• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • İdman
  • Kriminal
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Azərbaycana qarşı görünməmiş hibrid hücumlar: Milli Məclisdən xəbərdarlıq

Kriminal

Dünən, 10:05

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası bəyanat yayıb.

"AzPolitika"nın məlumatına görə, bəyanatda bildirilir ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında dövlətimizin orta güc olaraq meydana çıxması, qətiyyətli xarici siyasəti, beynəlxalq nüfuzunun ildən-ilə artması, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfə, regional tranzit dəhlizlərindəki strateji əhəmiyyəti və ölkədaxili siyasi-iqtisadi sabitlik xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyasını xeyli artırıb:

"Bölgəmizdə davam edən müharibə və gərginliklər fonunda sabitlik adası kimi səciyyələndirilən Azərbaycan Respublikası son vaxtlar heç zaman görünməmiş şəkildə və sinxron formada dini-ideoloji təxribatlara, əlaqələndirilmiş informasiya əməliyyatlarına və kiberhücumlara məruz qalıb.

Müxtəlif azadlıqlar adı altında xalqımızın çoxəsrlik milli-mənəvi və multikultural dəyərləri, dini inancları hədəf alınır, cəmiyyətdə həqiqət anlayışını məhv etmək üçün zərərli fəaliyyətlər vasitəsilə insanlarımıza yad ideologiyalar doğru yol kimi təqdim edilir.

Aidiyyəti dövlət orqanları ilə birgə araşdırmalar zamanı müəyyən edilib ki, ictimai rəyi manipulyasiya etməyə, cəmiyyətdə qütbləşmə yaratmağa, dövlət qurumlarına etimadı sarsıtmağa yönələn təsir əməliyyatları, kiberhücumlar və terror-təxribat niyyətləri ölkə daxilində və xaricində olan təsir agentləri və gizli təşkilatlar, rəqəmsal məkanda isə haker qrupları, xarici media quruluşları, real və saxta hesablar, habelə botlar vasitəsilə aparılır.

Təəssüflə qeyd etməliyik ki, dost və qonşu ölkələrin ərazisində fəaliyyət göstərən, Azərbaycanı sevməyən qüvvələr öz dezinformasiya məzmunlarını müstəqil görünən kanallar vasitəsilə rəqəmsal platformalara yeridib, cəmiyyətdə etnik, dini və ya siyasi zəmində qırılma xətləri yaratmağa çalışırlar. Onların istəyi ölkə içində nifaq salmaq, fərqli düşüncəli vətəndaşlarımızı bir-birinə düşmən etmək, zorakılığı alovlandırmaq və dövlətimizi daxildən sarsıtmaqdır".

Sənəddə vurğulanıb ki, hibrid təhdid aktorları "hesablama propaqandası" metodu ilə ictimai rəyi çaşdırmaq və cəmiyyətdə fraqmentasiyanı dərinləşdirmək məqsədilə insanları media və sosial şəbəkələrdə onların müəyyən baxışlarını dəstəkləyən saxta məlumatları fəal şəkildə axtarmağa, bu informasiyalara inanmağa və digər şəxslər arasında yaymağa təşviq edirlər:

"Alqoritmlər tərəfindən idarə olunan məzmun paylaşımları "əks-səda kameraları" effekti yaradaraq istifadəçilərin yalnız öz mövcud inanc, baxış və dünyagörüşlərini əks etdirən məlumatlarla qarşılaşmalarına səbəb olur. Vətəndaşlarımızın emosional reaksiyalarını cəlb etməyə hesablanmış paylaşımlar rəqəmsal platformalarda mövcud alqoritmlər sayəsində geniş kütlələrə yönəldilir.

Bundan əlavə, "filtr qabarcıqları" mexanizmi ilə zərərli məzmun yalnız onu qəbul etməyə hazır olan, artıq müəyyən istiqamətdə təsir altına düşmüş auditoriyaya çatır. Bu isə manipulyasiyanın effektivliyini həndəsi silsilə ilə artırır.

Belə bir mühitdə qeyd edilən aktorlar klassik təbliğat üsullarına müraciət etmədən platformaların öz infrastrukturu vasitəsilə yad dəyərləri təşviq etmək, milli sabitliyi sarsıtmaq və cəmiyyətimizi daxildən parçalamaq niyyəti güdürlər.

Monitorinqlər zamanı, həmçinin müəyyən edilmişdir ki, Azərbaycana qarşı bəlli mərkəzlərdən aparılan məkrli fəaliyyətlərin miqyasına baxmayaraq, qalib xalqımız qətiyyətli mövqe sərgiləyərək təxribatlara uymayıb, dövlətin atdığı addımları birmənalı şəkildə dəstəkləyir, bölücü məzmunun və şəxslərin ifşa edilməsində lazımi köməyini bu gün də davam etdirir.

Bir daha bəyan edirik ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası, aidiyyəti komitələri və Aparatının struktur bölmələri, habelə müvafiq dövlət qurumları dövlətimizə qarşı həyata keçirilən bu çirkin hibrid hücumların qarşısını müvəffəqiyyətlə alır və bundan sonra da istənilən həmləni cavabsız qoymayacaqdır.

Komissiyamız, eyni zamanda, Azərbaycan əleyhinə aparılan bu fəaliyyətləri qınayan dost və qonşu ölkə vətəndaşlarına ədalətli mövqelərinə görə dərin təşəkkürünü bildirir".

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

15-10-2026, 16:58

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Gündəm / Siyasət

13-10-2026, 01:08

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Siyasət

9-10-2026, 16:31

Trampın Şimali Koreya lideri ilə müəmmalı “dost”luğu: ABŞ-da “seçki kabusu” dünyanın “ən ağıllı adam”ını vurur

Gündəm / Siyasət

15-10-2026, 13:55

“Türkiyə ilə aramıza nifaq toxumu səpmək istəyirlər” – Deputatdan ETİRAZ

Gündəm / Cəmiyyət

9-10-2026, 16:34

“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar

Şou Biznes
Cəmiyyət
Dünən, 16:53
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Dünən, 16:45
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
Dünən, 10:37
Jurnalistlər İlham Əliyevə müraciət ünvanladı
Dünən, 10:13
Mətbuat Şurasının IX qurultayı keçirilir
14-10-2026, 11:02
Moskvaya kütləvi hücum: Aeroportlar bağlandı – Video
12-10-2026, 16:25
Vicdanın və vəzifənin xidmətində: Polis Polkovniki Cavid Muradov
Kriminal
Dünən, 10:05
Azərbaycana qarşı görünməmiş hibrid hücumlar: Milli Məclisdən xəbərdarlıq
13-10-2026, 01:34
Məşhur türk yazarın ölümü 70 ildən sonra yenidən araşdırılır
Son xəbərlər
  • Dünən, 17:07
    Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
  • Dünən, 16:53
    Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
  • Dünən, 16:48
    Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları
  • Dünən, 16:45
    Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
  • Dünən, 10:37
    Jurnalistlər İlham Əliyevə müraciət ünvanladı
  • Dünən, 10:23
    Pezeşkian İrəvandadır
  • Dünən, 10:19
    Türkiyədə yağışın dayanması üçün qurban kəsdilər - Video
  • Dünən, 10:13
    Mətbuat Şurasının IX qurultayı keçirilir
  • Dünən, 10:05
    Azərbaycana qarşı görünməmiş hibrid hücumlar: Milli Məclisdən xəbərdarlıq
  • Dünən, 10:00
    AZƏRBAYCAN İQTİSADİYYATINI NƏ GÖZLƏYİR? - İqtisadçıdan AÇIQLAMA
  • 15-10-2026, 16:58
    Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto
  • 15-10-2026, 14:04
    "Qiyamət günü"nün tarixi açıqlandı
  • 15-10-2026, 14:00
    Zelenskidən Trampa "Starlink" TƏKLİFİ: "Lisenziyanı açın, Rusiyanın raket qurğularını MƏHV EDƏK"
  • 15-10-2026, 13:55
    “Türkiyə ilə aramıza nifaq toxumu səpmək istəyirlər” – Deputatdan ETİRAZ
  • 14-10-2026, 11:02
    Moskvaya kütləvi hücum: Aeroportlar bağlandı – Video
  • 13-10-2026, 01:38
    Van Yi Azərbaycana gəlir
  • 13-10-2026, 01:34
    Məşhur türk yazarın ölümü 70 ildən sonra yenidən araşdırılır
  • 13-10-2026, 01:28
    Yamal üçün tarixi şans: “Qalatasaray”la matçda rekord qıra bilər
  • 13-10-2026, 01:19
    Almaniyadan ABŞ-Rusiya sazişinə sərt reaksiya: “Qəbuledilməzdir!”
  • 13-10-2026, 01:15
    Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox saxlanılan var
  • 13-10-2026, 01:11
    Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama
  • 13-10-2026, 01:08
    Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama
  • 12-10-2026, 16:25
    Vicdanın və vəzifənin xidmətində: Polis Polkovniki Cavid Muradov
  • 12-10-2026, 02:16
    Hitlerin yarımçıq arzusu yenidən dirildi – Almaniyadan Avropanı alt-üst edən xəritə
  • 12-10-2026, 02:11
    Zelenskidən sərt sözlər: Buna Tramp qərar verə bilməz!
  • 12-10-2026, 02:08
    Sənədsiz evlərə necə çıxarış almaq olar? - Video
  • 12-10-2026, 02:03
    İş adamının faciəvi ölümü: çobanların yanına gəlib, sonra isə… – FOTO
  • 12-10-2026, 02:01
    “Azərbaycan Respublikasına təhdid kimi baxırıq” – Zərifdən ŞOK
  • 12-10-2026, 01:57
    Həsənovlar ailəsində faciə: ölən və yaralanan var – FOTO
  • 12-10-2026, 01:54
    Xalq artistinin məktəbli geyimi və hicabla bağlı sözləri GÜNDƏM OLDU
  • 12-10-2026, 01:52
    Səudiyyənin ərazi bütövlüyü təhlükədədir – 4 ölkədən sərt xəbərdarlıq
  • 9-10-2026, 16:51
    Basqalın sirli qapıları, qədim küçələri - 20 ailə niyə geri qayıdıb? + VİDEO
  • 9-10-2026, 16:46
    Yeni tendensiya: Kişilər niyə həyat yoldaşının soyadına keçir?
  • 9-10-2026, 16:42
    “Azərbaycanla sülh ideal deyil, amma...” - Paşinyan bu görüntülərilə diqqət cəlb etdi + VİDEO
  • 9-10-2026, 16:38
    Polisə “arvadımı öldürüblər” demişdi, qadın sağ imiş - Ağdamdakı cinayətin təfərrüatı
Daha çox
12-10-2026, 16:25
Vicdanın və vəzifənin xidmətində: Polis Polkovniki Cavid Muradov
15-10-2026, 14:04
"Qiyamət günü"nün tarixi açıqlandı
12-10-2026, 02:03
İş adamının faciəvi ölümü: çobanların yanına gəlib, sonra isə… – FOTO
14-10-2026, 11:02
Moskvaya kütləvi hücum: Aeroportlar bağlandı – Video
13-10-2026, 01:15
Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox saxlanılan var
13-10-2026, 01:34
Məşhur türk yazarın ölümü 70 ildən sonra yenidən araşdırılır
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi: Vəfa Qasımova
  • Telefon: (+99450) 277 95 00
  • E-mail: ofis@xtv.az
Müəllif hüquqları qorunur. XTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2026 XTV.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə