Səttar Möhbalıyev: “Monitorinqlər nəticəsində müəssisələrdə aşkar edilmiş 9316 nöqsanın 91 % aradan qaldırılıb”

  • 20-06-2022, 16:03
  • 207
Səttar Möhbalıyev: “Monitorinqlər nəticəsində müəssisələrdə aşkar edilmiş 9316 nöqsanın 91 % aradan qaldırılıb”


Azərbaycanla Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetlərinin müəyyən olunmasına və gözlənilən nəticələrinə dair konfrans öz işinə başlayıb.

Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva, hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak edir.

aia.az xəbər verir ki, tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev öncə BƏT-in iştirakı ilə hazırlanan və həyata keçirilən “2016-2020-ci illər üzrə Layiqli Əmək üzrə Ölkə Proqramı”nın əhəmiyyətindən danışıb. Bildirib ki, Proqram işçilərin əmək hüquqlarının qorunması, təhlükəsiz, layiqli və məhsuldar iş şəraitinin yaradılması baxımından olduqca vacibdir: “Onun icrası sosial tərəfdaşlığın inkişafına, sosial ədalət prinsiplərinə əməl edilməsinə, əmək münasibətlərinin tənzimlənməsinə güclü təsir göstərib. 2016-2020-ci illər ərzində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial-iqtisadi reformalar, hərtərəfli islahatlar proqramda nəzərdə tutulan hədəflərə çatmağa şərait yaradıb”.

S.Möhbalıyev qeyd edib ki, AHİK ilk gündən Proqramın icrasına dair özünün Konsepsiyasını qəbul edib və sənədin icrası üçün əməli tədbirlər həyata keçirib: “Beynəlxalq Əmək Təşkilatı ilə birgə 8 seminar və konfrans keçirdik. Proqramda həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı bir neçə indikatorun yerinə yetirilməsi istiqamətində addımlar atılıb, müsbət nəticələr əldə edilib. Belə ki, bu illər ərzində həmkarlar ittifaqlarının sıraları çoxalıb, kollektiv müqavilələrin və sazişlərin sayı artıb. Hər il orta hesabla 140 yeni həmkarlar ittifaqı təşkilatı yaradılıb”.

S.Möhbalıyev vurğulayıb ki, AHİK qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində maarifləndirici və təlimatlandırıcı tədbirlər keçirib və bu tədbirlər əsasən ölkənin bütün regionlarını əhatə edib: “AHİK-lə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında özünəməşğulluğun təmin edilməsinə köməklik göstərilməsi məqsədilə imzalanan Memoranduma uyğun olaraq, Məşğulluq Agentliyinə 200 min manat vəsait ödənilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə sosial həssas əhali qrupları üzrə Sahibkarlığın İnkişafına yardım göstərilməsi məqsədilə 150 min manat vəsait köçürülüb”.
İşçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində də bir sıra vacib işlərin görüldüyünü diqqətə çatdıran AHİK sədri bildirib ki, “Sağlam və təzlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilən respublika müsabiqəsində 5 il ərzində 11096 idarə və müəssisə iştirak edib: “Onların 669-u qalib hesab edilib. Müsabiqələrin keçirildiyi müddətdə aparılan monitorinqlər nəticəsində aşkar edilmiş 9316 nöqsanın 91% aradan qaldırılıb, təhlükəsiz iş şəraiti yaradılıb, işçilərin fərdi mühafizə vasitələri ilə təminatı yaxşılaşdırılıb, sanitar-gigiyenik normalara əməl edilməsinə nəzarət gücləndirilib”.

AHİK sədri əlavə edib ki, yeni proqramın prioritetləri “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ilə müvafiq uyğunluq təşkil etməlidir: “Bu məqsədlə yeni proqramın layihəsinə bəzi irad və təkliflərimizi bildirmişik. Hesab edirik ki, qeyri-formal iqtisadiyyat üzrə bir çox göstəricilərin reallığı əks etdirməsi üçün müvafiq müzakirələrin aparılmasına, BƏT-in köməyi ilə genişmiqyaslı monitorinqlərin, müayinələrin keçirilməsinə ehtiyac var. Minimum əməkhaqqının Avropa Sosial Xaprtiyasının tələblərinə uyğunlaşdırılması, Azərbaycan tərəfindən ratifikasiya edilmiş Beynəlxalq Əmək Təşkilatının 131 saylı Konvensiyasına və əmək qanunvericiliyi arasında mövcud uyğunsuzluğun aradan qaldırılması, bununla bağlı hazırlanmış ölkə qanunvericiliyinə dəyişikliklər edilməsi, bir sıra vacib Konvensiyaların (102, 155, 168, 173, 184, 187 saylı) ratifikasiyası məsələlərinin proqrama salınmasını vacib hesab edirik. Gender bərabərliyini təmin etmək, kişi və qadın işçilər üçün bərabər məşğulluq imkanlarının yaradılması məqsədilə əmək qanunvericiliyinin beynəlxalq normalara uyğun olaraq təkmilləşdirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi üzrə proqramların hazırlanması və təkmilləşdirilməsi, yaşıl iş yerlərinin yaradılması kimi problemlərin proqramda əks olunması da ümumi işimizin xeyrinə olardı”.

Qeyd edək ki, konfrans BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin nəticələrinə uyğun qruplarda dayanıqlılığı artıran və əməyin gələcəyinə yönələn inklüziv inkişaf, sosial xidmətlərin təkmilləşdirilməsi, sosial dialoq vasitəsilə beynəlxalq əmək standartlarının siyasətdə və praktikada tətbiqi, BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin və Layiqli Əmək üzrə Ölkə Proqramının həyata keçirilməsində sosial tərəfdaşların rolunun artırılması, BƏT-in Layiqli Əmək Gündəliyi çərçivəsində əməyin təhlükəsiziyi və sağlamlığı mövzularında müzakirələrlə davam edir.


Səttar Möhbalıyev: “Monitorinqlər nəticəsində müəssisələrdə aşkar edilmiş 9316 nöqsanın 91 % aradan qaldırılıb”
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Bu gün Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
    Laçın aeroportu saatda 200 sərnişinə xidmət göstərə biləcək
    Vilayət Eyvazov üçün ÖZƏL GÜN
    İlham Əliyev:
    Qurban bayramında neçə gün iş olmayacaq?
    Sahil Babayevdən müharibə iştirakçıları və 80 manat barədə açıqlama
    Bakıda daş karxanasında fəhlə faciəvi şəkildə ölüb
    Cüneyt Arkın vəfat etdi - FOTO
    Hərbçiləri öldürülən Putin Ukraynaya onu göndərir: təqaüddəki 128 kq-lıq general - FOTO
    Prezident Bakıda keçirilən konfrans iştirakçılarına müraciət ünvanlayıb
    Lirə 10 qəpik oldu
    DYP-dən ot bağlamaları daşıyan sürücülərə müraciət
    Nikol elan etdi: Laçından ermənilər köçürülür. Hara?
    “Laçın dəhlizi və Laçın şəhəri Azərbaycana təhvil veriləcək”
    Ərdoğan: “Türkiyəni terror dəhlizi ilə mühasirəyə almaq cəhdlərini uğursuzluğa düçar etdik”
    Türkiyənin Suriyada antiterror əməliyyatına nə zaman başlayacağı açıqlandı
    Dərmanların qiymətində 350 faizlik fərq - AĞLASIĞMAZ RƏQƏMLƏR ÜZƏ ÇIXDI - VİDEO
    Tovuzda ağır qəza: 2 ölü, 3 yaralı
    Azərbaycan, Türkiyə və İran XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək
    Azərbaycan müharibəyə hazırlaşır – Paşinyan
    Prezidentin xüsusi nümayəndəsi: “Şuşanın infrastrukturunun inkişafı ilə bağlı yeni layihələr həyata keçiriləcək”
    “Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik”
    “İstisu suyu ixrac ediləcək” - Prezident
    “Bu gün mən burada olmalı idim”
    Prezident Murov dağının altından çəkilən tuneldən danışdı
    Bakı Bəyannaməsi imzalandı
    İlham Əliyev Kəlbəcərlə bağlı göstəriş verdi
    Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib - GENİŞ REPORTAJ
    Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü - Fotolar
    Prezident Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış etdi
    Prezidentdən Ermənistana daha bir - Xəbərdarlıq
    Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib - FOTO
    Kamaləddin Qafarov: “Silahlı qüvvələrin modernləşdirilməsi Azərbaycanın strateji hədəflərindən biridir”
    Azərbaycan Ordusunun yaradılmasından 104 il ötür
    Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
    Prezident bir qrup hərbi qulluqçunu təltif edib - SİYAHI
    Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub
    Prezident onlara rütbə verdi - SƏRƏNCAM
    DGK-dan daha bir qanunsuzluq - Yüklə dolu maşın terminaldan çıxarıldı - Videolar
    İş adamı Bakı Baş Gömrük İdarəsi rəisindən şikayətçidir - Rəsmi məktuba şifahi cavab verilir - VİDEO+FOTO
    Kamaləddin Qafarov: “Bu səfər münasibətlərin daha da yaxşılaşmasına kömək edəcək”
    Kreml rəsmi Bakı ilə anlaşdı: Paşinyanın son “manevr pəncərəsi” də bağlandı
    Zelenski Gürcüstan xalqına müraciət ünvanlayıb: “Biz sizə kömək edəcəyik!”
    Gürcüstanda aksiyaçılar Baş nazirin istefasını tələb edir
    Səttar Möhbalıyev: “Azərbaycanda sarsılmaz xalq-ordu birliyi mövcuddur”
    Türkdilli Ölkələrin Parlament Assambleyasının adı dəyişdirilib
    “ATƏT-in Minski qrupu fəaliyyətini dayandırıb” - Lavrov
    Gəncə DYPŞ rəisinin bu günki idarəçiliyi əksəriyyətə örnək ola bilər
    Azərbaycan və Ermənistan Baş prokuroru görüşəcək
    Azərbaycanda tanınmış klinika fəaliyyətini dayandırdı - VİDEO
    Azərbaycanın amfibiya tipli təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb - VİDEO
    Lavrov Şəhidlər xiyabanını ziyarət edib
    Azərbaycan və Rusiya XİN başçılarının görüşü başlayıb
    Prezident BP qrupunun baş icraçı direktorunu qəbul edib
    Qara Dəniz Bankının Azərbaycana yatırımlarının həcmi açıqlandı
    Partiya rəhbərləri Zəngilana getdi
    Rusların atdığı raket öz başlarına düşdü – VİDEO
    Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafını daim xüsusi diqqətində saxlayır”
    Dünyanın ən varlı adamının övladı cinsiyyətini və adını dəyişdi - FOTO
    XİN Azərbaycana dəstək verən ölkələrə təşəkkür edib
Təsisçi: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
Baş redaktor: İbadullayev Bəybala Aşur oğlu
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir