• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • İdman
  • Kriminal
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

ABŞ Konqresində Bakıya növbəti hücum dalğası

Gündəm / Siyasət

Bu gün, 11:48

Dinləmələrdə Azərbaycanla yanaşı, Türkiyə də hədəfə alınıb

ABŞ Konqresində Azərbaycana qarşı növbəti ittiham kampaniyası başlayıb. Noyabrın 18-də Nümayəndələr Palatasının Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələrdə Azərbaycan və Türkiyə hədəfə alınıb. Tədbirdə çıxış edənlər Bakı və Ankaranı ermənilərə qarşı təzyiqlərdə, dini icmaların sıxışdırılmasında və Ermənistanın təhlükəsizliyinə təhdid yaratmaqda ittiham ediblər.

Diqqətçəkən məqam budur ki, Qarabağ məsələsindən tutmuş “Qərbi Azərbaycan” mövzusuna, Ermənistan Apostol Kilsəsi ətrafındakı qarşıdurmadan Bakıda saxlanılan erməni əsilli şəxslərə qədər müxtəlif məsələlər vahid ittiham paketində birləşdirilib. Məqsəd isə açıq şəkildə ifadə olunub: ABŞ-ın Azərbaycana və Türkiyəyə hərbi yardımını, silah satışını və diplomatik dəstəyini məhdudlaşdırmaq.
Dinləmələrə respublikaçı konqresmen Kris Smit və demokrat Ceyms Makqovern həmsədrlik ediblər. “Christian Solidarity International” təşkilatının prezidenti Con Aybner çıxışında Azərbaycan və Türkiyənin “bir millət, iki dövlət” prinsipinə əsaslanan əməkdaşlığını xristian icmaları üçün təhlükə kimi təqdim edib. O, Azərbaycanı Ermənistanın suveren ərazilərini işğal etməkdə, Bakıda saxlanılan erməni əsilli şəxslərdən siyasi təzyiq vasitəsi kimi istifadə etməkdə ittiham edib.
Lakin çıxışlarda Azərbaycanın mövqeyinə, 30 ilə yaxın davam etmiş işğala, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə, Ermənistanın Azərbaycan ərazilərində törətdiyi dağıntılara və işğal dövründə məhv edilən dini-mədəni irsə yer verilməyib. Başqa sözlə, dinləmələrdə münaqişənin tarixi yalnız erməni tərəfinin təqdim etdiyi çərçivədə izah olunub.

Con Aybnerin çıxışında xüsusi yer tutan mövzulardan biri “Qərbi Azərbaycan” məsələsi olub. O, Prezident İlham Əliyevin bu ifadədən istifadə etməsini Ermənistan Respublikasına qarşı ərazi iddialarının sübutu kimi təqdim edib.
Halbuki Azərbaycan tərəfinin mövqeyinə görə, Qərbi Azərbaycan konsepsiyası indiki Ermənistan ərazisindən müxtəlif dövrlərdə deportasiya edilmiş azərbaycanlıların hüquqlarının müdafiəsi, onların tarixi yurdlarına sülh yolu ilə qayıdışının təmin edilməsi ilə bağlıdır. Bu məsələnin avtomatik şəkildə ərazi iddiası kimi təqdim edilməsi Azərbaycanın irəli sürdüyü qayıdış hüququ gündəliyini təhrif edir.

Maraqlıdır ki, dinləmələrdə Ermənistanın Azərbaycana qarşı keçmiş ərazi iddiaları, işğal dövründə azərbaycanlılara qarşı törədilmiş cinayətlər və Qərbi Azərbaycandan deportasiya olunmuş insanların taleyi barədə bir kəlmə də danışılmayıb.
Aybner Azərbaycanın 2023-cü ilin sentyabrında keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağ ermənilərinin bölgəni tərk etməsini də “etnik təmizləmə” kimi təqdim edib. Halbuki Azərbaycan öz ərazisində suverenliyini bərpa etdiyini, erməni sakinlərin reinteqrasiyası üçün imkanlar yaratdığını bəyan etmişdi. Bakı bölgədə qalan erməni sakinlərin hüquqlarının Azərbaycan qanunları çərçivəsində təmin olunacağını açıqlamışdı.
Ermənipərəst konqresmen Kris Smit Vaşinqtonun Azərbaycan siyasətini pisləyib, Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafı və Bakının Vaşinqtonda artan diplomatik fəallığından narazılıq edib.

Dinləmələrdə Azərbaycanla yanaşı, Türkiyə də hədəfə alınıb. Aybner Türkiyədə xristian icmalarının sayının azalmasını ölkənin siyasi və ideoloji xətti ilə əlaqələndirib. O, ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının Türkiyənin xüsusi nəzarət siyahısına salınması barədə tövsiyəsini xatırladıb.
Kris Smit isə Türkiyənin dini azadlıqları pozan ölkələr siyahısına daxil edilməsini və Ankaraya qarşı sanksiyaların tətbiqini istəyib. O, Türkiyənin F-35 qırıcılarını əldə etməsi ehtimalını da tənqid edib.
Dinləmələrin sonunda Aybner ABŞ administrasiyasını Azərbaycan və Türkiyəyə münasibətdə siyasətini dəyişməyə çağırıb. O, bu ölkələrə silah satışının, maliyyə yardımının və diplomatik dəstəyin dayandırılmasını istəyib.
Erməni Milli Komitəsinin (ANCA) icraçı direktoru Aram Hambaryan Vaşinqtonu hər iki ölkəyə qarşı təzyiq mexanizmlərindən istifadə etməyə çağırıb.
Göründüyü kimi, məsələ artıq yalnız Qarabağ və erməni əhalisinin hüquqları ilə məhdudlaşmır. Erməni lobbisi ABŞ Konqresində Azərbaycan-Türkiyə münasibətlərini, hərbi əməkdaşlığı, regional nəqliyyat layihələrini və Ermənistanla sülh prosesini də müzakirə predmetinə çevirməyə çalışır. Azərbaycan diplomatiyası üçün əsas məsələ bu cür ittihamlara faktlarla cavab vermək, işğalın nəticələrini, deportasiya edilmiş azərbaycanlıların hüquqlarını, Qarabağda bərpa işlərini və sülh gündəliyini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Çünki Vaşinqtonda Azərbaycan əleyhinə formalaşdırılmağa çalışılan gündəm yalnız keçmiş münaqişə ilə deyil, Cənubi Qafqazın gələcək geosiyasi düzəni ilə də bağlıdır.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

7-11-2026, 13:54

200 illik savaşı 44 günə bitirən Azərbaycan - Rauf ARİFOĞLU yazır

Gündəm / Siyasət

16-10-2026, 16:48

Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları

Gündəm / Siyasət

30-10-2026, 15:31

TDT çərçivəsində Bakı-Ankara münasibətləri... - Gözləntilər və reallıqlar

Maraqlı / Cəmiyyət

5-11-2026, 12:25

TÜRKİYƏ ÜÇÜN CANINDAN KEÇƏN AZƏRBAYCANLILAR – Qardaşlığın qanla yazılan tarixi + FOTOLAR

Gündəm / Siyasət

9-11-2026, 01:13

LİDERLƏRDƏN QARDAŞLIQ VƏ BİRLİK MESAJLARI - "Heç kimə imkan vermərik ki, aramıza girsin!” + FOTO/VİDEO (Yeniləndi)

Şou Biznes
Maksim Qalkin Bakıda toyda - Fotolar
Məşhur müğənni 78 yaşında evləndi
Mübariz Tağıyev: “Oxumağa həvəsim yoxdur”
“Ayağın o qədər yüngüldür ki, Fransa yerlə-yeksan oldu” - VİDEO
Cəmiyyət
21-11-2026, 15:28
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
21-11-2026, 15:22
Efirdə xəyanət, qalmaqal, ailə davaları – Azərbaycan televiziyası niyə dəyişmir?
20-11-2026, 13:37
Badamdardakı sürüşmə sahəsində vəziyyət necədir? - Rəsmi açıqlama
20-11-2026, 12:31
"ATLANT"IN KEÇMİŞ SAHİBİ TAHIR QƏDƏŞOV VƏFAT ETDİ - Ölüm səbəbi açıqlandı
20-11-2026, 12:24
İLHAMƏ ABDULLAYEVA İŞDƏN ÇIXARILDI – Nazirlikdə vəzifə verildi (Yenilənib)
20-11-2026, 09:46
ZİBİL ATANLARA YENİ CƏZA GƏLİR? – Ekoloji vergi məsələsi gündəmdə + RƏY
Kriminal
6-11-2026, 13:15
Başı qazandan, ayaqları soyuducudan tapıldı – Tanınmış modelin dəhşətli qətli ilə bağlı YENİ DETALLAR
5-11-2026, 16:03
Türmədən tribunaya... - 12 il yatan DƏLƏDUZ hüquqşünasa necə çevrildi?
27-10-2026, 12:35
Qətldə ittiham olunan deputat oğluna narkotik ittihamı da verildi
Son xəbərlər
  • Bu gün, 11:51
    Şeyxin Moskvaya niyə getdiyi bilindi – xüsusi missiya
  • Bu gün, 11:48
    ABŞ Konqresində Bakıya növbəti hücum dalğası
  • Bu gün, 11:37
    Brüsseldə güc balansı dəyişir? – “Fon der Lyayeni vəzifədən uzaqlaşdırmağa çalışacağıq”
  • Bu gün, 11:35
    “PUTİN VACİB GÜZƏŞTƏ GEDİB...” - Sülh yaxınlaşırmı?
  • Bu gün, 11:32
    PAŞİNYAN BAKININ ƏSAS TƏLƏBİNİ YERİNƏ YETİRİR, AMMA... - İrəvani iki ssenari gözləyir!
  • 21-11-2026, 15:54
    Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar
  • 21-11-2026, 15:52
    Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır
  • 21-11-2026, 15:50
    To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur
  • 21-11-2026, 15:28
    İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
  • 21-11-2026, 15:25
    Azərbaycan millisinin futbolçusu İtaliya klubu ilə müqaviləsini uzatdı -FOTO
  • 21-11-2026, 15:22
    Efirdə xəyanət, qalmaqal, ailə davaları – Azərbaycan televiziyası niyə dəyişmir?
  • 21-11-2026, 11:38
    Paşinyan tarixə düşmək istəyir: konstitusiyanı dəyişib hakimiyyətdən gedəcək?
  • 21-11-2026, 11:34
    Bakıda evin həyəti ikiyə ayrıldı - VİDEO
  • 21-11-2026, 11:31
    MAAŞIMIZIN NƏ QƏDƏRİ VERGİYƏ GEDƏCƏK? – 2027-ci ildən yeni qaydalar qüvvəyə minir + RƏY
  • 20-11-2026, 13:46
    Ağdam: yeni dövr, yeni hədəflər
  • 20-11-2026, 13:41
    Ərdoğanın xəyalı gerçəkləşdi – Dünyada ilk, türk ordusunda yeni güc
  • 20-11-2026, 13:37
    Badamdardakı sürüşmə sahəsində vəziyyət necədir? - Rəsmi açıqlama
  • 20-11-2026, 13:34
    Tramp Çin və Rusiyadan nə istəyib? - Zülfüqarovdan AÇIQLAMA
  • 20-11-2026, 12:31
    "ATLANT"IN KEÇMİŞ SAHİBİ TAHIR QƏDƏŞOV VƏFAT ETDİ - Ölüm səbəbi açıqlandı
  • 20-11-2026, 12:27
    İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
  • 20-11-2026, 12:24
    İLHAMƏ ABDULLAYEVA İŞDƏN ÇIXARILDI – Nazirlikdə vəzifə verildi (Yenilənib)
  • 20-11-2026, 12:21
    Liderlərin bəyannaməsindən Ukrayna bəndi çıxarılıb - ABŞ buna qarşı çıxıb
  • 20-11-2026, 09:58
    MOSSAD rəhbərindən İranla bağlı yeni çağırış
  • 20-11-2026, 09:55
    Azərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləri
  • 20-11-2026, 09:51
    Berlində Ukrayna ilə bağlı mühüm razılaşma: 160 milyardlıq yardım elan olundu
  • 20-11-2026, 09:46
    ZİBİL ATANLARA YENİ CƏZA GƏLİR? – Ekoloji vergi məsələsi gündəmdə + RƏY
  • 20-11-2026, 09:43
    Sabiq nazir Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin olunub
  • 20-11-2026, 09:37
    “KİTAYSKİ YALTA” KONFRANSI... - Hərə öz sözünü dedi və “dağılışdılar”, bəs nəticə?
  • 19-11-2026, 14:04
    Simonyan Azərbaycana gəlir
  • 19-11-2026, 14:01
    Azərbaycan toylarında görünməyən təhlükə – Qonaqlara nə verilir?
  • 19-11-2026, 13:47
    Paşinyandan Bakı ilə bağlı sürpriz həmlə – İrəvan nəyə hazırlaşır?
  • 19-11-2026, 13:42
    Üçtərəfli görüşlə bağlı SON DƏQİQƏ: Liderlər BU MESAJI VERDİ - VİDEO
  • 19-11-2026, 13:39
    Prezident Vyetnam Xəbər Agentliyinə MÜSAHİBƏ VERDİ
  • 19-11-2026, 13:30
    Ukrayna Tatarıstanda neft nasos stansiyasını vurdu - Müdafiə Nazirliyi məlumat yaydı
  • 19-11-2026, 12:44
    Erməni revanşistlərə ŞOK təklif – Bakının O tələbi...
Daha çox
20-11-2026, 13:46
Ağdam: yeni dövr, yeni hədəflər
18-11-2026, 10:34
"BURA "DANIŞMAQXANA" YOX, PARLAMENTDİR" - Sahibə Qafarovadan deputata irad
17-11-2026, 12:33
O gün - biz dirçəldik, ermənilər isə SSRİ-ni dağıtsalar da, hələ müstəqillik qazanmayıblar
16-11-2026, 15:00
Maksim Qalkin Bakıda toyda - Fotolar
17-11-2026, 11:40
SON DƏQİQƏ! Putin “qələbəyə hazırlıq” əmri verdi – Ukraynada müharibə bitir
17-11-2026, 12:42
İNTERNET 3 AY OLMAYACAQ, BANKLARDAKI PULLAR SİLİNƏCƏK? – Həqiqət üzə çıxdı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi: Vəfa Qasımova
  • Telefon: (+99450) 277 95 00
  • E-mail: ofis@xtv.az
Müəllif hüquqları qorunur. XTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2026 XTV.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə