• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • İdman
  • Kriminal
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Şeyxin Moskvaya niyə getdiyi bilindi – xüsusi missiya

Gündəm / Siyasət

Bu gün, 11:51

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Moskvada işgüzar səfərdədir. Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Nümayəndə heyətinin səfəri Rusiya Pravoslav Kilsəsinin rəhbəri, Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin 80 illik yubileyi ərəfəsinə təsadüf edir. Bu səfər təkcə yubiley tədbirləri ilə bağlı deyil, həm də iki dini lider arasında uzun illər ərzində formalaşmış münasibətlər və regionda dinlərarası dialoq baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, Patriarx Kirill noyabrın 20-də 80 yaşını tamamlayıb. Rusiya Prezidenti Vladimir Putin həmin gün onu şəxsən təbrik edib, Ural ustalarının hazırladığı dini ikon hədiyyə edib. Putin bundan əvvəl də telefonla patriarxı yubileyi münasibətilə təbrik etmişdi. Dövlət başçısı patriarxa yubiley hədiyyəsi təqdim edib. Beləliklə, 80 illik yubiley Rusiyada yalnız kilsə daxilində deyil, dövlət səviyyəsində də qeyd olunub.

Allahşükür Paşazadə ilə Kirill arasında isə uzun illərə söykənən şəxsi münasibətlər mövcuddur. Onların görüşləri sadəcə dini mərasimlər və qarşılıqlı təbriklərlə məhdudlaşmayıb. Xüsusilə Azərbaycan-Ermənistan münaqişəsi dövründə dini liderlərin dialoqu, əsirlərin və meyitlərin qaytarılması, münaqişənin dini qarşıdurmaya çevrilməsinin qarşısının alınması məsələləri müzakirə olunub.

2016-cı il noyabrın 22-də Moskvada keçirilən görüşdə Kirill Şeyxülislamın Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş fəaliyyətini xüsusi vurğulamışdı. Allahşükür Paşazadə isə ondan bu istiqamətdə səylərini davam etdirməsini xahiş etmişdi. 2017-ci ildə Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü də keçirilib. Həmin görüşdə Paşazadə Kirilli vasitəçi kimi Bakıya dəvət etmiş, dini liderlərin Azərbaycan-Ermənistan sərhədində görüşünün təşkilini də təklif etmişdi. Şeyxülislamın məqsədi münaqişənin dini zəmində qarşıdurmaya çevrilməsinin qarşısını almaq idi.

\

Kirillin sonuncu Bakı səfəri də diqqətəlayiq hadisə olub. O, 2025-ci il mayın 3-də Azərbaycana gəlib. Mayın 4-də Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb. Bu, patriarxın 2019-cu ildən sonra Azərbaycana ilk səfəri idi. 2019-cu ildə isə Bakıda Dünya Dini Liderlərinin II Sammitində iştirak etmiş, Şeyxülislamın 70 illik yubileyi münasibətilə ona Rus Pravoslav Kilsəsinin Müqəddəs Serafim Sarovski ordenini təqdim etmişdi. 2025-ci il görüşündə tərəflər Azərbaycan və Rusiya dini icmaları arasında münasibətləri, dinlərarası dialoqu və regional sülh məsələlərini müzakirə etmişdilər. Kirill Allahşükür Paşazadə ilə münasibətlərini xüsusi qardaşlıq əlaqələri kimi xarakterizə etmiş, onun diplomatik fəaliyyətini yüksək qiymətləndirmişdi.

İndi isə Şeyxülislamın özü Moskvadadır. QMİ nümayəndə heyətinin noyabrın 22-də Moskvaya gəldiyi Rusiya Pravoslav Kilsəsinin rəsmi məlumatında da təsdiqlənib. Səfərin rəsmi səbəbi Kirillin 80 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirakdır. Noyabrın 23-də isə Allahşükür Paşazadənin Krillə görüşü olacaq. Şeyxin Moskvaya səfəri təkcə yubiley mərasiminə qatılmaqdan ibarət deyil. Bu, Azərbaycanla Rusiya arasında dini diplomatiyanın, dinlərarası dialoqun və regional məsələlər üzrə təmasların davam etdirilməsi üçün də fürsətdir. Görüşlərin konkret gündəliyi və hansı məsələlərin müzakirə olunacağı barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm

20-11-2026, 09:55

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləri

Gündəm / Siyasət

9-11-2026, 01:13

LİDERLƏRDƏN QARDAŞLIQ VƏ BİRLİK MESAJLARI - "Heç kimə imkan vermərik ki, aramıza girsin!” + FOTO/VİDEO (Yeniləndi)

Gündəm / Siyasət

30-10-2026, 15:31

TDT çərçivəsində Bakı-Ankara münasibətləri... - Gözləntilər və reallıqlar

Gündəm / Dünya

11-11-2026, 16:34

DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)

Gündəm / Siyasət

7-11-2026, 13:54

200 illik savaşı 44 günə bitirən Azərbaycan - Rauf ARİFOĞLU yazır

Şou Biznes
Maksim Qalkin Bakıda toyda - Fotolar
Məşhur müğənni 78 yaşında evləndi
Mübariz Tağıyev: “Oxumağa həvəsim yoxdur”
“Ayağın o qədər yüngüldür ki, Fransa yerlə-yeksan oldu” - VİDEO
Cəmiyyət
21-11-2026, 15:28
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
21-11-2026, 15:22
Efirdə xəyanət, qalmaqal, ailə davaları – Azərbaycan televiziyası niyə dəyişmir?
20-11-2026, 13:37
Badamdardakı sürüşmə sahəsində vəziyyət necədir? - Rəsmi açıqlama
20-11-2026, 12:31
"ATLANT"IN KEÇMİŞ SAHİBİ TAHIR QƏDƏŞOV VƏFAT ETDİ - Ölüm səbəbi açıqlandı
20-11-2026, 12:24
İLHAMƏ ABDULLAYEVA İŞDƏN ÇIXARILDI – Nazirlikdə vəzifə verildi (Yenilənib)
20-11-2026, 09:46
ZİBİL ATANLARA YENİ CƏZA GƏLİR? – Ekoloji vergi məsələsi gündəmdə + RƏY
Kriminal
6-11-2026, 13:15
Başı qazandan, ayaqları soyuducudan tapıldı – Tanınmış modelin dəhşətli qətli ilə bağlı YENİ DETALLAR
5-11-2026, 16:03
Türmədən tribunaya... - 12 il yatan DƏLƏDUZ hüquqşünasa necə çevrildi?
27-10-2026, 12:35
Qətldə ittiham olunan deputat oğluna narkotik ittihamı da verildi
Son xəbərlər
  • Bu gün, 11:51
    Şeyxin Moskvaya niyə getdiyi bilindi – xüsusi missiya
  • Bu gün, 11:48
    ABŞ Konqresində Bakıya növbəti hücum dalğası
  • Bu gün, 11:37
    Brüsseldə güc balansı dəyişir? – “Fon der Lyayeni vəzifədən uzaqlaşdırmağa çalışacağıq”
  • Bu gün, 11:35
    “PUTİN VACİB GÜZƏŞTƏ GEDİB...” - Sülh yaxınlaşırmı?
  • Bu gün, 11:32
    PAŞİNYAN BAKININ ƏSAS TƏLƏBİNİ YERİNƏ YETİRİR, AMMA... - İrəvani iki ssenari gözləyir!
  • 21-11-2026, 15:54
    Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar
  • 21-11-2026, 15:52
    Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır
  • 21-11-2026, 15:50
    To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur
  • 21-11-2026, 15:28
    İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
  • 21-11-2026, 15:25
    Azərbaycan millisinin futbolçusu İtaliya klubu ilə müqaviləsini uzatdı -FOTO
  • 21-11-2026, 15:22
    Efirdə xəyanət, qalmaqal, ailə davaları – Azərbaycan televiziyası niyə dəyişmir?
  • 21-11-2026, 11:38
    Paşinyan tarixə düşmək istəyir: konstitusiyanı dəyişib hakimiyyətdən gedəcək?
  • 21-11-2026, 11:34
    Bakıda evin həyəti ikiyə ayrıldı - VİDEO
  • 21-11-2026, 11:31
    MAAŞIMIZIN NƏ QƏDƏRİ VERGİYƏ GEDƏCƏK? – 2027-ci ildən yeni qaydalar qüvvəyə minir + RƏY
  • 20-11-2026, 13:46
    Ağdam: yeni dövr, yeni hədəflər
  • 20-11-2026, 13:41
    Ərdoğanın xəyalı gerçəkləşdi – Dünyada ilk, türk ordusunda yeni güc
  • 20-11-2026, 13:37
    Badamdardakı sürüşmə sahəsində vəziyyət necədir? - Rəsmi açıqlama
  • 20-11-2026, 13:34
    Tramp Çin və Rusiyadan nə istəyib? - Zülfüqarovdan AÇIQLAMA
  • 20-11-2026, 12:31
    "ATLANT"IN KEÇMİŞ SAHİBİ TAHIR QƏDƏŞOV VƏFAT ETDİ - Ölüm səbəbi açıqlandı
  • 20-11-2026, 12:27
    İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
  • 20-11-2026, 12:24
    İLHAMƏ ABDULLAYEVA İŞDƏN ÇIXARILDI – Nazirlikdə vəzifə verildi (Yenilənib)
  • 20-11-2026, 12:21
    Liderlərin bəyannaməsindən Ukrayna bəndi çıxarılıb - ABŞ buna qarşı çıxıb
  • 20-11-2026, 09:58
    MOSSAD rəhbərindən İranla bağlı yeni çağırış
  • 20-11-2026, 09:55
    Azərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləri
  • 20-11-2026, 09:51
    Berlində Ukrayna ilə bağlı mühüm razılaşma: 160 milyardlıq yardım elan olundu
  • 20-11-2026, 09:46
    ZİBİL ATANLARA YENİ CƏZA GƏLİR? – Ekoloji vergi məsələsi gündəmdə + RƏY
  • 20-11-2026, 09:43
    Sabiq nazir Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin olunub
  • 20-11-2026, 09:37
    “KİTAYSKİ YALTA” KONFRANSI... - Hərə öz sözünü dedi və “dağılışdılar”, bəs nəticə?
  • 19-11-2026, 14:04
    Simonyan Azərbaycana gəlir
  • 19-11-2026, 14:01
    Azərbaycan toylarında görünməyən təhlükə – Qonaqlara nə verilir?
  • 19-11-2026, 13:47
    Paşinyandan Bakı ilə bağlı sürpriz həmlə – İrəvan nəyə hazırlaşır?
  • 19-11-2026, 13:42
    Üçtərəfli görüşlə bağlı SON DƏQİQƏ: Liderlər BU MESAJI VERDİ - VİDEO
  • 19-11-2026, 13:39
    Prezident Vyetnam Xəbər Agentliyinə MÜSAHİBƏ VERDİ
  • 19-11-2026, 13:30
    Ukrayna Tatarıstanda neft nasos stansiyasını vurdu - Müdafiə Nazirliyi məlumat yaydı
  • 19-11-2026, 12:44
    Erməni revanşistlərə ŞOK təklif – Bakının O tələbi...
Daha çox
20-11-2026, 13:46
Ağdam: yeni dövr, yeni hədəflər
18-11-2026, 10:34
"BURA "DANIŞMAQXANA" YOX, PARLAMENTDİR" - Sahibə Qafarovadan deputata irad
17-11-2026, 12:33
O gün - biz dirçəldik, ermənilər isə SSRİ-ni dağıtsalar da, hələ müstəqillik qazanmayıblar
16-11-2026, 15:00
Maksim Qalkin Bakıda toyda - Fotolar
17-11-2026, 11:40
SON DƏQİQƏ! Putin “qələbəyə hazırlıq” əmri verdi – Ukraynada müharibə bitir
17-11-2026, 12:42
İNTERNET 3 AY OLMAYACAQ, BANKLARDAKI PULLAR SİLİNƏCƏK? – Həqiqət üzə çıxdı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi: Vəfa Qasımova
  • Telefon: (+99450) 277 95 00
  • E-mail: ofis@xtv.az
Müəllif hüquqları qorunur. XTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2026 XTV.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə