• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • İdman
  • Kriminal
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

PREZİDENT YENİ KOMİSSİYA YARATDI... - Şahin Mustafayevi sədr təyin etdi + ADLAR

Gündəm / Siyasət

26-10-2026, 17:10

Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiya yaradılıb.

"Azpolitika" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsaəsn, tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi, dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi, icra intizamına nəzarətin təmin edilməsi, mütərəqqi təcrübələrin öyrənilməsi və tətbiqinə dair təkliflərin hazırlanması məqsədilə aşağıdakı tərkibdə Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılıb:

Komissiyanın sədri

Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müavini

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru.

Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına həvalə edilib.

Komissiya:

- dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin icrası zamanı bütün mövcud prosedurlar və mərhələlər üzrə icra intizamının cari vəziyyəti, eləcə də hər mərhələdə icra müddətlərinə riayət olunması vəziyyətinə və gecikmə səbəblərinə dair təhlillər aparılmasını təmin etməli;

- dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin hazırlanması, razılaşdırılması və tikintiyə icazə verilməsi prosesində yaranan gecikmələrin operativ həllini, prosedurlar və mərhələlər üzrə normativ hüquqi aktlarla müəyyən edilmiş müddətlərə riayət olunmasını və icra intizamını, aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini təmin etməli;

- aidiyyəti dövlət orqanlarından (qurumlarından) hesabatlar əldə etməklə, dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələri ilə bağlı razılaşdırma və icazə prosedurları çərçivəsində həmin orqanlara (qurumlara) daxil olan müraciətlərə normativ hüquqi aktlarla müəyyən olunmuş müddətlərdə baxılmasına nəzarət etsin, habelə bu sahədə icra intizamının artırılması məqsədilə rəqəmsal həllərin, məlumat mübadiləsi mexanizmlərinin və qabaqcıl təcrübənin tətbiqi imkanlarını araşdırmalı;

aşağıdakı məsələlərə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:

- tikinti layihələri ilə bağlı razılaşdırma, icazə və digər inzibati prosedurların sadələşdirilməsi, habelə icra mərhələlərinin və müddətlərinin optimallaşdırılması üzrə normativ hüquqi aktların təkmilləşdirilməsi;

- tikinti sahəsində investisiyaların stimullaşdırılması məqsədilə özəl sektorun vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinə münasibətdə – beynəlxalq təcrübəyə uyğun qabaqcıl alətlər və təşviq mexanizmləri, o cümlədən rəqəmsal alətlər vasitəsilə tikinti layihələri üzrə açıq, şəffaf və rəqabətli mexanizm;

- dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin qiymətləndirilməsi üçün tətbiq olunan smeta-normativ və qiymətqoyma mexanizmlərinin, habelə qiymətqoymanın resurs metodunun təkmilləşdirilməsi;

- görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat verməli;

- zərurət yarandığı hallarda digər dövlət orqanlarını (qurumlarını), habelə ekspertləri (mütəxəssisləri) Komissiyanın işinə cəlb etməlidir.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tikintiyə icazələrlə əlaqədar müraciətlərə baxılması üzrə mövcud dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi, bunun üçün zəruri olan məlumatların vahid məlumat bazasında toplanması, habelə qurumlararası məlumat mübadiləsi və informasiya ehtiyatları və sistemləri arasında inteqrasiyanın təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğun texnoloji həllərin genişləndirilməsi ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Komissiyaya təqdim etməldir.

Bu Sərəncamın monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / İqtisadiyyat

20-10-2026, 11:40

Mərkəzi Asiya təzyiq altında: iqtisadi problemlər Azərbaycanı təhdid edir? - GƏLİŞMƏ

İqtisadiyyat

22-10-2026, 16:59

Azərbaycana "idxal terapiyası" – Şok statistika

Gündəm / Siyasət

22-10-2026, 10:53

DÜNYA NİZAMI SARSILIR, AVROPA İKİ OD ARASINDA... – Böyük güclərin planı nədir?

İdman

17-10-2026, 12:08

Azərişıq ASC-nin təşkil etdiyi yarışın qalibi müəyyənləşdi

Gündəm / Siyasət

19-10-2026, 13:11

TƏBİB SƏHİYYƏ NAZİRLİYİNİN TABELİYİNƏ VERİLDİ - Prezident Fərman imzaladl

Şou Biznes
“Ayağın o qədər yüngüldür ki, Fransa yerlə-yeksan oldu” - VİDEO
Cəmiyyət
Dünən, 13:30
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
26-10-2026, 17:06
Bakıda üç şəhidin anım günü keçirildi - 120 şəhid ailəsi və qazilər iştirak etdi
24-10-2026, 10:51
Yüksək dağlıq ərazilərə qar yağıb - Faktiki hava
24-10-2026, 10:47
NAZİR YENİ SOSİAL PAKETİN ANONSUNU VERDİ... – Pensiya və maaşlar nə qədər arta bilər?
23-10-2026, 09:58
KOLLECLƏRİN LƏĞVİ GÜNDƏMDƏ... – Məzunlar niyə iş tapa bilmir?
23-10-2026, 09:55
GÜNƏŞ PANELLƏRİNİN GİZLİ PROBLEMİ... – İstismar müddəti bitəndən sonra nə olacaq?
Kriminal
Dünən, 12:35
Qətldə ittiham olunan deputat oğluna narkotik ittihamı da verildi
16-10-2026, 10:05
Azərbaycana qarşı görünməmiş hibrid hücumlar: Milli Məclisdən xəbərdarlıq
13-10-2026, 01:34
Məşhur türk yazarın ölümü 70 ildən sonra yenidən araşdırılır
Son xəbərlər
  • Bu gün, 11:50
    NATO Azərbaycan Ordusunun helikopterlərini niyə araşdırır?
  • Bu gün, 11:47
    Xeyrəddin Qoca: “Ramiz Mehdiyev kimi siz də məhkəmədə cavab verməlisiniz, cənablar!”
  • Bu gün, 11:42
    Azərbaycana artan AES təhlükəsi - Bakıdan xəbərdarlıq
  • Dünən, 16:15
    Erməni qubernator ruslara “İvanlar” dedi - RUSİYADAN ETİRAZLAR
  • Dünən, 16:12
    Ərzaq qiymətləri dekabrda PİK HƏDDƏ çatacaq? – XƏBƏRDARLIQ
  • Dünən, 16:09
    Ankarada gözlənilməz "Cumhur zirvəsi" - Ərdoğan və Bağçalı ilə bir araya gəlirlər
  • Dünən, 16:05
    İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
  • Dünən, 16:03
    KARTDAN-KARTA MƏHDUDİYYƏTLƏRİN “FƏSADI”... - Azərbaycanda bank kartlarının sayı niyə kəskin artıb?
  • Dünən, 13:30
    Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
  • Dünən, 12:39
    Prezident Forumda ÇIXIŞ ETDİ - MÜHÜM MESAJLAR VERDİ
  • Dünən, 12:35
    Qətldə ittiham olunan deputat oğluna narkotik ittihamı da verildi
  • Dünən, 12:26
    İsraildə taleyüklü seçki - Netanyahunun taleyi həll olur
  • Dünən, 12:22
    Bakıda absurd qiymətə "novostroykalar" - Əslində neçəyədir?
  • 26-10-2026, 17:28
    Kiyevdən üçtərəfli görüşlə bağlı TƏCİLİ BƏYANAT
  • 26-10-2026, 17:16
    Britaniyada əhaliyə 3 günlük ehtiyat çağırışı: Nə baş verir?
  • 26-10-2026, 17:13
    “Türk əsri: Dildə, fikirdə, işdə birlik" - Zirvədə müzakirə ediləcək MÖVZULAR
  • 26-10-2026, 17:10
    PREZİDENT YENİ KOMİSSİYA YARATDI... - Şahin Mustafayevi sədr təyin etdi + ADLAR
  • 26-10-2026, 17:06
    Bakıda üç şəhidin anım günü keçirildi - 120 şəhid ailəsi və qazilər iştirak etdi
  • 24-10-2026, 11:02
    Hicabı qadağan edəcəyini dedi
  • 24-10-2026, 10:57
    Xəzərdə kütləvi balıq tələfatı – Azərbaycana təhlükə gözlənilir?
  • 24-10-2026, 10:54
    Sabah Paşinyanın taleyi həll olunur
  • 24-10-2026, 10:51
    Yüksək dağlıq ərazilərə qar yağıb - Faktiki hava
  • 24-10-2026, 10:47
    NAZİR YENİ SOSİAL PAKETİN ANONSUNU VERDİ... – Pensiya və maaşlar nə qədər arta bilər?
  • 23-10-2026, 10:11
    Gürcüstan ilbizdən milyonlar qazanır – Nəhəng ölkələr almaq üçün cərgəyə durub
  • 23-10-2026, 10:02
    Putin Ukraynanın üzərindən xətt çəkdi – “İtirdiyiniz əraziləri...”
  • 23-10-2026, 09:58
    KOLLECLƏRİN LƏĞVİ GÜNDƏMDƏ... – Məzunlar niyə iş tapa bilmir?
  • 23-10-2026, 09:55
    GÜNƏŞ PANELLƏRİNİN GİZLİ PROBLEMİ... – İstismar müddəti bitəndən sonra nə olacaq?
  • 23-10-2026, 09:50
    AZƏRBAYCANA AVTOMOBİL AXINI KƏSKİN AZALDI... – Səbəb nədir, qiymətlərə necə təsir edəcək?
  • 23-10-2026, 09:47
    Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik
  • 23-10-2026, 09:44
    Küçə etirazları Avropanı cənginə alacaq - "Politiko"
  • 22-10-2026, 17:02
    ABŞ-da seçki səfərbərliyi – Trampa qarşı hazırlıq
  • 22-10-2026, 16:59
    Azərbaycana "idxal terapiyası" – Şok statistika
  • 22-10-2026, 16:54
    SON DƏQİQƏ: Zelenski HƏR ŞEYİ açıb-tökdü – Ukrayna Donbasdan çıxır?
  • 22-10-2026, 16:51
    Rəqəmsal manatla nə edə biləcəyik? – DETALLAR AÇIQLANDI
  • 22-10-2026, 16:48
    İrəvandan YENİ hiylə – Bakı TƏLƏYƏ salınır?
Daha çox
21-10-2026, 16:16
"Brain Academy"də fiziki şiddət: Autizmli uşaq döyüldü + VİDEO
22-10-2026, 10:53
DÜNYA NİZAMI SARSILIR, AVROPA İKİ OD ARASINDA... – Böyük güclərin planı nədir?
22-10-2026, 10:57
MƏKTƏBLƏRDƏ SAAT 09:00-da, UNİVERSİTETLƏRDƏ İSƏ... - İş və dərs saatları dəyişdirilsin?
22-10-2026, 11:13
Ərdoğanın Əliyevə zənginin şifrələri...
23-10-2026, 10:11
Gürcüstan ilbizdən milyonlar qazanır – Nəhəng ölkələr almaq üçün cərgəyə durub
24-10-2026, 10:51
Yüksək dağlıq ərazilərə qar yağıb - Faktiki hava
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi: Vəfa Qasımova
  • Telefon: (+99450) 277 95 00
  • E-mail: ofis@xtv.az
Müəllif hüquqları qorunur. XTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2026 XTV.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə