Aqiyə Naxçıvanlı: “Silahlı Qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin ordu quruculuğu siyasətinin prioritet istiqamətlərindəndir”

  • 21-06-2022, 18:00
  • 232
Aqiyə Naxçıvanlı: “Silahlı Qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin ordu quruculuğu siyasətinin prioritet istiqamətlərindəndir”


“Bu gün Azərbaycanda ordu quruculuğu işinin həyata keçirilməsinə tarixi aspektdən nəzər salsaq, bu prosesin bir neçə mərhələyə bölündüyünü görərik. İlk növbədə, 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti ölkədə milli silahlı qüvvələrin formalaşması üçün əhəmiyyətli addımlar atmışdı. Belə ki, hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə olan Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu, həqiqətən də ölkədə ordu quruculuğu istiqamətində atılmış ilk və ən vacib addımlardan biri idi. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə həmin tarixi gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və artıq uzun illərdir ki, bu tarix ölkəmizdə hər il rəsmi dövlət bayramı kimi qeyd edilir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Millət vəkili həmçinin qeyd edib ki, ölkəmizdə milli silahlı qüvvələrin formalaşmasının ən əhəmiyyətli dövrü məhz Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərə aiddir: - “Məlum olduğu kimi, şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti iki ildən də az bir müddət mövcud ola bildi. 23 ay ərzində AXC hökuməti dövlət quruculuğu istiqamətində bir çox mühüm addımlar atsa da, təəssüflər olsun ki, bu başlanğıcların əksəriyyəti tamamlanmamış qaldı. 1920-ci ildə Sovet Rusiyası Azərbaycanı ilhaq edərək özünə birləşdirdi. Təbii ki, bundan sonra ölkəmizdə ordu quruculuğu prosesi də dayandı və durğunluq 1970-ci illərə qədər davam etdi. Yalnız 1969-cu ildə, Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesi yenidən başlandı. Həmin dövrdə Ümummilli Liderimizin bu istiqamətdə atdığı ən mühüm, ən vacib addımlardan biri əlbəttə ki, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması oldu. Bu gün həmin hadisələrdən danışarkən SSRİ-nin öz qüdrətinin ən pik həddində olduğu bir vaxtda Azərbaycanda hərbi məktəbin açılmasına nail olmağın necə çətin, mürəkkəb bir məsələ olduğunu tam dolğunluğu ilə təsəvvür etmək çox çətindir. Təbii ki, SSRi-nin dövlət və partiya rəhbərləri Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına razılıq vermək istəmirdilər. Hətta buna imkan verməmək üçün Moskvadan Bakıya ezam olunan xüsusi komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığı barədə çoxsaylı rəylər təqdim edirdilər. Lakin Ulu Öndər özünün mahir diplomatiyası, uzaqgörən siyasəti ilə bütün bu cəhdləri heçə çıxardı və böyük zəhmətlər bahasına hərbi məktəbin açılmasına nail oldu. Bu tarixi hadisədən cəmi 20 il sonra öz müstəqilliyini bərpa etmiş Azərbaycanda C.Naxçıvanski adına Hərbi Məktəb ölkəmizin ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Həmçinin qeyd olunmalıdır ki, məhz Ulu Öndərin səyləri nəticəsində o dövrdə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumaları, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün olmuşdu. Etiraf etmək lazımdır ki, Ümummilli Liderimizin atdığı təkcə bu addımlar artıq Azərbaycanda ordu quruculuğu prosesinin ən əhəmiyyətli tarixi mərhələlərinin məhz Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə həyata keçdiyini deməyə əsas verir. Lakin Ulu Öndərin bu sahədə gördüyü daha möhtəşəm işlər artıq müstəqillik illərinə təsadüf edir”, - deyə Aqiyə Naxçıvanlı bildirib.

Milli Məclisin deputatı fikirlərinə davam edərək qeyd edib ki, ölkəmizdə ordu quruculuğu istiqamətində ən mühüm addımlar 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra atılıb: “Müstəqilliyimizin ilk illərində o dövrkü iqtidarın səriştəsizliyi və yersiz ambisiyaları ucbatından ölkə sözün əsl mənasında xaos içərisində idi. Belə bir şəraitdə ordu quruculuğundan söhbət belə getmirdi. Pərakəndə halda olan silahlı birləşmələr isə, xalqın və dövlətin deyil, ayrı-ayrı siyasi qüvvələrin maraqlarına xidmət edirdilər. Yalnız 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra bu sahədə də vəziyyət kökündən dəyişdi. Ulu Öndərin səyləri nəticəsində 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Milli Ordumuzun formalaşması prosesi daha da sürətləndi. Bu istiqamətdə əhatəli islahatlar aparıldı, qısa müddət ərzində hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması başa çatdırıldı, Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Qısa müddət ərzində Azərbaycan Ordusu böyük inkişaf yolu keçərək, bölgənin ən güclü silahlı qüvvələrinə çevrildi. Bütün bu inkişafın, uğur və nailiyyətlərin ən başlıca səbəbi, ordu quruculuğuna, dövlətin müstəqilliyinə, xalqın milli maraqlarına sonsuz sədaqət və məhəbbət mücəssəməsi olan Ulu Öndər Heydər Əliyevin rəhbərlik etməsi idi”.

Daha sonra millət vəkili ordu quruculuğu ilə bağlı ölkədə bu gün gedən proseslərdən danışaraq bunları deyib: “Bu gün Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatlarının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılan prioritet istiqamətlərdir. Birmənalı olaraq demək lazımdır ki, 2003-cü ildən sonra ölkəmizdə ordu quruculuğu tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələyə keçid etdi. Məhz bu mərhələdə Azərbaycan Ordusunun dünya hərb sənayesinin ən son texnoloji məhsulları ilə, ən müasir hərbi texnika ilə təchiz olunması geniş vüsət aldı. Ölkənin iqtisadi gücündən maksimum faydalanaraq Ali Baş Komandan ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və digər dövlətlərin müasir hərbi texnikaları ilə təchiz etdi, modernləşməni həyata keçirdi. Bununla da Azərbaycan Ordusu peşəkar, ən müasir tələblərə cavab verən orduya çevrildi. Nəhayət 44 günlük Vətən müharibəsi Şanlı Ordumuzun gücünü-qüdrətini bütün dünyaya canlı olaraq nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu tarixi Zəfər əldə etdi. Düşmən qısa müddət ərzində və ən əsası bizim tərəfimizdən minimal itki verməklə tamamilə darmadağın edildi və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Qeyd etmək lazımdır ki, Vətən müharibəsinin gedişində Azərbaycanın kəşfiyyat və zərbə dronları düşmən hədəflərinin müəyyənləşdirilməsində və məhv edilməsində mühüm rol oynadı, nəticədə işğalçı orduya məxsus milyonlarla dollar dəyərində hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edildi. Beləliklə, Müzəffər Azərbaycan Ordusu XXI əsrdə ilk dəfə olaraq, irimiqyaslı hərbi əməliyyatlarda qalib gəldi və öz ölkəsinin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Ordusu nəinki bölgədə, həm də bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, müasir təchizatına görə ən güclü ordular sırasında durduğunu bir daha təsdiq etdi”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Bu gün Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
    Laçın aeroportu saatda 200 sərnişinə xidmət göstərə biləcək
    Vilayət Eyvazov üçün ÖZƏL GÜN
    İlham Əliyev:
    Qurban bayramında neçə gün iş olmayacaq?
    Sahil Babayevdən müharibə iştirakçıları və 80 manat barədə açıqlama
    Bakıda daş karxanasında fəhlə faciəvi şəkildə ölüb
    Cüneyt Arkın vəfat etdi - FOTO
    Hərbçiləri öldürülən Putin Ukraynaya onu göndərir: təqaüddəki 128 kq-lıq general - FOTO
    Prezident Bakıda keçirilən konfrans iştirakçılarına müraciət ünvanlayıb
    Lirə 10 qəpik oldu
    DYP-dən ot bağlamaları daşıyan sürücülərə müraciət
    Nikol elan etdi: Laçından ermənilər köçürülür. Hara?
    “Laçın dəhlizi və Laçın şəhəri Azərbaycana təhvil veriləcək”
    Ərdoğan: “Türkiyəni terror dəhlizi ilə mühasirəyə almaq cəhdlərini uğursuzluğa düçar etdik”
    Türkiyənin Suriyada antiterror əməliyyatına nə zaman başlayacağı açıqlandı
    Dərmanların qiymətində 350 faizlik fərq - AĞLASIĞMAZ RƏQƏMLƏR ÜZƏ ÇIXDI - VİDEO
    Tovuzda ağır qəza: 2 ölü, 3 yaralı
    Azərbaycan, Türkiyə və İran XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək
    Azərbaycan müharibəyə hazırlaşır – Paşinyan
    Prezidentin xüsusi nümayəndəsi: “Şuşanın infrastrukturunun inkişafı ilə bağlı yeni layihələr həyata keçiriləcək”
    “Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik”
    “İstisu suyu ixrac ediləcək” - Prezident
    “Bu gün mən burada olmalı idim”
    Prezident Murov dağının altından çəkilən tuneldən danışdı
    Bakı Bəyannaməsi imzalandı
    İlham Əliyev Kəlbəcərlə bağlı göstəriş verdi
    Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib - GENİŞ REPORTAJ
    Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü - Fotolar
    Prezident Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış etdi
    Prezidentdən Ermənistana daha bir - Xəbərdarlıq
    Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib - FOTO
    Kamaləddin Qafarov: “Silahlı qüvvələrin modernləşdirilməsi Azərbaycanın strateji hədəflərindən biridir”
    Azərbaycan Ordusunun yaradılmasından 104 il ötür
    Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
    Prezident bir qrup hərbi qulluqçunu təltif edib - SİYAHI
    Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub
    Prezident onlara rütbə verdi - SƏRƏNCAM
    DGK-dan daha bir qanunsuzluq - Yüklə dolu maşın terminaldan çıxarıldı - Videolar
    İş adamı Bakı Baş Gömrük İdarəsi rəisindən şikayətçidir - Rəsmi məktuba şifahi cavab verilir - VİDEO+FOTO
    Kamaləddin Qafarov: “Bu səfər münasibətlərin daha da yaxşılaşmasına kömək edəcək”
    Kreml rəsmi Bakı ilə anlaşdı: Paşinyanın son “manevr pəncərəsi” də bağlandı
    Zelenski Gürcüstan xalqına müraciət ünvanlayıb: “Biz sizə kömək edəcəyik!”
    Gürcüstanda aksiyaçılar Baş nazirin istefasını tələb edir
    Səttar Möhbalıyev: “Azərbaycanda sarsılmaz xalq-ordu birliyi mövcuddur”
    Türkdilli Ölkələrin Parlament Assambleyasının adı dəyişdirilib
    “ATƏT-in Minski qrupu fəaliyyətini dayandırıb” - Lavrov
    Gəncə DYPŞ rəisinin bu günki idarəçiliyi əksəriyyətə örnək ola bilər
    Azərbaycan və Ermənistan Baş prokuroru görüşəcək
    Azərbaycanda tanınmış klinika fəaliyyətini dayandırdı - VİDEO
    Azərbaycanın amfibiya tipli təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb - VİDEO
    Lavrov Şəhidlər xiyabanını ziyarət edib
    Azərbaycan və Rusiya XİN başçılarının görüşü başlayıb
    Prezident BP qrupunun baş icraçı direktorunu qəbul edib
    Qara Dəniz Bankının Azərbaycana yatırımlarının həcmi açıqlandı
    Partiya rəhbərləri Zəngilana getdi
    Rusların atdığı raket öz başlarına düşdü – VİDEO
    Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafını daim xüsusi diqqətində saxlayır”
    Dünyanın ən varlı adamının övladı cinsiyyətini və adını dəyişdi - FOTO
    XİN Azərbaycana dəstək verən ölkələrə təşəkkür edib
Təsisçi: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
Baş redaktor: İbadullayev Bəybala Aşur oğlu
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir