• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • İdman
  • Kriminal
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Gündəm / Siyasət

Dünən, 17:07

Füzuli Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan maili düzənlikdə yerləşən rayonun ərazisi 1386 kvadrat kilometrdir. Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəd olan bu torpaqlardan Quruçay, Köndələnçay, Çərəkən çayları axır. Tarixi mənbələrə görə Füzulinin əsası 1827-ci ildə Qarabulaq adı ilə qoyulub. 1930-cu ildə burada rayon təşkil olunub və Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində isə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonun adı dəyişdirilərək Füzuli olub.
İşğaldan əvvəl Füzuli təkcə coğrafi mövqeyi ilə deyil, tarixi abidələri ilə də seçilirdi. Babı kəndindəki səkkizguşəli Şeyx Babı Yaqub türbəsi XIII əsrə, Aşağı Veysəlli kəndindəki Mirəli türbəsi isə XIV əsrə aiddir. Əhmədallar kəndində orta əsr qəbiristanlığında sandıq formalı qəbirdaşının üzərindəki türbə və XIX əsrə aid Cəlil türbəsi də rayonun zəngin irsinin bir hissəsi idi.
Bu zəngin tarix 23 avqust 1993-cü ildə yarımçıq qaldı. Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal dövründə 663 nəfər şəhid oldu, 400 nəfərədək sakin müharibə əlili oldu, 181 nəfər əsir və itkin düşdü. Yalnız 5 yanvar 1994-cü ildə Azərbaycan Ordusunun əks-hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi azad edildi, qalan hissəsi isə 27 il işğalda qaldı.
Füzuli uğrunda gedən döyüşlər 44 günlük müharibənin ən ağır döyüşləri sayılırdı. Səbəb düşmənin 30 il ərzində təmas xəttində qurduğu bir neçə müdafiə xətti idi. Hətta tanınmış hərbi mütəxəssislər hesab edirdilər ki, bu istehkamları yarmaq üçün aylarla vaxt lazım olacaq. Lakin Azərbaycan Ordusu bu fikirləri puça çıxardı. Düşmən son mərhələdə silahlarını yerə qoyub qaçdı.
17 oktyabr 2020-ci ildə Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərinin özü Şanlı Ordumuz tərəfindən azad edildi. Ümumilikdə Vətən müharibəsində rayonun 62 yaşayış məntəqəsi işğaldan təmizləndi. Bu şücaətin qiyməti olaraq 2020-ci il 26 noyabrda "Füzulinin azad olunmasına görə" medalı təsis edildi və 25 min 325 hərbi qulluqçu bu medalla təltif olundu.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 17 oktyabr Füzuli şəhəri günü kimi rəsmiləşdi.
Azadlıqdan sonra qarşıda duran ən böyük problem minalar oldu. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə burada yüz mindən çox mina basdırılıb və bu, Ermənistanın törətdiyi vandalizm və hərbi cinayətlərin nəticəsidir. Mina təhlükəsinə baxmayaraq, dövlət dərhal bərpa-quruculuq işlərinə başladı.
Prezident İlham Əliyevin tapşırığına əsasən rayon yenidən qurulur.
Nazirlər Kabinetinin 18 mart 2023-cü il qərarı ilə Füzuli şəhərinin 2040-cı ilədək Baş Planı təsdiqlənib.
Qısa müddətdə "Füzuli" yarımstansiyası, Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları kompleksi istifadəyə verilib. Nəqliyyat infrastrukturu isə tamamilə yenidən qurulub.
Zəfər yolu, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istifadəyə verilib. Ən mühümü isə Füzuli Beynəlxalq Hava Limanıdır. Bu aeroport cəmi 8 ay ərzində tikilib və Prezident İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılıb. Qarabağın hava qapısı sayılan bu liman Füzulinin dünyaya açılan pəncərəsidir.
Bərpa işləri ilə paralel Böyük Qayıdış Proqramı da həyata keçirilir. 18 avqust 2023-cü ildən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb. İlk mərhələdə Bakı, Sumqayıt və Abşeron ərazisində yataqxana, sanatoriya və yarımçıq tikililərdə ağır şəraitdə yaşayan 144 ailə köçürülüb.
24 yanvar 2024-cü ildə növbəti köç karvanı Bakının Qaradağ rayonundan yola salınıb. 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailə, 3153 nəfər köçürülüb və bu proses artan templə davam edir.Füzulinin dirçəlişində qardaş ölkələrin dəstəyi xüsusi yer tutur.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə şəhərdə Mirzə Uluğbəy adına orta məktəb inşa olunub. 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt və idman zalları, yeməkxana, kitabxana, futbol meydançası, qaçış zolaqları və bütün texniki infrastrukturu ilə bu məktəb Özbəkistanın mənəvi dəstəyinin rəmzidir.
Eyni zamanda Qazaxıstanın dəstəyi ilə 12 mart 2024-cü ildə Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyan bu mərkəz iki xalq arasında dostluğun rəmzi kimi qiymətləndirilir.
Bu gün Füzulinin yeni tarixi yazılır. 16 noyabr 2020-ci ildə şəhərdə Azərbaycan bayrağının ucaldılması, Zəfər yolunun təməlqoyma mərasimi, 14 yanvar 2021-ci ildə Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyması, 14 fevral 2021-ci ildə Baş Planın təsdiqlənməsi, Horadiz-Ağbənd və Ağdam-Füzuli yolları ilə tanışlıq, 180 çarpayılıq xəstəxananın təməlqoyması, 15 mart və 14 iyun 2021-ci ildə Füzuli-Hadrut yolunun təməlqoyması, Aşağı Köndələnçay su anbarının texniki göstəriciləri ilə tanışlıq, "Füzuli" yarımstansiyasının açılışı və digər addımlar bir daha göstərir ki, 17 oktyabr sadəcə bir azadlıq günü deyil, eyni zamanda tamamilə dağıdılmış bir şəhərin küllərindən yenidən doğulduğu gündür.
Biz 30 il bu günü gözlədik. Balalarımızın qanı yerdə qalmadı. Füzuli torpağı hər qarışı üçün oğul verdiyimiz müqəddəs torpaqdır.
Bu gün övladlarımızın məzarı önündə başımızı dik tuturuq, çünki bilirik ki, onların uğrunda şəhid olduqları ərazilərdə artıq azan səsi gəlir, işıq yanır.
Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə və rəşadətli Ordumuza minnətdarıq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
Füzuli azaddır və əbədi olaraq Azərbaycanındır!

Abbasova Mayisə
Şəhid Səxavət Abbasovun anası, Abşeron rayon sakini

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

Dünən, 16:48

Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları

Gündəm / Siyasət

15-10-2026, 16:58

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Gündəm / Cəmiyyət

9-10-2026, 16:34

“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar

Gündəm / Cəmiyyət

Dünən, 16:53

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Siyasət

9-10-2026, 16:31

Trampın Şimali Koreya lideri ilə müəmmalı “dost”luğu: ABŞ-da “seçki kabusu” dünyanın “ən ağıllı adam”ını vurur

Şou Biznes
Cəmiyyət
Dünən, 16:53
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Dünən, 16:45
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
Dünən, 10:37
Jurnalistlər İlham Əliyevə müraciət ünvanladı
Dünən, 10:13
Mətbuat Şurasının IX qurultayı keçirilir
14-10-2026, 11:02
Moskvaya kütləvi hücum: Aeroportlar bağlandı – Video
12-10-2026, 16:25
Vicdanın və vəzifənin xidmətində: Polis Polkovniki Cavid Muradov
Kriminal
Dünən, 10:05
Azərbaycana qarşı görünməmiş hibrid hücumlar: Milli Məclisdən xəbərdarlıq
13-10-2026, 01:34
Məşhur türk yazarın ölümü 70 ildən sonra yenidən araşdırılır
Son xəbərlər
  • Dünən, 17:07
    Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
  • Dünən, 16:53
    Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
  • Dünən, 16:48
    Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları
  • Dünən, 16:45
    Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
  • Dünən, 10:37
    Jurnalistlər İlham Əliyevə müraciət ünvanladı
  • Dünən, 10:23
    Pezeşkian İrəvandadır
  • Dünən, 10:19
    Türkiyədə yağışın dayanması üçün qurban kəsdilər - Video
  • Dünən, 10:13
    Mətbuat Şurasının IX qurultayı keçirilir
  • Dünən, 10:05
    Azərbaycana qarşı görünməmiş hibrid hücumlar: Milli Məclisdən xəbərdarlıq
  • Dünən, 10:00
    AZƏRBAYCAN İQTİSADİYYATINI NƏ GÖZLƏYİR? - İqtisadçıdan AÇIQLAMA
  • 15-10-2026, 16:58
    Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto
  • 15-10-2026, 14:04
    "Qiyamət günü"nün tarixi açıqlandı
  • 15-10-2026, 14:00
    Zelenskidən Trampa "Starlink" TƏKLİFİ: "Lisenziyanı açın, Rusiyanın raket qurğularını MƏHV EDƏK"
  • 15-10-2026, 13:55
    “Türkiyə ilə aramıza nifaq toxumu səpmək istəyirlər” – Deputatdan ETİRAZ
  • 14-10-2026, 11:02
    Moskvaya kütləvi hücum: Aeroportlar bağlandı – Video
  • 13-10-2026, 01:38
    Van Yi Azərbaycana gəlir
  • 13-10-2026, 01:34
    Məşhur türk yazarın ölümü 70 ildən sonra yenidən araşdırılır
  • 13-10-2026, 01:28
    Yamal üçün tarixi şans: “Qalatasaray”la matçda rekord qıra bilər
  • 13-10-2026, 01:19
    Almaniyadan ABŞ-Rusiya sazişinə sərt reaksiya: “Qəbuledilməzdir!”
  • 13-10-2026, 01:15
    Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox saxlanılan var
  • 13-10-2026, 01:11
    Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama
  • 13-10-2026, 01:08
    Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama
  • 12-10-2026, 16:25
    Vicdanın və vəzifənin xidmətində: Polis Polkovniki Cavid Muradov
  • 12-10-2026, 02:16
    Hitlerin yarımçıq arzusu yenidən dirildi – Almaniyadan Avropanı alt-üst edən xəritə
  • 12-10-2026, 02:11
    Zelenskidən sərt sözlər: Buna Tramp qərar verə bilməz!
  • 12-10-2026, 02:08
    Sənədsiz evlərə necə çıxarış almaq olar? - Video
  • 12-10-2026, 02:03
    İş adamının faciəvi ölümü: çobanların yanına gəlib, sonra isə… – FOTO
  • 12-10-2026, 02:01
    “Azərbaycan Respublikasına təhdid kimi baxırıq” – Zərifdən ŞOK
  • 12-10-2026, 01:57
    Həsənovlar ailəsində faciə: ölən və yaralanan var – FOTO
  • 12-10-2026, 01:54
    Xalq artistinin məktəbli geyimi və hicabla bağlı sözləri GÜNDƏM OLDU
  • 12-10-2026, 01:52
    Səudiyyənin ərazi bütövlüyü təhlükədədir – 4 ölkədən sərt xəbərdarlıq
  • 9-10-2026, 16:51
    Basqalın sirli qapıları, qədim küçələri - 20 ailə niyə geri qayıdıb? + VİDEO
  • 9-10-2026, 16:46
    Yeni tendensiya: Kişilər niyə həyat yoldaşının soyadına keçir?
  • 9-10-2026, 16:42
    “Azərbaycanla sülh ideal deyil, amma...” - Paşinyan bu görüntülərilə diqqət cəlb etdi + VİDEO
  • 9-10-2026, 16:38
    Polisə “arvadımı öldürüblər” demişdi, qadın sağ imiş - Ağdamdakı cinayətin təfərrüatı
Daha çox
12-10-2026, 16:25
Vicdanın və vəzifənin xidmətində: Polis Polkovniki Cavid Muradov
15-10-2026, 14:04
"Qiyamət günü"nün tarixi açıqlandı
12-10-2026, 02:03
İş adamının faciəvi ölümü: çobanların yanına gəlib, sonra isə… – FOTO
14-10-2026, 11:02
Moskvaya kütləvi hücum: Aeroportlar bağlandı – Video
13-10-2026, 01:15
Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox saxlanılan var
13-10-2026, 01:34
Məşhur türk yazarın ölümü 70 ildən sonra yenidən araşdırılır
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi: Vəfa Qasımova
  • Telefon: (+99450) 277 95 00
  • E-mail: ofis@xtv.az
Müəllif hüquqları qorunur. XTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2026 XTV.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə