Bu il Azərbaycan tarixinin ən şərəfli illərindən sayılır..

  • 22-09-2021, 17:14
  • 147
Bu il Azərbaycan tarixinin ən şərəfli illərindən sayılır..


1988-ci ildən etibarən Azərbaycanın ən ağrılı problemi olan və Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə dondurulmuş münaqişə olaraq dəyərləndirilən Dağlıq Qarabağ məsələsi, nəhayət ki öz ədalətli həllini tapdı. Uğurlu hərbi əməliyyatla çox qısa bir müddətdə cəmi 44 gün ərzində Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etdi.

İkinci Qarabağ zəfərinə müxtəlif aspektlərdən baxdığımız zaman diqqət edilməsi lazım olan əsas məsələ Azərbaycanın bu müqəddəs müharibədə tamamilə haqlı olmasıdır. Belə ki, 30 ilə yaxın müddətdə BMT başda olmaqla bir çox beynəlxalq təşkilatlar Ermənistanı işğala dərhal son qoymağa çağırsa da mənfur düşmən hüquq normalarını heçə sayaraq heç bir əməli addım atmamışdır.

Ölkəmizin bu möhtəşəm zəfər qazanmasında ən öndə gələn səbəb isə şübhəsiz ki, ordu quruculuğu və bu siyasətin başlıca nəticəsi olan hərbi üstünlüyüdür. ABŞ-ın Global Fire Power təşkilatının yayınladığı mövcud hərbi güc indeksinə nəzər yetirdiyimiz zaman bu üstünlük bariz şəkildə özünü göstərir. Belə ki , Azərbaycan 64-cü , Ermənistan isə 111-ci yerdə qərarlaşıb. Həmçinin müharibənin başladığı 27 sentyabr tarixində ordumuzun 67 min nəfərinə qarşı düşmən 45 min nəfərlə müqavimət göstərməyə cəhd etmişdir. Bununla yanaşı hərbi əməliyyatların gedişində Ermənistanın 5 milyard dollar dəyərində silah sursatının ələ keçirilməsi və ya məhv edilməsi düşmənin məlubiyyətinin miqyası haqqında kifayət qədər dolğun təəsurat yaradır.

Həddən artıq ustalıq və ehtiyatlı beynəlxalq siyasət də qələbəmizi şərtləndirən əsas amillərdən hesab olunmalıdır. Türkiyənin siyasi, hərbi dəstəyini almaqla yanaşı Rusiya və İranın bitərəfliyinə nail olmaq düşünülmüş və uzaqgörən siyasətin birbaşa nəticəsidir.

Prezident İlham Əliyevin müharibə əsnasında bütün məsələlərə birbaşa təsir göstərməsi xüsusilə təqdirəlayiqdir. Onun dünyaca məşhur telekanallara və digər media orqanlarına səlis , səmimi və inamlı müsahibələr verməsi həmçinin xalqı müharibəyə aid ugurlar barədə şəxsən məlumatlandırması diqqətəlayiq hadisələrdəndir.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə noyabrın 8-də Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, bununla da, Ermənistan öz məğlubiyyətini etiraf etmişdir. 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Ermənistan kapitulyasiyaya uğrayaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur olmuşdur.

Bu il Azərbaycan tarixinin ən şərəfli illərindən sayılır. Bu mənada, hər birimiz bu şanlı tarixə şahidlik etdiyimizə görə mübaliğəsiz olaraq özümüzü bəxtəvər saya bilərik. İndiyə qədər təqvimlərdə şəhər və rayonlarımızın, kənd və qəsəbələrimizin işğal tarixlərini göstərən qara haşiyəli günlərin kədərini qəlbində daşıyan bizlərə bu günlər düşmən əsarətindəki torpaqlarımızın azad edildiyi müqəddəs tarixi günləri yaşamaq səadəti nəsib oldu. Dünənəcən ruhən əzilmiş, sınmış, taqətdən düşmüş halda bomboz həyat sürən, zaman etibarı ilə ən azından son bir neçə onillikdə qalibiyyət sevincinə tamarzı qalan, zəfərə təşnə olan bizlər bu gün qəlbimizdə Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Ordumuzun şəhər və rayonlarımızı, qəsəbə və kəndlərimizi bir-birinin ardınca işğaldan azad etməsi xəbərlərinin sonsuz sevincini daşıdıq, fərəh və coşğusunu yaşadıq. Allahdan bütün şəhidlərimizə rəhmət qazilərimizə isə can sağlığı arzulamaq hər birimizin borcudur. Şəhid və qazi ailələrinə daim dəstək olmalı ,onları daim başüstündə tutmalıyıq. Unutmayaq

ki milli heysiyyat və qürur hissimiz onların sayəsində geri döndü. Bunun üçün təkcə dövlət dəstəyi ilə kifayətlənməməli, cəmiyyətimizin hər bir fərdi olaraq səfərbər olmalıyıq. Yaşasın bütöv Azərbaycan!

Maştağa qəsəbəsi, 255 saylı tam orta məktəbin

tarix müəllimi Samiq Abdullayev
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edildi
    Bu gün dünya beynəlxalq münaqişələrin həllində ikili, üçlü standartların tətbiq olunduğu, güclünün haqlı, zəifin haqsız olduğu vəhşi təbiət qanunları ilə idarə olunan bir arenaya çevrilmişdir
    Zəngilanın azad olması həm də tarixi əhəmiyyətə malik olan Azərbaycan torpağının erməni vandalizmindən azad olması demək idi
    Torpağa su qarışanda palçıq, qan qarışanda Vətən olur!
    Metroda sərnişinlərin COVID pasportu yoxlanılır? - RƏSMİ AÇIQLAMA
    İcra başçısının Vətən müharibəsi barədə kobud səhv edən direktor arvadı işdən çıxarıldı - VİDEO
    Bakının mərkəzində baş verən yanğınla bağlı DYP-dən sürücülərə ÇAĞIRIŞ
    Ticarət mərkəzindəki yanğın yerindən CANLI YAYIM
    Vətən müharibəsinin 19-cu günü nələr baş verib?
    Azərbaycanda orta maaş artıb - MƏBLƏĞ
    Onlar da yenidən aparıcılıq edəcək - Fotolar
    İlham Əliyev:
    Qarabağda daha bir təxribat: silahlı ermənilər maşınla... - RƏSMİ
    Azərbaycan Müdafiə Nazirliyindən ermənilərə daha bir XƏBƏRDARLIQ
    İlham Əliyev:
    Azərbaycan Prezidenti:
    İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
    30 illik Qürur!
    Bu gün xalqımız tarixi inkişaf mərhələsini yaşayır
    Oktyabrın 18-i iş günü olacaq - RƏSMİ
    DİN-dən azyaşlının narkotikdən istifadə etməsi iddialarına reaksiya
    Azərbaycan Ordusunun hərbçisi intihar etdi
    Milli Məclis Prezident və xanımını təbrik edib
    Milli Məclisin iclası başlayıb
    Bakının bu ərazisində su kəsiləcək
    18 yaşlı tələbə qız babasını öldürdü - TƏFƏRRÜAT (VİDEO)
    Azərbaycanda illik inflyasiya 5% keçdi
    Müdafiə Nazirliyindən vətəndaşlara müraciət
    İrəvan Bakının şərtini qəbul edəcək - Moskvanın səbri də tükənir
    Bayden Avropa ölkələrinə səfər edəcək
    Əvəz Qocayev vətəninə, millətinə necə bağlı olduğunu II Qarabağ müharibəsindən sonra da sübut etdi
    Atatürkü o canlandıracaq
    Azərbaycanda yağların tərkibi ilə bağlı yeni sənəd layihəsi hazırlanıb
    Duman olacaq, külək əsəcək - SABAHIN HAVASI
    Prezident sərəncam verdi: 3,3 milyon manat ayrıldı
    Azərbaycanda enerji içkilərindən cəmi biri saxta deyil - RƏSMİ
    Əvəz Qocayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
    İran Azərbaycana hərbi yardım etməyib... - Polkovnik tarixdə olanları açıqladı
    Azərbaycanda maklerdən tələbə qıza əxlaqsız təklif - VİDEO
    Ceyhun Bayramov Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
    Ölkəsi böhran yaşayan baş nazirin lüks villadakı istirahəti tənqid edildi - FOTO
    Vətən müharibəsi şəhidi ilə vida mərasimi keçirilir - FOTO
    İranlı ekspert Tehranın əsassız iddialarını 17 dəlillə çürütdü - VİDEO
    Şəhidlər haqqında nalayiq ifadələr işlədən şəxslə bağlı araşdırma başladı - FOTO
    Lirədən manat və dollar qarşısında REKORD UCUZLAŞMA
    Hadrut əməliyyatı Şuşa istiqamətində irəliləmək üçün mühüm əhəmiyyətə malik idi
    Türkiyə Mərkəzi Bankında 3 rəhbər şəxs vəzifəsindən azad edildi
    Azərbaycan Ordusu 44 gün ərzində ədalətli və ləyaqətli müharibə apardı
    19 yaşlı sürücünün qəzadan sonra DYP əməkdaşlarına ilk sözü bu olub - VİDEO
    Ərdoğan dörd günlük Afrikaya gedir
    Kaliforniyanın ikinci ən böyük şəhərində 18 oktyabr Azərbaycan Günü elan olunub
    İran Qarabağda Azərbaycan sərvətini belə talayırdı - VİDEO
    Bakının bu ərazisində yaşayan sakinlər köçürülür
    Bakıda baş verən ağır qəzada xəsarət alanların vəziyyəti necədir?
    Bakıda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri - ANBAAN VİDEO
    Ermənistanda peyvənd prosesində kütləvi rüşvət faktları aşkarlanıb, saxlanılanılar var
    Qəhrəmanlıq yolu
    Sabaha gözlənilən hava proqnozu açıqlanıb
    Azərbaycanda “Whatsapp” səs yazısı valideynləri vahiməyə salıb - DİN-dən AÇIQLAMA - AUDİO
    Bakıda bu yollar təmir ediləcək - Prezidentdən SƏRƏNCAM
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir