• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • İdman
  • Kriminal
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Türkiyədən QƏFİL çağırış – NATO regiona girir?

Gündəm / Siyasət

Bu gün, 14:23

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun Avropada formalaşdırdığı təhlükəsizlik arxitekturasının ölkəsinin Yaxın Şərq regionundan üzləşdiyi təhdidlərin qarşısını almaq üçün kifayət etmədiyini bildirib. Nazirin sözlərinə görə, Türkiyə Şimali Atlantika Alyansının (NATO) mühüm üzvü olsa da, təşkilatın Avropa üçün yaratdığı təhlükəsizlik sistemi Ankaranın regiondankənar strateji maraqlarını və təhlükəsizlik ehtiyaclarını tam əhatə etmir.

O, parlamentin Büdcə Komissiyasında keçirilən müzakirələr zamanı qeyd edib ki, Avropanın təhlükəsizlik sistemi uzun illər NATO-nun fəaliyyəti əsasında formalaşıb. Lakin Türkiyənin geosiyasi mövqeyi və qonşu regionlarda baş verən proseslər ölkənin təhlükəsizlik məsələlərinə daha geniş coğrafi çərçivədə yanaşmasını zəruri edir. Onun dediyinə görə, Ankara uzun müddətdir İraq və Suriyadan qaynaqlanan təhlükələrlə üzləşir. Bu baxımdan NATO-nun Avropada qurduğu müdafiə mexanizmləri Türkiyənin Yaxın Şərqdəki təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün yetərli deyil.

Nazirin mövqeyindən belə görünür ki, Türkiyə NATO üzvlüyünün yaratdığı kollektiv müdafiə imkanları ilə yanaşı, Yaxın Şərqdəki təhlükəsizlik maraqlarının da alyans çərçivəsində daha geniş nəzərə alınmasını vacib hesab edir.

Bu bəyanatlarla Türkiyənin NATO-dan gözləntisi nədir? Hansı təhdid var ki, o, NATO-nu prosesə cəlb etmək istəyir?

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Musavat.com-a açıqlamasında Hakan Fidanın fikirlərinin xüsusi diqqət çəkdiyini söylədi: “Nazir açıq mətnlə bildirib ki, Avropanın təhlükəsizlik arxitekturası onilliklər boyu NATO-nun varlığı üzərində dayanıb və Türkiyə də bu alyansın mühüm üzvüdür. Amma həmin arxitektura Suriya və İraqdan qaynaqlanan, “təkrar-təkrar ortaya çıxacaq” təhdidlər qarşısında Türkiyənin Yaxın Şərqdəki təhlükəsizliyini təmin etməyib.

İlk baxışdan bu sözlər alyansa ünvanlanmış sərt tənqid kimi görünə bilər. Lakin açıqlamanın kontekstini nəzərə almaq vacibdir. Hakan Fidan bu fikirləri parlament komissiyasında millət vəkillərinin suallarını cavablandırarkən, “Məkkə sazişi”nin zəruriliyini əsaslandırmaq üçün səsləndirib. Yəni açıqlamanın əsas ünvanı NATO-dan çox, Türkiyənin regional təhlükəsizliklə bağlı yeni seçiminə şübhə ilə yanaşan daxili və xarici auditoriyadır. Mahiyyət etibarilə bu açıqlamada NATO-nun Yaxın Şərq siyasətinə yönəlik tənqid elementləri olsa da, o, Türkiyənin alyansdan imtinası anlamına gəlmir. Onu daha çox Türkiyənin öz təhlükəsizlik arxitekturasında NATO-nun əhatə etmədiyi boşluqları digər dövlətlərlə əməkdaşlıq yolu ilə doldurmaq cəhdi kimi qiymətləndirmək düzgün olardı.

Xatırladaq ki, Məkkə sazişi 7 avqust 2026-cı ildə imzalanıb, Türkiyə parlamenti isə onu noyabrın 5-də təsdiqləyib. Sənəd tərəflərdən birinə qarşı xarici silahlı hücumu hər üçünə qarşı hücum sayır. Fidan özü də bu müddəanın texniki baxımdan NATO-nun 5-ci maddəsi ilə eyni olduğunu etiraf edib. Diqqətçəkən məqam isə budur ki, rəsmi Ankara sazişi NATO-ya alternativ kimi deyil, alyans öhdəliklərini tamamlayan amil kimi təqdim edir. Bu təqdimat təsadüfi deyil. Ankara həm müttəfiqlərini narahat etmək, həm də regional tərəfdaşlarına öhdəliklərin ciddi olmadığı təəssüratını yaratmaq istəmir. Türkiyə xarici işlər nazirinin dilə gətirdiyi, Suriya və İraqdan qaynaqlanan təhdidlər isə müxtəlifdir və real xarakter daşıyır.

Burada ilk növbədə PKK-nı və onun Suriyadakı uzantısı hesab olunan YPG/SDG-ni qeyd etmək lazımdır. PKK-nın 2025-ci ildə özünü buraxma qərarını elan etməsinə baxmayaraq, Suriyanın şimalındakı silahlı strukturların taleyi hələ də tam həllini tapmayıb və Ankara üçün təhlükəsizlik gündəminin mərkəzində qalır. Rəsmi Ankara üçün ən ağrılı məsələ ondan ibarətdir ki, Türkiyənin NATO üzrə müttəfiqi olan ABŞ İŞİD-ə qarşı mübarizə adı altında məhz Türkiyənin terror təşkilatı saydığı strukturu illərlə silahlandırıb və təlimləndirib. Yəni problem yalnız alyansın cənub cinahına laqeydliyi deyil, alyans üzvlərindən birinin Türkiyənin təhdid kimi gördüyü qüvvəyə dayaq olmasıdır. Bu vəziyyət Türkiyə cəmiyyətində və siyasi elitada NATO-ya etimadı ən çox sarsıdan amillərdən biri olub”.

Siyasi şərhçinin sözlərinə görə, növbəti təhdidlər qrupunu İraq və Suriyadakı hakimiyyət boşluqları, bu boşluqlardan istifadə edən İŞİD qalıqları, nəzarətsiz sərhəd zolaqları və hər yeni böhranla Türkiyəyə yönələn qaçqın dalğaları təşkil edir: “Türkiyə bu təhdidlər fonunda dəfələrlə NATO-nun 4-cü maddəsinə, yəni müttəfiqlərlə məsləhətləşmə mexanizminə müraciət edib və bu baxımdan alyansın ən çox məsləhətləşmə tələb edən üzvlərindən biridir. Lakin NATO-nun dəstəyi əsasən siyasi həmrəylik bəyanatları səviyyəsində qalıb. Məsələn, 2020-ci ilin fevralında İdlibdə onlarla türk hərbçisinin həlak olmasından sonra keçirilmiş məsləhətləşmələr də konkret hərbi dəstəklə nəticələnmədi. Daha əvvəl, 2015-ci ildə ABŞ və Almaniyanın Patriot batareyalarını Türkiyədən geri çəkməsi isə Ankarada uzun müddət xatırlanan nümunəyə çevrildi. Bütün bunlar Türkiyənin hakimiyyət dairələrində belə bir qənaət formalaşdırıb ki, NATO üçün cənub cinahı həmişə ikinci dərəcəli istiqamət olub. 5-ci maddənin alyans tarixində cəmi bir dəfə – 11 sentyabr hadisələrindən sonra, ABŞ-ın müdafiəsi üçün işə salınması da bu qənaəti gücləndirən arqument kimi səslənir”.

Q.Əlibəyli onu da diqqətə çatdırdı ki, Yaxın Şərqdə davam edən hərbi qarşıdurmalar və regional müharibə mühiti də Türkiyənin təhlükəsizliyi üçün ciddi risklər yaradır: “ABŞ–İran qarşıdurması, husilərin Səudiyyə Ərəbistanının paytaxtına və enerji obyektlərinə raket və dron hücumları, Hörmüz boğazı ətrafındakı gərginlik, İsrailin regiondakı ekspansionist siyasəti Fidanın sözləri ilə desək, təkcə regional deyil, həm də qlobal təhlükəsizliyə təhdiddir. Burada da paradoksal vəziyyət yaranır. Türkiyə İsraili təhdid mənbəyi kimi qiymətləndirdiyi halda, onun alyans üzrə əsas müttəfiqi olan ABŞ İsraillə birgə hərəkət edir. Belə bir şəraitdə Ankaranın NATO-dan Yaxın Şərq məsələlərində vahid mövqe gözləməsi real deyil və Türkiyə diplomatiyası bunu yaxşı anlayır.

Bu baxımdan “Türkiyə NATO-nu prosesə cəlb etmək istəyir” yanaşması məsələnin yalnız bir tərəfini əks etdirir. Rəsmi Ankara bilir ki, Suriya, İraq və ya İsrail məsələsində NATO-dan konsensus almaq mümkün deyil. Ona görə də Türkiyənin əsas gözləntisi cənubdan gələn təhdidlərin “Türkiyənin özəl problemi” kimi deyil, alyansın ortaq təhlükəsizlik məsələsi kimi qəbul olunması, müdafiə planlamasında və resurs bölgüsündə daha ardıcıl nəzərə alınmasıdır. Praktikada bu, erkən xəbərdarlıq və kəşfiyyat məlumatlarının paylaşılması, hava və raket hücumundan müdafiənin gücləndirilməsi, böhran zamanı isə müttəfiqlər arasında daha çevik məsləhətləşmələr deməkdir. Türkiyə, həmçinin, Məkkə ittifaqının Qərbdən uzaqlaşma kimi deyil, NATO-nu tamamlayan regional halqa kimi qəbul edilməsini istəyir. Ankaranın gündəmində daha iki konkret məsələ var.

Birincisi, Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi alınmasına cavab olaraq ABŞ-ın 2020-ci ildə tətbiq etdiyi CAATSA sanksiyalarının və Türkiyəyə silah satışına qoyulmuş digər məhdudiyyətlərin aradan qaldırılmasıdır. Prezident Donald Tramp iyul ayında Ankara sammitində sanksiyaların götürüləcəyini bəyan etsə də, bu məhdudiyyətlər qanunla müəyyən olunduğundan son söz ABŞ Konqresinə məxsusdur. Fidanın özü də bir neçə gün əvvəl siyasi iradənin mövcud olduğunu, lakin qanunvericilik maneələrinin Vaşinqtonun manevr imkanlarını daraltdığını etiraf edib. İkincisi, Türkiyənin Avropa İttifaqının müdafiə təşəbbüslərində iştirakının təmin olunmasıdır. Hakan Fidan son aylarda dəfələrlə vurğulayıb ki, Avropa Aİ-dən böyükdür və Türkiyəsiz qurulan təhlükəsizlik arxitekturası real olmayacaq.

Burada daha bir amili nəzərə almaq lazımdır. ABŞ-ın Avropadakı hərbi iştirakını azaltmaq ehtimalının müzakirə olunduğu bir dövrdə NATO-nun ikinci ən böyük ordusuna və sürətlə inkişaf edən müdafiə sənayesinə malik Türkiyə Avropa üçün əvəzolunmaz tərəfdaşa çevrilir. Pilotsuz uçuş aparatlarından hərbi gəmilərə qədər geniş məhsul çeşidi, Qara dəniz boğazları üzərində nəzarət və Ukrayna müharibəsində qazanılmış vasitəçi təcrübəsi Ankaranın danışıqlardakı mövqeyini gücləndirir. Bu baxımdan Türkiyə onun hərbi gücünə ehtiyac duyan Avropadan və NATO-dan cənubdakı təhlükəsizlik ehtiyaclarının anlayışla qarşılanmasını gözləyir. Başqa sözlə, Ankara münasibətlərin “birtərəfli töhfə” modelindən qarşılıqlı öhdəliklər modelinə keçməsini istəyir. Və nəhayət, Hakan Fidanın açıqlaması ilə bağlı bir məsələni də vurğulamaq lazımdır. Türkiyə Yaxın Şərq və Qafqaz məsələlərində NATO-nun digər üzvlərindən fərqli coğrafi və geosiyasi şəraitdədir. Rəsmi Ankaranın təhlükəsizliyi çoxqatlı qurmaq strategiyası da məhz bu reallıqdan qaynaqlanır. Avropa istiqamətində NATO, cənubda Məkkə ittifaqı, Qafqazda isə Azərbaycanla imzalanmış Şuşa Bəyannaməsindən irəli gələn müttəfiqlik və qarşılıqlı yardım öhdəlikləri birlikdə həm Türkiyənin, həm də regionun təhlükəsizlik arxitekturasının əsas sütunlarını təşkil edir. Azərbaycan üçün bu model xüsusi əhəmiyyət daşıyır. Müttəfiq Türkiyənin həm NATO, həm də regional ittifaqlar sistemində möhkəm mövqeyi Cənubi Qafqazda sabitliyin əlavə təminatı deməkdir. Əlbəttə, bu modelin müəyyən riskləri də var.

Məkkə sazişi Türkiyəni Yəməndəki münaqişəyə, eləcə də Pakistanla Hindistan arasındakı gərginliyə dolayısı ilə cəlb edə bilər. Bundan başqa, Qərb paytaxtlarında və bəzi analitik çevrələrdə Türkiyənin NATO-dan uzaqlaşması ittihamları yenidən gündəmə gələ bilər ki, bu da CAATSA və F-35 məsələlərində Konqresdəki skeptik mövqeyi gücləndirər. Buna görə də rəsmi Ankara balans qurmalı, yəni NATO-dakı çəkisini itirmədən regionda öz təhlükəsizlik mərkəzini yaratmaq vəzifələrini uzlaşdırmalıdır. Beləliklə, Hakan Fidanın açıqlaması NATO-ya qarşı ittiham deyil, alyansın real təhlükəsizlik imkanlarının hüdudlarının soyuqqanlı etirafıdır. Türkiyə alyansdan Yaxın Şərqdə müharibə aparmağı gözləmir. Ankara NATO-dan iki şey istəyir: cənub cinahındakı təhdidlərin ciddiyə alınmasını və Türkiyənin bu boşluğu regional hərbi ittifaqlarla doldurmaq hüququnun tanınmasını. Bu iki tələbin necə qarşılanacağı isə təkcə Türkiyə–NATO münasibətlərinin deyil, alyansın cənub cinahındakı gələcək rolunun da istiqamətini müəyyən edəcək”.


Musavat.com

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

22-10-2026, 10:53

DÜNYA NİZAMI SARSILIR, AVROPA İKİ OD ARASINDA... – Böyük güclərin planı nədir?

Gündəm / Siyasət

Dünən, 10:27

"BƏLKƏ DƏ BUNLAR BİR TAMAŞADIR, PAŞİNYAN BİLİR Kİ..." - "Kağız bizi qorumayacaq, güclü olmalıyıq"

Dünya

11-11-2026, 13:14

XAMENEİ “VURUN” ƏMRİ VERDİ - İran raketləri Avropaya çatacaqmı?

Gündəm / Siyasət

30-10-2026, 15:31

TDT çərçivəsində Bakı-Ankara münasibətləri... - Gözləntilər və reallıqlar

Gündəm / Siyasət

29-10-2026, 14:48

Rusiya nəşrindən Ankara sammiti öncəsi ilginc təhlil - Ərdoğanın planı...

Şou Biznes
Maksim Qalkin Bakıda toyda - Fotolar
Məşhur müğənni 78 yaşında evləndi
Mübariz Tağıyev: “Oxumağa həvəsim yoxdur”
“Ayağın o qədər yüngüldür ki, Fransa yerlə-yeksan oldu” - VİDEO
Cəmiyyət
Bu gün, 14:13
Ayın 26-da 3 dərəcə şaxta olacaq - Proqnoz verildi
Bu gün, 08:51
Bakıda ev almaq əlçatmaz arzuya çevrilir - bahalaşmanın əsl səbəbi
Bu gün, 08:33
ABBASZADƏ GƏLDİ, PROREKTOR VƏ DEKANLAR GEDİR...- BDU-da daha kimlər yola salınacaq?
Dünən, 16:10
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ - Bakıda...
Dünən, 11:21
Cehizlik örtüklər, köhnə telefon kitabçası və 33 il sonra gerçəkləşən arzu VİDEO
Dünən, 11:00
Leyla Əliyeva "Torpaq" adlı konseptual qrup sərgisindən paylaşım edib - Video
Kriminal
6-11-2026, 13:15
Başı qazandan, ayaqları soyuducudan tapıldı – Tanınmış modelin dəhşətli qətli ilə bağlı YENİ DETALLAR
5-11-2026, 16:03
Türmədən tribunaya... - 12 il yatan DƏLƏDUZ hüquqşünasa necə çevrildi?
27-10-2026, 12:35
Qətldə ittiham olunan deputat oğluna narkotik ittihamı da verildi
Son xəbərlər
  • Bu gün, 14:28
    “Qırmızı xətt”, “yaşıl inqilab”, “qara bəxt” – Tehranın qorxulu iddiaları
  • Bu gün, 14:25
    Azərbaycan futbolu üçün milyardlıq vitrin: “Sabah”ın qarşısına Kataloniya nəhəngi çıxır
  • Bu gün, 14:23
    Türkiyədən QƏFİL çağırış – NATO regiona girir?
  • Bu gün, 14:13
    Ayın 26-da 3 dərəcə şaxta olacaq - Proqnoz verildi
  • Bu gün, 14:09
    Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
  • Bu gün, 14:07
    AZƏRBAYCANDA YENİ MƏRKƏZ YARADILDI - Prezident Fərman imzaladı
  • Bu gün, 14:05
    ABŞ-nin İRANLA BAĞLI HƏRBİ SİRRİ... - Vaşinqtonun növbəti gedişi nə olacaq?
  • Bu gün, 08:51
    Bakıda ev almaq əlçatmaz arzuya çevrilir - bahalaşmanın əsl səbəbi
  • Bu gün, 08:47
    “Azərbaycanı seçdi, xəyanət etdi” - Rusiyalı deputatdan Pluşenkoya sərt ittihamlar
  • Bu gün, 08:43
    “Ölmək ölməkdir, xırıldamaq nədir” – Zelenski Donbasa son nöqtəni qoydu
  • Bu gün, 08:40
    Putinlə iranlı generalın mübhəm Azərbaycan müzakirəsi
  • Bu gün, 08:35
    "ABŞ İranda hakimiyyət dəyişikliyinə nail olmağa çalışmır" - Tramp
  • Bu gün, 08:33
    ABBASZADƏ GƏLDİ, PROREKTOR VƏ DEKANLAR GEDİR...- BDU-da daha kimlər yola salınacaq?
  • Dünən, 16:10
    Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ - Bakıda...
  • Dünən, 16:07
    Tarixin ən dəhşətli 10 fəlakəti: Milyonlarla insanın həyatına son qoyan hadisələr
  • Dünən, 15:55
    "YOXLASAN BABASI LÜTÜN BİRİ OLUB..." - Deputatdan rüşvətə fərqli baxış
  • Dünən, 13:30
    “ƏHALİNİ MÜHARİBƏYƏ HAZIRLAYIN...” – Ruttedən həyəcanlı çağırış
  • Dünən, 12:38
    DÜNYANIN 365 TRİLYON DOLLARLIQ BORCU... – Bu pullar nə üçün alınır və qlobal borc sistemindən kimlər qazanır?
  • Dünən, 12:35
    BATAN 300 MİLYONLUQ GƏMİ... - “Merkuri” korveti necə ucuz dronların güdazına verlilib? + VİDEO
  • Dünən, 11:21
    Cehizlik örtüklər, köhnə telefon kitabçası və 33 il sonra gerçəkləşən arzu VİDEO
  • Dünən, 11:00
    Leyla Əliyeva "Torpaq" adlı konseptual qrup sərgisindən paylaşım edib - Video
  • Dünən, 10:57
    AZƏRBAYCANDA MAAŞ REKORDU - Bu iki ərazi Bakını üstələdi + SİYAHI
  • Dünən, 10:54
    Kosmosda silahlanma ŞOKU: Gizli peyk HƏR AN orbitə buraxıla bilər
  • Dünən, 10:38
    Krım Rusiyanın ƏLİNDƏN ÇIXIR! Yollar OD İÇİNDƏ, maşınlar anındaca VURULUR, tramvayları PARTLATDILAR
  • Dünən, 10:30
    ARARAT DAĞINDA “İTƏN” NUHUN GƏMİSİ VƏ... - Paşinyanın gizli planı
  • Dünən, 10:27
    "BƏLKƏ DƏ BUNLAR BİR TAMAŞADIR, PAŞİNYAN BİLİR Kİ..." - "Kağız bizi qorumayacaq, güclü olmalıyıq"
  • 23-11-2026, 19:04
    “PUTİN VACİB GÜZƏŞTƏ GEDİB...” - Sülh yaxınlaşırmı?
  • 23-11-2026, 19:01
    TRAMP UKRAYNAYA NATO ZƏMANƏTİ VƏD EDİR - Kuşner AÇIQLADI
  • 23-11-2026, 18:57
    “SİYASİ TƏLƏ”, YOXSA REAL SÜLH? - Erməni toplumu tarixi seçim qarşısında
  • 23-11-2026, 18:52
    Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın təfərrüatı - VİDEO
  • 23-11-2026, 18:49
    Bakının qaranlıq yolları sürücüləri təhlükəyə atır – Ekspertdən SOS
  • 23-11-2026, 18:46
    İlham Əliyev Trampa təşəkkür etdi
  • 23-11-2026, 18:42
    AZƏRBAYCANDA İŞ HƏFTƏSİ 4 GÜNƏ ENƏ BİLƏR? - İqtisadçıdan AÇIQLAMA
  • 23-11-2026, 18:40
    Keçmiş Qarabağ separatçılarından daha biri öldü
  • 23-11-2026, 18:38
    “600 MİN AZƏRBAYCANLINI QOVDUQ” - “Mən Bakıya dəvət edildim və...”
Daha çox
20-11-2026, 13:46
Ağdam: yeni dövr, yeni hədəflər
19-11-2026, 11:38
Yeni türk respublikası yaradılır: Krım tatarlarının liderindən mühüm açıqlama
19-11-2026, 12:44
Erməni revanşistlərə ŞOK təklif – Bakının O tələbi...
20-11-2026, 12:27
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
19-11-2026, 10:44
“DAXİLİ İŞLƏRİMİZƏ MÜDAXİLƏDƏN ÇƏKİNMƏYƏ ÇAĞIRIRIQ..." - Azərbaycan XİN
19-11-2026, 10:48
Hacıqabulda zəlzələ olub
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi: Vəfa Qasımova
  • Telefon: (+99450) 277 95 00
  • E-mail: ofis@xtv.az
Müəllif hüquqları qorunur. XTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2026 XTV.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə