• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • İdman
  • Kriminal
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

İCRA HAKİMİYYƏTLƏRİNDƏ HƏBS DALĞASI BAŞLAYA BİLƏR? – Milyonlarla manatlıq pozuntular və... + AÇIQLAMA

Gündəm / Cəmiyyət

Bu gün, 10:43

"Aşkarlanan pozuntular cinayət işinin başlanması üçün kifayət edir"

Azərbaycanda yolların əsaslı təmirinə ayrılan milyonlarla manat dövlət vəsaitinin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol verilib.

"AzPolitika"nın bir neçə gün öncə Hesablama Palatasına istinadla yayımladığı məqalədə 14 yerli icra hakimiyyəti orqanında apardığı analitik təhlil nəticəsində işlərin həcmi və dəyərinin süni şəkildə artırıldığı, satınalma prosedurlarının formal xarakter daşıdığı, sənədlərin faktiki vəziyyəti əks etdirmədiyi və dövlət vəsaiti hesabına yaradılan yol aktivlərinin mühasibat uçotundan kənarda qaldığı üzə çıxıb.

Belə ki, Quba, Tərtər, İmişli, Qusar, Ağcabədi, Zaqatala, Lerik, Şabran, Gədəbəy, Ucar və Cəlilabad rayonlarında, eləcə də Mingəçevir, Lənkəran və Şəki şəhərlərində 2024–2025-ci illərdə yolların əsaslı təmirinə ayrılan dövlət vəsaitlərinin xərclənməsi araşdırılıb. Yoxlamalar nəticəsində 14 yerli icra hakimiyyəti orqanı üzrə ümumilikdə 1 milyon 78 min 610,9 manatlıq işin həcmi və dəyərinin süni şəkildə artırılaraq podratçılara artıq ödəniş edildiyi müəyyənləşdirilib.

Həmin vəsait isə dövlət büdcəsinə tam bərpa etdirilib. Bununla yanaşı, altı yerli icra hakimiyyəti orqanında ümumi dəyəri 6 milyon 291 min 235,7 manat olan təmir işlərinin satınalma müqaviləsi bağlandıqdan cəmi 1–2 gün sonra, bəzi hallarda isə dörd gün ərzində başa çatdırıldığına dair aktlar rəsmiləşdirilib. Bu hallar işlərə satınalma prosedurlarından əvvəl başlanılması və tenderlərin formal xarakter daşıması ilə bağlı ciddi suallar yaradıb.

Hesabatda söküntü zamanı əldə edilən qiymətli tikinti materiallarının mədaxil edilməməsi, daşınma xərclərinin qanunsuz olaraq smetalara daxil edilməsi, podratçıların müqavilə öhdəliklərini pozmasına baxmayaraq, cərimə mexanizmlərinin tətbiq edilməməsi kimi pozuntular da əksini tapıb. Bundan başqa, dövlət vəsaiti hesabına yaradılmış və ya əsaslı təmir edilmiş, ümumi dəyəri 23 milyon 977 min 875,5 manat olan yol aktivləri mühasibat uçotunda qeydə alınmayıb. Qısacası, Hesablama Palatasının təhlili dövlət vəsaitlərinin xərclənməsi, satınalma prosedurları və maliyyə hesabatlılığı ilə bağlı ciddi nöqsanları üzə çıxarıb.

Bəs maraqlıdır, bu pozuntuların aşkarlanmasından sonra məsul şəxslər barəsində hansı tədbirlər görülə bilər? Həmçinin Hesablama Palatasının müəyyən etdiyi faktlar cinayət işinin başlanması üçün kifayət qədər əsas yaradırmı?

 

Bu barədə hüquqşünas Əkrəm Həsənov “AzPolitika”ya şərhində bildirib ki, aşkarlanan pozuntular cinayət işinin başlanması üçün kifayət edir.

Onun fikrincə, Palata müəyyən etdiyi faktlarla bağlı prokurorluğa müraciət etməli, müvafiq hüquq-mühafizə orqanları isə həmin hallara hüquqi qiymət verməlidir: “Bəli, mən hesab edirəm ki, bu pozuntular cinayət işinin başlanması üçün kifayətdir. Hesablama Palatası prokurorluğa müraciət etməlidir və prokurorluq da cinayət işinin başlanması məsələsini həll etməlidir. Burada söhbət dövlət vəsaitinin xərclənməsi zamanı aşkarlanmış ciddi pozuntulardan gedir. Belə faktlar müəyyən edilibsə, onların hüquqi baxımdan araşdırılması vacibdir”.

Əkrəm Həsənov qeyd edir ki, aşkarlanan faktlarla bağlı hansı tədbirlərin görüldüyü ictimaiyyətə açıqlanmalıdır: “Həmişə ictimaiyyətə Hesablama Palatasının bu və ya digər pozuntunu aşkarlaması barədə məlumatlar verilir. Palatanın yoxlamalarının nəticələri açıqlanır, maliyyə pozuntularından danışılır. Amma bundan sonra nə baş verdiyi, həmin faktlarla bağlı hansı tədbirlərin görüldüyü çox vaxt ictimaiyyətə məlum olmur”.

Hüquqşünas xatırladıb ki, bəzən bundan xeyli aşağı məbləğli pozuntularla bağlı belə cinayət işləri açılıb: “Ona görə də bu məsələdə aydınlıq olmalıdır. Palata belə nəticəyə gəlibsə, deməli, ortada araşdırılmalı hallar var. Həmin faktlar hüquqi baxımdan qiymətləndirilməli və nəticəsi barədə ictimaiyyətə məlumat verilməlidir”

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat / Gündəm

27-10-2026, 12:22

Bakıda absurd qiymətə "novostroykalar" - Əslində neçəyədir?

Gündəm / Siyasət

26-10-2026, 17:10

PREZİDENT YENİ KOMİSSİYA YARATDI... - Şahin Mustafayevi sədr təyin etdi + ADLAR

İqtisadiyyat

27-10-2026, 16:12

Ərzaq qiymətləri dekabrda PİK HƏDDƏ çatacaq? – XƏBƏRDARLIQ

Gündəm / İqtisadiyyat

20-10-2026, 11:40

Mərkəzi Asiya təzyiq altında: iqtisadi problemlər Azərbaycanı təhdid edir? - GƏLİŞMƏ

İqtisadiyyat

22-10-2026, 16:37

BANKLAR KİMLƏRƏ VƏ NİYƏ KREDİT VERMİR? – “Qara siyahı” ilə bağlı bilinməyənlər + ARAŞDIRMA

Şou Biznes
“Ayağın o qədər yüngüldür ki, Fransa yerlə-yeksan oldu” - VİDEO
Cəmiyyət
Bu gün, 10:46
"Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar
Bu gün, 10:43
İCRA HAKİMİYYƏTLƏRİNDƏ HƏBS DALĞASI BAŞLAYA BİLƏR? – Milyonlarla manatlıq pozuntular və... + AÇIQLAMA
27-10-2026, 13:30
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
26-10-2026, 17:06
Bakıda üç şəhidin anım günü keçirildi - 120 şəhid ailəsi və qazilər iştirak etdi
24-10-2026, 10:51
Yüksək dağlıq ərazilərə qar yağıb - Faktiki hava
24-10-2026, 10:47
NAZİR YENİ SOSİAL PAKETİN ANONSUNU VERDİ... – Pensiya və maaşlar nə qədər arta bilər?
Kriminal
27-10-2026, 12:35
Qətldə ittiham olunan deputat oğluna narkotik ittihamı da verildi
16-10-2026, 10:05
Azərbaycana qarşı görünməmiş hibrid hücumlar: Milli Məclisdən xəbərdarlıq
13-10-2026, 01:34
Məşhur türk yazarın ölümü 70 ildən sonra yenidən araşdırılır
Son xəbərlər
  • Bu gün, 15:40
    İŞ YERLƏRİ BAKIDA, İMKANLAR REGİONLARDA... – Əhalinin paytaxta axınının qarşısı necə alınmalı? + RƏY
  • Bu gün, 14:48
    Rusiya nəşrindən Ankara sammiti öncəsi ilginc təhlil - Ərdoğanın planı...
  • Bu gün, 14:38
    NED-in Azərbaycan planı - 1 milyon dollar QRANT...
  • Bu gün, 10:57
    Paşinyan qələbə eyforiyasında - sülhə risk?
  • Bu gün, 10:46
    "Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar
  • Bu gün, 10:43
    İCRA HAKİMİYYƏTLƏRİNDƏ HƏBS DALĞASI BAŞLAYA BİLƏR? – Milyonlarla manatlıq pozuntular və... + AÇIQLAMA
  • Bu gün, 10:40
    Mərkəzi Bank inflyasiya proqnozunu açıqladı
  • Bu gün, 10:38
    Netanyahu uduzdu, demokratiya belə işləyir - Qolan
  • Dünən, 11:50
    NATO Azərbaycan Ordusunun helikopterlərini niyə araşdırır?
  • Dünən, 11:47
    Xeyrəddin Qoca: “Ramiz Mehdiyev kimi siz də məhkəmədə cavab verməlisiniz, cənablar!”
  • Dünən, 11:42
    Azərbaycana artan AES təhlükəsi - Bakıdan xəbərdarlıq
  • 27-10-2026, 16:15
    Erməni qubernator ruslara “İvanlar” dedi - RUSİYADAN ETİRAZLAR
  • 27-10-2026, 16:12
    Ərzaq qiymətləri dekabrda PİK HƏDDƏ çatacaq? – XƏBƏRDARLIQ
  • 27-10-2026, 16:09
    Ankarada gözlənilməz "Cumhur zirvəsi" - Ərdoğan və Bağçalı ilə bir araya gəlirlər
  • 27-10-2026, 16:05
    İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
  • 27-10-2026, 16:03
    KARTDAN-KARTA MƏHDUDİYYƏTLƏRİN “FƏSADI”... - Azərbaycanda bank kartlarının sayı niyə kəskin artıb?
  • 27-10-2026, 13:30
    Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
  • 27-10-2026, 12:39
    Prezident Forumda ÇIXIŞ ETDİ - MÜHÜM MESAJLAR VERDİ
  • 27-10-2026, 12:35
    Qətldə ittiham olunan deputat oğluna narkotik ittihamı da verildi
  • 27-10-2026, 12:26
    İsraildə taleyüklü seçki - Netanyahunun taleyi həll olur
  • 27-10-2026, 12:22
    Bakıda absurd qiymətə "novostroykalar" - Əslində neçəyədir?
  • 26-10-2026, 17:28
    Kiyevdən üçtərəfli görüşlə bağlı TƏCİLİ BƏYANAT
  • 26-10-2026, 17:16
    Britaniyada əhaliyə 3 günlük ehtiyat çağırışı: Nə baş verir?
  • 26-10-2026, 17:13
    “Türk əsri: Dildə, fikirdə, işdə birlik" - Zirvədə müzakirə ediləcək MÖVZULAR
  • 26-10-2026, 17:10
    PREZİDENT YENİ KOMİSSİYA YARATDI... - Şahin Mustafayevi sədr təyin etdi + ADLAR
  • 26-10-2026, 17:06
    Bakıda üç şəhidin anım günü keçirildi - 120 şəhid ailəsi və qazilər iştirak etdi
  • 24-10-2026, 11:02
    Hicabı qadağan edəcəyini dedi
  • 24-10-2026, 10:57
    Xəzərdə kütləvi balıq tələfatı – Azərbaycana təhlükə gözlənilir?
  • 24-10-2026, 10:54
    Sabah Paşinyanın taleyi həll olunur
  • 24-10-2026, 10:51
    Yüksək dağlıq ərazilərə qar yağıb - Faktiki hava
  • 24-10-2026, 10:47
    NAZİR YENİ SOSİAL PAKETİN ANONSUNU VERDİ... – Pensiya və maaşlar nə qədər arta bilər?
  • 23-10-2026, 10:11
    Gürcüstan ilbizdən milyonlar qazanır – Nəhəng ölkələr almaq üçün cərgəyə durub
  • 23-10-2026, 10:02
    Putin Ukraynanın üzərindən xətt çəkdi – “İtirdiyiniz əraziləri...”
  • 23-10-2026, 09:58
    KOLLECLƏRİN LƏĞVİ GÜNDƏMDƏ... – Məzunlar niyə iş tapa bilmir?
  • 23-10-2026, 09:55
    GÜNƏŞ PANELLƏRİNİN GİZLİ PROBLEMİ... – İstismar müddəti bitəndən sonra nə olacaq?
Daha çox
Dünən, 11:47
Xeyrəddin Qoca: “Ramiz Mehdiyev kimi siz də məhkəmədə cavab verməlisiniz, cənablar!”
23-10-2026, 10:11
Gürcüstan ilbizdən milyonlar qazanır – Nəhəng ölkələr almaq üçün cərgəyə durub
24-10-2026, 10:51
Yüksək dağlıq ərazilərə qar yağıb - Faktiki hava
27-10-2026, 12:35
Qətldə ittiham olunan deputat oğluna narkotik ittihamı da verildi
27-10-2026, 16:09
Ankarada gözlənilməz "Cumhur zirvəsi" - Ərdoğan və Bağçalı ilə bir araya gəlirlər
27-10-2026, 16:15
Erməni qubernator ruslara “İvanlar” dedi - RUSİYADAN ETİRAZLAR
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi: Vəfa Qasımova
  • Telefon: (+99450) 277 95 00
  • E-mail: ofis@xtv.az
Müəllif hüquqları qorunur. XTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2026 XTV.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə