• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • İdman
  • Kriminal
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Mehdiyevə həbsdən xilas yolu

Gündəm / Siyasət

Dünən, 11:12

PA-nın sabiq rəhbərinin səhhəti ön plana çıxır; psixiatr rəyi onun taleyini dəyişə bilər

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət, dövlət hakimiyyətini zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları ilə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. İstintaq çərçivəsində onun ailə üzvləri də şahid qismində dindiriliblər. Yeri gəlmişkən, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ramiz Mehdiyevin işi üzrə məhkəmə prosesində şahid qismində ifadə verib. O, Reaksiya TV-yə danışarkən sabiq Prezident Administrasiyası rəhbərinin məhkəməyə onlayn qoşulduğunu və onu divanda uzanmış vəziyyətdə gördüyünü bildirib.

S.Cəlaloğlunun sözlərinə görə, Ramiz Mehdiyev prosesi diqqətlə izləyib, replikalar verib və suallara cavab verib. O, Mehdiyevin zəkasında, nitqində, danışığında və qavrayışında kənardan nəzərəçarpan problem görmədiyini deyib. Yada salaq ki, Gununsesi.info-nun yaydığı məlumata görə, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev atasının səhhəti ilə bağlı diqqətçəkən ifadə verib. O bildirib ki, atası bir sıra xəstəliklərdən əziyyət çəkir, yaddaş pozğunluğu var və bəzən öz hərəkət və davranışlarının fərqində olmur.

Timur Mehdiyevin sözlərinə görə, atası bəzən nə dediyini və hansı hərəkətləri etdiyini anlamır. O, bu səbəbdən atasının ittiham olunduğu məsələlərlə bağlı konkret məlumatının olmadığını bildirib.

Oğlunun ifadəsi Ramiz Mehdiyevin səhhətinin məhkəmə prosesinə mümkün təsiri məsələsini gündəmə gətirir. Bununla belə, açıqlanan məlumatlarda onun konkret hansı xəstəlikdən əziyyət çəkdiyi göstərilmir. Yaddaş pozğunluğu müxtəlif səbəblərdən yarana bilər və yalnız bu əlamətə əsasən konkret xəstəlik barədə nəticə çıxarmaq düzgün deyil.

Azərbaycan qanunvericiliyinə görə, şəxsin psixi vəziyyətinin cinayət işi üçün əhəmiyyətli hallara təsiri müvafiq ekspert rəyi ilə müəyyənləşdirilə bilər. Buna görə də əsas sual Ramiz Mehdiyevin hansı diaqnozunun olması ilə yanaşı, səhhətinin onun məhkəmə prosesində iştirakına və özünü müdafiə etmək imkanına təsir edib-etməməsidir.

Belə xəstəliklərdən əziyyət çəkən şəxs məhkəmə qarşısına çıxarıla və mühakimə oluna bilərmi? Ramiz Mehdiyevin səhhətinin məhkəmə prosesində iştirakına mane olub-olmadığını müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası tələb edilirmi? Əgər xəstəlik şəxsin özünü müdafiə etmək və prosesin mahiyyətini anlamaq imkanlarını məhdudlaşdırırsa, qanunvericilikdə hansı prosedurlar nəzərdə tutulur?

Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulsa... - Qulamhüseyn Əlibəyli

Tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, Cinayət Məcəlləsinə görə, yalnız cinayət törətmiş anlaqlı fiziki şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar: “Anlaqlılıq dedikdə, adətən şəxsin öz hərəkətlərinin xarakterini və sonrakı nəticələrini dərk etməsi və özünü idarə edə bilmək imkanına malik olması başa düşülür. Şəxsin xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən vəziyyəti anlaqsızlıq hesab olunur. Qanunla müəyyən edilmiş qaydada anlaqsız hesab olunan şəxslər cinayət məsuliyyətinə cəlb olunmurlar. Bu zaman həmin şəxsin cinayət törədərkən anlaqsız vəziyyətdə olması və yaxud sonradan bu vəziyyətə düşməsinin əhəmiyyəti yoxdur. Başqa sözlə, həm cinayət törədərkən anlaqsız vəziyyətdə olan şəxslər, həm də anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxslər cinayət məsuliyyətindən azad olunurlar. Onlar barəsində cinayət qanunvericiliyinə uyğun olaraq məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq olunur. Anlaqsızlıq iki meyarla müəyyən olunur: tibbi (bioloji) meyar və hüquqi (psixoloji) meyar. Tibbi (bioloji) meyarın olması şəxsin müəyyən psixi xəstəliyə tutulmasında ifadə olunur. Belə xəstəliklərə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik aid edilir. Hüquqi (psixoloji) meyar iki hissədən ibarətdir. İntellektual hissə - şəxsin öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edə bilməməsi və iradi hissə - şəxsin öz hərəkətlərinə rəhbərlik edə bilməməsi. Şəxsin anlaqsız sayılması üçün bu meyarlar birlikdə olmalıdır. Şəxsin anlaqsız sayılması yaddaş pozuntusu barədə özünün, yaxın qohumlarının və müdafiəçisinin dediklərinə əsaslana bilməz. Bunun üçün ilk növbədə məhkəmə-psixiatriya ekspertizasının əsaslandırılmış rəyi olmalıdır. Ekspertiza ibtidai araşdırma orqanının və ya məhkəmənin öz təşəbbüsü ilə, yaxud da ittiham olunan şəxsin, onun müdafiəsinin vəsatəti ilə təyin olunur.

Ekspertiza şəxsin ruhi xəstə və ya ruhi pozuntusunun olub-olmaması, əgər varsa, pozuntunun növü, onun öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək imkanına malik olub-olmaması, öz hərəkətlərinə rəhbərlik edə bilib-bilməməsi, psixi vəziyyətinin ona prosesdə iştirak etməyə, müdafiə hüququnu həyata keçirməyə imkan verib-verməməsi kimi suallara aydınlıq gətirməlidir".

Hüquqşünas onu da diqqətə çatdırdı ki, ekspertiza ambulator qaydada və ya stasionar şəraitdə (müəyyən müddətə xəstəxanaya yerləşdirməklə) aparıla bilər: “Lakin ekspertizanın müsbət rəyi olsa belə, şəxs avtomatik anlaqsız hesab olunmur. Ekspertizanın rəyi digər sübutlarla birlikdə qiymətləndirilir. Məhkəmə rəylə razı deyilsə, əlavə və ya təkrar ekspertiza təyin edə bilər.

Məhkəmə ekspert rəyini və digər sübutları qiymətləndirərək şəxsi anlaqsız hesab edərsə, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar qəbul edir. Tibbi xarakterli məcburi tədbirlər ümumi tipli, ixtisaslaşdırılmış və ya ciddi nəzarətli psixiatriya müəssisəsində müalicə şəklində ola bilər".

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov R.Mehdiyevlə bağlı məsələni bu cür şərh etdi: “Bu kimi hallarda prosedurlar bundan ibarətdir: əgər hüquq-mühafizə orqanları gərək sayırsa, nevroloqun, xüsusən də psixiatrın rəyini alırlar. Bu rəylərdə hər şeyin normal olduğu qeyd edilirsə, prosesi davam etdirmək olar. Yox, əgər bu rəylərdə hər hansı bir kənaraçıxmalar varsa, o zaman buna müvafiq olaraq tədbirlər görülür. Digər tərəfdən, məhkəmə də hesab edirsə ki, belə bir problem olma ehtimalı var, yaxud əks tərəfin vəkili tərəfindən belə iddialar ortaya qoyulursa, psixiatrik rəyin alınması üçün müraciət edilə bilər”.

Oxunub: 2
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

19-10-2026, 16:48

"ATAM NƏ DEDİYİNİ BİLMİR..." - Mehdiyevin oğlu istintaqa nələri açıqladı?

Gündəm / Siyasət

16-10-2026, 16:48

Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları

---

20-10-2026, 11:20

DÖVLƏT İŞİ, YOXSA ÖZƏL SEKTOR?... – Hansında maaş yüksək, gələcək daha etibarlıdır?

Gündəm / İqtisadiyyat

20-10-2026, 11:40

Mərkəzi Asiya təzyiq altında: iqtisadi problemlər Azərbaycanı təhdid edir? - GƏLİŞMƏ

Gündəm / Cəmiyyət

9-10-2026, 16:34

“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar

Şou Biznes
“Ayağın o qədər yüngüldür ki, Fransa yerlə-yeksan oldu” - VİDEO
Cəmiyyət
Dünən, 11:07
SOSİAL SIĞORTA HAQLARI ÜZRƏ YENİ QAYDA – Vətəndaşların pensiyası azalacaq, yoxsa artacaq?
20-10-2026, 11:14
Tanınmış meyxanaçı vəfat etdi – FOTO
19-10-2026, 16:48
"ATAM NƏ DEDİYİNİ BİLMİR..." - Mehdiyevin oğlu istintaqa nələri açıqladı?
19-10-2026, 13:15
Sabah hava necə olacaq? - PROQNOZ
19-10-2026, 13:05
Anar Bayramov səhiyyə naziri təyin edildi
17-10-2026, 12:03
AZAL təyyarəsi Bakıya uça bilmədi - Səbəb
Kriminal
16-10-2026, 10:05
Azərbaycana qarşı görünməmiş hibrid hücumlar: Milli Məclisdən xəbərdarlıq
13-10-2026, 01:34
Məşhur türk yazarın ölümü 70 ildən sonra yenidən araşdırılır
Son xəbərlər
  • Dünən, 16:32
    31 türk düşməni – onlar Türkiyəyə də yağı kəsiliblər! KİM KİMDİR – ARAŞDIRMA
  • Dünən, 16:26
    "Firuzə İbadova 2 aydır yataqdan qalxmır"
  • Dünən, 16:22
    Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı açıqlama: “Yekunlaşıb”
  • Dünən, 16:16
    "Brain Academy"də fiziki şiddət: Autizmli uşaq döyüldü + VİDEO
  • Dünən, 16:12
    NÖVBƏTI PUTIN - UITKOFF GÖRÜŞÜ BAŞLADI – Nələr müzakirə olunur?
  • Dünən, 12:05
    Ağsuda Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrin icrasına dair rayon müşavirəsi keçirilib
  • Dünən, 11:27
    Paşinyan sülh sənədini BUNA görə yubadır - İlginc İDDİA
  • Dünən, 11:24
    Türkiyədəki konsulluğumuz POLİS MÜHASİRƏSİNDƏ, Azərbaycana NÖVBƏTİ BÖHTAN: “Bayraqlarımızı...”
  • Dünən, 11:12
    Mehdiyevə həbsdən xilas yolu
  • Dünən, 11:07
    SOSİAL SIĞORTA HAQLARI ÜZRƏ YENİ QAYDA – Vətəndaşların pensiyası azalacaq, yoxsa artacaq?
  • Dünən, 11:02
    Ölkəni alov bürüdü, ordu küçələrə axdı- Avropada dəhşət yaşanır
  • Dünən, 11:00
    Brüsseldə Azərbaycan-NATO əməkdaşlığının müzakirəsi
  • Dünən, 10:55
    Dünyanın gələcəyi ilə bağlı gizli ssenari – “Qızıl milyard” planı işə düşür?
  • 20-10-2026, 11:46
    Vens: Ukrayna NATO-ya üzv olmamalıdır
  • 20-10-2026, 11:44
    “Ayağın o qədər yüngüldür ki, Fransa yerlə-yeksan oldu” - VİDEO
  • 20-10-2026, 11:40
    Mərkəzi Asiya təzyiq altında: iqtisadi problemlər Azərbaycanı təhdid edir? - GƏLİŞMƏ
  • 20-10-2026, 11:37
    Fars-molla rejimi İŞ BAŞINDA... - ŞƏRH
  • 20-10-2026, 11:30
    Tramp təhdid etdi: “Sizi o ölkənin aqibəti gözləyir!”
  • 20-10-2026, 11:27
    AVROPA LİDERLƏRİ PUTİNƏ ZƏNG EDƏCƏKLƏR - İki variant təklif olunacaq
  • 20-10-2026, 11:23
    “SÜLH GÜNDƏLİYİ ZƏHƏRLƏNİB...” – Bakı-İrəvan xəttində nə baş verir?
  • 20-10-2026, 11:16
    Bakı metrosu xüsusi rejimdə işləyəcək – Səbəb
  • 20-10-2026, 11:14
    Tanınmış meyxanaçı vəfat etdi – FOTO
  • 19-10-2026, 17:11
    Prezident onları təltif etdi - SİYAHI
  • 19-10-2026, 17:05
    Ankara ilə İrəvan arasında gizli anlaşma varmı? – sərhəd planı və Bakıda yaranan şübhələr
  • 19-10-2026, 16:57
    Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixracı artıb
  • 19-10-2026, 16:52
    Rahilə Hüseynzadə 3 medal qazandı - Avropa birinciliyində
  • 19-10-2026, 16:48
    "ATAM NƏ DEDİYİNİ BİLMİR..." - Mehdiyevin oğlu istintaqa nələri açıqladı?
  • 19-10-2026, 13:15
    Sabah hava necə olacaq? - PROQNOZ
  • 19-10-2026, 13:11
    TƏBİB SƏHİYYƏ NAZİRLİYİNİN TABELİYİNƏ VERİLDİ - Prezident Fərman imzaladl
  • 19-10-2026, 13:08
    Azərbaycanın 9 ayda Ermənistana ixracının dəyəri...
  • 19-10-2026, 13:05
    Anar Bayramov səhiyyə naziri təyin edildi
  • 19-10-2026, 02:10
    Rusiyada aclıq: insanlar ərzaq növbəsində... - Video
  • 19-10-2026, 02:06
    Almaniya siyasətçisi təsadüfən deputat mandatından imtina edib
  • 19-10-2026, 02:03
    ƏRDOĞANDAN TƏBRİK MESAJI: "Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik"
  • 19-10-2026, 01:59
    İsraildən qalxan təyyarə təcili eniş etdi: Bomba təhlükəsi...
Daha çox
15-10-2026, 14:04
"Qiyamət günü"nün tarixi açıqlandı
Dünən, 12:05
Ağsuda Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrin icrasına dair rayon müşavirəsi keçirilib
15-10-2026, 14:00
Zelenskidən Trampa "Starlink" TƏKLİFİ: "Lisenziyanı açın, Rusiyanın raket qurğularını MƏHV EDƏK"
19-10-2026, 02:10
Rusiyada aclıq: insanlar ərzaq növbəsində... - Video
Dünən, 11:07
SOSİAL SIĞORTA HAQLARI ÜZRƏ YENİ QAYDA – Vətəndaşların pensiyası azalacaq, yoxsa artacaq?
Dünən, 11:27
Paşinyan sülh sənədini BUNA görə yubadır - İlginc İDDİA
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi: Vəfa Qasımova
  • Telefon: (+99450) 277 95 00
  • E-mail: ofis@xtv.az
Müəllif hüquqları qorunur. XTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2026 XTV.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə