Hərbiçilərimizin misilsiz qəhrəmanlıqlarının əbədiləşdirilməsi ordu quruculuğu siyasətinin tərkib hissələrindən biridir

  • 22-06-2022, 14:47
  • 245
Hərbiçilərimizin misilsiz qəhrəmanlıqlarının əbədiləşdirilməsi ordu quruculuğu siyasətinin tərkib hissələrindən biridir


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ordu quruculuğu ilə əlaqədar öz çıxışlarının birində belə demişdir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.” Həqiqətən son illər ərzində Azərbaycan Ordusunun modernləşdirilməsi, döyüş qabiliyyətinin daha da yüksəldilməsi, maddi-texniki bazanın əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, eləcə də hərbçilərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb. Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer alması da aparılan islahatların effektivliyindən xəbər verir. Ölkə Prezidenti tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsi istiqamətində davamlı olaraq məqsədyönlü addımlar atılır və bütün bunlar ölkəmizdə həyata keçirilən ordu quruculuğu siyasətinin əsas istiqamətləridir.

Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində 2003-cü ildən bəri son dərəcə uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman deyirdi ki, mövcud münaqişənin hərbi yolla həlli mümkündür və lazım gələrsə Azərbaycan bu hüququndan istifadə edəcək. 2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrimiz erməni təxribatlarına birdəfəlik son qoymaq və torpaqlarımızı işğaldan azad etmək məqsədilə hərbi əməliyyatlara başlamaq haqqında Ali Baş Komandanın əmrini aldılar. Əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində tam və qəti qələbə qazanaraq Şanlı Ordumuz tarixi nailiyyətə imza atdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman hərbçilərimizin nümayiş etdirdikləri şücaət və rəşadətin hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.

Vətən müharibəsində əldə olunan tarixi Zəfər ölkəmizdə həyata keçirilən ordu quruculuğunda müəyyən islahatları bir zərurət olaraq ortaya qoydu. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsinin yaradılması da xüsusi əhəmiyyətli bir hadisə oldu. 2021-ci il 24 dekabr tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində hərbi hissənin açılışında demişdir: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.” Qeyd etmək lazımdır ki, xüsusi təyinatlı hərbi hissələrin effektivliyi Vətən müharibəsini sonlandıran Şuşanın azad edilməsi əməliyyatının gedişində özünü tam dolğunluğu ilə göstərmişdi.

Bu gün ölkəmizdə aparılan ordu quruculuğu siyasətinin tərkib hissələrindən biri də hərbiçilərimizin Vətən müharibəsinin gedişində nümayiş etdirdikləri misilsiz qəhrəmanlıqlarının əbədiləşdirilməsi işidir. Məhz bu məqsədlə Ölkə Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları, o cümlədən “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal -“Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”təsis edilmişdir ki, bu da tarixi Qələbənin əbədiləşdirməsi və iştirakçılara dövlətimiz tərəfindən ayrılan ali diqqətinin bariz təcəssümüdür.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Bu gün Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
    Laçın aeroportu saatda 200 sərnişinə xidmət göstərə biləcək
    Vilayət Eyvazov üçün ÖZƏL GÜN
    İlham Əliyev:
    Qurban bayramında neçə gün iş olmayacaq?
    Sahil Babayevdən müharibə iştirakçıları və 80 manat barədə açıqlama
    Bakıda daş karxanasında fəhlə faciəvi şəkildə ölüb
    Cüneyt Arkın vəfat etdi - FOTO
    Hərbçiləri öldürülən Putin Ukraynaya onu göndərir: təqaüddəki 128 kq-lıq general - FOTO
    Prezident Bakıda keçirilən konfrans iştirakçılarına müraciət ünvanlayıb
    Lirə 10 qəpik oldu
    DYP-dən ot bağlamaları daşıyan sürücülərə müraciət
    Nikol elan etdi: Laçından ermənilər köçürülür. Hara?
    “Laçın dəhlizi və Laçın şəhəri Azərbaycana təhvil veriləcək”
    Ərdoğan: “Türkiyəni terror dəhlizi ilə mühasirəyə almaq cəhdlərini uğursuzluğa düçar etdik”
    Türkiyənin Suriyada antiterror əməliyyatına nə zaman başlayacağı açıqlandı
    Dərmanların qiymətində 350 faizlik fərq - AĞLASIĞMAZ RƏQƏMLƏR ÜZƏ ÇIXDI - VİDEO
    Tovuzda ağır qəza: 2 ölü, 3 yaralı
    Azərbaycan, Türkiyə və İran XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək
    Azərbaycan müharibəyə hazırlaşır – Paşinyan
    Prezidentin xüsusi nümayəndəsi: “Şuşanın infrastrukturunun inkişafı ilə bağlı yeni layihələr həyata keçiriləcək”
    “Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik”
    “İstisu suyu ixrac ediləcək” - Prezident
    “Bu gün mən burada olmalı idim”
    Prezident Murov dağının altından çəkilən tuneldən danışdı
    Bakı Bəyannaməsi imzalandı
    İlham Əliyev Kəlbəcərlə bağlı göstəriş verdi
    Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib - GENİŞ REPORTAJ
    Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü - Fotolar
    Prezident Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış etdi
    Prezidentdən Ermənistana daha bir - Xəbərdarlıq
    Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib - FOTO
    Kamaləddin Qafarov: “Silahlı qüvvələrin modernləşdirilməsi Azərbaycanın strateji hədəflərindən biridir”
    Azərbaycan Ordusunun yaradılmasından 104 il ötür
    Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
    Prezident bir qrup hərbi qulluqçunu təltif edib - SİYAHI
    Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub
    Prezident onlara rütbə verdi - SƏRƏNCAM
    DGK-dan daha bir qanunsuzluq - Yüklə dolu maşın terminaldan çıxarıldı - Videolar
    İş adamı Bakı Baş Gömrük İdarəsi rəisindən şikayətçidir - Rəsmi məktuba şifahi cavab verilir - VİDEO+FOTO
    Kamaləddin Qafarov: “Bu səfər münasibətlərin daha da yaxşılaşmasına kömək edəcək”
    Kreml rəsmi Bakı ilə anlaşdı: Paşinyanın son “manevr pəncərəsi” də bağlandı
    Zelenski Gürcüstan xalqına müraciət ünvanlayıb: “Biz sizə kömək edəcəyik!”
    Gürcüstanda aksiyaçılar Baş nazirin istefasını tələb edir
    Səttar Möhbalıyev: “Azərbaycanda sarsılmaz xalq-ordu birliyi mövcuddur”
    Türkdilli Ölkələrin Parlament Assambleyasının adı dəyişdirilib
    “ATƏT-in Minski qrupu fəaliyyətini dayandırıb” - Lavrov
    Gəncə DYPŞ rəisinin bu günki idarəçiliyi əksəriyyətə örnək ola bilər
    Azərbaycan və Ermənistan Baş prokuroru görüşəcək
    Azərbaycanda tanınmış klinika fəaliyyətini dayandırdı - VİDEO
    Azərbaycanın amfibiya tipli təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb - VİDEO
    Lavrov Şəhidlər xiyabanını ziyarət edib
    Azərbaycan və Rusiya XİN başçılarının görüşü başlayıb
    Prezident BP qrupunun baş icraçı direktorunu qəbul edib
    Qara Dəniz Bankının Azərbaycana yatırımlarının həcmi açıqlandı
    Partiya rəhbərləri Zəngilana getdi
    Rusların atdığı raket öz başlarına düşdü – VİDEO
    Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafını daim xüsusi diqqətində saxlayır”
    Dünyanın ən varlı adamının övladı cinsiyyətini və adını dəyişdi - FOTO
    XİN Azərbaycana dəstək verən ölkələrə təşəkkür edib
Təsisçi: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
Baş redaktor: İbadullayev Bəybala Aşur oğlu
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir