Berlində keçirilən "Könüllülər Koalisiyası" toplantısından sonra Almaniya, Fransa, Böyük Britaniya və Ukrayna liderlərinin birgə bəyanatı açıqlanıb.
Musavat.com Unian-a istinadən xəbər verir ki, bəyanatda Ukraynanın Avropa İttifaqından 90 milyard avro və NATO müttəfiqlərindən əlavə 70 milyard avro hərbi yardım alacağı qeyd edilib.
Toplantıda əldə olunan əsas razılaşmalar bunlardır:
Maliyyə və hərbi yardım. Aİ 2027-ci ilin sonuna qədər Ukraynaya 90 milyard avro, NATO müttəfiqləri əlavə 70 milyard avro hərbi dəstək verəcəklər. 2027-ci ildə onların ən azı eyni miqdarda yardım göstərmələri nəzərdə tutulur.
Hava hücumundan müdafiənin gücləndirilməsi. Tərəfdaşlar qışdan əvvəl Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək, o cümlədən əlavə ballistik raket ələ keçirmə imkanlarını artırmaq barədə razılığa gəliblər.
Rusiyaya qarşı yeni sanksiyalar. Rusiyanın neft və qaz gəlirlərinə, kriptovalyuta əməliyyatlarına və kölgə donanmasına qarşı təzyiqin artırılması planlaşdırılır.
Təhlükəsizlik zəmanətləri. Atəşkəsdən sonra Ukrayna üçün Avropanın rəhbərlik etdiyi və ABŞ tərəfindən dəstəklənən çoxmillətli qüvvə yaradıla bilər. Atəşkəs monitorinqi və tərəfdaşların Rusiyanın yeni hücumuna cavab vermək üçün hüquqi cəhətdən məcburi öhdəlikləri də müzakirə olunur.
Rusiya aktivləri təcavüz bitənə və Ukraynaya dəyən ziyan ödənilənə qədər dondurulmuş qalacaq