• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • İdman
  • Kriminal
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

TRAMP UKRAYNAYA NATO ZƏMANƏTİ VƏD EDİR - Kuşner AÇIQLADI

Dünya

23-11-2026, 19:01

ABŞ Prezidenti Donald Tramp Rusiyanın yeni işğal riskinin kifayət qədər azaldığına əmin olarsa, Ukraynaya NATO-nun kollektiv müdafiə öhdəliklərinə bənzər təhlükəsizlik zəmanətləri verməyi nəzərdən keçirə bilər.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner "X" sosial şəbəkəsindəki geniş paylaşımında bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Ukraynaya bu cür təhlükəsizlik zəmanətlərinin verilməsi imkanını nəzərdən keçirməyə hazır olması davamlı sülhün əldə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

"5-ci maddəyə bənzər, çəkindirmə və hərbi insidentlərin qarşısının alınması mexanizmləri ilə dəstəklənən etibarlı zəmanətlər yeni müharibə riskini əhəmiyyətli dərəcədə azalda bilər", – Kuşner bildirib.

Xüsusi nümayəndə Ukrayna Prezidenti Volodimir Zelenskinin təhlükəsizlik zəmanətlərinin konkret sənədlərlə təsbit olunmasının vacibliyi barədə mövqeyini dəstəkləyib: "Prezident Zelenski bu zəmanətlərin konkret, etibarlı və aydın şəkildə sənədləşdirilməli olduğunu söyləməkdə haqlıdır".

Kuşner qeyd edib ki, söhbət ABŞ-nin üzərinə götürə biləcəyi ən mühüm öhdəliklərdən birindən gedir. Buna görə də belə zəmanətlərin verilməsi məsələsi hərtərəfli nəzərdən keçirilməlidir.

Onun sözlərinə görə, təklif olunan istənilən zəmanət Trampın təsdiqini almalı, ABŞ Konstitusiyasında nəzərdə tutulan prosedurlara və Konqresin tələblərinə uyğun olmalıdır. ABŞ lideri isə yalnız bu addımın ölkəsinin milli maraqlarına uyğun olduğuna əmin olduğu və təhlükəsizlik mexanizmlərinin zəmanətlərin tətbiqini son dərəcə az ehtimallı etdiyi halda buna razılıq verəcək.

Kuşner Avropada mövcud təhlükəsizlik institutlarının gücləndirilməsinin və hazırkı münaqişənin qarşısını ala bilməyən mexanizmlərdəki çatışmazlıqların aradan qaldırılmasının vacibliyini də qeyd edib.

Onun fikrincə, yeni razılaşmalar daimi məsləhətləşmə və böhran kommunikasiyası kanallarını, hərbi insidentlərin qarşısının alınması mexanizmlərini, şəffaflığın artırılmasını və gərginliyin azaldılması üzrə qarşılıqlı tədbirləri əhatə etməlidir.

"Biz Ukraynanın təhlükəsiz olduğu, Avropanın daha da gücləndiyi, Rusiyanın NATO-nun qarşıdurma axtarmadığına əmin olduğu, NATO və tərəfdaşlarının isə Rusiyanın qonşularının suverenliyinə və təhlükəsizliyinə hörmət etdiyinə inandığı gələcəyə çalışırıq", – o yazıb.

Xüsusi nümayəndə istənilən razılaşmanın iştirakçı dövlətlərin suverenliyini və müstəqil qərar qəbul etmək hüququnu qoruyub saxlamalı olduğunu bildirib.

Kuşner həmçinin davamlı təhlükəsizlik üçün Ukraynanın iqtisadi gücünün bərpasının vacibliyini vurğulayaraq, müharibəyə xərclənən yüz milyardlarla dolların iş yerlərinə, iqtisadi artıma və infrastruktura yönəldilə biləcəyini deyib. Bundan başqa, Kuşner Ukraynanın uzunmüddətli iqtisadi inkişafı üçün islahatların aparılmasını, dövlət institutlarının gücləndirilməsini və iqtisadi müstəqilliyin artırılmasını nəzərdə tutan planın hazırlanmasının vacibliyini vurğulayıb.

O əlavə edib ki, ABŞ və Avropanın göstərəcəyi əhəmiyyətli maliyyə dəstəyi Ukraynanın öz inkişafını təmin etmək istiqamətində səyləri ilə müşayiət olunmalıdır.

Kuşnerin sözlərinə görə, aydın öhdəliklər, qarşılıqlı zəmanətlər və onların icrasını təmin edən etibarlı mexanizmlər sisteminin yaradılması tərəflərin sülhə nail olmaq üçün zəruri addımları atmağa hazır olduğuna inamı artıra bilər.

"Heç nə hər şey razılaşdırılana qədər razılaşdırılmış hesab edilmir. Bununla belə, bu tarixi məsələləri müzakirə etməyə hazır olmaq qan tökülməsini dayandırmaq üçün mühüm imkan yaradır", – o vurğulayıb.

Kuşner, həmçinin Trampın "könüllülər koalisiyası"nın liderləri ilə söhbəti zamanı səsləndirdiyi fikirləri xatırladıb. ABŞ Prezidenti müharibəyə xərclənən yüz milyardlarla dolların iqtisadiyyatın inkişafına, yeni iş yerlərinin yaradılmasına, enerji qiymətlərinin aşağı salınmasına və infrastrukturun gücləndirilməsinə yönəldilə biləcəyini bildirib.

Zelenskinin tələbi: "İkiillik fasilə yox, uzunmüddətli sülh"

Kuşnerin bu açıqlaması noyabrın 19-da Berlində keçirilən "İstəklilər Koalisiyası"nın iclasından sonra Volodimir Zelenskinin səsləndirdiyi fikirlərin ardınca gəlib. Ukrayna lideri ölkəsi üçün ən aydın təhlükəsizlik zəmanətinin NATO-ya tamhüquqlu üzvlük olaraq qaldığını bildirib.

Zelenski alternativ "5-ci maddəyə bənzər" mexanizmin praktikada nə demək olduğunu, hansı ölkələrin iştirak edəcəyini və Rusiyanın yeni hücumunu dəf etməyə hazır olub-olmadıqlarını sual altına alıb. O, zəmanətlərin Trampın prezidentlik müddətindən sonrakı dövrü də əhatə etməsini tələb edib: "Bizə təkcə növbəti iki il üçün deyil, uzunmüddətli öhdəliklər lazımdır. Bu, möhkəm sülh deyil, ikiillik fasilədir".

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Daniel Frid Moskvanın bu cür zəmanətləri müzakirə etməyə hazır olduğuna dair heç bir dəlil görmədiyini deyib. O, təklifi "müzakirə etməyə hazır olmaq"la onu "qəbul etməyi" qarışdırmamağa çağırıb. Fridin fikrincə, Kuşner razılaşdırılmış ABŞ siyasətini açıqlamaqdan daha çox, Trampın dəstəyini qazanmaq üçün zəmin hazırlamağa çalışır.

Keçmiş diplomat həmçinin bu təşəbbüsün Pentaqonun siyasət rəhbəri Elbric Kolbinin "NATO 3.0" konsepsiyası ilə necə uzlaşacağını sual edib. Kolbi Avropadakı konvensional müdafiə yükünün avropalı müttəfiqlərin üzərinə keçməli olduğunu bildirir. Frid isə qeyd edib ki, Vaşinqton bir tərəfdən Avropadakı hərbi rolunu azaldıb, digər tərəfdən Ukraynaya "5-ci maddə" səviyyəsində yeni təhlükəsizlik öhdəliyi götürə bilməz.

ABŞ-nin Ukraynadakı keçmiş müvəqqəti işlər vəkili Kristina Kvien isə daha skeptik yanaşaraq bildirib ki, aydın icra mexanizmləri olmadan "5-ci maddəyə bənzər zəmanət" ifadəsi çox qeyri-müəyyəndir. Onun sözlərinə görə, yazılı öhdəlik belə yalnız Vaşinqtonun ona əməl etmək iradəsi qədər etibarlıdır və Tramp administrasiyası hələlik bu etimadı formalaşdırmayıb.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

23-11-2026, 11:35

“PUTİN VACİB GÜZƏŞTƏ GEDİB...” - Sülh yaxınlaşırmı?

Gündəm / Dünya

11-11-2026, 16:34

DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)

Dünya

11-11-2026, 13:14

XAMENEİ “VURUN” ƏMRİ VERDİ - İran raketləri Avropaya çatacaqmı?

Gündəm / Siyasət

22-10-2026, 10:53

DÜNYA NİZAMI SARSILIR, AVROPA İKİ OD ARASINDA... – Böyük güclərin planı nədir?

Gündəm / Siyasət

3-11-2026, 11:37

BAKININ TƏLƏBİ İRƏVANDA BÖHRAN YARADIB – Paşinyan revanşistləri məğlub edə biləcəkmi?

Şou Biznes
Maksim Qalkin Bakıda toyda - Fotolar
Məşhur müğənni 78 yaşında evləndi
Mübariz Tağıyev: “Oxumağa həvəsim yoxdur”
“Ayağın o qədər yüngüldür ki, Fransa yerlə-yeksan oldu” - VİDEO
Cəmiyyət
Bu gün, 14:13
Ayın 26-da 3 dərəcə şaxta olacaq - Proqnoz verildi
Bu gün, 08:51
Bakıda ev almaq əlçatmaz arzuya çevrilir - bahalaşmanın əsl səbəbi
Bu gün, 08:33
ABBASZADƏ GƏLDİ, PROREKTOR VƏ DEKANLAR GEDİR...- BDU-da daha kimlər yola salınacaq?
Dünən, 16:10
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ - Bakıda...
Dünən, 11:21
Cehizlik örtüklər, köhnə telefon kitabçası və 33 il sonra gerçəkləşən arzu VİDEO
Dünən, 11:00
Leyla Əliyeva "Torpaq" adlı konseptual qrup sərgisindən paylaşım edib - Video
Kriminal
6-11-2026, 13:15
Başı qazandan, ayaqları soyuducudan tapıldı – Tanınmış modelin dəhşətli qətli ilə bağlı YENİ DETALLAR
5-11-2026, 16:03
Türmədən tribunaya... - 12 il yatan DƏLƏDUZ hüquqşünasa necə çevrildi?
27-10-2026, 12:35
Qətldə ittiham olunan deputat oğluna narkotik ittihamı da verildi
Son xəbərlər
  • Bu gün, 14:28
    “Qırmızı xətt”, “yaşıl inqilab”, “qara bəxt” – Tehranın qorxulu iddiaları
  • Bu gün, 14:25
    Azərbaycan futbolu üçün milyardlıq vitrin: “Sabah”ın qarşısına Kataloniya nəhəngi çıxır
  • Bu gün, 14:23
    Türkiyədən QƏFİL çağırış – NATO regiona girir?
  • Bu gün, 14:13
    Ayın 26-da 3 dərəcə şaxta olacaq - Proqnoz verildi
  • Bu gün, 14:09
    Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
  • Bu gün, 14:07
    AZƏRBAYCANDA YENİ MƏRKƏZ YARADILDI - Prezident Fərman imzaladı
  • Bu gün, 14:05
    ABŞ-nin İRANLA BAĞLI HƏRBİ SİRRİ... - Vaşinqtonun növbəti gedişi nə olacaq?
  • Bu gün, 08:51
    Bakıda ev almaq əlçatmaz arzuya çevrilir - bahalaşmanın əsl səbəbi
  • Bu gün, 08:47
    “Azərbaycanı seçdi, xəyanət etdi” - Rusiyalı deputatdan Pluşenkoya sərt ittihamlar
  • Bu gün, 08:43
    “Ölmək ölməkdir, xırıldamaq nədir” – Zelenski Donbasa son nöqtəni qoydu
  • Bu gün, 08:40
    Putinlə iranlı generalın mübhəm Azərbaycan müzakirəsi
  • Bu gün, 08:35
    "ABŞ İranda hakimiyyət dəyişikliyinə nail olmağa çalışmır" - Tramp
  • Bu gün, 08:33
    ABBASZADƏ GƏLDİ, PROREKTOR VƏ DEKANLAR GEDİR...- BDU-da daha kimlər yola salınacaq?
  • Dünən, 16:10
    Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ - Bakıda...
  • Dünən, 16:07
    Tarixin ən dəhşətli 10 fəlakəti: Milyonlarla insanın həyatına son qoyan hadisələr
  • Dünən, 15:55
    "YOXLASAN BABASI LÜTÜN BİRİ OLUB..." - Deputatdan rüşvətə fərqli baxış
  • Dünən, 13:30
    “ƏHALİNİ MÜHARİBƏYƏ HAZIRLAYIN...” – Ruttedən həyəcanlı çağırış
  • Dünən, 12:38
    DÜNYANIN 365 TRİLYON DOLLARLIQ BORCU... – Bu pullar nə üçün alınır və qlobal borc sistemindən kimlər qazanır?
  • Dünən, 12:35
    BATAN 300 MİLYONLUQ GƏMİ... - “Merkuri” korveti necə ucuz dronların güdazına verlilib? + VİDEO
  • Dünən, 11:21
    Cehizlik örtüklər, köhnə telefon kitabçası və 33 il sonra gerçəkləşən arzu VİDEO
  • Dünən, 11:00
    Leyla Əliyeva "Torpaq" adlı konseptual qrup sərgisindən paylaşım edib - Video
  • Dünən, 10:57
    AZƏRBAYCANDA MAAŞ REKORDU - Bu iki ərazi Bakını üstələdi + SİYAHI
  • Dünən, 10:54
    Kosmosda silahlanma ŞOKU: Gizli peyk HƏR AN orbitə buraxıla bilər
  • Dünən, 10:38
    Krım Rusiyanın ƏLİNDƏN ÇIXIR! Yollar OD İÇİNDƏ, maşınlar anındaca VURULUR, tramvayları PARTLATDILAR
  • Dünən, 10:30
    ARARAT DAĞINDA “İTƏN” NUHUN GƏMİSİ VƏ... - Paşinyanın gizli planı
  • Dünən, 10:27
    "BƏLKƏ DƏ BUNLAR BİR TAMAŞADIR, PAŞİNYAN BİLİR Kİ..." - "Kağız bizi qorumayacaq, güclü olmalıyıq"
  • 23-11-2026, 19:04
    “PUTİN VACİB GÜZƏŞTƏ GEDİB...” - Sülh yaxınlaşırmı?
  • 23-11-2026, 19:01
    TRAMP UKRAYNAYA NATO ZƏMANƏTİ VƏD EDİR - Kuşner AÇIQLADI
  • 23-11-2026, 18:57
    “SİYASİ TƏLƏ”, YOXSA REAL SÜLH? - Erməni toplumu tarixi seçim qarşısında
  • 23-11-2026, 18:52
    Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın təfərrüatı - VİDEO
  • 23-11-2026, 18:49
    Bakının qaranlıq yolları sürücüləri təhlükəyə atır – Ekspertdən SOS
  • 23-11-2026, 18:46
    İlham Əliyev Trampa təşəkkür etdi
  • 23-11-2026, 18:42
    AZƏRBAYCANDA İŞ HƏFTƏSİ 4 GÜNƏ ENƏ BİLƏR? - İqtisadçıdan AÇIQLAMA
  • 23-11-2026, 18:40
    Keçmiş Qarabağ separatçılarından daha biri öldü
  • 23-11-2026, 18:38
    “600 MİN AZƏRBAYCANLINI QOVDUQ” - “Mən Bakıya dəvət edildim və...”
Daha çox
20-11-2026, 13:46
Ağdam: yeni dövr, yeni hədəflər
19-11-2026, 11:38
Yeni türk respublikası yaradılır: Krım tatarlarının liderindən mühüm açıqlama
19-11-2026, 12:44
Erməni revanşistlərə ŞOK təklif – Bakının O tələbi...
20-11-2026, 12:27
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
19-11-2026, 10:44
“DAXİLİ İŞLƏRİMİZƏ MÜDAXİLƏDƏN ÇƏKİNMƏYƏ ÇAĞIRIRIQ..." - Azərbaycan XİN
19-11-2026, 10:48
Hacıqabulda zəlzələ olub
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi: Vəfa Qasımova
  • Telefon: (+99450) 277 95 00
  • E-mail: ofis@xtv.az
Müəllif hüquqları qorunur. XTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2026 XTV.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə