• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • İdman
  • Kriminal
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

“SİYASİ TƏLƏ”, YOXSA REAL SÜLH? - Erməni toplumu tarixi seçim qarşısında

Gündəm / Siyasət

23-11-2026, 18:57

Ermənistanda bu ilin iyununda keçirilən parlament seçkiləri Nikol Paşinyanın partiyasının qələbəsilə nəticələnsə də, hakim partiya parlamentdə konstitusiya çoxluğuna nail ola bilməmişdi. Doğrudur, əldə edilən 64 deputat mandatı təkbaşına hökumət qurmaq üçün hakim partiyaya kifayət etdi. Lakin konstitusiya çoxluğu üçün azı 70 səs lazım idi. Buna nail olunmadığı üçün həmin qələbəni “yarımçıq” adlandıranların yanılmadığı bu gün daha aydın görünür…

Paşinyanın parlamentə yeni təqdim etdiyi və ölkəmizə qarşı ərazi iddiaları olan Müstəqillik Bəyannaməsinin yer almadığı yeni Konstitusiya parlamentdə səsvermədən keçərək referenduma çıxarılmalıdır. Bunun üçün hakim partiyanın müxalifətdən azı 6 səs alması lazımdır.

Lakin Paşinyanın "Referendumda xalq yeni Konstitusiyaya “yox” desə istefa verəcəyəm, “hə” desə növbəti seçkilərdə namizəd olmayacağam" şərti ilə parlamentdə müxalifətdən 6 səs istəməsinə müxalif fraksiyalar kəskin reaksiya verirlər.

Müxalif "Güclü Ermənistan" fraksiyasının rəhbəri Narek Karapetyan təklif olunan sənədi "Azərbaycanın diktəsi ilə hazırlanan Konstitusiya" adlandıraraq layihəni rədd etdiklərini bildirib. Hansı ki, yeni Konstitusiyada Azərbaycanı haqlı olaraq maraqlandıran yalnız ölkəmizə qarşı ərazi iddialarının orada olmamasıdır, vəssalam.

Qalan məsələlər Ermənistanın daxili işidir və hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşan Azərbaycan ermənilərin daxili işlərinə qarışmaq fikrində deyil. Ona görə də burada Azərbaycanın adının hallandırılması yalnız revanşist müxalifətin və onu dəstəkləyənlərin bizə qarşı patoloji nifrətinin növbəti təzahüründən başqa bir şey deyil…

Robert Koçaryanın nəzarətindki "Ermənistan" fraksiyası da konstitusiya dəyişikliklərinin əleyhinə səs verəcəklərini açıqlayıbr. Onlar Paşinyanın təklifini "siyasi tələ" adlandıraraq hakimiyyətin səmimiliyinə inanmadıqlarını və Konstitusiyadan Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasına qarşı olduqlarını bildiriblər.

Beləliklə, siyasi qüvvələrin mövqeyi məlumdur. Bəs xalqın mövqeyi nədir?

Hələlik bu mövzuyla bağlı ermənilər arasında hər hansı bir obyektiv sorğunun keçirilməsinə dair məlumatlara rast gəlinmir. Lakin sadə məntiqlə son seçkidə müxalifətə səs verənlər onların siyasi gündəliyinə də səs veriblər. Həmin gündəlikdə isə Konstitusiya dəyişikliyi olmayıb və yoxdur. Lakin bu, heç də tam mənada o demək deyil ki, müxalifətə səs verənlər arasında yeni konstitusiyanı dəstəkləyənlər ola bilməz. Nə qədər paradoksal olsa da, eynilə heç kim təminat verə bilməz ki, hakim partiyaya səs verənlərin də tamamı yeni konstitusiyanı dəstəkləyəcək. Ona görə də proqnoz vermək çətindir.

Lakin erməni toplumunun mövqeyini bilmək üçün əvvəlcə yeni layihəni parlamentdən keçirib referenduma çıxarmaq lazımdır. Buna nail olunacağı isə o qədər də inandırıcı görünmür.

Bu arada Ermənistanın “Joxovurd” nəşri öz mənbələrinə istinadla yazıb ki, Paşinyan referendum təklifini parlamentdən keçirə bilməsə, öz partiyası ilə birgə parlamenti buraxıb yeni növbədənkənar seçkiyə belə getməyə hazırdır. Həmin iddiaya görə Paşinyan ümid edir ki, növbədənkənar seçkidə onun partiyası konstitusiya çoxluğunu təmin edəcək qədər səs toplaya biləcək.

Ancaq bu versiya, yumşaq desək, mübahisəlidir. Məsələ ondadır ki, son seçkidə müxalif siyasi qüvvələr daha əvvəlki seçki ilə müqayisədə 141 min artıq səs toplayıblar. Hakim partiya isə cəmi 38 min artıq səs yığa bilib. Göründüyü kimi, bu tendensiya Paşinyanın partiyasının xeyrinə deyil…

Odur ki, Paşinyanın partiyası ilk növbədə referendum təklifini indiki parlamentdən keçirmək üçün əlindən gələni etməyə hazır görünür. Lakin gec və ya tez, indiki, yaxud gələcək parlament yeni konstitusiyanı qəbul etməyincə, Azərbyacanla dayanıqlı sülh müqaviləsi olmayacaq. Yəni, Ermənistanın gələcəyinə məsuliyyətlə yanaşan istənilən siyasi qüvvə üçün yeni konstitusiya və referendum məsələsi aktual olacaq.

Qeyd edək ki, Ermənistan qanunvericiliyinə əsasən, referendumun baş tutmuş sayılması və yeni Konstitusiyanın qəbul edilməsi üçün səsvermədə iştirak edənlərin 50%-dən çoxunun onun lehinə səs verməsi ilə yanaşı, bu rəqəmin ümumi seçici siyahısındakı vətəndaşların (təxminən 2,5 milyon nəfər) ən azı 25%-ni (təxminən 625 min nəfəri) təşkil etməsi mütləq şərtdir.

Məsələ ondadır ki, Ermənistanın indiki hökumətinin daim boylandığı Avropa da Ermənistanda yeni Konstitusiya təklifini tam dəstəkləyir.

Almaniyanın Xarici işlər naziri Yohann Vadeful Almaniyanın “Tagesschau” televiziya kanalına verdiyi müsahibədə Ermənistanın öz konstitusiyasında dəyişiklik etməli olduğunu bildirib: "Ermənistan və Azərbaycan arasında on minlərlə insanın həyatına son qoyan uzunmüddətli münaqişə sülh vasitəsilə həll yolundadır. Lakin hələlik sülh müqaviləsi imzalanmayıb. Bu, həm də etimadın qurulması ilə bağlıdır: Avropanın bu prosesi dəstəkləməyə hazır olduğunu göstərmək vacibdir… Sazişin nəhayət imzalanması vacibdir; buna nail olmaq üçün Ermənistan öz konstitusiyasını dəyişdirməli və ya yenisini qəbul etməlidir. Mən prosesi dəstəkləməyə çalışıram, amma təbii ki, bu, Ermənistanın daxili siyasətinin məsələsi olaraq qalır… Amma bu uğursuz olarsa və başqa bir müharibə başlayarsa, düşünürəm ki, hər kəs nəticələrin nə olacağını başa düşür”.

Nazirin dedikləri təkcə Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın deyil, bütövlükdə “Qoca qitə”nin mövqeyi kimi başa düşülə bilər. Bir gözü və ayağı Avropada olan erməni toplumunun isə bu mövqeni nəzərə almaması səhv olardı…

Azərbaycana gəlincə, Azərbaycan XİN başçısı artıq bu məsələ ilə bağlı mövqeyini açıqlayıb: Azərbaycan tərəfinin mövqeyi həm o zaman, həm də indi açıqdır. Azərbaycan tərəfi sənədə son imzanı bir şərtlə qoymağa hazırdır ki, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılsın. Bunun nə zaman baş verməsi isə sırf Ermənistanın daxili işidir… Bizi tək maraqlandıran odur ki, yeni layihədə Azərbaycana qarşı ərazi iddiası olmasın!”

Hökumətlər, siyasi partiyalar gəldi-gedərdir. Əsas məsələ xalqın əksəriyyətinin hansı mövqedə olmasıdır. Bu baxımdan ermənilər tarixi şans və seçim qarşısındadırlar. Ya köhnə konstitusiya və dolayısı ilə düşmənçiliyin davamı, ya da yeni konstitusiya və sülh müqaviləsi ilə müharibəsiz, əminamanlıq içərisində gələcək perspektivi. Əgər erməni toplumu ikincini seçirsə, parlamentdəki qatı millətçi və revanşist qüvvələrə təzyiq göstərməlidir. Yox, birincini seçirsə, o zaman Almaniya XİN başçısının qeyd etdiyi təhlükəni də göz altına almalıdır…

Odur ki, hansı xarici qüvvələrə xidmət etdiyi yaxşı bilinən müxalifətin bəyanatlarının əksinə olaraq, erməni toplumu üçün (anlasa) əsl “siyasi tələ” hökumətin təklif etdiyi yeni konstitusiya yox, Azərbaycana qarşı ərazi iddialarının yer aldığı köhnə konstitusiyadır!

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

3-11-2026, 11:37

BAKININ TƏLƏBİ İRƏVANDA BÖHRAN YARADIB – Paşinyan revanşistləri məğlub edə biləcəkmi?

Gündəm / Siyasət

23-11-2026, 11:32

PAŞİNYAN BAKININ ƏSAS TƏLƏBİNİ YERİNƏ YETİRİR, AMMA... - İrəvani iki ssenari gözləyir!

Gündəm / Dünya

29-10-2026, 10:57

Paşinyan qələbə eyforiyasında - sülhə risk?

Gündəm / Dünya

24-10-2026, 10:54

Sabah Paşinyanın taleyi həll olunur

Gündəm / Siyasət

19-11-2026, 12:44

Erməni revanşistlərə ŞOK təklif – Bakının O tələbi...

Şou Biznes
Maksim Qalkin Bakıda toyda - Fotolar
Məşhur müğənni 78 yaşında evləndi
Mübariz Tağıyev: “Oxumağa həvəsim yoxdur”
“Ayağın o qədər yüngüldür ki, Fransa yerlə-yeksan oldu” - VİDEO
Cəmiyyət
Bu gün, 14:13
Ayın 26-da 3 dərəcə şaxta olacaq - Proqnoz verildi
Bu gün, 08:51
Bakıda ev almaq əlçatmaz arzuya çevrilir - bahalaşmanın əsl səbəbi
Bu gün, 08:33
ABBASZADƏ GƏLDİ, PROREKTOR VƏ DEKANLAR GEDİR...- BDU-da daha kimlər yola salınacaq?
Dünən, 16:10
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ - Bakıda...
Dünən, 11:21
Cehizlik örtüklər, köhnə telefon kitabçası və 33 il sonra gerçəkləşən arzu VİDEO
Dünən, 11:00
Leyla Əliyeva "Torpaq" adlı konseptual qrup sərgisindən paylaşım edib - Video
Kriminal
6-11-2026, 13:15
Başı qazandan, ayaqları soyuducudan tapıldı – Tanınmış modelin dəhşətli qətli ilə bağlı YENİ DETALLAR
5-11-2026, 16:03
Türmədən tribunaya... - 12 il yatan DƏLƏDUZ hüquqşünasa necə çevrildi?
27-10-2026, 12:35
Qətldə ittiham olunan deputat oğluna narkotik ittihamı da verildi
Son xəbərlər
  • Bu gün, 14:28
    “Qırmızı xətt”, “yaşıl inqilab”, “qara bəxt” – Tehranın qorxulu iddiaları
  • Bu gün, 14:25
    Azərbaycan futbolu üçün milyardlıq vitrin: “Sabah”ın qarşısına Kataloniya nəhəngi çıxır
  • Bu gün, 14:23
    Türkiyədən QƏFİL çağırış – NATO regiona girir?
  • Bu gün, 14:13
    Ayın 26-da 3 dərəcə şaxta olacaq - Proqnoz verildi
  • Bu gün, 14:09
    Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
  • Bu gün, 14:07
    AZƏRBAYCANDA YENİ MƏRKƏZ YARADILDI - Prezident Fərman imzaladı
  • Bu gün, 14:05
    ABŞ-nin İRANLA BAĞLI HƏRBİ SİRRİ... - Vaşinqtonun növbəti gedişi nə olacaq?
  • Bu gün, 08:51
    Bakıda ev almaq əlçatmaz arzuya çevrilir - bahalaşmanın əsl səbəbi
  • Bu gün, 08:47
    “Azərbaycanı seçdi, xəyanət etdi” - Rusiyalı deputatdan Pluşenkoya sərt ittihamlar
  • Bu gün, 08:43
    “Ölmək ölməkdir, xırıldamaq nədir” – Zelenski Donbasa son nöqtəni qoydu
  • Bu gün, 08:40
    Putinlə iranlı generalın mübhəm Azərbaycan müzakirəsi
  • Bu gün, 08:35
    "ABŞ İranda hakimiyyət dəyişikliyinə nail olmağa çalışmır" - Tramp
  • Bu gün, 08:33
    ABBASZADƏ GƏLDİ, PROREKTOR VƏ DEKANLAR GEDİR...- BDU-da daha kimlər yola salınacaq?
  • Dünən, 16:10
    Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ - Bakıda...
  • Dünən, 16:07
    Tarixin ən dəhşətli 10 fəlakəti: Milyonlarla insanın həyatına son qoyan hadisələr
  • Dünən, 15:55
    "YOXLASAN BABASI LÜTÜN BİRİ OLUB..." - Deputatdan rüşvətə fərqli baxış
  • Dünən, 13:30
    “ƏHALİNİ MÜHARİBƏYƏ HAZIRLAYIN...” – Ruttedən həyəcanlı çağırış
  • Dünən, 12:38
    DÜNYANIN 365 TRİLYON DOLLARLIQ BORCU... – Bu pullar nə üçün alınır və qlobal borc sistemindən kimlər qazanır?
  • Dünən, 12:35
    BATAN 300 MİLYONLUQ GƏMİ... - “Merkuri” korveti necə ucuz dronların güdazına verlilib? + VİDEO
  • Dünən, 11:21
    Cehizlik örtüklər, köhnə telefon kitabçası və 33 il sonra gerçəkləşən arzu VİDEO
  • Dünən, 11:00
    Leyla Əliyeva "Torpaq" adlı konseptual qrup sərgisindən paylaşım edib - Video
  • Dünən, 10:57
    AZƏRBAYCANDA MAAŞ REKORDU - Bu iki ərazi Bakını üstələdi + SİYAHI
  • Dünən, 10:54
    Kosmosda silahlanma ŞOKU: Gizli peyk HƏR AN orbitə buraxıla bilər
  • Dünən, 10:38
    Krım Rusiyanın ƏLİNDƏN ÇIXIR! Yollar OD İÇİNDƏ, maşınlar anındaca VURULUR, tramvayları PARTLATDILAR
  • Dünən, 10:30
    ARARAT DAĞINDA “İTƏN” NUHUN GƏMİSİ VƏ... - Paşinyanın gizli planı
  • Dünən, 10:27
    "BƏLKƏ DƏ BUNLAR BİR TAMAŞADIR, PAŞİNYAN BİLİR Kİ..." - "Kağız bizi qorumayacaq, güclü olmalıyıq"
  • 23-11-2026, 19:04
    “PUTİN VACİB GÜZƏŞTƏ GEDİB...” - Sülh yaxınlaşırmı?
  • 23-11-2026, 19:01
    TRAMP UKRAYNAYA NATO ZƏMANƏTİ VƏD EDİR - Kuşner AÇIQLADI
  • 23-11-2026, 18:57
    “SİYASİ TƏLƏ”, YOXSA REAL SÜLH? - Erməni toplumu tarixi seçim qarşısında
  • 23-11-2026, 18:52
    Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın təfərrüatı - VİDEO
  • 23-11-2026, 18:49
    Bakının qaranlıq yolları sürücüləri təhlükəyə atır – Ekspertdən SOS
  • 23-11-2026, 18:46
    İlham Əliyev Trampa təşəkkür etdi
  • 23-11-2026, 18:42
    AZƏRBAYCANDA İŞ HƏFTƏSİ 4 GÜNƏ ENƏ BİLƏR? - İqtisadçıdan AÇIQLAMA
  • 23-11-2026, 18:40
    Keçmiş Qarabağ separatçılarından daha biri öldü
  • 23-11-2026, 18:38
    “600 MİN AZƏRBAYCANLINI QOVDUQ” - “Mən Bakıya dəvət edildim və...”
Daha çox
20-11-2026, 13:46
Ağdam: yeni dövr, yeni hədəflər
19-11-2026, 11:38
Yeni türk respublikası yaradılır: Krım tatarlarının liderindən mühüm açıqlama
19-11-2026, 12:44
Erməni revanşistlərə ŞOK təklif – Bakının O tələbi...
20-11-2026, 12:27
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
19-11-2026, 10:44
“DAXİLİ İŞLƏRİMİZƏ MÜDAXİLƏDƏN ÇƏKİNMƏYƏ ÇAĞIRIRIQ..." - Azərbaycan XİN
19-11-2026, 10:48
Hacıqabulda zəlzələ olub
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi: Vəfa Qasımova
  • Telefon: (+99450) 277 95 00
  • E-mail: ofis@xtv.az
Müəllif hüquqları qorunur. XTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2026 XTV.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə