Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin Özbəkistana səfəri iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ təşkil edəcək”

  • 23-06-2022, 13:11
  • 175
Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin Özbəkistana səfəri iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ təşkil edəcək”


“Müasir Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq arenaya qədəm qoyduğu gündən onun xarici siyasətinin prioritet istiqamətlərinin önəmli hissəsini türkdilli dövlətlərlə yüksək səviyyədə münasibətlərin qurulması və inkişaf etdirilməsi təşkil edib. Bu baxımdan dost və qardaş Özbəkistanla Azərbaycan arasında olan əlaqələri yüksək dəyərləndirmək olar. İki ölkə arasında 1995-ci ildə diplomatik münasibətlər qurulub, 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Bakıda diplomatik nümayindəlikləri fəaliyyətə başlayıb. Tarixi faktlar isə təsdiq edir ki, eyni soykökə, dilə, dinə, ortaq mədəniyyətə malik olan xalqlarımız arasında münasibətlər daha qədimlərə qədər gedib çıxır. Hazırda əlaqələrimizin bu səviyyəyə yüksəlməsində mən Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun qarşılıqlı rəsmi səfərlərini xüsusi qeyd etmək istərdim. İslam Kərimovun 1996-cı il 26-27 may tarixində ölkəmizə rəsmi səfəri zamanı imzalanan 18 sazişdən ibarət sənədlər paketi, həmçinin Ulu Öndərin 1997-ci ilin iyun ayında bu ölkəyə rəsmi səfəri çərçivəsində imzalanmış 19 sənəd əməkdaşlığımızın dərinləşməsi üçün fundamental hüquqi baza rolunu oynayır və strateji xarakterini əks etdirir”.

Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, qardaş ölkə uzun illər davam etmiş Qarabağ münaqişəsi zamanı hər zaman Azərbaycanın haqq işini müdafiə edib və müxtəlif platformalarda öz dəstəyini sərgiləyib: “Mən buna dövlətimizin başçısı cənab İlham Əliyevin 2004-cü ildə Özbəkistana səfəri zamanı strateji münasibətlərin təməlini təşkil edən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə”ni misal çəkə bilərəm. Bu sənədlə Özbəkistan Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdiyini ifadə etmişdi. Həmçinin xatırlatmaq istərdim ki, 2008-ci ildə "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamə BMT-də səsverməyə qoyularkən Özbəkistan bu sənədin lehinə səs verməklə ölkəmizə dəstək olmuşdur. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev Ermənistan üzərində tarixi qələbə münasibətilə ölkəmizi təbrik edib, hətta işğaldan azad olunan Füzuli rayonunda məktəb inşa ediləcəyini bildirib və bu istiqamətdə də işlər həyata keçirilməkdədir”.

“Dövlətimizin başçısı cənab İlham Əliyevin Özbəkistana səfəri, keçirilən görüşlər, imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə əhəmiyyətli töhfə verəcək və iki ölkə arasında münasibətlərdə yeni mərhələ təşkil edəcək. Vurğulayım ki, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu tərəfdaşlarımızın da sayını durmadan çoxaltmaqdadır. Qürurla deyə bilərik ki, ölkəmiz həm regionda, həm də dünyada söz sahibinə çevrilib. Vətən müharibəsində qazandığı şanlı qələbə, nəticədə regionda sülh və təhlükəsizliyə verdiyi mühüm töhfələr ölkəmizin əhəmiyyətini yüksəldib. Həmçinin etibarlı tərəfdaş olaraq özünü təsdiqləməsi Azərbaycanla əməkdaşlıqdan digər dövlətlər məmnunluqlarını ifadə edirlər. Prezident İlham Əliyevin Daşkənddə yüksək səviyyədə qarşılanması, ona göstərilən xüsusi hörmət və ehtiram dediklərimizin əyani təsdiqidir. Daşkənddə Heydər Əliyev Meydanının açılışı zamanı cənab Şavkat Mirziyoyevin çıxışı, onun Ulu Öndər Heydər Əliyev və ölkəmiz haqqında dediyi xoş və səmimi sözlər, həmçinin bir daha işğaldan azad edilmiş ərazilərin əzəli Azərbaycan torpaqları olduğunu dilə gətirməsi, bunu tarixi ədalətin bərpası kimi dəyərləndirməsi qardaşlıq münasibətinin təzahürüdür”, - Milli Məclisin deputatı deyib.

AHİK sədri əlavə edib ki, Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, beynəlxalq və regional nəqliyyat şəbəkələrinə qoşulması Özbəkistandan yükdaşımaların həcminin artmasına, ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin yüksəlməsinə gətirib çıxaracaq.
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Bu gün Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
    Laçın aeroportu saatda 200 sərnişinə xidmət göstərə biləcək
    Vilayət Eyvazov üçün ÖZƏL GÜN
    İlham Əliyev:
    Qurban bayramında neçə gün iş olmayacaq?
    Sahil Babayevdən müharibə iştirakçıları və 80 manat barədə açıqlama
    Bakıda daş karxanasında fəhlə faciəvi şəkildə ölüb
    Cüneyt Arkın vəfat etdi - FOTO
    Hərbçiləri öldürülən Putin Ukraynaya onu göndərir: təqaüddəki 128 kq-lıq general - FOTO
    Prezident Bakıda keçirilən konfrans iştirakçılarına müraciət ünvanlayıb
    Lirə 10 qəpik oldu
    DYP-dən ot bağlamaları daşıyan sürücülərə müraciət
    Nikol elan etdi: Laçından ermənilər köçürülür. Hara?
    “Laçın dəhlizi və Laçın şəhəri Azərbaycana təhvil veriləcək”
    Ərdoğan: “Türkiyəni terror dəhlizi ilə mühasirəyə almaq cəhdlərini uğursuzluğa düçar etdik”
    Türkiyənin Suriyada antiterror əməliyyatına nə zaman başlayacağı açıqlandı
    Dərmanların qiymətində 350 faizlik fərq - AĞLASIĞMAZ RƏQƏMLƏR ÜZƏ ÇIXDI - VİDEO
    Tovuzda ağır qəza: 2 ölü, 3 yaralı
    Azərbaycan, Türkiyə və İran XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək
    Azərbaycan müharibəyə hazırlaşır – Paşinyan
    Prezidentin xüsusi nümayəndəsi: “Şuşanın infrastrukturunun inkişafı ilə bağlı yeni layihələr həyata keçiriləcək”
    “Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik”
    “İstisu suyu ixrac ediləcək” - Prezident
    “Bu gün mən burada olmalı idim”
    Prezident Murov dağının altından çəkilən tuneldən danışdı
    Bakı Bəyannaməsi imzalandı
    İlham Əliyev Kəlbəcərlə bağlı göstəriş verdi
    Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib - GENİŞ REPORTAJ
    Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü - Fotolar
    Prezident Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış etdi
    Prezidentdən Ermənistana daha bir - Xəbərdarlıq
    Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib - FOTO
    Kamaləddin Qafarov: “Silahlı qüvvələrin modernləşdirilməsi Azərbaycanın strateji hədəflərindən biridir”
    Azərbaycan Ordusunun yaradılmasından 104 il ötür
    Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
    Prezident bir qrup hərbi qulluqçunu təltif edib - SİYAHI
    Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub
    Prezident onlara rütbə verdi - SƏRƏNCAM
    DGK-dan daha bir qanunsuzluq - Yüklə dolu maşın terminaldan çıxarıldı - Videolar
    İş adamı Bakı Baş Gömrük İdarəsi rəisindən şikayətçidir - Rəsmi məktuba şifahi cavab verilir - VİDEO+FOTO
    Kamaləddin Qafarov: “Bu səfər münasibətlərin daha da yaxşılaşmasına kömək edəcək”
    Kreml rəsmi Bakı ilə anlaşdı: Paşinyanın son “manevr pəncərəsi” də bağlandı
    Zelenski Gürcüstan xalqına müraciət ünvanlayıb: “Biz sizə kömək edəcəyik!”
    Gürcüstanda aksiyaçılar Baş nazirin istefasını tələb edir
    Səttar Möhbalıyev: “Azərbaycanda sarsılmaz xalq-ordu birliyi mövcuddur”
    Türkdilli Ölkələrin Parlament Assambleyasının adı dəyişdirilib
    “ATƏT-in Minski qrupu fəaliyyətini dayandırıb” - Lavrov
    Gəncə DYPŞ rəisinin bu günki idarəçiliyi əksəriyyətə örnək ola bilər
    Azərbaycan və Ermənistan Baş prokuroru görüşəcək
    Azərbaycanda tanınmış klinika fəaliyyətini dayandırdı - VİDEO
    Azərbaycanın amfibiya tipli təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb - VİDEO
    Lavrov Şəhidlər xiyabanını ziyarət edib
    Azərbaycan və Rusiya XİN başçılarının görüşü başlayıb
    Prezident BP qrupunun baş icraçı direktorunu qəbul edib
    Qara Dəniz Bankının Azərbaycana yatırımlarının həcmi açıqlandı
    Partiya rəhbərləri Zəngilana getdi
    Rusların atdığı raket öz başlarına düşdü – VİDEO
    Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafını daim xüsusi diqqətində saxlayır”
    Dünyanın ən varlı adamının övladı cinsiyyətini və adını dəyişdi - FOTO
    XİN Azərbaycana dəstək verən ölkələrə təşəkkür edib
Təsisçi: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
Baş redaktor: İbadullayev Bəybala Aşur oğlu
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir