• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • İdman
  • Kriminal
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Ərzaq qiymətləri dekabrda PİK HƏDDƏ çatacaq? – XƏBƏRDARLIQ

İqtisadiyyat

Dünən, 16:12

Azərbaycanda ərzaq qiymətlərində artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz bahalaşıb.

Sentyabr ayında isə bu məhsul qrupu üzrə qiymətlər əvvəlki ayla müqayisədə 1,4 faiz artıb. Ən diqqətçəkən məqamlardan biri tərəvəz, yumurta, ət və balıq məhsullarının qiymətlərində qeydə alınan artımdır. Belə ki, sentyabrda tərəvəzlər 6,9 faiz, yumurta 5,4 faiz, ət və ət məhsulları 2 faiz, balıq və balıq məhsulları isə 1,9 faiz bahalaşıb. Eyni zamanda, bəzi meyvələrin və kərə yağının qiymətində azalma müşahidə olunub.

Rəsmi göstəricilər ərzaq bazarında qiymət dəyişikliklərinin davam etdiyini göstərsə də, bu artımın ailələrin gündəlik büdcəsinə təsiri, ayrı-ayrı məhsulların bahalaşma səbəbləri və qarşıdakı aylarda qiymətlərin hansı istiqamətdə dəyişəcəyi suallar doğurur. İstehsal xərcləri, idxaldan asılılıq, mövsümi amillər və satış zəncirindəki qiymət fərqləri ərzaq bazarına necə təsir edir? Ərzaq inflyasiyasının qarşısını almaq və əhalinin alıcılıq qabiliyyətini qorumaq üçün hansı tədbirlərə ehtiyac var?

İqtisadçı Vüqar Oruc ərzaq qiymətlərinin artması ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, bahalaşma təkcə ərzaq məhsullarının qıtlığı və ya idxalla bağlı problemlərdən qaynaqlanmır, bu prosesdə manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər də mühüm rol oynayır: “Düşünürəm ki, hazırda, oktyabr ayında müşahidə olunan qiymət artımı ilin sonuna qədər davam edəcək. Qiymət artımının ən yüksək həddi isə dekabrın sonu-yanvarın əvvəlinə təsadüf edə bilər. Çünki adətən ilin sonunda, bayram ərəfəsində ərzaq məhsullarının qiymətində növbəti bahalaşma prosesi baş verir. Bu bahalaşma, qeyd etdiyim kimi, həm iqtisadi göstəricilərlə, həm də manatın alıcılıq qabiliyyəti ilə bağlıdır. Burada müəyyən mənada idxalla bağlı problemlər və son bir ildə Azərbaycanın daxili istehsal potensialında yaranmış dəyişikliklər də xüsusi rol oynayır.

Qiymətlərə təzyiq davam edəcək. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar da bunu təsdiqləyir. Hazırkı iqtisadi proseslər də belə bir nəticəyə gəlməyə əsas verir. Xüsusilə tərəvəz, yumurta və ət məhsullarının bahalaşması ailə büdcəsinə ciddi təsir göstərir. Ümumiyyətlə, Azərbaycanda ailə büdcəsinin formalaşmasında ərzaq məhsullarının payı böyükdür. Buna görə də ərzaq məhsullarının qiymətinin artması ailə büdcəsinə ciddi təzyiq yaradır.

Gündəlik istehlak mallarının qiymətlərinə diqqətlə baxsaq, görərik ki, artım daha çox məhz bu məhsullar üzrə baş verir. Yerli istehsalla bağlı məsələlərə gəlincə, ilk növbədə istehsal xərclərinin artmasını və məhsulların maya dəyərinin yüksəlməsini qeyd etmək lazımdır. Eyni zamanda, yanacaq, gübrə, yem, daşınma və saxlama xərclərinin artması son nəticədə məhsulların qiymətinin yüksəlməsinə gətirib çıxarır.

İkinci amil isə, qeyd etdiyim inflyasiya və manatın alıcılıq qabiliyyətində baş verən dəyişikliklərlə yanaşı, idxaldır. Çünki gündəlik istehlak mallarının müəyyən hissəsi idxal məhsullarıdır. Yerli istehsal daxili tələbatı tam ödəyəcək qədər güclü deyil. Buna görə də həmin məhsulları xaricdən idxal etməyə məcburuq. Hazırda idxal zamanı daşınma xərclərinin artması, gömrük rüsumlarındakı dəyişikliklər, eləcə də məzənnə fərqləri xüsusi rol oynayır”.

Ekspert qeyd edib ki, baş verənlərə əsaslanaraq yalnız Azərbaycanda bahalaşmanın olduğunu söyləmək düzgün olmaz: “Dünya bazarında qiymətlərin yüksəlməsi və logistika xərclərinin artması da son nəticədə məhsulların maya dəyərinə təsir göstərir. Sentyabr ayında tərəvəzlərin qiymətinin 6,9 faiz bahalaşması mövsümi amillərlə də bağlıdır. Artıq payız mövsümünə qədəm qoymuşuq. Açıq sahələrdə istehsal azalır, istixana məhsullarının payı isə artır. İstixanalarda yetişdirilən məhsulların maya dəyəri və logistika xərcləri də qiymətlərdə ciddi fərq yaradır.

Ölkədə toyuq, o cümlədən file və digər toyuq məhsullarının istehsalında da qıtlıq yaranıb. Bu məsələ əvvəlki müzakirələrdə də gündəmə gəlmişdi. Fevral-mart aylarında xəstəliklərin yayılması, daha sonra xaricdən idxal olunan toyuq və toyuq məhsullarının daşınma xərclərinin artması qiymətlərə ciddi təsir göstərib. Bütün bunlar istər-istəməz bazarda toyuq və toyuq məhsullarının qıtlığına səbəb olur.

Belə vəziyyətdə istehlakçılar avtomatik olaraq digər məhsullara daha çox üz tuturlar. Ət və balıq məhsullarına tələbatın artması da onların qiymətlərinə təsir edir. Bu məhsulların qiymətləri bir-biri ilə əlaqəli olduğuna görə, birində yaranan dəyişiklik digərinə də təsir göstərə bilər”.

Vüqar Oruca görə, kənar müdaxilə olmazsa, kənd təsərrüfatı məhsullarının istehsalı istiqamətində yeni layihələr həyata keçirilməsə, yaxud idxal coğrafiyasının genişləndirilməsi, daha ucuz ərzaq məhsullarının tapılaraq ölkəyə gətirilməsi istiqamətində addımlar atılmasa, Azərbaycanın gündəlik istehlak bazarında qiymət artımı oktyabr, noyabr və dekabr aylarında da davam edə bilər: “Ərzaq inflyasiyasının qarşısını almaq üçün qiymətlərə inzibati müdaxilə etmək isə tamamilə yolverilməzdir. Hətta belə bir müdaxilə həyata keçirilsə belə, bu, məhsul qıtlığına səbəb ola və əks-effekt yarada bilər. Buna görə də bazarın tənzimlənməsi daha məqsədəuyğundur. Məhsul bolluğunun yaradılması, istehsal xərclərinin azaldılması üçün müəyyən təşviq proqramlarının həyata keçirilməsi vacibdir.

Eyni zamanda, cənab Prezident də 2027-ci ildə müavinətlərin, pensiyaların və əməkhaqlarının artırılacağını, minimum əməkhaqqı həddinin yüksəldiləcəyini elan edib. Bu addımlar da yaranmış qiymət təzyiqini müəyyən dərəcədə azaltmağa imkan verə bilər. Təbii ki, artımlar qiymət təzyiqini tam aradan qaldırmasa da, onun təsirini yumşalda bilər.

Burada başqa bir təhlükə də var: qiymətlər bahalaşdıqca əhali daha aşağı keyfiyyətli məhsullara üstünlük verə bilər. Bu isə insan sağlamlığı və təhlükəsizliyi baxımından olduqca təhlükəli və zərərli haldır. Diqqət etməliyik ki, belə vəziyyət ucuz və keyfiyyətsiz məhsullara kütləvi yönəlmə ilə nəticələnməsin. Bunun qarşısını almaq üçün ərzaq bolluğu yaradılmalı, yerli istehsalın gücü artırılmalı, kənd təsərrüfatı sahəsində təşviq layihələrinin sayı çoxaldılmalı, bu layihələrdə iştirak şərtləri yumşaldılmalı və onların əlçatanlığı təmin edilməlidir. Əsas odur ki, qiymət artımı inzibati məhdudiyyətlərlə deyil, istehsalın artırılması, xərclərin optimallaşdırılması və bazarda rəqabətin gücləndirilməsi yolu ilə həll olunmalıdır. Qiymətlərə birbaşa inzibati müdaxilə əvəzinə, bazara dolayısı yolla təsir göstərmək daha məqsədəuyğundur”

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat / Gündəm

Dünən, 12:22

Bakıda absurd qiymətə "novostroykalar" - Əslində neçəyədir?

Gündəm / İqtisadiyyat

20-10-2026, 11:40

Mərkəzi Asiya təzyiq altında: iqtisadi problemlər Azərbaycanı təhdid edir? - GƏLİŞMƏ

İqtisadiyyat

22-10-2026, 16:59

Azərbaycana "idxal terapiyası" – Şok statistika

Gündəm / Siyasət

22-10-2026, 10:53

DÜNYA NİZAMI SARSILIR, AVROPA İKİ OD ARASINDA... – Böyük güclərin planı nədir?

Gündəm / İqtisadiyyat

16-10-2026, 10:00

AZƏRBAYCAN İQTİSADİYYATINI NƏ GÖZLƏYİR? - İqtisadçıdan AÇIQLAMA

Şou Biznes
“Ayağın o qədər yüngüldür ki, Fransa yerlə-yeksan oldu” - VİDEO
Cəmiyyət
Dünən, 13:30
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
26-10-2026, 17:06
Bakıda üç şəhidin anım günü keçirildi - 120 şəhid ailəsi və qazilər iştirak etdi
24-10-2026, 10:51
Yüksək dağlıq ərazilərə qar yağıb - Faktiki hava
24-10-2026, 10:47
NAZİR YENİ SOSİAL PAKETİN ANONSUNU VERDİ... – Pensiya və maaşlar nə qədər arta bilər?
23-10-2026, 09:58
KOLLECLƏRİN LƏĞVİ GÜNDƏMDƏ... – Məzunlar niyə iş tapa bilmir?
23-10-2026, 09:55
GÜNƏŞ PANELLƏRİNİN GİZLİ PROBLEMİ... – İstismar müddəti bitəndən sonra nə olacaq?
Kriminal
Dünən, 12:35
Qətldə ittiham olunan deputat oğluna narkotik ittihamı da verildi
16-10-2026, 10:05
Azərbaycana qarşı görünməmiş hibrid hücumlar: Milli Məclisdən xəbərdarlıq
13-10-2026, 01:34
Məşhur türk yazarın ölümü 70 ildən sonra yenidən araşdırılır
Son xəbərlər
  • Bu gün, 11:50
    NATO Azərbaycan Ordusunun helikopterlərini niyə araşdırır?
  • Bu gün, 11:47
    Xeyrəddin Qoca: “Ramiz Mehdiyev kimi siz də məhkəmədə cavab verməlisiniz, cənablar!”
  • Bu gün, 11:42
    Azərbaycana artan AES təhlükəsi - Bakıdan xəbərdarlıq
  • Dünən, 16:15
    Erməni qubernator ruslara “İvanlar” dedi - RUSİYADAN ETİRAZLAR
  • Dünən, 16:12
    Ərzaq qiymətləri dekabrda PİK HƏDDƏ çatacaq? – XƏBƏRDARLIQ
  • Dünən, 16:09
    Ankarada gözlənilməz "Cumhur zirvəsi" - Ərdoğan və Bağçalı ilə bir araya gəlirlər
  • Dünən, 16:05
    İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
  • Dünən, 16:03
    KARTDAN-KARTA MƏHDUDİYYƏTLƏRİN “FƏSADI”... - Azərbaycanda bank kartlarının sayı niyə kəskin artıb?
  • Dünən, 13:30
    Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
  • Dünən, 12:39
    Prezident Forumda ÇIXIŞ ETDİ - MÜHÜM MESAJLAR VERDİ
  • Dünən, 12:35
    Qətldə ittiham olunan deputat oğluna narkotik ittihamı da verildi
  • Dünən, 12:26
    İsraildə taleyüklü seçki - Netanyahunun taleyi həll olur
  • Dünən, 12:22
    Bakıda absurd qiymətə "novostroykalar" - Əslində neçəyədir?
  • 26-10-2026, 17:28
    Kiyevdən üçtərəfli görüşlə bağlı TƏCİLİ BƏYANAT
  • 26-10-2026, 17:16
    Britaniyada əhaliyə 3 günlük ehtiyat çağırışı: Nə baş verir?
  • 26-10-2026, 17:13
    “Türk əsri: Dildə, fikirdə, işdə birlik" - Zirvədə müzakirə ediləcək MÖVZULAR
  • 26-10-2026, 17:10
    PREZİDENT YENİ KOMİSSİYA YARATDI... - Şahin Mustafayevi sədr təyin etdi + ADLAR
  • 26-10-2026, 17:06
    Bakıda üç şəhidin anım günü keçirildi - 120 şəhid ailəsi və qazilər iştirak etdi
  • 24-10-2026, 11:02
    Hicabı qadağan edəcəyini dedi
  • 24-10-2026, 10:57
    Xəzərdə kütləvi balıq tələfatı – Azərbaycana təhlükə gözlənilir?
  • 24-10-2026, 10:54
    Sabah Paşinyanın taleyi həll olunur
  • 24-10-2026, 10:51
    Yüksək dağlıq ərazilərə qar yağıb - Faktiki hava
  • 24-10-2026, 10:47
    NAZİR YENİ SOSİAL PAKETİN ANONSUNU VERDİ... – Pensiya və maaşlar nə qədər arta bilər?
  • 23-10-2026, 10:11
    Gürcüstan ilbizdən milyonlar qazanır – Nəhəng ölkələr almaq üçün cərgəyə durub
  • 23-10-2026, 10:02
    Putin Ukraynanın üzərindən xətt çəkdi – “İtirdiyiniz əraziləri...”
  • 23-10-2026, 09:58
    KOLLECLƏRİN LƏĞVİ GÜNDƏMDƏ... – Məzunlar niyə iş tapa bilmir?
  • 23-10-2026, 09:55
    GÜNƏŞ PANELLƏRİNİN GİZLİ PROBLEMİ... – İstismar müddəti bitəndən sonra nə olacaq?
  • 23-10-2026, 09:50
    AZƏRBAYCANA AVTOMOBİL AXINI KƏSKİN AZALDI... – Səbəb nədir, qiymətlərə necə təsir edəcək?
  • 23-10-2026, 09:47
    Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik
  • 23-10-2026, 09:44
    Küçə etirazları Avropanı cənginə alacaq - "Politiko"
  • 22-10-2026, 17:02
    ABŞ-da seçki səfərbərliyi – Trampa qarşı hazırlıq
  • 22-10-2026, 16:59
    Azərbaycana "idxal terapiyası" – Şok statistika
  • 22-10-2026, 16:54
    SON DƏQİQƏ: Zelenski HƏR ŞEYİ açıb-tökdü – Ukrayna Donbasdan çıxır?
  • 22-10-2026, 16:51
    Rəqəmsal manatla nə edə biləcəyik? – DETALLAR AÇIQLANDI
  • 22-10-2026, 16:48
    İrəvandan YENİ hiylə – Bakı TƏLƏYƏ salınır?
Daha çox
21-10-2026, 16:16
"Brain Academy"də fiziki şiddət: Autizmli uşaq döyüldü + VİDEO
22-10-2026, 10:53
DÜNYA NİZAMI SARSILIR, AVROPA İKİ OD ARASINDA... – Böyük güclərin planı nədir?
22-10-2026, 10:57
MƏKTƏBLƏRDƏ SAAT 09:00-da, UNİVERSİTETLƏRDƏ İSƏ... - İş və dərs saatları dəyişdirilsin?
22-10-2026, 11:13
Ərdoğanın Əliyevə zənginin şifrələri...
23-10-2026, 10:11
Gürcüstan ilbizdən milyonlar qazanır – Nəhəng ölkələr almaq üçün cərgəyə durub
24-10-2026, 10:51
Yüksək dağlıq ərazilərə qar yağıb - Faktiki hava
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi: Vəfa Qasımova
  • Telefon: (+99450) 277 95 00
  • E-mail: ofis@xtv.az
Müəllif hüquqları qorunur. XTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2026 XTV.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə