Azərbaycandan ixrac olunan vint, bolt və qaykaların gömrük tarifi 20 dəfə artırılacaq.
Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun sentyabrın 22-də imzaladığı müvafiq qərar oktyabrın 23-də qüvvəyə minib.
Qərara əsasən, ölkədən ixrac olunan vint, bolt və qaykaların hər 1 000 kiloqramına görə gömrük tarifi 2029-cu ilin sonunadək 15 ABŞ dollarından 300 ABŞ dollarına qaldırılıb.
Tarif artımı 23.10.2026 - 31.12.2029-cu illər tarixini əhatə edəcək.