Bakının avtobus zolaqları: tıxac, “daxil ol” göstərişi... - AÇIQLAMALAR

  • 11-10-2021, 13:32
  • 42
Bakının avtobus zolaqları: tıxac, “daxil ol” göstərişi... - AÇIQLAMALAR


Ötən ilin dekabrından etibarən bir sıra Bakı küçələrində xüsusi avtobus zolaqları tətbiq olunur və əsas məqsəd avtobusların hərəkət fasiləsizliyini təmin etmək, ictimai nəqliyyata marağı artırmaqdır.

Lakin sözügedən layihənin müsbət tərəfləri ilə bərabər mənfi tərəfləri də tez-tez gündəmə gətirilir və müzakirə olunur. Bir çoxları avtobus zolaqlarının fərdi nəqliyyat vasilərinin yolunu daratldığını və tıxaclara yol açdığını düşünür. Bir sıra nəqliyyat ekspertləri isə Bakının insan yönümlü şəhərə çevrilməsi, fərdi nəqliyyat vasitələrindən istifadənin aşağı enməsi üçün bu layihəni əvəzolunmaz hesab edir.

Azərbaycanda orta və ali məktəblərdə ənənəvi tədrisin bərpası, pandemiya ilə bağlı əksər məhdudiyyətlərin götürülməsi son günlərdə paytaxt yollarında sıxlıq və tıxacların yaranmasına səbəb olub. Bu da pik saatlarda avtobus zolaqları ilə bağlı bir sıra narazılıqlar yaradır.

Bloger-urbanist “İnsan yönümlü şəhərlər” layihəsinin təsisçisi Anar Əliyev “Ölkə.Az”a açıqlamasında bildirdi ki, avtobus zolaqlarının əsas məqsədi pik saatlarında və tıxac zamanı ictimai nəqliyyatın fasiləsiz hərəkət etməsini təmin etməkdir: “Fasiləsiz hərəkət ictimai nəqliyyatı daha cəlbedici edir, avtobusdan istifadə etməni stimullaşdırır, şəxsi avtomobillərin istifadəsini azaldır. Bu isə öz növbəsində sıxlığın azalmasına gətirib çıxarır”.

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərli isə “Ölkə.Az”a açıqlamasında bildirdi ki, Bakı şəhərində avtobus zolaqlarının çəkilməsi normaldır və bu layihəni çoxdan icra etmək lazım idi: “Yaxşı olardı ki, bu zolaqlar Bakı şəhərinin bütün yollarını əhatə edərdi. Lakin vaxtilə paytaxtda yolların tikintisi zamanı heç də beynəlxalq standartlar nəzərə alınmayıb və şəhər yolları “butulka effekti”nə bənzəyir. Gah genişlənir, gah daralır, üç zolaqdan iki zolağa, iki zolaqdan bir zolağa keçir. Yolların quruluşu və strukturuna görə də ictimai nəqliyyatın hərəkəti problemli olur”.

Bakının avtobus zolaqları: tıxac, “daxil ol” göstərişi... - AÇIQLAMALAR


Qeyd edək ki, son günlərdə pik saatlarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin təmin olunması üçün fərdi nəqliyyat vasitələrinin də avtobus zolağında hərəkət etməsinə icazə verilir. Bu isə sosial şəbəkələrdə vətəndaşlar tərəfindən tənqid obyektinə çevrilib. Belə ki, bəzi vətəndaşlar hesab edir ki, özəlliklə sıxlıq zamanı avtobusların fasiləsiz hərəkətinə maneə olmamalıdır ki, qrafiklərində gecikmələr yaranmasın və ictimai nəqliyyata maraq daha çoxalsın. Bəziləri isə pik saatlarda sıxlığın qarşısının alması və nəqliyyat vasitələrinin fasiləsiz axınının təmin olunması üçün bu addımı zəruri hesab edir.

Bloger-urbanist A. Əliyev hesab edir ki, əgər Dövlət Yol Polisi bu zolağa digər avtomobilləri tıxac zamanı buraxırsa və avtobuslar yenə də tıxacda qalırsa, sürücülər bu halda şəxsi avtomobildən imtina etməyəcək. “Avtobusda tıxacda dayanmaqdansa - elə öz maşınımda tıxacda qalaram” məntiqi işə düşəcək:

“Dünya təcrübəsi göstərir ki, tıxaclarla mübarizənin əsas amili ictimai nəqliyyatı inkişaf etdirmək, onu daha cəlbedici etməkdir. Bakı şəhəri də bu təcrübəni nə qədər tez tətbiq edərsə, şəhərimiz bir o qədər tez tıxaclardan qurtular”.

Bakının avtobus zolaqları: tıxac, “daxil ol” göstərişi... - AÇIQLAMALAR


Ekspert Eldəniz Cəfərlinin sözlərinə görə, avtobus zolaqlarının çəkilməsi elə həyata keçirilməli idi ki, Bakı şəhərində öz fərdi avtomobili ilə hərəkət edən vətəndaşlara da şərait yaradılsın, onlar da uzun tıxaclarda qalmasınlar: “Avtobus zolağı çəkilən zaman yolda daralma baş verir, bu zaman avtomobillərin sürəti də azalır və bu da tıxaclara səbəb olur”.

“Bakının bəzi küçələrində avtobus zolağı çəkilən yollarda müəyyən saatlarda avtomobillərin hərəkətinə icazə verilir. Dövlət Yol Polisi əməkdaşları pik saatlarda avtobus zolağı ilə avtomobillərin hərəkətinə icazə verirsə, bu, normal haldır və belə də olmalıdır. Tıxacların qarşısını almaq üçün bu, çıxış yolu ola bilər”, - deyə ekspert vurğulayıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Vaqif Əsədov da mövzu ilə bağlı “Ölkə.Az”a danışıb. O bildirib ki, avtobusların sərbəst hərəkətinin təmin edilməsi üçün ayrılmış xüsusi zolaqlarda avtobusların sərbəst hərəkəti ilə bağlı müvafiq yol nişanları qoyulub. Həmin nişanların tələblərinə uyğun həmin ərazidə hərəkət tənzimlənir. Əks halda tələblər pozulursa, inzibati tənbeh tədbiri həyata keçirilir:

Bakının avtobus zolaqları: tıxac, “daxil ol” göstərişi... - AÇIQLAMALAR


“Yol hərəkətində ləngimələrin qarşısının alınması, süni sıxlığın aradan qaldırılması yaxud təhlükəsizliyin təmin edilməsi, yol hərəkətində təşkil məsələlərinin düzgün yerinə yetirilməsi ilə bağlı "Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən bəzən yol polisi özü nizamlayıcı qismində olur və hərəkəti tənzimləyir. Deməli, xidmət aparılan ərazidə yol polisi əməkdaşı nizamlayıcı qismində olub hərəkətlə bağlı hər hansı bir göstəriş verirsə, hətta işıqforun qırmızı işığı yanarkən “hərəkət et” siqnalı verilirsə, sürücü buna uyğun hərəkətini davam etdirməlidir. Hər gün yol polisi əməkdaşları nizamlayıcı qismində olub, hərəkəti tənzimləyir. Yol polisi “zolağa daxil ol” göstərişi verirsə, deməli müzakirəyə ehtiyac qalmır. Hərəkət iştirakçısı da bu tələbi birmənalı yerinə yetirməlidir. Bu zaman mərkəzi kamera sistemində də prosesə nəzarət olunur. Bu səbəbdən məsələni qəlizləşdirməyə ehtiyac yoxdur”.

DYP sözcüsü həmçinin əlavə etdi ki, bəzi avtobus zolaqlarında əlavə lövhəciklər qoyulub: “Məsələn, bunlar “08.00-10.00 və 18.00-19.00” yazıları olan lövhələr ola bilər. Bu lövhələr qoyulubsa, demək avtobusların hərəkəti üçün nəzərdə tutulmuş həmin ayrılmış zolaqda sözügedən saatlarda digər avtomobillərin hərəkəti qadağan olunub, digər saatlarda sərbəst hərəkət mümkündür. Yol hərəkəti haqqında qanun da bunun üçündür. Bu tələbləri düzgün yerinə yetirmək vacibdir ki, yol nəqliyyat hadisəsi baş verməsin, hərəkət iştirakçıları rahat, fasiləsiz, gecikmədən təhlükəsiz şəkildə getdiyi istiqamətə hərəkət edə bilsin”.
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edildi
    Bu gün dünya beynəlxalq münaqişələrin həllində ikili, üçlü standartların tətbiq olunduğu, güclünün haqlı, zəifin haqsız olduğu vəhşi təbiət qanunları ilə idarə olunan bir arenaya çevrilmişdir
    Zəngilanın azad olması həm də tarixi əhəmiyyətə malik olan Azərbaycan torpağının erməni vandalizmindən azad olması demək idi
    Torpağa su qarışanda palçıq, qan qarışanda Vətən olur!
    Metroda sərnişinlərin COVID pasportu yoxlanılır? - RƏSMİ AÇIQLAMA
    İcra başçısının Vətən müharibəsi barədə kobud səhv edən direktor arvadı işdən çıxarıldı - VİDEO
    Bakının mərkəzində baş verən yanğınla bağlı DYP-dən sürücülərə ÇAĞIRIŞ
    Ticarət mərkəzindəki yanğın yerindən CANLI YAYIM
    Vətən müharibəsinin 19-cu günü nələr baş verib?
    Azərbaycanda orta maaş artıb - MƏBLƏĞ
    Onlar da yenidən aparıcılıq edəcək - Fotolar
    İlham Əliyev:
    Qarabağda daha bir təxribat: silahlı ermənilər maşınla... - RƏSMİ
    Azərbaycan Müdafiə Nazirliyindən ermənilərə daha bir XƏBƏRDARLIQ
    İlham Əliyev:
    Azərbaycan Prezidenti:
    İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
    30 illik Qürur!
    Bu gün xalqımız tarixi inkişaf mərhələsini yaşayır
    Oktyabrın 18-i iş günü olacaq - RƏSMİ
    DİN-dən azyaşlının narkotikdən istifadə etməsi iddialarına reaksiya
    Azərbaycan Ordusunun hərbçisi intihar etdi
    Milli Məclis Prezident və xanımını təbrik edib
    Milli Məclisin iclası başlayıb
    Bakının bu ərazisində su kəsiləcək
    18 yaşlı tələbə qız babasını öldürdü - TƏFƏRRÜAT (VİDEO)
    Azərbaycanda illik inflyasiya 5% keçdi
    Müdafiə Nazirliyindən vətəndaşlara müraciət
    İrəvan Bakının şərtini qəbul edəcək - Moskvanın səbri də tükənir
    Bayden Avropa ölkələrinə səfər edəcək
    Əvəz Qocayev vətəninə, millətinə necə bağlı olduğunu II Qarabağ müharibəsindən sonra da sübut etdi
    Atatürkü o canlandıracaq
    Azərbaycanda yağların tərkibi ilə bağlı yeni sənəd layihəsi hazırlanıb
    Duman olacaq, külək əsəcək - SABAHIN HAVASI
    Prezident sərəncam verdi: 3,3 milyon manat ayrıldı
    Azərbaycanda enerji içkilərindən cəmi biri saxta deyil - RƏSMİ
    Əvəz Qocayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
    İran Azərbaycana hərbi yardım etməyib... - Polkovnik tarixdə olanları açıqladı
    Azərbaycanda maklerdən tələbə qıza əxlaqsız təklif - VİDEO
    Ceyhun Bayramov Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
    Ölkəsi böhran yaşayan baş nazirin lüks villadakı istirahəti tənqid edildi - FOTO
    Vətən müharibəsi şəhidi ilə vida mərasimi keçirilir - FOTO
    İranlı ekspert Tehranın əsassız iddialarını 17 dəlillə çürütdü - VİDEO
    Şəhidlər haqqında nalayiq ifadələr işlədən şəxslə bağlı araşdırma başladı - FOTO
    Lirədən manat və dollar qarşısında REKORD UCUZLAŞMA
    Hadrut əməliyyatı Şuşa istiqamətində irəliləmək üçün mühüm əhəmiyyətə malik idi
    Türkiyə Mərkəzi Bankında 3 rəhbər şəxs vəzifəsindən azad edildi
    Azərbaycan Ordusu 44 gün ərzində ədalətli və ləyaqətli müharibə apardı
    19 yaşlı sürücünün qəzadan sonra DYP əməkdaşlarına ilk sözü bu olub - VİDEO
    Ərdoğan dörd günlük Afrikaya gedir
    Kaliforniyanın ikinci ən böyük şəhərində 18 oktyabr Azərbaycan Günü elan olunub
    İran Qarabağda Azərbaycan sərvətini belə talayırdı - VİDEO
    Bakının bu ərazisində yaşayan sakinlər köçürülür
    Bakıda baş verən ağır qəzada xəsarət alanların vəziyyəti necədir?
    Bakıda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri - ANBAAN VİDEO
    Ermənistanda peyvənd prosesində kütləvi rüşvət faktları aşkarlanıb, saxlanılanılar var
    Qəhrəmanlıq yolu
    Sabaha gözlənilən hava proqnozu açıqlanıb
    Azərbaycanda “Whatsapp” səs yazısı valideynləri vahiməyə salıb - DİN-dən AÇIQLAMA - AUDİO
    Bakıda bu yollar təmir ediləcək - Prezidentdən SƏRƏNCAM
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir