• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • İdman
  • Kriminal
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

“Qırmızı xətt”, “yaşıl inqilab”, “qara bəxt” – Tehranın qorxulu iddiaları

Gündəm / Dünya

Bu gün, 14:28

Görəsən, İranda prezident Pezeşkiandan başqa bir yüksək mənsəbli dövlət xadimi, general, diplomat, axund qaldımı ki, Zəngəzur dəhlizinin İranın “qırmızı xətt”i olduğunu və Tehranın ona heç vəchlə izn verməyəcəyini deməsin?

Başqa söhbət yoxdur, illərdir iranlı dövlət adamları hər gün bu mövzuda danışırlar və mütləq bu layihəyə qarşı olduqlarını deyirlər.

İndi əllərində yaxşı bəhanə də var, “biz başqa dövlətin regionumuza, şimal sərhədimizə yerləşməsini istəmirik” deyirlər, öz niyyətlərinə bununla legitimlik donu geydirirlər.

Ancaq iranlı dövlət adamları bu fikri hələ 2020-ci ilin bu vaxtları da dilə gətirmişdilər. O zaman ABŞ-nin Zəngəzur dəhlizi ilə yaxından, uzaqdan əlaqəsi yox idi, Tramp hakimiyyət postundan yenicə getmişdi, 4 ildən sonra yenidən ABŞ prezidenti seçilməsi ehtimalı isə sıfıra bərabər idi.

Bakı-Naxçıvan, Zəngilan-Ordubad yolunun açılması zərurəti 44 günlük müharibənin dayandırılmasının əsas şərtlərindən biriydi və tərəflər arasında savaşı dayandıran Rusiyanın israrı ilə imzalanan bəyannamədə bu məram da yer alıb.

İran ilk günlərdən özünü Ermənistanın müttəfiqi kimi göstərərək bu layihəyə qarşı çıxırdı. Elə görünürdü ki, zəif və məğlub duruma düşmüş İrəvan Bakının təzyiqinə müqavimət göstərə bilmədiyi üçün Zəngəzur dəhlizinin açılmasına razılaşıb, amma Tehran onun əvəzindən ortaya iradə qoyur və Ermənistanın ziyanına olan layihəyə pəl vurur.

Ona görə də rəsmi Tehran Zəngəzur dəhlizini öz “qırmızı xətt”i elan edərkən təhdid ünvanı olaraq Bakını seçirdi.

Sonradan aydın oldu ki, Ermənistan iqtidarı da bu dəhlizin açılmasında maraqlıdır, hətta ona öz xilasedici kəməri kimi baxır, ABŞ-nin TRİPP yoluna himayədarlığını özü üçün həm iqtisadi, həm də siyasi baxımdan faydalı sayır. Belə olanda “erməni pasibanı” İranın ritorikası dəyişdi. İndi Tehran təhdid dolu mesajlarını İrəvana və onun okeanın o tayındakı havadarına ünvanlayır.

Bir sözlə, bu ölkənin əsas dərdi Zəngəzur dəhlizinin açılmamasıdır. Bu yolun onun din-məzhəb qardaşı Azərbaycana, öz müttəfiqi və qədim dostu Ermənistana nə dərəcədə sərfəli olub-olmayacağı əhəmiyyətli deyil, əsas məsələ odur ki, Türkiyənin Azəbaycana və o biri türk ölkələrinə birbaşa quru yolu olmasın, Naxçıvan Azərbaycanın digər bölgələrindən təcrid olunmuş vəziyyətdə qalmaqda davam etsin.

Bax, Tehranın belə bir “ülvi arzusu” var.

Maraqlıdır ki, “Bölgəyə başqa dövlət gəlməsin” ritorikasını gücləndirən iranlı dövlət xadimləri Rusiyanı “başqa dövlət” saymırlar. Halbuki 200 il əvvəl İran və Rusiya ölüm-dirim savaşı aparıblar. O zamanlar rus qoşunları Təbrizi işğal edib, onun bir sıra vassallıqlarını əlindən alıb, iranlılarla güclərini göstəriblər. Ondan sonra Tehran artıq Moskva ilə cəng-cidaya çıxmaq istəmir, onunla anlaşmağı, yeri gələndə nələrisə bölüşdürməyi üstün tutur.

İndi Rusiyanın bölgədən çəkilmək üzrə olması Tehranı ona görə əndişələndirir ki, dövlət müstəqilliklərini bərpa etmiş üç Qafqaz ölkəsinin başqa supergüclərlə əməkdaşlığı dərinləşə bilər. İran bu üç dövlətin hər zaman “yetim” qalmasını istəyir ki, nə zamansa əlverişli fürsət yaranarkən onları təpə-qapaz edə bilsin.

İslam inqilabının qələbə qazanaraq, İranı idarə etdiyi bu 47 ildə İran dövlətinin qonşuluq siyasətinin əsas istiqaməti bu olub: ətrafdakı kiçik dövlətləri özündən asılı vəziyyətə salmaq, vassala çevirmək, onlara “yaşıl inqilab” ixrac etmək, ən pis halda marionet hakimiyyətlər formalaşdırmaq.

İranı idarə edən qüvvələr artıq bu niyyətlərini gizlətmirlər və bu ekspansiv siyasətin İrana baha başa gəldiyini görsələr də, tutduqları yoldan geri dönmək fikirləri yoxdur. Bu üzdəndir ki, İran, demək olar ki, müttəfiqsiz dövlətdir. Çin və Rusiya kimi dövlətlər bəzən Tehrana dəstək versələr də, bunu “düşmənimin düşməni dostumdur” devizi ilə edir, İranın ABŞ-yə qarşı olmasından faydalanırlar.

Tehran isə Zəngəzur dəhlizini öz “qırmızı xətt”i elan edərək ona qarşı çıxmaqla təkcə Azərbaycan və Ermənistana yox, eyni zamanda ABŞ və Türkiyəyə də meydan oxuyur.

Hörmüz boğazında qarşısına şlaqbaum qoyulmuş, Körfəzdəki ərəb qonşuları ilə müharibə şəraitində yaşayan ölkə bir də şimalı qonşuları ilə atı daşlığa sürməkdədir.

Belə anlaşılır ki, İranın teokratik rejiminin ziyanın yarısından qayıtmaq niyyəti yoxdur və xalqın bəxtini sona qədər qara gətirəcək. ABŞ isə başladığı işi əvvəl-axır başa çatdıran hegemon və mürtəce dövlətdir.

Xalid KAZIMLI

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

4-11-2026, 15:31

Zəngəzurun yolunu kəsən “əjdaha” - savaş yaxında

Gündəm / Siyasət

Dünən, 10:27

"BƏLKƏ DƏ BUNLAR BİR TAMAŞADIR, PAŞİNYAN BİLİR Kİ..." - "Kağız bizi qorumayacaq, güclü olmalıyıq"

Gündəm / Siyasət

3-11-2026, 11:47

Zəngəzurda SAVAŞ TƏHLÜKƏSİ: İranla bağlı NƏ BAŞ VERİR?

Gündəm / Siyasət

9-11-2026, 01:13

LİDERLƏRDƏN QARDAŞLIQ VƏ BİRLİK MESAJLARI - "Heç kimə imkan vermərik ki, aramıza girsin!” + FOTO/VİDEO (Yeniləndi)

Gündəm / Dünya

11-11-2026, 16:34

DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)

Şou Biznes
Maksim Qalkin Bakıda toyda - Fotolar
Məşhur müğənni 78 yaşında evləndi
Mübariz Tağıyev: “Oxumağa həvəsim yoxdur”
“Ayağın o qədər yüngüldür ki, Fransa yerlə-yeksan oldu” - VİDEO
Cəmiyyət
Bu gün, 14:13
Ayın 26-da 3 dərəcə şaxta olacaq - Proqnoz verildi
Bu gün, 08:51
Bakıda ev almaq əlçatmaz arzuya çevrilir - bahalaşmanın əsl səbəbi
Bu gün, 08:33
ABBASZADƏ GƏLDİ, PROREKTOR VƏ DEKANLAR GEDİR...- BDU-da daha kimlər yola salınacaq?
Dünən, 16:10
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ - Bakıda...
Dünən, 11:21
Cehizlik örtüklər, köhnə telefon kitabçası və 33 il sonra gerçəkləşən arzu VİDEO
Dünən, 11:00
Leyla Əliyeva "Torpaq" adlı konseptual qrup sərgisindən paylaşım edib - Video
Kriminal
6-11-2026, 13:15
Başı qazandan, ayaqları soyuducudan tapıldı – Tanınmış modelin dəhşətli qətli ilə bağlı YENİ DETALLAR
5-11-2026, 16:03
Türmədən tribunaya... - 12 il yatan DƏLƏDUZ hüquqşünasa necə çevrildi?
27-10-2026, 12:35
Qətldə ittiham olunan deputat oğluna narkotik ittihamı da verildi
Son xəbərlər
  • Bu gün, 14:28
    “Qırmızı xətt”, “yaşıl inqilab”, “qara bəxt” – Tehranın qorxulu iddiaları
  • Bu gün, 14:25
    Azərbaycan futbolu üçün milyardlıq vitrin: “Sabah”ın qarşısına Kataloniya nəhəngi çıxır
  • Bu gün, 14:23
    Türkiyədən QƏFİL çağırış – NATO regiona girir?
  • Bu gün, 14:13
    Ayın 26-da 3 dərəcə şaxta olacaq - Proqnoz verildi
  • Bu gün, 14:09
    Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
  • Bu gün, 14:07
    AZƏRBAYCANDA YENİ MƏRKƏZ YARADILDI - Prezident Fərman imzaladı
  • Bu gün, 14:05
    ABŞ-nin İRANLA BAĞLI HƏRBİ SİRRİ... - Vaşinqtonun növbəti gedişi nə olacaq?
  • Bu gün, 08:51
    Bakıda ev almaq əlçatmaz arzuya çevrilir - bahalaşmanın əsl səbəbi
  • Bu gün, 08:47
    “Azərbaycanı seçdi, xəyanət etdi” - Rusiyalı deputatdan Pluşenkoya sərt ittihamlar
  • Bu gün, 08:43
    “Ölmək ölməkdir, xırıldamaq nədir” – Zelenski Donbasa son nöqtəni qoydu
  • Bu gün, 08:40
    Putinlə iranlı generalın mübhəm Azərbaycan müzakirəsi
  • Bu gün, 08:35
    "ABŞ İranda hakimiyyət dəyişikliyinə nail olmağa çalışmır" - Tramp
  • Bu gün, 08:33
    ABBASZADƏ GƏLDİ, PROREKTOR VƏ DEKANLAR GEDİR...- BDU-da daha kimlər yola salınacaq?
  • Dünən, 16:10
    Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ - Bakıda...
  • Dünən, 16:07
    Tarixin ən dəhşətli 10 fəlakəti: Milyonlarla insanın həyatına son qoyan hadisələr
  • Dünən, 15:55
    "YOXLASAN BABASI LÜTÜN BİRİ OLUB..." - Deputatdan rüşvətə fərqli baxış
  • Dünən, 13:30
    “ƏHALİNİ MÜHARİBƏYƏ HAZIRLAYIN...” – Ruttedən həyəcanlı çağırış
  • Dünən, 12:38
    DÜNYANIN 365 TRİLYON DOLLARLIQ BORCU... – Bu pullar nə üçün alınır və qlobal borc sistemindən kimlər qazanır?
  • Dünən, 12:35
    BATAN 300 MİLYONLUQ GƏMİ... - “Merkuri” korveti necə ucuz dronların güdazına verlilib? + VİDEO
  • Dünən, 11:21
    Cehizlik örtüklər, köhnə telefon kitabçası və 33 il sonra gerçəkləşən arzu VİDEO
  • Dünən, 11:00
    Leyla Əliyeva "Torpaq" adlı konseptual qrup sərgisindən paylaşım edib - Video
  • Dünən, 10:57
    AZƏRBAYCANDA MAAŞ REKORDU - Bu iki ərazi Bakını üstələdi + SİYAHI
  • Dünən, 10:54
    Kosmosda silahlanma ŞOKU: Gizli peyk HƏR AN orbitə buraxıla bilər
  • Dünən, 10:38
    Krım Rusiyanın ƏLİNDƏN ÇIXIR! Yollar OD İÇİNDƏ, maşınlar anındaca VURULUR, tramvayları PARTLATDILAR
  • Dünən, 10:30
    ARARAT DAĞINDA “İTƏN” NUHUN GƏMİSİ VƏ... - Paşinyanın gizli planı
  • Dünən, 10:27
    "BƏLKƏ DƏ BUNLAR BİR TAMAŞADIR, PAŞİNYAN BİLİR Kİ..." - "Kağız bizi qorumayacaq, güclü olmalıyıq"
  • 23-11-2026, 19:04
    “PUTİN VACİB GÜZƏŞTƏ GEDİB...” - Sülh yaxınlaşırmı?
  • 23-11-2026, 19:01
    TRAMP UKRAYNAYA NATO ZƏMANƏTİ VƏD EDİR - Kuşner AÇIQLADI
  • 23-11-2026, 18:57
    “SİYASİ TƏLƏ”, YOXSA REAL SÜLH? - Erməni toplumu tarixi seçim qarşısında
  • 23-11-2026, 18:52
    Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın təfərrüatı - VİDEO
  • 23-11-2026, 18:49
    Bakının qaranlıq yolları sürücüləri təhlükəyə atır – Ekspertdən SOS
  • 23-11-2026, 18:46
    İlham Əliyev Trampa təşəkkür etdi
  • 23-11-2026, 18:42
    AZƏRBAYCANDA İŞ HƏFTƏSİ 4 GÜNƏ ENƏ BİLƏR? - İqtisadçıdan AÇIQLAMA
  • 23-11-2026, 18:40
    Keçmiş Qarabağ separatçılarından daha biri öldü
  • 23-11-2026, 18:38
    “600 MİN AZƏRBAYCANLINI QOVDUQ” - “Mən Bakıya dəvət edildim və...”
Daha çox
20-11-2026, 13:46
Ağdam: yeni dövr, yeni hədəflər
19-11-2026, 11:38
Yeni türk respublikası yaradılır: Krım tatarlarının liderindən mühüm açıqlama
19-11-2026, 12:44
Erməni revanşistlərə ŞOK təklif – Bakının O tələbi...
20-11-2026, 12:27
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
19-11-2026, 10:44
“DAXİLİ İŞLƏRİMİZƏ MÜDAXİLƏDƏN ÇƏKİNMƏYƏ ÇAĞIRIRIQ..." - Azərbaycan XİN
19-11-2026, 10:48
Hacıqabulda zəlzələ olub
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi: Vəfa Qasımova
  • Telefon: (+99450) 277 95 00
  • E-mail: ofis@xtv.az
Müəllif hüquqları qorunur. XTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2026 XTV.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə