• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • İdman
  • Kriminal
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Milli Məclisdə MÜHÜM FORUM

Gündəm / Siyasət

Bu gün, 12:24

Noyabrın 25-də Milli Məclisdə "Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər" mövzusuna həsr olunmuş İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılış mərasimi keçirilib.

Musavat.com Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, mərasimdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova parlamentlərimiz arasında etimad və qarşılıqlı hörmətə əsaslanan dialoqu yüksək qiymətləndirərək bildirib ki, Birinci Parlamentlərarası Forum ötən ilin iyul ayında Xivədə uğurla keçirilib və orada parlament əlaqələrinin vəziyyəti, birgə iş üçün prioritet sahələr müzakirə edilib.

Spiker qeyd edib ki, ikinci forumun Bakıda keçirilməsi bu dialoq formatının inkişaf etdirilməsinə və əldə edilən razılaşmaların praktiki şəkildə həyata keçirilməsinin təmin edilməsinə qarşılıqlı sadiqliyi nümayiş etdirir.

O diqqətə çatdırıb ki, parlament ölçüsü Azərbaycan-Özbəkistan münasibətlərində mühüm yer tutur. Qeyd edilib ki, Xivədəki görüşdən bəri iki ölkə arasında əməkdaşlıq xeyli genişlənib və aktiv siyasi dialoq ən yüksək səviyyədə davam edib. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycana, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə Özbəkistana dövlət səfəri həyata keçiriblər. Dövlət başçıları beynəlxalq tədbirlər çərçivəsində də müntəzəm olaraq görüşüblər.

Qeyd olunub ki, ötən dövrdə Ali Dövlətlərarası Şuranın ikinci və üçüncü iclasları keçirilib, ikitərəfli gündəliyin əsas məsələləri üzrə mühüm razılaşmalar əldə edilib və onlarla sənəd imzalanıb.

Spiker Sahibə Qafarova bildirib ki, bu gün ölkələrimiz arasında genişmiqyaslı birgə layihələr həyata keçirilir, ticarət-iqtisadi və investisiya əlaqələri genişlənir, regionlararası əməkdaşlıq dərinləşir. Bu dövrün xüsusi nailiyyəti isə Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Əbədi dostluq Müqaviləsinin imzalanmasıdır. Bu sənəd müttəfiqlik münasibətlərimizin inkişafında yeni bir mərhələni təşkil edir, həmçinin əsrlər boyu davam edən dostluq ənənələrini qorumaq və gələcək nəsillərə ötürmək üçün ortaq istəyi əks etdirir.

Milli Məclisin sədri qeyd edib ki, müqavilə bu il noyabrın 3-də Milli Məclis tərəfindən təsdiq edilib və müvafiq qanun noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanıb. Şübhəsiz ki, mövcud nailiyyətlər ölkələrimizin prezidentlərinin siyasi iradəsi və şəxsi səyləri, eləcə də aralarındakı səmimi dostluq, qarşılıqlı hörmət və etimad sayəsində mümkün olub. Dövlət başçılarının ən yüksək dövlət mükafatları - "Heydər Əliyev" və "Dostluq" ordenləri ilə təltif edilməsi onların Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqliyin möhkəmləndirilməsinə verdikləri böyük töhfələrin tanınmasıdır.

Spiker bildirib ki, elm, təhsil, mədəniyyət, idman və turizm, eləcə də gənclər siyasəti sahələrində aktiv əlaqələr xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verir.

Qeyd edilib ki, 2025-ci ildə Azərbaycan Özbəkistan Mədəniyyət Günlərinə ev sahibliyi etdi. Bu ilin 29 noyabrında isə Özbəkistanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Bu baxımdan Milli Məclisin sədri Heydər Əliyev Fondunun təşəbbüslərini və layihələrini humanitar əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə kimi qiymətləndirib.

Bildirilib ki, dövlətlərarası münasibətlərin dinamikası parlamentlərimiz üçün yeni çağırışlar yaradır. Bu baxımdan parlament diplomatiyasının rolu artır və qanunverici orqanların fəaliyyətinin ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların həyata keçirilməsinə kömək etməsi, hüquqi bazanı təkmilləşdirməsi və parlamentarlar arasında birbaşa əlaqələri genişləndirməsi vacibdir.

Diqqətə çatdırılıb ki, 2025-2026-cı illər üçün son "Yol xəritəsi" uğurla həyata keçirilib və müəyyən edilmiş məqsədlərin sistemli şəkildə yerinə yetirilməsini təmin edib.

İki ölkənin parlament əlaqələrinin getdikcə sistemli hala gəlməsindən məmnunluğunu bildirən spiker Sahibə Qafarova qeyd edib ki, birinci forumdan sonra parlamentlərimizin sədrləri, dostluq qrupları, parlament nümayəndə heyətləri arasında qarşılıqlı əlaqə genişlənib. Bundan başqa, parlamentlərimiz beynəlxalq parlament təşkilatlarında da mövqelərini əlaqələndirir, eyni zamanda, iki parlamentin Aparatları arasında da işgüzar əlaqələr inkişaf edir.

Çıxışına yekun vuran Milli Məclisin sədri bildirib ki, bugünkü forum görülən işləri ümumiləşdirməyə və dövlətlərarası gündəlikdəki cari məsələləri nəzərə alaraq növbəti addımları müəyyən etməyə imkan verir.

Sonra forumun açılış mərasimində çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.

O, müasir Azərbaycan dövlətinin təməlini qoyan və xalqlarımız arasında dostluğun möhkəmləndirilməsinə mühüm töhfələr verən Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin hörmətlə yad etdiklərini diqqətə çatdırıb.

Senatın sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadi potensialını gücləndirib, infrastrukturunu modernləşdirib və beynəlxalq arenada mövqeyini möhkəmləndirib. Tənzilə Narbayeva Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpasındakı tarixi roluna və hazırda Qarabağda aparılan geniş quruculuq işlərinə dərin hörmətini ifadə edib.

Senatın sədri Özbəkistanda da Prezident Şavkat Mirziyoyevin təşəbbüsü və rəhbərliyi ilə Yeni Özbəkistan quruculuğunun həyata keçirildiyini diqqətə çatdırıb.

Prezident Şavkat Mirziyoyev və Prezident İlham Əliyevin siyasi iradələri, şəxsi dostluğu və qarşılıqlı etimadları sayəsində ölkələrimizin müttəfiq olduğunu vurğulayan Senatın sədri bu baxımdan iki il əvvəl dövlət başçılarının imzaladığı Müttəfiqlik münasibətləri haqqında Müqavilənin və bu ilin avqust ayında Daşkənddə Ali Dövlətlərarası Şuranın üçüncü iclası çərçivəsində imzalanmış Əbədi dostluq Müqaviləsinin əhəmiyyətini qeyd edib.

Tənzilə Narbayeva iki ölkənin iqtisadi əlaqələri və həyata keçirilən geniş layihələr barədə də fikirlərini bölüşüb.

Parlamentlərin islahatların qanunvericilik baxımından dəstəklənməsində və dövlətlərarası müqavilələrin həyata keçirilməsində xüsusi rolundan danışan Senatın sədri bildirib ki, Müttəfiqlik münasibətləri haqqında Müqavilədə parlament diplomatiyasına ayrıca bir maddə həsr olunub. Tənzilə Narbayeva qarşıdakı iki il ərzində iki ölkə parlamentinin birgə fəaliyyət istiqamətləri barədə təkliflərini diqqətə çatdırıb.

Çıxışına yekun vuran Özbəkistan Ali Məclisi Senatının sədri forumun işinə uğurlar arzulayıb.

Sonra Forum öz işini panel müzakirələri ilə davam etdirib.

Forum bu gün öz işini davam etdirəcək.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

19-11-2026, 13:39

Prezident Vyetnam Xəbər Agentliyinə MÜSAHİBƏ VERDİ

Gündəm

20-11-2026, 09:55

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləri

Gündəm / Cəmiyyət

12-11-2026, 01:32

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Gündəm / Siyasət

15-10-2026, 16:58

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Gündəm / Siyasət

22-10-2026, 10:53

DÜNYA NİZAMI SARSILIR, AVROPA İKİ OD ARASINDA... – Böyük güclərin planı nədir?

Şou Biznes
Maksim Qalkin Bakıda toyda - Fotolar
Məşhur müğənni 78 yaşında evləndi
Mübariz Tağıyev: “Oxumağa həvəsim yoxdur”
“Ayağın o qədər yüngüldür ki, Fransa yerlə-yeksan oldu” - VİDEO
Cəmiyyət
Bu gün, 13:31
BƏZİ İNSANLAR YAXŞILIĞI İLƏ TANINMAQ İSTƏMİR, AMMA ETDİKLƏRİ YAXŞILIQLAR ONLARI TANIDIR.. - Video
Bu gün, 12:29
“Ağ kepkalı” feodalın elektromobil şousu - Mehdiyev klanı 600 hektar bağı belə zəbt edib
Bu gün, 11:07
Regionlar işsiz, Bakı yüklənir – 84 faizlik statistika nəyi göstərir?
Dünən, 14:13
Ayın 26-da 3 dərəcə şaxta olacaq - Proqnoz verildi
Dünən, 08:51
Bakıda ev almaq əlçatmaz arzuya çevrilir - bahalaşmanın əsl səbəbi
Dünən, 08:33
ABBASZADƏ GƏLDİ, PROREKTOR VƏ DEKANLAR GEDİR...- BDU-da daha kimlər yola salınacaq?
Kriminal
6-11-2026, 13:15
Başı qazandan, ayaqları soyuducudan tapıldı – Tanınmış modelin dəhşətli qətli ilə bağlı YENİ DETALLAR
5-11-2026, 16:03
Türmədən tribunaya... - 12 il yatan DƏLƏDUZ hüquqşünasa necə çevrildi?
27-10-2026, 12:35
Qətldə ittiham olunan deputat oğluna narkotik ittihamı da verildi
Son xəbərlər
  • Bu gün, 13:31
    BƏZİ İNSANLAR YAXŞILIĞI İLƏ TANINMAQ İSTƏMİR, AMMA ETDİKLƏRİ YAXŞILIQLAR ONLARI TANIDIR.. - Video
  • Bu gün, 12:29
    “Ağ kepkalı” feodalın elektromobil şousu - Mehdiyev klanı 600 hektar bağı belə zəbt edib
  • Bu gün, 12:24
    Milli Məclisdə MÜHÜM FORUM
  • Bu gün, 12:21
    Əhali daha çox borca girir – Şərtlər sərtləşir
  • Bu gün, 12:18
    “Putin nüvə silahı atmayacağını vəd etdi” – Trampın kürəkəni Rusiya başçısını təriflədi
  • Bu gün, 11:13
    Sadəcə quşların olduğu adaya görə 46 ildir mübarizə gedir – Niyə?
  • Bu gün, 11:10
    14 MANATLIQ ARTIМ VƏ REAL HƏYAT... – Bu pulla nə dəyişəcək?
  • Bu gün, 11:07
    Regionlar işsiz, Bakı yüklənir – 84 faizlik statistika nəyi göstərir?
  • Bu gün, 10:18
    Saxta “Mehdi” ailəsi ilə birlikdə HƏBS EDİLDİ: Görün nələr edib - VİDEO
  • Bu gün, 10:15
    Azərbaycanın 200 sənətçisi bu ölkəyə gedir
  • Bu gün, 10:11
    "QRAFOMAN O ZİRVƏYƏ YÜKSƏLMƏKDƏ ACİZDİR..." – Yazıçıdan SƏRT AÇIQLAMA
  • Dünən, 14:28
    “Qırmızı xətt”, “yaşıl inqilab”, “qara bəxt” – Tehranın qorxulu iddiaları
  • Dünən, 14:25
    Azərbaycan futbolu üçün milyardlıq vitrin: “Sabah”ın qarşısına Kataloniya nəhəngi çıxır
  • Dünən, 14:23
    Türkiyədən QƏFİL çağırış – NATO regiona girir?
  • Dünən, 14:13
    Ayın 26-da 3 dərəcə şaxta olacaq - Proqnoz verildi
  • Dünən, 14:09
    Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
  • Dünən, 14:07
    AZƏRBAYCANDA YENİ MƏRKƏZ YARADILDI - Prezident Fərman imzaladı
  • Dünən, 14:05
    ABŞ-nin İRANLA BAĞLI HƏRBİ SİRRİ... - Vaşinqtonun növbəti gedişi nə olacaq?
  • Dünən, 08:51
    Bakıda ev almaq əlçatmaz arzuya çevrilir - bahalaşmanın əsl səbəbi
  • Dünən, 08:47
    “Azərbaycanı seçdi, xəyanət etdi” - Rusiyalı deputatdan Pluşenkoya sərt ittihamlar
  • Dünən, 08:43
    “Ölmək ölməkdir, xırıldamaq nədir” – Zelenski Donbasa son nöqtəni qoydu
  • Dünən, 08:40
    Putinlə iranlı generalın mübhəm Azərbaycan müzakirəsi
  • Dünən, 08:35
    "ABŞ İranda hakimiyyət dəyişikliyinə nail olmağa çalışmır" - Tramp
  • Dünən, 08:33
    ABBASZADƏ GƏLDİ, PROREKTOR VƏ DEKANLAR GEDİR...- BDU-da daha kimlər yola salınacaq?
  • 24-11-2026, 16:10
    Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ - Bakıda...
  • 24-11-2026, 16:07
    Tarixin ən dəhşətli 10 fəlakəti: Milyonlarla insanın həyatına son qoyan hadisələr
  • 24-11-2026, 15:55
    "YOXLASAN BABASI LÜTÜN BİRİ OLUB..." - Deputatdan rüşvətə fərqli baxış
  • 24-11-2026, 13:30
    “ƏHALİNİ MÜHARİBƏYƏ HAZIRLAYIN...” – Ruttedən həyəcanlı çağırış
  • 24-11-2026, 12:38
    DÜNYANIN 365 TRİLYON DOLLARLIQ BORCU... – Bu pullar nə üçün alınır və qlobal borc sistemindən kimlər qazanır?
  • 24-11-2026, 12:35
    BATAN 300 MİLYONLUQ GƏMİ... - “Merkuri” korveti necə ucuz dronların güdazına verlilib? + VİDEO
  • 24-11-2026, 11:21
    Cehizlik örtüklər, köhnə telefon kitabçası və 33 il sonra gerçəkləşən arzu VİDEO
  • 24-11-2026, 11:00
    Leyla Əliyeva "Torpaq" adlı konseptual qrup sərgisindən paylaşım edib - Video
  • 24-11-2026, 10:57
    AZƏRBAYCANDA MAAŞ REKORDU - Bu iki ərazi Bakını üstələdi + SİYAHI
  • 24-11-2026, 10:54
    Kosmosda silahlanma ŞOKU: Gizli peyk HƏR AN orbitə buraxıla bilər
  • 24-11-2026, 10:38
    Krım Rusiyanın ƏLİNDƏN ÇIXIR! Yollar OD İÇİNDƏ, maşınlar anındaca VURULUR, tramvayları PARTLATDILAR
Daha çox
20-11-2026, 13:46
Ağdam: yeni dövr, yeni hədəflər
Bu gün, 13:31
BƏZİ İNSANLAR YAXŞILIĞI İLƏ TANINMAQ İSTƏMİR, AMMA ETDİKLƏRİ YAXŞILIQLAR ONLARI TANIDIR.. - Video
20-11-2026, 12:27
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
20-11-2026, 09:37
“KİTAYSKİ YALTA” KONFRANSI... - Hərə öz sözünü dedi və “dağılışdılar”, bəs nəticə?
20-11-2026, 09:43
Sabiq nazir Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin olunub
20-11-2026, 09:46
ZİBİL ATANLARA YENİ CƏZA GƏLİR? – Ekoloji vergi məsələsi gündəmdə + RƏY
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi: Vəfa Qasımova
  • Telefon: (+99450) 277 95 00
  • E-mail: ofis@xtv.az
Müəllif hüquqları qorunur. XTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2026 XTV.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə