Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Çanaqqala vilayətinin Ayvacık rayonu sahillərində 3,9 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, AFAD-ın rəsmi saytında yer alan məlumata görə, Egey dənizində yerli vaxtla saat 04:16-da 3,9 bal gücündə zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar Çanaqqalanın Ayvacık rayonundan 55,36 kilometr aralıda baş verib. Zəlzələnin ocağı 9,29 kilometr dərinlikdə yerləşib.