Gəncə DYPŞ rəisinin bu günki idarəçiliyi əksəriyyətə örnək ola bilər

  • 24-06-2022, 13:48
  • 239
Gəncə DYPŞ rəisinin bu günki idarəçiliyi əksəriyyətə örnək ola bilər


Məlumdur ki, Azərbaycan Respublikası ikinci dəfə özünün müstəqil yaşamaq hüququnu bütün dünyaya bəyan etdikdən sonra, ilk vaxtlarda Dövlət Avtomobil Müfəttişliyi adı ilə fəaliyyətə başlayan yol polisi sahəsində ciddi dəyişikliklər həyata keçirildi. Yəni, illər keçdikcə bu sahədə çalışanların iş şəraitləri yaxşılaşdırıldı, lazımi normativ sənədlər yenidən işlənilib hazırlandı, xidmət sahələri üzrə təlimatlar ortaya qoyuldu və onların hər biri Daxili İşlər Nazirinin əmri ilə də təsdiq olundu. Belə ki, zamanın tələbinə uyğun bu sahədə müxtəlif məzmunlu islahatlar həyata keçirildikcə, yol hərəkətinin təşkilində və təhlükəsizliyinin təmin olunmasında müasir texniki vasitələrdən də istifadə olunmağa başlanıldı. Unutmaq olmaz ki, hal-hazırda yol hərəkəti ilə bağlı hər kəsin həyat və sağlamlığının qorunması qarşıda duran əsas vəzifələrdən biri hesab olunur. Belə bir səbəbdəndir ki, bu sahədə hüquqi normativ bazanın yaradılması və onun beynəlxalq standartlara uyğunlaşdırılması prosesi yüksələn xətt üzrə davam etməkdədir. Bu baxımdan 1998-ci ilin iyul ayından qüvvəyə minmiş Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunu, məhz çox mühüm sənəd hesab etmək olar. Belə ki, bu sənəddə yol hərəkəti iştirakçılarının hüquq və vəzifələri öz əksini tapmış, hətta yol hərəkətinin təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq hüquq normalarının tələblərinə cavab verən müddəalar da geniş yer almışdır. Qeyd edək ki, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması bir çox faktorlardan olduqca asılı olur. Ən əsası küçələrdə, yollarda nəqliyyat vasitələrinin, həmçinin piyadaların fasiləsiz və rahat hərəkətlərinin təşkilində, avtomatlaşdırılmış müasir texniki nizamlama və nəzarət cihazlarının tətbiqi də əhəmiyyətli rol oynayır.

Onu da qeyd edək ki, yol polisi əməkdaşlarının daşıdıqları vəzifə olduqca məsuliyyətli və tələbkarlıq tələb edən vəzifədir. Belə bir səbəbdəndir ki, hal-hazırda bu sahədə çalışanların daha çoxu üzərinə düşən vəzifənin məsuliyyətini lazımınca dərk edib, məhz gündəlik fəaliyyətlərini qanunun tələbləri əsasında davam etdirirlər. Baxmayaraq ki, illər öncə yol polisi sahəsində yaşanan problemlər, əksəriyyətin üzləşdiyi qanunsuzluqlar və s. zaman-zaman ictimai müzakirələrə səbəb olurdu. Hətta, elə hallar da olurdu ki, bu sahədə çalışan əməkdaşların atdıqları bir çox addımlar əksəriyyət tərəfindən qınaq obyektinə də çevrilirdi. İllər keçdikcə isə yeni dövr ortaya yeni tələblərin çıxmasını zəruri etdi və yol polisi sahəsində fərqli ab-hava formalaşmağa başladı. Belə ki, bu sahədə idarəçiliyin fərqli forması tətbiq olundu, yol polisi əməkdaşlarının sürücülərə qarşı ata biləcəkləri addımlarla bağlı lazımi maarifləndirmə tədbirləri həyata keçirildi, onların əmək haqları artırıldı, lazımi texniki avadanlıqlarla təminatları yaxşılaşdırıldı. Qeyd edək ki, hal-hazırda yeniləşən respublikamızda yol infrastrukturunun yenidən qurulması, müasir tipli işıqforların, yol ötürücülərinin, hərəkəti tənzimləyən kameraların və digər texniki avadanlıqların yol kənarlarına quraşdırılması, lazımi təminolunmaların həyata keçirilməsi başa çatdıqca, yol polisi sahəsində ümumi ab-hava da dəyişməkdə davam edir.

Bəli, bu gün üzərinə düşən vəzifə borcunu layiqincə yerinə, tam əksəriyyətin hörmət və rəğbət hissi ilə qarşıladığı vəzifə sahiblərindən biri də, 2021-ci ilin yanvar ayında Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə rəis təyin olunan polis mayoru Eldəniz Həsənovdur. Qeyd edək ki, o, bu vəzifəyə təyin olunana qədər Göygöl Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsini daşıyıb. Bu şəxsin idarəçiliyi haqda bəzi məlumatları dəqiqləşdirərkən o da məlum oldu ki, Eldəniz Həsənovun ilk günlərdən tətbiq etdiyi idarəçilik, məhz bu şöbədə yeni ab-havanın əmələ gəlməsinə səbəb olub. Yəni, illər öncə müəyyən problemlərin yaşandığı Gəncə Dövlət Yol Polisi Şöbəsində hal-hazırda fərqli idarəçilik tətbiq olunur, hər sürücüyə qarşı fərqli münasibət bəslənilir. Bir anlığa diqqət yetirək ki, yol polisi sahəsində kifayət qədər iş təcrübəsi, lazımi potensialı və peşəkarlığı olan Eldəniz Həsənov, bu gün Gəncə şəhərində yol polisinin şəxsi heyyətinə qarşı böyük inam hissi formalaşdıra bilib. Belə ki, o, ara-sıra şəhər ərazisində həyata keçirilən xüsusi reydlərə rəhbərlik edir, yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı qanunamüvafiq tədbirlər də gördürür. Məsələn, Gəncə DYPŞ-nin əməkdaşları tərəfindən istər gündüz, istərsə də gecə saatlarında xüsusi reylər keçirilir, bəzən məlum olur ki, yol hərəkəti qaydalarını daha çox 44 günlük Vətən savaşında iştirak edib “Qazi” adına sahib olanlar pozurlar. Bu yöndə apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, Eldəniz Həsənovun rəhbərliyi altında yol polisi əməkdaşları, məhz həmin şəxslərə qarşı da qanunamüvafiq tədbirlərini görürlər. Bəli, əslində bu belə də olmalıdır. Çünki, Qanun heç kimə, o cümlədən “Qazi” adına sahib olanlara da ixtiyar vermir ki, yol hərəkəti qaydalarını pozsun, yaxud da hansısa formada avtoşluq etsin. Qeyd edək ki, bu gün istər şəhid ailəsi üzvlərinə, istərsə də “Qazi” olan hər kəsə qarşı dövlətimiz tərəfindən qayğı göstərilir, onların lazımi təminatları ödənilir. Ona görə də yaxşı olar ki, imtiyaz sahibi olan hər kəs öz məsuliyyətini hiss etsin və qanunun müəyyən etdiyi qaydalara uyğun addımlarını atsınlar.

Əldə etdiyimiz başqa bir məlumatlara görə, hal-hazırda Gəncə DYPŞ-nin rəisi “Şah qanun deyil, qanun şahdır” prinsipini əsas tutub, məhz idarəçiliyini bu yöndə davam etdirir. Belə bir səbəb üzündən də, ötən 17 ay ərzində şəhər ərazisində yol-hərəkəti qaydalarının tənzimlənməsi istiqamətində ciddi addımlar atılıb, hansısa sürücünün yol polisi əməkdaşları tərəfindən əsassız hədələrlə, rüşvət tələb etmək istəkləri ilə üz-üzə qalmaları tamamilə aradan qaldırılıb. Bir sözlə, əsas narazılıq hissinin baş qaldırmasına səbəb olan amillərin varlığı yox edilib. Faktdır ki, Eldəniz Həsənov Gəncə DYPŞ-nə rəis təyin olunduğu ilk günlərdən, əksər sələflərindən fərqli addımlarını atmağa başlayır. Yəni, bu şəxs idarəçiliyin elə bir qayda və formalarını tətbiq edir ki, heç bir sürücü hansısa haqsızlıqla üz-üzə qalmır. Sözsüz ki, belə bir addımların atılmasında, ilk öncə Eldəniz Həsənovun xarakterik xüsusiyyətinin göstəricisi, çevik idarəçilik bacarığının varlığı, ona həvalə olunmuş vəzifəsinin məsuliyyətini lazımınca dərk etməsi, ən əsası bir vətəndaş olaraq özündə cəmləşdirdiyi potensialın göstəricisi əsas rol oynayır. Bu kimi səbəblər üzündəndir ki, hazırda Gəncədə bu şəxsi tanıyan hər kəs ona hörmətlə-izzətlə yanaşıb, öz etiramlarını bildirirlər.

Qeyd edək ki, Eldəniz Həsənov harada hansı vəzifəni daşımasından asılı olmayaraq hər zaman sevilib, kollektiv arasında hörmət-izzət sahibi olub, hər kəsin xeyir-duasını qazanıb. Qeyd edək ki, bu şəxs xarakterik xüsusiyyətində nə qədər prinsipal olsa da, bir o qədər də humanizmi sevən vəzifə sahibidir. Yəni, o, hər zaman çalışır ki, haqqı heçbir halda nahaqqa qurban verməsin. Faktdır ki, Eldəniz Həsənovun yalnız bir amalı var, o da doğma Vətəninə və xalqına layiqincə xidmək etməkdir, hər kəsin məhəbbətini qazanmaqdır. Odur ki, onu tanıyan hər kəs Gəncə DYPŞ-nin rəisinin şərəfli adı ilə fəxr edib, iftixar hissi də keçirir.

R.Şəkixanov,
Azərbaycan Jurnalistlər Birliyi
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Bakının Nizami rayonunda icra başçısı “COŞUB” – Coşqun Cəbrayılov kimə arxalanır? -VİDEO
    Bakıda Universal Döyüş idman növü üzrə üçüncü “Peşəkarlar Arasında Reytinq Yarışları” keçirildi - FOTOLAR
    “Qarabağ”ın oyununa bu avtobuslarla gedə bilərsiniz (SİYAHI)
    Sabahın hava proqnozu açıqlanıb
    Yeni məktəbli formalarının qiymətləri və satış yerləri AÇIQLANDI
    İlham Əliyev və Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə söhbətləşib
    Avqust üzrə pensiyalar tam ödənildi
    BMT-dən HƏYƏCAN TƏBİLİ: 20 milyon insanı gözləyən TƏHLÜKƏ
    İntim videoları yayılan polkovnik saxlanıldı: Rütbəsi geri alındı
    İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin anım mərasiminə əklil göndərib - FOTO
    Ağır qəzadan sonra koma vəziyyətində olan qazi həyata qaytarıldı - FOTO
    Ermənilərin Laçındakı ekoloji terroru ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi
    Rusiya Ermənistana nota verib
    Quru sərhədlərlə bağlı YENİ AÇIQLAMA - VİDEO
    Prezident və xanımı Müslüm Maqomayevin abidəsinin açılışında iştirak ediblər
    Qəbələ, Şabran, Quba və Siyəzəndə yanğınların söndürülməsi davam etdirilir - VİDEO
    Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib
    FHN əməkdaşlarının intim videoları ilə bağlı araşdırmalara başlanıldı  - Baş Prokurorluq
    Nazir videosu yayılan polkovniki və qadın əməkdaşları işdən çıxardı
    FHN-də çəkilən intim videolarla bağlı Baş prokurora MÜRACİƏT OLUNDU
    İşbazlara xəbərdarlıq:
    Rusiyanın 100-ə yaxın zabiti məhv edildi
    Sabahın hava proqnozu açıqlanıb
    Bank kartı olanlara XƏBƏRDARLIQ: Bu halda itirilmiş vəsaitin...
    Generaldan Qazaxın 7 kəndi ilə bağlı açıqlama
    MN: Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlılarının basdırdığı mina sahəsi aşkarlanıb
    “Əks-hücumları və standart vəziyyətləri təhlükəlidir” - Qurban Qurbanov
    Metronun bu stansiyası gücləndirilmiş rejimdə işləyəcək
    DYP
    Quba və Şabran rayonlarının meşə ərazisində yanğın başlayıb
    İlham Əliyev Türkmənistanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO
    İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi - FOTO
    Prezident Argentinanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO
    Prezidenti Almaniyanın yeni səfirini qəbul edib
    Rusiyalı jurnalistin paylaşımı
    Bu gün ali məktəblərə ixtisas seçimi başlayır  - YENİLƏNİB
    Bakıda gənc qız kafenin ikinci mərtəbəsindən özünü yerə atıb - FOTO
    DSX rəisinin müavini:
    Azərbaycan İslamiadadakı medalların sayını 68-ə yüksəldib
    Ermənistanda matəm elan olunacaq
    XİN:
    Erməni silahlı birləşmələri Qarabağı dərhal və birdəfəlik tərk etməlidirlər
    Bərdədə Həkimlər “Qarabağ” naminə bir araya gəldilər - FOTOLAR - ÖZƏL
    Paytaxtda kirayə ev tapılmır: Qiymətlər daha da arta bilər - VİDEO
    Əhaliyə xəbərdarlıq olundu: Qarşıdakı 10 gün ...
    Buzovnada qanunsuz tikililərin söküntü işləri davam edir - FOTO
    Balakəndə polis və Daxili Qoşunlar birgə ƏMƏLİYYAT KEÇİRDİ
    Putindən Kim Çenə gözlənilməz məktub:
    Azərbaycan Ordusunun Laçında həlak olan əsgərlərinə şəhid statusu verilib
    Laza sakinləri turistləri kəndə buraxmadı - SƏBƏB - VİDEO
    Kamaləddin Qafarov: “Azərbaycan region ölkələrini sülh və inkişafa dəvət edir”
    Vilayət Eyvazovdan TƏYİNAT
    Cəlilabadda çörəkdaşıyan maşın qəzaya düşüb: Xəsarət alanlar var
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 30 il keçir - FOTO
    “Surmalu” ticarət mərkəzində ölənlərin sayı 6 nəfərə çatıb
    İstefa verən Conson jurnalistikaya qayıdır?
    İlham Əliyev Bakıt Torobayevi qəbul edib
    “Qarabağ”-“Viktoriya” matçına 15 min bilet satıldı - İlk gündə
    Azərbaycanda bələdiyyə sədri qəzaya düşdü - FOTO
Təsisçi: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
Baş redaktor: İbadullayev Bəybala Aşur oğlu
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir