Ukrayna Prezidenti Volodimir Zelenski Donbasdan könüllü şəkildə geri çəkilməyin müharibəni uduzmaq demək olduğunu bildirib.
Musavat.com xəbər verir ki, Ukrayna lideri ölkəsinin öz torpaqlarından könüllü imtina etməsini məğlubiyyət kimi qiymətləndirib.
“Hesab edirəm ki, Donbasdan geri çəkilmək bu müharibəni uduzmaq deməkdir. Söhbət döyüş əməliyyatları nəticəsində geri çəkilməkdən deyil, öz iradəmizlə torpaqlarımızı tərk etməkdən gedir”, – Zelenski bildirib.
Ukrayna prezidentinin sözlərinə görə, Donbasın Rusiyaya verilməsi müharibəni dayandırmayacaq. Əksinə, Moskva bundan sonra Xarkov, Dnepr və Zaporojye ilə bağlı yeni ərazi tələbləri irəli sürə bilər.
Zelenski ABŞ-nin prinsipial mövqe nümayiş etdirməsi və Avropanın birliyini qoruması şəraitində Rusiyanı atəşkəsə məcbur etməyin mümkün olduğunu vurğulayıb.