• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • İdman
  • Kriminal
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

200 illik savaşı 44 günə bitirən Azərbaycan - Rauf ARİFOĞLU yazır

Gündəm / Siyasət

Dünən, 13:54

Altı il ötür.

Biz o 44 gündə yalnız torpaqlarımızı azad etmədik. Özümüzü yenidən kəşf etdik. Dünyaya kim olduğumuzu göstərdik. Tarixin bizə biçdiyi məğlub xalq libasını cırıb atdıq.

Azərbaycan dövləti, Azərbaycan xalqı və Azərbaycan Ordusu tarix yazdı!

Vətən müharibəsinin on altıncı günü: Atəşkəs pozulur, Azərbaycan Ordusu  irəliləyişini davam etdirir

37 ildir qəzetçiyəm. Azərbaycanın müstəqilliyə gedən yolunu, meydanlarını, savaşlarını, faciələrini, məğlubiyyətlərini, ümidlərini və qələbələrini yaşamış, izləmiş, yazmış bir insanam. 1990-cı illərin o ağır günlərində də bu xalqın içindəydim. Torpaqlarımızın bir-bir əldən getdiyi, yüz minlərlə insanımızın yurd-yuvasından didərgin düşdüyü illərin şahidiyəm.

Ona görə də 8 Noyabr mənim üçün sadəcə təqvimdə bir bayram deyil.

8 Noyabr bir millətin taleyinin dəyişdiyi gündür!

⸻

Qələbə 27 sentyabrda başlamadı

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi əslində həmin günün hadisəsi deyildi. O, illərlə aparılmış hazırlığın, düşünülmüş dövlət strategiyasının, səbrin, siyasi iradənin və hərbi gücün bir nöqtədə birləşməsi idi.

Vətən müharibəsi: xalqın taleyini dəyişən 44 gün


Prezident İlham Əliyev bu müharibəyə təkcə Ali Baş Komandan kimi deyil, uzun illər ərzində onun siyasi, diplomatik, iqtisadi və hərbi zəminini hazırlamış dövlət rəhbəri kimi daxil oldu.

Azərbaycan ordusunu yenidən qurdu. Hərbi sənayeni inkişaf etdirdi. Müasir silahlar aldı. Peşəkar zabit korpusu yetişdirdi. Dövlətin iqtisadi imkanlarını gücləndirdi. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın manevr imkanlarını genişləndirdi.
Ən mühümü isə zamanı düzgün seçdi.

Dünya 2020-ci ildə koronavirus pandemiyasının ağır nəticələri ilə mübarizə aparırdı. ABŞ prezident seçkilərinə hazırlaşırdı. Böyük güclərin diqqəti müxtəlif böhranlar arasında bölünmüşdü. Regional münasibətlər sistemi dəyişirdi.

Bakı bu mürəkkəb beynəlxalq şəraitdə öz hərbi və diplomatik imkanlarını səfərbər edə bildi.

Türkiyə Azərbaycanın yanında qətiyyətlə dayandı. Pakistan açıq siyasi dəstək verdi. Digər tərəfdaşlarla qurulmuş münasibətlər də Bakının diplomatik fəaliyyətinə imkanlar yaratdı.

Böyük dövlətlərin maraqlarının toqquşduğu, güclü beynəlxalq dairələrin, xristian dünyasının Ermənistanı himayə etdiyi bir mühitdə Azərbaycan öz milli məqsədini həyata keçirdi.

Bu, təsadüfi uğur deyildi.

Savaş meydanında qazanılan qələbənin arxasında illərlə aparılan səssiz dövlət işi dayanırdı.

Məncə, İlham Əliyevin uzunmüddətli strategiyasının ən mühüm nəticələrindən biri yalnız güclü ordu yaratması deyildi.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi


O, həm də Zəfər nəslinin yetişdiyi dövlət mühitini formalaşdırmışdı.

1990-cı illərdə anasının qucağında Qarabağdan qaçqın düşən uşaqlar 2020-ci ildə artıq zabit, mayor, polkovnik-leytenant, polkovnik olmuşdular.

Bir zamanlar doğma yurdunu göz yaşları içində tərk edən uşaqlar illər sonra həmin torpaqlara silahla, hərbi biliklə, komandanlıq bacarığı ilə qayıtdılar.

Bundan böyük tarixi ədalət olarmı?!

Azərbaycanın yeni nəsli məğlubiyyət kompleksinin deyil, Vətənə qayıdış idealının daşıyıcısına çevrilmişdi.

Əsgər hazırlanmışdı. Zabit hazırlanmışdı. Komandanlıq hazırlanmışdı. Amma bunların hamısından öncə vətəndaş Vətən müharibəsinə hazırlanmışdı.

Çünki Vətən müharibəsini yalnız silah qazandırmır. Onu əvvəlcə insanın içindəki Vətən sevgisi qazandırır.

__________

Tovuzdan Şuşaya uzanan yol

2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri dönüş nöqtəsi oldu.

Tovuz döyüşlərindən 6 il ötür


General-mayor Polad Həşimov və silahdaşlarının şəhadəti bütün Azərbaycanı ayağa qaldırdı. Bur ümummili düşüncə yarandı: Qarabağı qaytatmağın yeganə yolu müharibədir!

Bakıda və ölkənin müxtəlif yerlərində minlərlə insan ordusuna dəstək verdi. Gənclər döyüşə getmək istədiklərini bildirdilər. Küçə yürüşlərində xalq hayqırdı: "Ali Baş Komandan, silah ver bizə".

Bu, sadəcə emosional reaksiya deyildi.

Bu, Azərbaycanın mənəvi səfərbərliyi idi.

Tovuz hadisələri göstərdi ki, xalq artıq uzunmüddətli gözləntinin sonuna çatıb. Azərbaycan cəmiyyəti torpaqlarının azadlığı uğrunda mübarizəyə hazırdır.

Polad Həşimovun və onun silahdaşlarının şəhadəti milli yaddaşımızda həm böyük ağrı, həm də səfərbərlik çağırışı kimi qaldı.
Şəhidlərin qanı yerdə qalmadı.

İki ay sonra Azərbaycan Ordusu Vətən müharibəsinə başladı.
______

Azərbaycan tarixinin nadir siyasi həmrəyliyi

Bu müharibənin ən böyük mənəvi dayaqlarından biri də xalq–ordu–iqtidar birliyi idi.

Azərbaycan xalqı Milli Ordumuzun uğurlarını qeyd edir (ƏLAVƏ OLUNUB) (FOTO  1)

Mən Azərbaycanın siyasi həyatında 38 ilin müşahidəçisiyəm. Hakimiyyətlə müxalifət arasında ən ağır qarşıdurmaları da görmüşəm. Siyasi düşərgələrin bir-birinə güzəşt etmədiyi, küçə toqquşmalarının baş verdiyi illəri də yaşamışam.

Amma 2020-ci ildə tamam başqa mənzərə yarandı.

Fərqli siyasi mövqelərdə dayanan qüvvələr Vətənin azadlığı məsələsində ortaq mövqe nümayiş etdirdilər. Müxalifətin böyük hissəsi dövlətin və ordunun yanında dayandı.

Cəmiyyətin daxilindəki siyasi fərqlər milli məqsədin qarşısında ikinci plana keçdi.

Bu, Azərbaycan tarixinin nadir hadisələrindən idi.

O 44 gündə Azərbaycan xalqı bir partiyanın, bir siyasi düşərgənin deyil, bir Vətənin ətrafında birləşdi. Hər kəs özünü və siyasi təşkilatınl Ali Baş Komandanının əmrinə təqdim etdi. Bu da Azərbaycan dövlətinin, İlham Əliyevin ən böyük uğurlarından biri idi.

Və bu birlik qələbənin mənəvi dayağına çevrildi.

Müharibə zamanı ön cəbhədə əsgərlərimiz döyüşürdüsə, arxa cəbhədə bütöv Azərbaycan çalışırdı. Həkim, müəllim, jurnalist, sahibkar, könüllü – hər kəs öz imkanları daxilində bu mübarizənin iştirakçısı idi.

Azərbaycan həmin günlərdə sözün əsl mənasında xalq–ordu modelini nümayiş etdirdi.
_______

Şuşa – hərb tariximizin zirvəsi

44 günlük müharibə müasir hərb sənətinin yeni texnologiyalarını və klassik döyüş cəsarətini birləşdirdi.

Pilotsuz uçuş aparatları, dəqiq zərbələr, çevik hərbi idarəetmə, xüsusi təyinatlı qüvvələrin fəaliyyəti Azərbaycan Ordusunun üstünlüklərini nümayiş etdirdi.

Ordumuzun ermənilərə tutduğu “toy” - Şuşa əməliyyatının adı nə idi… |  Modern.az

Amma bu müharibənin zirvəsi Şuşa əməliyyatı oldu.

Sıldırım qayalar, meşələr, mürəkkəb relyef, ağır döyüş şəraiti…

Azərbaycan əsgəri Şuşaya qalxdı. Şəhəri azad etdi. Müharibənin taleyini dəyişdi.

2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciət edərək tarixi sözlərini söylədi:

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!”

Bu sözlər yalnız bir şəhərin azadlığını elan etmirdi.

Bu, bütöv bir millətin qayıdış bəyanatı idi.

Şuşanın azadlığı ilə Ermənistanın hərbi müqaviməti həlledici zərbə aldı. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanat müharibəni dayandırdı, Ağdam, Kəlbəcər və Laçının Azərbaycana qaytarılmasını nəzərdə tutdu.

Qarabağ Zəfəri Azərbaycana nə qazandırdı?

Əvvəlcə torpaqlarımızı, milli qürurumuzu və gələcəyə inamımızı qaytardı.

Amma bununla bitmədi.

2023-cü ilin sentyabrında Azərbaycan Qarabağ üzərində tam nəzarətini bərpa etdi. Bununla ölkənin ərazi bütövlüyü və suverenliyi məsələsində yeni mərhələ başlandı. Həmin hadisələrdən sonra bölgənin erməni əhalisinin böyük əksəriyyətinin Ermənistana köçməsi isə gələcək sülh və barışıq üçün həllini gözləyən humanitar məsələlərdən biri olaraq qaldı.

Azərbaycanın qələbəsi uzun illər həll olunmamış münaqişələrin yalnız dondurulmaqla aradan qalxmadığını da göstərdi. Eyni zamanda, hərbi nəticənin davamlı sülhə çevrilməsi üçün siyasi razılaşmaların, qarşılıqlı təhlükəsizlik təminatlarının və diplomatiyanın zəruriliyini ortaya qoydu.
İkinci böyük nəticə regionun siyasi xəritəsində baş verən dəyişiklikdir.

Bir vaxtlar “Qarabağ Ermənistandır” deyən Nikol Paşinyan 2023-cü ildə Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olduğunu açıq şəkildə qəbul etdi.

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə birgə bəyannamə imzalandı, sülh sazişinin mətni paraflandı. Həmin mətn dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını və gələcəkdə ərazi iddialarının irəli sürülməməsini nəzərdə tutur. Lakin onun tam hüquqi qüvvəyə minməsi üçün müvafiq prosedurların başa çatması tələb olunur.

Bir vaxtlar Qarabağı öz siyasi varlığının ayrılmaz hissəsi kimi təqdim edən Ermənistan rəhbərliyinin bu mövqeyə gəlməsi tarixi dəyişiklikdir.

Bu dəyişiklikdə Azərbaycanın hərbi qələbəsinin və sonrakı diplomatik fəaliyyətinin mühüm rolu var.

Üçüncü böyük nəticə Türk dünyası ilə bağlıdır.

Qarabağ Zəfəri yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının özünəinamını gücləndirdi.



Türkiyə–Azərbaycan strateji müttəfiqliyi yeni məzmun qazandı. Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya təşəbbüsləri daha böyük siyasi əhəmiyyət kəsb etməyə başladı.

Qarabağda qazanılan qələbə göstərdi ki, Türk dünyası yalnız ortaq tarix və dil deyil, həm də ortaq strateji maraqlar ətrafında birləşmək potensialına malikdir.

Bu Zəfər Türkiyə üçün də yeni regional imkanlar açdı. Ermənistanın Azərbaycanla sərhədlərin toxunulmazlığını tanımağa yönəlmiş mövqeyi və Türkiyə ilə normallaşma cəhdləri Cənubi Qafqazda köhnə qarşıdurmaların aradan qaldırılması üçün imkan yaradır.

Tarixi mübahisələr hələ tam həll olunmayıb. Amma artıq yeni münasibətlər sisteminin qurulması müzakirə olunur.
_______

Zəfərin ikinci böyük missiyası

Altı il əvvəl Azərbaycan əsgəri torpağı azad edirdi.

Bu gün Azərbaycan dövləti həmin torpaqlarda həyat qurur.

Şəhərlər salınır, yollar çəkilir, hava limanları tikilir, məktəblər açılır, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar.

Mən bu prosesdə böyük tarixi ardıcıllıq görürəm.

İlham Əliyev 2020-ci ildə Ali Baş Komandan kimi ordunun önündə dayanmışdı. Bu gün isə dövlət rəhbəri kimi azad edilmiş torpaqların dirçəlişinə rəhbərlik edir.

Hərbi mundir mülki geyimlə əvəz olunub.

Amma missiya dəyişməyib.

Dünən torpağı azad etmək lazım idi. Bu gün o torpaqda əbədi qalmaq, həyat qurmaq, gələcək yaratmaq lazımdır.

Zəfərin davamı məhz budur.

Çünki torpağı almaq böyük qəhrəmanlıqdır. Onu abadlaşdırmaq, insanları oraya qaytarmaq, təhlükəsiz və firavan həyata qovuşdurmaq isə uzunmüddətli dövlətçilik məsuliyyətidir.

Şəhidlərin qarşısında baş əyirəm!

Bu gün qələbədən danışarkən onun qiymətini unuda bilmərik.

O qiymət şəhidlərimizin canıdır.

Polad Həşimov barədə çəkilən sənədli filmin təqdimatı k...

Polad Həşimovdan tutmuş Şuşanın sıldırım qayalarında döyüşən sonuncu əsgərimizə qədər hər bir şəhidimizin bu tarixdə əbədi yeri var.

Onların arasında gənc ailə başçıları, tələbələr, müəllimlər, fəhlələr, zabitlər vardı.

Hərəsinin bir həyatı, bir arzusu, bir ailəsi vardı.

Onlar öz gələcəklərini Azərbaycanın gələcəyinə fəda etdilər.

Bu gün azad Qarabağda dalğalanan bayrağımızın hər rəngində onların fədakarlığı var.

Şəhid analarının qarşısında baş əyirəm. Qazilərimizə minnətdarlığımı bildirirəm. Bu Vətən uğrunda canından keçən bütün qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm.

37 illik qəzetçilik həyatımda çox tarixi hadisələr gördüm. Çox böyük sarsıntılar yaşadım. Xalqımızın ağır günlərini yazdım.

Amma taleyin mənə bəxş etdiyi ən böyük xoşbəxtliklərdən biri Azərbaycanın Zəfərini görmək oldu.

Bir vaxtlar Qarabağın işğalından yazan qələmim altı ildir onun azadlığından yazır.

Bundan böyük jurnalist xoşbəxtliyi varmı?!

44 gün bir müharibənin müddətidir. Amma o 44 günün yaratdığı tarix əsrlərlə yaşayacaq.

Zəfərimizin altıncı ildönümü mübarək olsun, Azərbaycan!

Allah şəhidlərimizə rəhmət eləsin!

Qarabağ Azərbaycandır!

Rauf ARİFOĞLU
7 noyabr 2026-cı il

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

22-10-2026, 10:53

DÜNYA NİZAMI SARSILIR, AVROPA İKİ OD ARASINDA... – Böyük güclərin planı nədir?

Maraqlı / Cəmiyyət

5-11-2026, 12:25

TÜRKİYƏ ÜÇÜN CANINDAN KEÇƏN AZƏRBAYCANLILAR – Qardaşlığın qanla yazılan tarixi + FOTOLAR

Gündəm / Siyasət

16-10-2026, 16:48

Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları

Gündəm / Siyasət

15-10-2026, 16:58

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Gündəm / Siyasət

30-10-2026, 15:31

TDT çərçivəsində Bakı-Ankara münasibətləri... - Gözləntilər və reallıqlar

Şou Biznes
Məşhur müğənni 78 yaşında evləndi
Mübariz Tağıyev: “Oxumağa həvəsim yoxdur”
“Ayağın o qədər yüngüldür ki, Fransa yerlə-yeksan oldu” - VİDEO
Cəmiyyət
6-11-2026, 10:19
Bakıda sürücülərə təcili xəbərdarlıq – Bütün zolaqlarda sürət həddi dəyişdirildi!
5-11-2026, 16:06
Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
5-11-2026, 12:44
Özəl məktəblərdə QANDONDURAN təhsil haqları – Dövlət qarışmasa...
5-11-2026, 12:28
DƏRMAN REKLAMI ADI İLƏ İNSANLARI ALDADIRLAR? – Professor ciddi təhlükədən danışdı
5-11-2026, 12:25
TÜRKİYƏ ÜÇÜN CANINDAN KEÇƏN AZƏRBAYCANLILAR – Qardaşlığın qanla yazılan tarixi + FOTOLAR
4-11-2026, 15:27
METRO VƏ AVTOBUSDA 1 QƏPİKLİK GEDİŞ... – Daha kimlər bu güzəştdən yararlana biləcək?
Kriminal
6-11-2026, 13:15
Başı qazandan, ayaqları soyuducudan tapıldı – Tanınmış modelin dəhşətli qətli ilə bağlı YENİ DETALLAR
5-11-2026, 16:03
Türmədən tribunaya... - 12 il yatan DƏLƏDUZ hüquqşünasa necə çevrildi?
27-10-2026, 12:35
Qətldə ittiham olunan deputat oğluna narkotik ittihamı da verildi
Son xəbərlər
  • Dünən, 16:28
    "TAPDIQ ƏLİBƏYLİ SÖZÜN GÖZU İLƏ" - YENİ KİTAB
  • Dünən, 14:03
    Tofiq Əliyev dünya ikincisi oldu
  • Dünən, 14:00
    XAMENEİ ŞƏXSİ MƏKTUBUNDA PUTİNDƏN NƏ İSTƏYİB?- “İran illərdir istədiyini alacağına ümid edir”
  • Dünən, 13:57
    Zəfərdən Böyük Qayıdışa: Azərbaycan tarix yazmaqda davam edir
  • Dünən, 13:54
    200 illik savaşı 44 günə bitirən Azərbaycan - Rauf ARİFOĞLU yazır
  • Dünən, 13:51
    PREZİDENT ŞUŞASDA VƏ XANKƏDİDƏ ÇOXSAYLI AÇILIŞLAR EDİB - Yeni binaların təməli qoyuldu + FOTOLAR (Yenilənir)
  • 6-11-2026, 16:58
    Prezident və birinci xanım Soltanlı kəndinin AÇILIŞINDA - FOTOLAR, VİDEO
  • 6-11-2026, 16:54
    TƏCİLİ! Оman körfəzində HƏYƏCAN: İran bunu da etdi!
  • 6-11-2026, 16:50
    Əsabil Qasımov Ramiz Mehdiyevin gömrük sədri olmalı imiş-ŞOK SİYAHI
  • 6-11-2026, 13:15
    Başı qazandan, ayaqları soyuducudan tapıldı – Tanınmış modelin dəhşətli qətli ilə bağlı YENİ DETALLAR
  • 6-11-2026, 13:06
    Azərbaycan üçün ŞOK TƏHLÜKƏ - Hər şeyə HAZIR OLUN, bu təlimatları oxuyun
  • 6-11-2026, 13:02
    İsfahana atom bombası atılarsa, Bakını da vurarmı? – Azərbaycan üçün NÜVƏ TƏHLÜKƏSİ, məsafələr və 72 saatlıq hazırlıq
  • 6-11-2026, 10:43
    SON DƏQİQƏ! Türkiyədə zəlzələ oldu
  • 6-11-2026, 10:32
    Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? – REAKSİYA
  • 6-11-2026, 10:26
    Demokratlar Tramp və Maska qarşı elə bir plan hazırlayır ki…
  • 6-11-2026, 10:26
    Məşhur müğənni 78 yaşında evləndi
  • 6-11-2026, 10:20
    Avropa ölkəsi qarışdı, milyonlarla insan hücuma keçdi – Dəhşət yaşanır
  • 6-11-2026, 10:19
    Kremlin yaxın çevrəsi müharibədən necə milyonlar qazanır? – Protez biznesi
  • 6-11-2026, 10:19
    Bakıda sürücülərə təcili xəbərdarlıq – Bütün zolaqlarda sürət həddi dəyişdirildi!
  • 6-11-2026, 10:19
    SEPAH xəbərdarlıq etdi: Bu ölkələr vurulacaq!
  • 5-11-2026, 16:28
    Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş konfrans keçirildi - VİDEO
  • 5-11-2026, 16:09
    Trampa növbəti zərbə ABŞ-da nələr dəyişəcək?
  • 5-11-2026, 16:06
    Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
  • 5-11-2026, 16:03
    Türmədən tribunaya... - 12 il yatan DƏLƏDUZ hüquqşünasa necə çevrildi?
  • 5-11-2026, 12:44
    Özəl məktəblərdə QANDONDURAN təhsil haqları – Dövlət qarışmasa...
  • 5-11-2026, 12:42
    Kremldə 7 noyabr ƏNDİŞƏSİ
  • 5-11-2026, 12:39
    RƏCƏB TAYYİB ƏRDOĞAN AZƏRBAYCANA GƏLƏCƏK
  • 5-11-2026, 12:37
    ƏRDOĞANDAN AZƏRBAYCAN LİDERİNƏ XÜSUSİ MESAJ - VİDEO
  • 5-11-2026, 12:28
    DƏRMAN REKLAMI ADI İLƏ İNSANLARI ALDADIRLAR? – Professor ciddi təhlükədən danışdı
  • 5-11-2026, 12:25
    TÜRKİYƏ ÜÇÜN CANINDAN KEÇƏN AZƏRBAYCANLILAR – Qardaşlığın qanla yazılan tarixi + FOTOLAR
  • 5-11-2026, 12:21
    İKİNCİ ƏL AVTOMOBİL SATANLARIN NƏZƏRİNƏ - Qaydalar dəyişir
  • 4-11-2026, 15:51
    Bakıya qarşı ağlasığmaz məscid həmləsi – Tehran bunu İrəvanda etdi
  • 4-11-2026, 15:41
    Mübariz Tağıyev: “Oxumağa həvəsim yoxdur”
  • 4-11-2026, 15:39
    Əliyev və Putindən İLGİNC Türkiyə açıqlaması – Rəqabət, yoxsa...
  • 4-11-2026, 15:33
    Qərb sərhədimizdə böyük razılaşma anonsu
Daha çox
Dünən, 16:28
"TAPDIQ ƏLİBƏYLİ SÖZÜN GÖZU İLƏ" - YENİ KİTAB
3-11-2026, 12:03
İranda azərbaycanlıların ana dili HƏSRƏTİ: Pezeşkian sözünü tutacaqmı? - SENSASİON YAZI
3-11-2026, 12:07
ABŞ-da artıq İranla bağlı qərar verilib: hücum başlayır?
4-11-2026, 15:39
Əliyev və Putindən İLGİNC Türkiyə açıqlaması – Rəqabət, yoxsa...
4-11-2026, 15:51
Bakıya qarşı ağlasığmaz məscid həmləsi – Tehran bunu İrəvanda etdi
2-11-2026, 16:31
ƏRDOĞAN AZƏRBAYCAN SƏMASINDA PREZİDENT ƏLİYEVİ TƏBRİK ETDİ - Laynerin pilotu dispetçerlə əlaqə saxladı + VİDEO (Yenilənib)
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi: Vəfa Qasımova
  • Telefon: (+99450) 277 95 00
  • E-mail: ofis@xtv.az
Müəllif hüquqları qorunur. XTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2026 XTV.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə