İrşad Abbasov: Milli həmrəyliyin təntənəsi

  • 30-12-2021, 12:29
  • 190
İrşad Abbasov: Milli həmrəyliyin təntənəsi



Vətən müharibəsində Azərbaycanın əldə etdiyi parlaq qələbədən sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü fərqli şəkildə, daha yüksək əhvali-ruhiyyə, ruh yüksəkliyi ilə qarşılanır. Çünki bu əlamətdar bayramın özündə daşıdığı milli həmrəylik anlayışı İkinci Qarabağ savaşında möhtəşəm zəfərimizi şərtləndirdi, xalqımızı bir yumruq kimi birləşdirərək Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdirdi və uzun illər ürəklərdə kök salan yurd nisgilinə son qoydu, doğma ocaqlarından 30 il ərzində didərgin salınan məcburi köçkünləri Vətən istəyinə qovuşdurdu. Yeri gəlmişkən, Azərbaycanda, eləcə də respublikamızdan kənarda yaşayan soydaşlarımız arasında milli həmrəyliyin, təəssübkeşliyin möhkəmlənməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, dahi şəxsiyyətin ikinci dəfə hakimiyyətə gəlişi ərəfəsində ölkəmizdə acınacaqlı şərait hökm sürürdü. Bu dövrdə Azərbaycan respublikada yaşanan xaos, qarışıqlıq nəticəsində vətəndaş qarşıdurması ilə üzləşmişdi. Cəmiyyətdə qütbləşmə dəhşətli dərəcədə dərinləşmiş və separatizm meyilləri baş qaldırmışdı. Ermənistanın qəsbkarlığına qarşı aparılan müharibədə ön xətt mövqelərimiz demək olar ki, müdafiəsiz qalmışdı. Milli maraq və mənafelər ətrafında həmrəyliyin arxa plana keçirilməsi, unudulması onsuz da hələ kövrək olan müstəqilliyimiz üçün böyük təhlükə yaratmışdı, qarşıdurmanı kəskinləşdirmişdi. Lakin Ulu Öndərin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə gəlişi bu ciddi narahatlıq doğuran şəraiti aradan qaldırdı, Azərbaycanda davamlı sabitliyin və iqtisadi tərəqqinin əsası qoyuldu, milli birliyə nail olundu, azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi.

Bu fikirləri Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov deyib.

“Dahi öndərimizin rəhbərlik etdiyi müstəqil Azərbaycan ayrı-ayrı ölkələrdə məskunlaşan soydaşlarımızın milli iftixar, mənəvi dayaq və güvənc yerinə çevrildi. Ümummilli lider Heydər Əliyev təkcə respublikamızda deyil, eyni zamanda, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında milli həmrəyliyin yaranmasını, möhkəmlənməsini qarşıya prioritet vəzifə kimi qoydu və qısa müddətdə bu önəmli məqsədə nail oldu.

Onu da qeyd edim ki, dahi şəxsiyyət bu zəruri, taleyüklü məsələnin gerçəkləşməsinə hələ Naxçıvanda olarkən başlamışdı. Onun təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar qəbul edərək, dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etməsi bunun bariz ifadəsi idi”.

Bu qərar Azərbaycanda milli həmrəylik ideyasının möhkəmlənməsində, ayrı-ayrı qütblərdə dayanan, müxtəlif mövqelər sərgiləyən və beləliklə, vətəndaş savaşının iştirakçısına çevrilə biləcək qüvvələrin birləşməsində önəmli rol oynadı. Birlik və həmrəylik yolunda atılan bu ilk uğurlu addım indiyədək xalqımızın bir yumruq kimi birləşməsində, bir amal uğrunda fəaliyyət göstərməsində öz təsir gücünü qoruyub saxlayıb.

Ulu Öndərin milli həmrəylik və azərbaycançılıq amalının şüurlarda möhkəm yer tutmasına yönələn müdrik siyasəti ötən 18 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Bu, Vətən müharibəsində işğalçı üzərində möhtəşəm zəfərimizin gerçəkləşməsində əvəzsiz rol oynadı. Dövlətimizin başçısı savaşdan sonra çıxışlarının birində bu barədə dedi: “Biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü, müstəqilliyimizi göstərdik. Bu müharibədə biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Amma haqq yolundan dönmədik, daim irəliyə getdik, qələbəyə doğru inamla addımladıq. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq”.

İkinci Qarabağ müharibəsinin getdiyi günlərdə dünyanın bütün ölkələrində yaşayan soydaşlarımız da tarixdə görünməmiş vətənpərvərlik nümayiş etdirdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Müqəddəs Vətən savaşı zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və antiAzərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri qələbəmizə layiqli töhfə oldu.
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Biabırçı görüntülərlə bağlı qərar: müəllim cəzalandırıldı - RƏSMİ
    Pambığın alış qiyməti 50 manat artırılır
    Nazir Mübariz Qurbanlının qardaşı oğluna yeni vəzifə verdi
    Arif Məmmədov: Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir
    Azərbaycan BMT-də Xocalı soyqırımı canilərinin cəzasız qalması məsələsini qaldırıb
    Dövlət Komissiyası: Müharibədən sonra 396 Azərbaycan hərbçisinə aid meyit qalığı tapılıb
    Polisi aldadıb qabağa düşmək istədi, tutuldu -
    Bakıda Ağciyər Xəstəlikləri İnstitutunda yanğın: Polislər 40-dan artıq xəstəni xilas etdi
    Abşeronda qanlı cinayət: Dayı bacısı oğlunu güllələyib
    Koronavirusun
    Maqsud Mahmudovun istintaqı başa çatıb: 90 nəfər zərərçəkən var
    Tarixi ilk: İsrail prezidenti BƏƏ-yə gedir - Nə dəyişəcək...
    Dünyanın ən varlı 5 adamı iki həftə ərzində 85 milyard dollar itirib
    Nazir generalı təqaüdə göndərdi
    “WhatsApp”dan istifadəçiləri sevindirəcək yeni funksiya
    Azərbaycanın 3 səhiyyə qurumu birgə məlumat yaydı: Bu qayda onlara da aiddir
    Azərbaycan Prezidenti: “Ermənistandan müsbət xəbərlər alırıq”
    ABŞ Ukraynaya görə 10 minə yaxın qoşunu hazır vəziyyətə gətirdi
    İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim etdi
    6 rayonun başçısız qalmasının səbəbi nədir…
    İlham Əliyev iranlı naziri videoformatda qəbul edib
    Paşinyan Azərbaycan və Türkiyə ilə yolların açılmasının əhəmiyyətindən danışdı
    Zakir Həsənovun İrana səfəri başladı
    Ağsu Rayon Mərkəzi Xəstəxanasında vaksinasiya  davam edir
    Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür
    Paşinyan:
    Azərbaycanda müvəqqəti qeydiyyat ləğv olundu - DİN-dən AÇIQLAMA
    Dünya birjalarında neft bahalaşıb
    Bakının mərkəzində narkomanlar yuvası - Sakinlər üçün təhlükə - VİDEO
    Bakıda uşaqlarını görməyə gedən şəxs döyülərək öldürüldü - TƏFƏRRÜAT
    Avtomobili olanlar mütləq izləsin - Bundan sonra... - VİDEO
    Ermənistan prezidentinin cinayətləri aşkarlandı
    Azərbaycana nifrət edənlər Ermənistandan qaçır - Paşinyan Bakıyla razılaşdırıb
    Mario Balotelli 3 ildən sonra İtaliya millisinə qayıdıb
    Qisası alınan “Daşaltı əməliyyatı”ndan 30 il ötür
    Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi
    Bu cərimələr iki dəfə artırılır - RƏSMİ
    Müşfiq Abbasovdan tənqidlərə reaksiya:
    HACI ZEYNALABDİN TAĞIYEVİN ABİDƏSİNİN AÇILMASI ƏLAMƏTDAR HADİSƏDİR
    XIX əsrdə xeyriyyəçilik ənənələrini məhz Zeynalabdin Tağıyev qoymuşdur
    Zakir Həsənov sabah İrana rəsmi səfərə gedəcək
    İngiltərəli nazir: Müsəlman olduğum üçün qovuldum
    Azərbaycanda yüksək vəzifəyə təyinat - FOTO
    DİN-dən Çimnaz Sultanova ilə bağlı açıqlama
    Müdafiə naziri Sarkisyanı döyübmüş... - İLGİNC FAKTLAR
    Allahşükür Paşazadənin müşaviri vəfat etdi
    Diplomatlar Ukraynadan çıxarılır: müharibə təlaşı
    Narkotik vasitələri mürəbbə bankalarının arasında gizlədən şəxs saxlanılıb - FOTO
    Müşviq Abbasov yalan danışır? - FOTO
    Şuşaya gedən avtobuslara satılan biletlərin sayı açıqlandı
    Kamran Əliyev prokurorlarla iclas keçirir
    Vilayət Eyvazov polkovnik-leytenantı yüksək vəzifəyə təyin etdi
    Hacı Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox,  məhz xeyriyyəçi kimi qalmışdır
    Sarkisyanın səlahiyyətlərini o icra edəcək
    Sumqayıtda bir nəfər evdə yanaraq öldü
    Dünya birjalarında neft bahalaşır
    Bakı-Şuşa-Bakı ilk avtobus reysi yola düşdü - FOTO
    Mask və Bezos bir həftədə on milyardlarla dollar itirdi
    ABŞ Əfqanıstana 23 milyon dollar verdi
    Bu gündən Azərbaycanda yeni qayda qüvvəyə minib
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir