarixə nəzər saldıqda, Barak Obamanın prezidentliyi dövründə, 2010-cu ildə demokratların ciddi seçki itkiləri ilə üzləşdiyinin şahidi oluruq.

Lakin tarixi paralellər mövcud hadisələrin mahiyyətini tam izah etməyə kifayət etmir. Tarixi kontekstdə aparılan istənilən müqayisənin müəyyən məhdudiyyətləri var. Hadisələrin mahiyyətini dolğun, aydın və obyektiv şəkildə dərk etmək üçün müxtəlif dövrlər arasında paralellər aparmaq yalnız yardımçı vasitə rolunu oynaya bilər. Bu seçkilərdə demokratların ən böyük uğurlarından biri ölkənin əhalisinin sayına və iqtisadi potensialına görə ikinci ən böyük ştatı olan Texasda qubernatorluq uğrunda mübarizədə qalib gəlmələri idi. İndi siyasi analitiklər kinayə ilə bildirirlər ki, bunu yalnız Tramp bacara bilərdi. Tramp isə özünəməxsus tərzdə danışmaqda davam edir və hətta iddia edir ki, onun adı seçki bülletenində olsaydı, respublikaçılar qalib gələcəkdilər.

Əslində, burada əsas məsələ Respublikaçılar Partiyasının daxilində baş verən ideoloji parçalanma və onun siyasi identikliyinin dəyişməsidir. MAGA – “Make America Great Again” (Amerikanı yenidən böyük edək) şüarı ətrafında birləşən siyasi hərəkat Respublikaçılar Partiyasının ənənəvi ideoloji istiqamətini əhəmiyyətli dərəcədə dəyişdirib. Bir vaxtlar klassik mühafizəkar dəyərləri, institusional sabitliyi və beynəlxalq müttəfiqlik sistemini müdafiə edən respublikaçılar indi getdikcə daha çox Trampın şəxsi siyasi xətti ətrafında təşkilatlanmış qüvvəyə çevrilirlər.

 

Bu proses partiyanın daxilində ciddi ziddiyyətlər yaradır. Trampı dəstəkləyənlərlə ənənəvi respublikaçı siyasi xəttin tərəfdarları arasında dərinləşən fikir ayrılıqları və qarşıdurmalar gələcəkdə partiyanın bütövlüyü üçün daha böyük təhlükəyə çevrilə bilər. Bu mənada Tramp sanki respublikaçıların daxilinə yerləşdirilmiş Troya atı rolunu oynayaraq partiyanı içəridən parçalayır. O, partiyanın siyasi gücünü artırmaq iddiası ilə çıxış etsə də, əslində, onun tarixi ideoloji əsaslarını sarsıdır. Riçard Niksonun 1974-cü ildə istefası ilə nəticələnən siyasi böhran belə Respublikaçılar Partiyasının indiki səviyyədə ideoloji sarsıntı keçirməsinə səbəb olmamışdı.

Respublikaçıların çətin vəziyyətə düşdüyünü görən demokratlar onların daxili birliyini daha ciddi sınağa çəkirlər. Müdafiə naziri Pit Heqset ətrafında yaranan mübahisələr və siyasi təzyiqlər gələcəkdə Tramp administrasiyasının digər nümayəndələrinə qarşı da oxşar siyasi kampaniyaların təkrarlanmasının mümkünlüyünə işarə edir. Şübhəsiz ki, demokratlar respublikaçıların Konqresdəki həmrəyliyini yoxlamaqla yanaşı, gələcək siyasi qarşıdurmalar üçün də zəmin hazırlayırlar. Bununla belə, respublikaçıların bütün hallarda vahid mövqe nümayiş etdirəcəklərini söyləmək çətindir. Partiyadaxili ziddiyyətlərin dərinləşməsi müəyyən məqamlarda siyasi qərarların qəbuluna və administrasiyanın fəaliyyətinə də təsir göstərə bilər.

Trampın komandasında təmsil olunan şəxslər ümumi vəziyyətin getdikcə daha da mürəkkəbləşəcəyini artıq anlayırlar. Vitse-prezident JD Vensin gələcək prezidentlik perspektivləri ilə bağlı siyasi ambisiyaları onun Trampdan müəyyən məsafə saxlamaq istəyini göstərir. Vens özünü yalnız Trampın siyasi varisi kimi deyil, həm də müstəqil baxışları və siyasi mövqeyi olan fiqur kimi təqdim etməyə çalışır. Dövlət katibi Marko Rubionun yanaşması isə məsələyə daha geniş tarixi və geosiyasi kontekstdən baxdığını göstərir. Onun Afinadakı çıxışında Qərb sivilizasiyasının böhranına toxunması təsadüfi deyil. Çünki Trampın siyasəti Qərbin daxili birliyini, transatlantik münasibətləri və ortaq siyasi dəyərlər sistemini ciddi şəkildə sarsıdır.

Əslində, burada söhbət yalnız bir prezidentin siyasi davranışlarından və idarəçilik üslubundan getmir. Daha fundamental məsələ ABŞ-ın qlobal hegemonluğunun gələcək taleyi ilə bağlıdır. Trampın sərt ritorikasına, güc nümayişinə və ABŞ-ın beynəlxalq nüfuzunu artırmaq iddialarına baxmayaraq, onun həyata keçirdiyi siyasətin nəticələri ölkənin beynəlxalq mövqelərini zəiflətmək təhlükəsi yaradır. Avropa ilə münasibətlərdə artan gərginlik, Yaxın Şərqdə dəyişən geosiyasi maraqlar, Asiyada Çinlə rəqabətin yeni mərhələyə qədəm qoyması və digər regionlarda təsir imkanlarının yenidən bölüşdürülməsi Vaşinqton qarşısında mürəkkəb problemlər yaradır. ABŞ-ın Avropa və Kanada kimi ənənəvi tərəfdaşlarından siyasi məsafə saxlaması isə Qərbin vahid geosiyasi mərkəz kimi fəaliyyət göstərmək imkanlarına ciddi zərbə vurur.

Beləliklə, Trampın fəaliyyəti beynəlxalq münasibətlər sistemində baş verə biləcək daha genişmiqyaslı transformasiyanın tərkib hissəsi kimi dəyərləndirilməlidir. Qarşıdakı dövrdə süni intellektin yaratdığı texnoloji dəyişikliklər fonunda ABŞ-Çin rəqabətinin yeni mərhələsi, Qərb dünyasının daxili ziddiyyətləri və formalaşmaqda olan yeni geostrateji ittifaqlar gələcək dünya nizamının əsas konturlarını müəyyənləşdirəcək. Bu proseslər ABŞ-ın qlobal liderliyinin gələcək perspektivləri baxımından da həlledici əhəmiyyət daşıyır.

Deməli, yekun olaraq qarşımızda iki mühüm sual dayanır: Görəsən, Tramp öz davranışları ilə köhnə siyasi ənənələri dağıdaraq ABŞ-ın qlobal liderliyini qorumaq və onu yeni mərhələyə daşımaq üçün fərqli siyasi model formalaşdırır, yoxsa qeyri-ənənəvi və ziddiyyətli idarəçilik metodu ilə ABŞ-ın hegemonluğunu tənəzzülə sürükləyir?

Əlbəttə, bu sualın cavabını yalnız Trampın prezidentlik fəaliyyəti deyil, bütövlükdə Qərb sivilizasiyasının qarşıdakı tarixi mərhələdə hansı siyasi kursu seçəcəyi və dəyişən dünya reallıqlarına necə uyğunlaşacağı müəyyən edəcək.

Vaqif Nəsibov

“AzPolitika.info”

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

22-10-2026, 10:53

DÜNYA NİZAMI SARSILIR, AVROPA İKİ OD ARASINDA... – Böyük güclərin planı nədir?

Gündəm / Dünya

9-11-2026, 01:29

Ağ Evdə "geopolitik zəlzələ" daha da güclənir: Yaxın Şərq və Ukrayna savaşları ABŞ-a sıçrayır

Siyasət

9-10-2026, 16:31

Trampın Şimali Koreya lideri ilə müəmmalı “dost”luğu: ABŞ-da “seçki kabusu” dünyanın “ən ağıllı adam”ını vurur

Gündəm / Cəmiyyət

12-11-2026, 01:32

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Gündəm / İqtisadiyyat

20-10-2026, 11:40

Mərkəzi Asiya təzyiq altında: iqtisadi problemlər Azərbaycanı təhdid edir? - GƏLİŞMƏ

Şou Biznes
Məşhur müğənni 78 yaşında evləndi
Mübariz Tağıyev: “Oxumağa həvəsim yoxdur”
“Ayağın o qədər yüngüldür ki, Fransa yerlə-yeksan oldu” - VİDEO
Cəmiyyət
Dünən, 11:09
Yağış yağacaq, temperatur 10 dərəcə düşəcək - XƏBƏRDARLIQ
13-11-2026, 12:41
Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?
13-11-2026, 12:36
Marketlərdə müştərilər endirim adı altında belə aldadılır - Təhlükə ilə bağlı XƏBƏRDARLIQ
12-11-2026, 12:22
Valideynin cəzası 200 manatdır, bəs uşağın yaşadığı travma? - MÜHÜM AÇIQLAMA
12-11-2026, 12:16
Korrupsiya həbsləri başladı - Pəncərədən DOLLARLA DOLU ÇAMADANLAR atıldı - VİDEO
12-11-2026, 12:10
İrəvanda Azərbaycan məscidi alkoqollu içkilər satılan kafeyə çevrildi - ŞOK GÖRÜNTÜLƏR
Kriminal
6-11-2026, 13:15
Başı qazandan, ayaqları soyuducudan tapıldı – Tanınmış modelin dəhşətli qətli ilə bağlı YENİ DETALLAR
5-11-2026, 16:03
Türmədən tribunaya... - 12 il yatan DƏLƏDUZ hüquqşünasa necə çevrildi?
27-10-2026, 12:35
Qətldə ittiham olunan deputat oğluna narkotik ittihamı da verildi
Son xəbərlər
  • Dünən, 11:09
    Yağış yağacaq, temperatur 10 dərəcə düşəcək - XƏBƏRDARLIQ
  • Dünən, 11:06
    Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
  • Dünən, 11:03
    Paşinyan Türkiyə ilə sərhədlərin açılacağı vaxtdan danışdı: “Son addıma yaxınıq”
  • Dünən, 11:00
    Əhaliyə ŞOK xəbərdarlıq: “Dörd gəncdən biri...”
  • Dünən, 10:56
    DONBAS, FİNLANDİYA, MOLDOVA, PRİBALTİKA... - Rusiyanın yeni tələbləri açıqlandı
  • Dünən, 10:53
    TRAMPIN TƏHLÜKƏLİ SİYASİ OYUNU... - O, ABŞ-ni xilas edir, yoxsa imperiyanin sonunu yaxınlaşdırır?
  • 13-11-2026, 12:41
    Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?
  • 13-11-2026, 12:39
    AZƏRBAYCANDA YENİ GÜZƏŞTLİ MƏNZİLLƏR SATIŞA ÇIXARILIR - Tarix + Qiymətlər
  • 13-11-2026, 12:36
    Marketlərdə müştərilər endirim adı altında belə aldadılır - Təhlükə ilə bağlı XƏBƏRDARLIQ
  • 13-11-2026, 12:34
    AZƏRBAYCANDA Aİ-95 BENZİNİ İLƏ BAĞLI NARAHATLIQ... – İstehsal niyə kəskin azalıb?
  • 12-11-2026, 12:22
    Valideynin cəzası 200 manatdır, bəs uşağın yaşadığı travma? - MÜHÜM AÇIQLAMA
  • 12-11-2026, 12:18
    BANKLARIN KREDİT HESABLAMASI DƏYİŞDİ... – Kredit almaq istəyənləri nə gözləyir?
  • 12-11-2026, 12:16
    Korrupsiya həbsləri başladı - Pəncərədən DOLLARLA DOLU ÇAMADANLAR atıldı - VİDEO
  • 12-11-2026, 12:13
    Özünə qəbir qazdıranlar cərimələnəcək
  • 12-11-2026, 12:10
    İrəvanda Azərbaycan məscidi alkoqollu içkilər satılan kafeyə çevrildi - ŞOK GÖRÜNTÜLƏR
  • 12-11-2026, 12:07
    ABŞ-nin qorxulu Xəzər planı - Azərbaycana təhlükə
  • 12-11-2026, 01:32
    Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
  • 12-11-2026, 01:28
    Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
  • 12-11-2026, 01:24
    Azərbaycan Avropanın enerji xəritəsini dəyişir – Dörd ölkənin yeni sazişi nə vəd edir?
  • 12-11-2026, 01:20
    Nərmin Abdinova Avropa çempionatında qızıl medal qazanıb
  • 12-11-2026, 01:19
    Qərbi Azərbaycanın yaddaş xəritəsi: Qursalı kəndinin tarixi - FOTO+VİDEO
  • 12-11-2026, 01:16
    Azərbaycanda Konstitusiya Günüdür
  • 12-11-2026, 01:14
    Sammitdə üç türk lideri arasında səmimi anlar – FOTOLAR
  • 11-11-2026, 16:34
    DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
  • 11-11-2026, 16:29
    NATO-da 20 ilin ən böyük hərbi islahatı: Bütün diqqət yalnız Rusiyaya qarşı müharibəyə yönəldilir
  • 11-11-2026, 16:27
    "Nazirlər Kabineti və Tarif Şurası bir günün içində bu məsələni həll edə bilər"
  • 11-11-2026, 16:25
    Rusiya ilə Ukrayna arasında BÖYÜK anlaşma: Putinin köməkçisi açıqladı - CANLI
  • 11-11-2026, 13:20
    Netanyahu çıxış edərkən sabiq Baş nazirlə mübahisə etdi - VİDEO
  • 11-11-2026, 13:17
    İlham Əliyev Antalyadakı Ekspo Mərkəzinə gəlib - COP31-in Liderlər Sammitində iştirak edəcək
  • 11-11-2026, 13:14
    XAMENEİ “VURUN” ƏMRİ VERDİ - İran raketləri Avropaya çatacaqmı?
  • 11-11-2026, 01:32
    Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək VİDEO
  • 11-11-2026, 01:27
    Rusiya-Ukrayna müharibəsində diqqətçəkən yenilik: Rıjenkov açıqladı
  • 11-11-2026, 01:24
    İşçilərə görünməmiş nəzarət – 30 dəqiqə "maus"a toxunmayanlar cəzalandırılır!
  • 11-11-2026, 01:21
    SSRİ-i əfsanəsi dəyişir – Daha yığcam və dəqiq silah gəlir
  • 11-11-2026, 01:17
    ABŞ hərbçisi Rusiyanın xeyrinə casusluq şübhəsi ilə saxlanılıb
Daha çox
9-11-2026, 01:13
LİDERLƏRDƏN QARDAŞLIQ VƏ BİRLİK MESAJLARI - "Heç kimə imkan vermərik ki, aramıza girsin!” + FOTO/VİDEO (Yeniləndi)
9-11-2026, 01:52
Ərdoğan Azərbaycana səfərə gəldi - Füzuli Hava Limanından görüntülər - VİDEO
11-11-2026, 01:13
PREZİDENT İLHAM ƏLİYEV TÜRKİYƏYƏ GETDİ - COP31-in Liderlər Sammitində iştirak edəcək (VİDEO+FOTOLAR)
11-11-2026, 01:32
Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək VİDEO
9-11-2026, 01:21
“Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
9-11-2026, 01:23
Bir sıra xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi: Vəfa Qasımova
  • Telefon: (+99450) 277 95 00
  • E-mail: ofis@xtv.az
Müəllif hüquqları qorunur. XTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2026 XTV.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə