• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • İdman
  • Kriminal
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Regionlar işsiz, Bakı yüklənir – 84 faizlik statistika nəyi göstərir?

Gündəm / Cəmiyyət

Bu gün, 11:07

Azərbaycanda yeni iş yerlərinin yaradılmasında regionlar və paytaxt arasında ciddi fərq müşahidə olunur. Rəsmi statistik göstəricilər göstərir ki, ölkədə açılan yeni iş yerlərinin böyük əksəriyyəti Bakı və Abşeron iqtisadi zonasında cəmləşir. Bu isə məşğulluq imkanlarının coğrafi baxımdan qeyri-bərabər bölüşdürülməsi, regionlarda iş yerlərinin yaradılması və əhalinin paytaxta üz tutması məsələlərini yenidən gündəmə gətirir. Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 79,5 min yeni iş yeri açılıb. Onların 77,3 faizi, yaxud təxminən 61,5 mini Bakının payına düşüb. İkinci yerdə 6,6 faizlik göstərici ilə Abşeron rayonu qərarlaşıb. Beləliklə, ölkə üzrə yaradılan yeni iş yerlərinin təxminən 84 faizi Bakı və Abşeronun payına düşür. Paytaxt və Abşeron ərazisindən kənarda isə cəmi 18 minə yaxın yeni iş yeri yaradılıb. Bu mənzərə regionlarda iqtisadi fəallığın, sahibkarlığın və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərin effektivliyi ilə bağlı suallar doğurur.

Görəsən, yeni iş yerlərinin bu qədər böyük hissəsinin Bakı-Abşeron ərazisində cəmləşməsinin səbəbi nədir? Regionlarda iş yerlərinin yaradılmasına mane olan əsas iqtisadi və struktur problemlər hansılardır? Mövcud vəziyyət daxili miqrasiyaya, paytaxtın demoqrafik yükünə və regionların sosial-iqtisadi inkişafına necə təsir göstərir?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb: "Son statistik məlumatlar onu deməyə əsas verir ki, Bakı və Abşeron yarımadasını birlikdə götürsək, yeni açılan iş yerlərinin təxminən 84 faizi məhz bu bölgənin payına düşür. Bu, kifayət qədər böyük göstəricidir və ölkə daxilində miqrasiyanın miqyasını əks etdirən əsas amillərdən biridir".

İqtisadçı qeyd edib ki, əhalinin regionlarda qalması üçün ilk növbədə həmin ərazilərin iqtisadi və sosial inkişafı təmin edilməlidir: "Regionlarda iqtisadi imkanların genişləndirilməsi, sosial həyatın canlandırılması olduqca vacibdir. Hesab edirəm ki, bu məsələlərə kompleks yanaşmaq lazımdır. Söhbət yalnız iqtisadi və sosial inkişafdan getmir. Məsələn, regionlarda kommunal xidmətlərin daha əlçatan və ucuz olması, əhalinin kredit imkanlarının genişləndirilməsi, maliyyə resurslarına çıxışın asanlaşdırılması da mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, iqtisadi inkişaf sosial və mədəni infrastrukturun yaradılması ilə müşayiət olunmalıdır. Regionlarda müasir sosial və mədəni infrastruktur formalaşdırılmalıdır ki, insanlar, xüsusilə də gənclər doğma rayonlarında yaşamağa və fəaliyyət göstərməyə maraqlı olsunlar. Əks halda, təkcə iş yerlərinin yaradılması insanların regionlarda qalmasını təmin etmək üçün kifayət etməyəcək".

Natiq Cəfərlinin fikrincə, bu istiqamətdə kompleks yanaşmaya ehtiyac var: "İqtisadi imkanlar, sosial təminat, kommunal xidmətlər, kredit əlçatanlığı və mədəni infrastruktur paralel şəkildə inkişaf etdirilməlidir. Yalnız bu halda regionlarda əhalinin məskunlaşmasının təşviqi və daxili miqrasiyanın qarşısının alınması istiqamətində real və səmərəli addımlar atmaq mümkün olacaq".

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat / Gündəm

29-10-2026, 15:40

İŞ YERLƏRİ BAKIDA, İMKANLAR REGİONLARDA... – Əhalinin paytaxta axınının qarşısı necə alınmalı? + RƏY

İqtisadiyyat

11-11-2026, 16:27

"Nazirlər Kabineti və Tarif Şurası bir günün içində bu məsələni həll edə bilər"

Gündəm / İqtisadiyyat

20-10-2026, 11:40

Mərkəzi Asiya təzyiq altında: iqtisadi problemlər Azərbaycanı təhdid edir? - GƏLİŞMƏ

Gündəm / Cəmiyyət

18-11-2026, 13:17

7603 ÖLÜM, MİNLƏRLƏ YARALI... – Azərbaycan yollarında nə baş verir? + DƏHŞƏTLİ STATİSTİKA

Gündəm / Siyasət

24-11-2026, 10:27

"BƏLKƏ DƏ BUNLAR BİR TAMAŞADIR, PAŞİNYAN BİLİR Kİ..." - "Kağız bizi qorumayacaq, güclü olmalıyıq"

Şou Biznes
Maksim Qalkin Bakıda toyda - Fotolar
Məşhur müğənni 78 yaşında evləndi
Mübariz Tağıyev: “Oxumağa həvəsim yoxdur”
“Ayağın o qədər yüngüldür ki, Fransa yerlə-yeksan oldu” - VİDEO
Cəmiyyət
Bu gün, 13:31
BƏZİ İNSANLAR YAXŞILIĞI İLƏ TANINMAQ İSTƏMİR, AMMA ETDİKLƏRİ YAXŞILIQLAR ONLARI TANIDIR.. - Video
Bu gün, 12:29
“Ağ kepkalı” feodalın elektromobil şousu - Mehdiyev klanı 600 hektar bağı belə zəbt edib
Bu gün, 11:07
Regionlar işsiz, Bakı yüklənir – 84 faizlik statistika nəyi göstərir?
Dünən, 14:13
Ayın 26-da 3 dərəcə şaxta olacaq - Proqnoz verildi
Dünən, 08:51
Bakıda ev almaq əlçatmaz arzuya çevrilir - bahalaşmanın əsl səbəbi
Dünən, 08:33
ABBASZADƏ GƏLDİ, PROREKTOR VƏ DEKANLAR GEDİR...- BDU-da daha kimlər yola salınacaq?
Kriminal
6-11-2026, 13:15
Başı qazandan, ayaqları soyuducudan tapıldı – Tanınmış modelin dəhşətli qətli ilə bağlı YENİ DETALLAR
5-11-2026, 16:03
Türmədən tribunaya... - 12 il yatan DƏLƏDUZ hüquqşünasa necə çevrildi?
27-10-2026, 12:35
Qətldə ittiham olunan deputat oğluna narkotik ittihamı da verildi
Son xəbərlər
  • Bu gün, 13:31
    BƏZİ İNSANLAR YAXŞILIĞI İLƏ TANINMAQ İSTƏMİR, AMMA ETDİKLƏRİ YAXŞILIQLAR ONLARI TANIDIR.. - Video
  • Bu gün, 12:29
    “Ağ kepkalı” feodalın elektromobil şousu - Mehdiyev klanı 600 hektar bağı belə zəbt edib
  • Bu gün, 12:24
    Milli Məclisdə MÜHÜM FORUM
  • Bu gün, 12:21
    Əhali daha çox borca girir – Şərtlər sərtləşir
  • Bu gün, 12:18
    “Putin nüvə silahı atmayacağını vəd etdi” – Trampın kürəkəni Rusiya başçısını təriflədi
  • Bu gün, 11:13
    Sadəcə quşların olduğu adaya görə 46 ildir mübarizə gedir – Niyə?
  • Bu gün, 11:10
    14 MANATLIQ ARTIМ VƏ REAL HƏYAT... – Bu pulla nə dəyişəcək?
  • Bu gün, 11:07
    Regionlar işsiz, Bakı yüklənir – 84 faizlik statistika nəyi göstərir?
  • Bu gün, 10:18
    Saxta “Mehdi” ailəsi ilə birlikdə HƏBS EDİLDİ: Görün nələr edib - VİDEO
  • Bu gün, 10:15
    Azərbaycanın 200 sənətçisi bu ölkəyə gedir
  • Bu gün, 10:11
    "QRAFOMAN O ZİRVƏYƏ YÜKSƏLMƏKDƏ ACİZDİR..." – Yazıçıdan SƏRT AÇIQLAMA
  • Dünən, 14:28
    “Qırmızı xətt”, “yaşıl inqilab”, “qara bəxt” – Tehranın qorxulu iddiaları
  • Dünən, 14:25
    Azərbaycan futbolu üçün milyardlıq vitrin: “Sabah”ın qarşısına Kataloniya nəhəngi çıxır
  • Dünən, 14:23
    Türkiyədən QƏFİL çağırış – NATO regiona girir?
  • Dünən, 14:13
    Ayın 26-da 3 dərəcə şaxta olacaq - Proqnoz verildi
  • Dünən, 14:09
    Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
  • Dünən, 14:07
    AZƏRBAYCANDA YENİ MƏRKƏZ YARADILDI - Prezident Fərman imzaladı
  • Dünən, 14:05
    ABŞ-nin İRANLA BAĞLI HƏRBİ SİRRİ... - Vaşinqtonun növbəti gedişi nə olacaq?
  • Dünən, 08:51
    Bakıda ev almaq əlçatmaz arzuya çevrilir - bahalaşmanın əsl səbəbi
  • Dünən, 08:47
    “Azərbaycanı seçdi, xəyanət etdi” - Rusiyalı deputatdan Pluşenkoya sərt ittihamlar
  • Dünən, 08:43
    “Ölmək ölməkdir, xırıldamaq nədir” – Zelenski Donbasa son nöqtəni qoydu
  • Dünən, 08:40
    Putinlə iranlı generalın mübhəm Azərbaycan müzakirəsi
  • Dünən, 08:35
    "ABŞ İranda hakimiyyət dəyişikliyinə nail olmağa çalışmır" - Tramp
  • Dünən, 08:33
    ABBASZADƏ GƏLDİ, PROREKTOR VƏ DEKANLAR GEDİR...- BDU-da daha kimlər yola salınacaq?
  • 24-11-2026, 16:10
    Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ - Bakıda...
  • 24-11-2026, 16:07
    Tarixin ən dəhşətli 10 fəlakəti: Milyonlarla insanın həyatına son qoyan hadisələr
  • 24-11-2026, 15:55
    "YOXLASAN BABASI LÜTÜN BİRİ OLUB..." - Deputatdan rüşvətə fərqli baxış
  • 24-11-2026, 13:30
    “ƏHALİNİ MÜHARİBƏYƏ HAZIRLAYIN...” – Ruttedən həyəcanlı çağırış
  • 24-11-2026, 12:38
    DÜNYANIN 365 TRİLYON DOLLARLIQ BORCU... – Bu pullar nə üçün alınır və qlobal borc sistemindən kimlər qazanır?
  • 24-11-2026, 12:35
    BATAN 300 MİLYONLUQ GƏMİ... - “Merkuri” korveti necə ucuz dronların güdazına verlilib? + VİDEO
  • 24-11-2026, 11:21
    Cehizlik örtüklər, köhnə telefon kitabçası və 33 il sonra gerçəkləşən arzu VİDEO
  • 24-11-2026, 11:00
    Leyla Əliyeva "Torpaq" adlı konseptual qrup sərgisindən paylaşım edib - Video
  • 24-11-2026, 10:57
    AZƏRBAYCANDA MAAŞ REKORDU - Bu iki ərazi Bakını üstələdi + SİYAHI
  • 24-11-2026, 10:54
    Kosmosda silahlanma ŞOKU: Gizli peyk HƏR AN orbitə buraxıla bilər
  • 24-11-2026, 10:38
    Krım Rusiyanın ƏLİNDƏN ÇIXIR! Yollar OD İÇİNDƏ, maşınlar anındaca VURULUR, tramvayları PARTLATDILAR
Daha çox
20-11-2026, 13:46
Ağdam: yeni dövr, yeni hədəflər
Bu gün, 13:31
BƏZİ İNSANLAR YAXŞILIĞI İLƏ TANINMAQ İSTƏMİR, AMMA ETDİKLƏRİ YAXŞILIQLAR ONLARI TANIDIR.. - Video
20-11-2026, 12:27
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
20-11-2026, 09:37
“KİTAYSKİ YALTA” KONFRANSI... - Hərə öz sözünü dedi və “dağılışdılar”, bəs nəticə?
20-11-2026, 09:43
Sabiq nazir Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin olunub
20-11-2026, 09:46
ZİBİL ATANLARA YENİ CƏZA GƏLİR? – Ekoloji vergi məsələsi gündəmdə + RƏY
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi: Vəfa Qasımova
  • Telefon: (+99450) 277 95 00
  • E-mail: ofis@xtv.az
Müəllif hüquqları qorunur. XTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2026 XTV.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə