Azərbaycan ordusu “məğlubedilməz erməni əsgəri” mifini dəfn etdi

  • 9-10-2021, 11:08
  • 117
Azərbaycan ordusu “məğlubedilməz erməni əsgəri” mifini dəfn etdi


4 oktyabr Azərbaycan tarixində əlamətdar günlərdən biridir. Məhz bu gün Azərbaycan ordusu düşmən müdafiəsini yararaq Cəbrayılı yağı düşmənin işğalından azad etmişdir. Cəbrayıl rayonu 44 günlük Vətən müharibəsində azad edilən ilk rayon olub. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Cəbrayılın azad olunmasından artıq bir il keçir. Cənab Prezident İlham Əliyev 4 oktyabrda Cəbrayıla səfər edib, səfər zamanı Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlləri qoyulub. Daha sonra Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri, ziyalılar ilə görüşüb, cəbrayıllıları öz Vətənlərində salamlayan Prezident, icimaiyyəti maraqlandıran mühüm əhəmiyyətli məsələlərə toxunub. Birinci Qarabağ müharibəsindən sonra vaxtilə əzəməti, gözəlliyi ilə seçilən Azərbaycan şəhərləri erməni vandalizminin, vəhşiliyinin qurbanına çevrildi. Daşı-daş üstünə qoymadılar, ilmə-ilmə sökdülər. Qəhrəmanlar yurdu, igidlər oylağı Cəbrayıl erməni vəhşiliyinin acı tərəfini yaşadı. Lakin, bu torpağın əzəli sakinləri qədim yurdlarına qayıdıblar, dövlətimiz və xalqımız dağılmış şəhərləri, kəndləri, qəsəbələri bərpa etmək, dirçəltmək əzminə malikdir. Bu potensial bizim iqtisadi və siyasi gücümüzdən qaynaqlanır. İlham Əliyevin dediyi kimi “Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buraya gələn hər bir insan bu dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi”.

Müharibədən və Cəbrayılın azad olunmasından sonra mühüm hadisələri təhlil edərkən, Cəbrayılın azad edilməsinin müharibənin taleyindəki əhəmiyyəti daha aydın sezilməyə başlayır. Zəngilanın, Qubadlı və Laçın rayonunun işğalçılardan azad olunması məhz Cəbrayılın azad olunmasından sonra mümkün olmuşdur. Azərbaycan ordusunun böyük şücayəti nəticəsində böyük istehkamlar dağıdıldı, beləliklə ordumuz Laçın dəhlizini tam nəzarətə götürə bildi. İlham Əliyev Cəbrayıl əməliyyatının əhəmiyyətinə toxunaraq bildirir : - “Eyni zamanda, Füzuli, Cəbrayıl əməliyyatlarından sonra Hadruta yolumuz açıldı. Oktyabrın 9-da Hadrut qəsəbəsi azad edildi və Şuşaya yolumuz açıldı. Həm də Cəbrayıl əməliyyatının çox böyük əhəmiyyəti var idi və deyə bilərəm ki, həlledici əhəmiyyəti var idi. Çünki biz düşmənin müdafiə xəttini məhz bu istiqamətdə yara bilmişik”.

Böyük Qayıdış Cəbrayıldan başladı. Cəbrayılın azad olunması beş il bundan əvvəl başlamışdır. 2017-ci ildə Azərbaycan ordusu geniş miqyaslı hərbi əməliyyatlara başladı. Mühüm əhəmiyyətli bir sıra məntəqə və Ağdərə istiqamətində önəmli strateji yüksəkliklər məhz həmin dövrdə azad olundu. Strateji yüksəkliklərin azad olunması ilə Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Erməni mətbuatı hər vəchlə Azərbaycanın uğurlarını kiçiltməyə, daxili auditoriyanı müxtəlif yalan məlumatlarla aldatmağa çalışdı. Lakin, Azərbaycan əsgərinin sənət əsəri göz önündə idi. Ordumuz tərəfindən şülküt edilmiş, miskin erməni əsgərinin simasından dünyada ləyaqətsiz nə ola bilər axı?! Aprel döyüşləri əslində miskin erməni ordusuna xəbərdarlıq idi, lakin onlar bu xəbərdarlıqdan nəticə çıxarmadılar. Xarici havadarlarının havası ilə oynayan Ermənistan Dəmir yumruğun əzəmətini öz başında hiss etdi.

“Yenilməz Ermənistan ordusu”-nun qalıqları Hərbi Qənimətlər Muzeyində açıq havada sərgilənir. Azərbaycan ordusu neofaşist erməni ideologiyasını və “məğlubedilməz erməni əsgəri” mifini dəfn etdi. Cənab Ali Baş Komandan İlham Əliyev Cəbrayıl ziyalıları ilə görüşündə Ermənistanın Böyük Ermənistan, dənizdən-dənizə qədər mifik Ermənistan xülyasından əl çəkməyə, qonşuları Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa dəvət etdi.

Hazırda regionda real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Türkiyə-Rusiya əməkdaşlığı regionumuzda sabitliyin təminatçısıdır. Azərbaycan son dövrlər Türkiyə-Ermənistan arasındakı siyasi ab-havanın normallaşması ilə bağlı verilən ifadələri dəstəkləyir. Regionda sülhün bərqərar olması region dövlətlərinin inkişafı baxımından əhəmiyyətlidir. Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan formatı regionun tarixində yeni səhifələr açacaq. Lakin, əsas məsələni unutmaq olmaz, “bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz. Bunu hər kəs bilməlidir”.

Azərbaycanın 44 günlük müharibədəki qələbəsi çoxlarının əsl simasını göstərdi, dostumuz kim, düşmənimiz kim məlum oldu. İstər müharibə dönəmində, istər müharibədən sonra Ermənistana qahmar çıxan çox oldu. Ermənistanla münasibətlərdə xüsusi canfəşanlıq göstərən bu qüvvələr regionun gələcək inkişafını düşünmür, Azərbaycana qarşı iftira xarakterli çıxışlardan çəkinmirlər. Bu gün Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham edirlər. Azərbaycan hər hansı bir dövlətin sərhədlərini pozmayıb, 1920-ci ilə aid, Çar dövrünə aid xəritələrə əsasən öz ərazi bütövlüyünü təmin edir. Ermənistan bunu etiraf etdiyi bir vaxtda, ona qahmar çıxanlar Azərbaycanın Gorus-Qafan yolunu nəzarətə götürməsini sərhədləri pozmaq kimi qələmə verirlər. Bu gülünc fikirlərin qarşısında Azərbaycan öz maraqlarından imtina etmək fikrində deyil.

“Cəbrayıllılar Cəbrayılda yaşayacaqlar”- cənab İlham Əliyev görülən tədbirlərlə bağlı media nümayəndələrini və ictimaiyyəti məlumatlandırdı. Cəbrayıl rayonunun elektrik təchizatı ilə bağlı artıq demək olar ki, bütün işlər görülüb. Cəbrayıl yarımstansiyası fəaliyyətə başladı. Cəbrayıla 4-6 zolaqlı geniş yol çəkilməkdədir. Təhlükəsizliklə bağlı mühüm addımlar atılıb, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışı oldu. Bu gün iqtisadi fəallıq üçün önəmli addımlar atıldı. 200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası”nın təməli qoyuldu. Rusiya və Türkiyə şirkətləri bölgəyə investisiya qoymağa başladılar.

Doğma yurddan gözəl nə ola bilər?! Bu sevinci bizlərə bəxş edən başda Ali Baş Komandan olmaqla rəşadətli, müzəffər Azərbaycan ordusuna borcluyuq. Qayıdışımız mübarək!

Bakıxanov qəsəbəsi, 80 saylı tam orta məktəbin

müəllimi Aytən Sərdarlı
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edildi
    Bu gün dünya beynəlxalq münaqişələrin həllində ikili, üçlü standartların tətbiq olunduğu, güclünün haqlı, zəifin haqsız olduğu vəhşi təbiət qanunları ilə idarə olunan bir arenaya çevrilmişdir
    Zəngilanın azad olması həm də tarixi əhəmiyyətə malik olan Azərbaycan torpağının erməni vandalizmindən azad olması demək idi
    Torpağa su qarışanda palçıq, qan qarışanda Vətən olur!
    Metroda sərnişinlərin COVID pasportu yoxlanılır? - RƏSMİ AÇIQLAMA
    İcra başçısının Vətən müharibəsi barədə kobud səhv edən direktor arvadı işdən çıxarıldı - VİDEO
    Bakının mərkəzində baş verən yanğınla bağlı DYP-dən sürücülərə ÇAĞIRIŞ
    Ticarət mərkəzindəki yanğın yerindən CANLI YAYIM
    Vətən müharibəsinin 19-cu günü nələr baş verib?
    Azərbaycanda orta maaş artıb - MƏBLƏĞ
    Onlar da yenidən aparıcılıq edəcək - Fotolar
    İlham Əliyev:
    Qarabağda daha bir təxribat: silahlı ermənilər maşınla... - RƏSMİ
    Azərbaycan Müdafiə Nazirliyindən ermənilərə daha bir XƏBƏRDARLIQ
    İlham Əliyev:
    Azərbaycan Prezidenti:
    İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
    30 illik Qürur!
    Bu gün xalqımız tarixi inkişaf mərhələsini yaşayır
    Oktyabrın 18-i iş günü olacaq - RƏSMİ
    DİN-dən azyaşlının narkotikdən istifadə etməsi iddialarına reaksiya
    Azərbaycan Ordusunun hərbçisi intihar etdi
    Milli Məclis Prezident və xanımını təbrik edib
    Milli Məclisin iclası başlayıb
    Bakının bu ərazisində su kəsiləcək
    18 yaşlı tələbə qız babasını öldürdü - TƏFƏRRÜAT (VİDEO)
    Azərbaycanda illik inflyasiya 5% keçdi
    Müdafiə Nazirliyindən vətəndaşlara müraciət
    İrəvan Bakının şərtini qəbul edəcək - Moskvanın səbri də tükənir
    Bayden Avropa ölkələrinə səfər edəcək
    Əvəz Qocayev vətəninə, millətinə necə bağlı olduğunu II Qarabağ müharibəsindən sonra da sübut etdi
    Atatürkü o canlandıracaq
    Azərbaycanda yağların tərkibi ilə bağlı yeni sənəd layihəsi hazırlanıb
    Duman olacaq, külək əsəcək - SABAHIN HAVASI
    Prezident sərəncam verdi: 3,3 milyon manat ayrıldı
    Azərbaycanda enerji içkilərindən cəmi biri saxta deyil - RƏSMİ
    Əvəz Qocayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
    İran Azərbaycana hərbi yardım etməyib... - Polkovnik tarixdə olanları açıqladı
    Azərbaycanda maklerdən tələbə qıza əxlaqsız təklif - VİDEO
    Ceyhun Bayramov Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
    Ölkəsi böhran yaşayan baş nazirin lüks villadakı istirahəti tənqid edildi - FOTO
    Vətən müharibəsi şəhidi ilə vida mərasimi keçirilir - FOTO
    İranlı ekspert Tehranın əsassız iddialarını 17 dəlillə çürütdü - VİDEO
    Şəhidlər haqqında nalayiq ifadələr işlədən şəxslə bağlı araşdırma başladı - FOTO
    Lirədən manat və dollar qarşısında REKORD UCUZLAŞMA
    Hadrut əməliyyatı Şuşa istiqamətində irəliləmək üçün mühüm əhəmiyyətə malik idi
    Türkiyə Mərkəzi Bankında 3 rəhbər şəxs vəzifəsindən azad edildi
    Azərbaycan Ordusu 44 gün ərzində ədalətli və ləyaqətli müharibə apardı
    19 yaşlı sürücünün qəzadan sonra DYP əməkdaşlarına ilk sözü bu olub - VİDEO
    Ərdoğan dörd günlük Afrikaya gedir
    Kaliforniyanın ikinci ən böyük şəhərində 18 oktyabr Azərbaycan Günü elan olunub
    İran Qarabağda Azərbaycan sərvətini belə talayırdı - VİDEO
    Bakının bu ərazisində yaşayan sakinlər köçürülür
    Bakıda baş verən ağır qəzada xəsarət alanların vəziyyəti necədir?
    Bakıda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri - ANBAAN VİDEO
    Ermənistanda peyvənd prosesində kütləvi rüşvət faktları aşkarlanıb, saxlanılanılar var
    Qəhrəmanlıq yolu
    Sabaha gözlənilən hava proqnozu açıqlanıb
    Azərbaycanda “Whatsapp” səs yazısı valideynləri vahiməyə salıb - DİN-dən AÇIQLAMA - AUDİO
    Bakıda bu yollar təmir ediləcək - Prezidentdən SƏRƏNCAM
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir