Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir

  • 23-07-2021, 21:02
  • 190
Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir


Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir. Keçən əsrin 90-cı illərindən başlayan bu münasibətlərin dinamikası zaman-zaman fərqli olub. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu əlaqələr ən yüksək səviyyəyə çatmışdır. Avropa İttifaqı Cənubi Qafqaz dövlətləri ilə münasibətlərin qurulmasında müəyyən təcrübəyə malikdir. Belə ki, 1992-ci ildən başlayaraq Avropa İttifaqı müxtəlif proqramlar vasitəsilə region ölkələri ilə əlaqələrini inkişaf etdirməyə çalışır. Aİ ölkələri Cənubi Qafqazda müxtəlif layihələrə sərmayə yatırıb. Ən böyük sərmayə Azərbaycanın neft sektoruna qoyulub. Heydər Əliyevin başçılığı altında 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi”ndə Azərbaycanla əməkdaşlıq edən əsasən Aİ ölkələri olub. İlham Əliyevin hakimiyyəti dövründə bu əlaqələr daha da inkişaf etdirilmiş, bir çox layihələrin əsası qoyulmuşdur. Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır.

2021-ci il 18 iyul tarixində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üç Qafqaz dövlətinə səfəri ilə bağlı Azərbaycana gəlib. Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ali qonağın görüşündən sonra mətbuat konfransında Azərbaycan Prezidenti görüş barədə fikirlərini bölüşüb. Enerji təhlükəsizliyinin təmin olunmasının əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub: Cənub Qaz Dəhlizi layihəsi tamamlanıb, Cənub Qaz Dəhlizinin sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Nəhəng nəqliyyat infrastruktur layihələri Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətindən xəbər verir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin tamamlaması Avropa ilə Asiya arasında iqtisadi əllaqələrin genişlənməsində Aərbaycanın rolunu daha da artırır.

Azərbaycan öz qələbəsi ilə bütün regionda yeni reallıq yaradıb. İqtisadi cəhətdən regionda güclü olan Azərbaycan müzəffər ordu yaradaraq öz tarixi torpaqlarını işğaldan azad etdi, bununla da, Azərbaycan ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoydu.

Avropa İttifaqı ölkələri ilə hərtərəfli əməkdaşlıq Azərbaycan reallığını əks etdirir. Avropa İttifaqı ölkələri 1945-ci ildən sonra formalaşan dövlət sərhədlərini tanımış, Azərbaycanın ərazi bütövlüyünü qəbul etmişlər. Əksər ölkələr ikinci dünya müharıbəsindən sonra formalaşan dövlət sərhədlərinin dəyişdirilməsinin mümkünsüz olduğunu söyləyirlər. Münaqişənin həlli yolunun Azərbaycanın dövlət sərhədlərinin dəyişdirilməməsi müqabilində həll olunmasının tərəfdarıdırlar. Azərbaycanın haqq işi Avropa İttifaqı tərəfindən dəstəklənir. Bütün bunlar ölkə başçısının apardığı uğurlu siyasətin nəticəsidir.

Azərbaycan Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi. Ona görə də indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır”- deyə bildirən İlham Əliyev daha sonra qeyd etdi ki: “Bütün kommunikasiyaların açılması münaqişədən sonrakı nizamlanmada mühüm məsələdir. Mövcud müasir infrastruktur və nəqliyyat Azərbaycana öz ərazilərində layihələri nisbətən qısa zamanda həyata keçirməyə

imkan verəcək. Beləliklə, Azərbaycan yenə də Avropa İttifaqı ilə münasibətlərin real zəmində səmərəli olması üçün üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir. Bununla rəsmi Bakı həm Avropa İttifaqı ilə əlaqələri gücləndirir, həm də bir daha regionun aparıcı dövləti, lider ölkəsi kimi fəallığını ortaya qoyur. Əminliklə demək olar ki, Aİ-Azərbaycan münasibətləri yalnız ziddiyyətlərlə deyil, həm də perspektivlə xarakterizə olunur. Azərbaycan Prezidentinin qətiyyəti və ədalətli siyasəti ilə tərəflər arasında əlaqələrin güclənəcəyinə yeni ümidlər yaranmaqdadır.

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin

ibtidai sinif müəllimi İradə Məlikova
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Zakir Həsənov II Fəxri xiyabanı ziyarət edib - FOTO
    Prezident: “Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur”
    Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
    Prezident: “Kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin”
    İlham Əliyev: “Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf Azərbaycandır”
    Peyvəndin yaradıcısı özü niyə vaksin vurdurmayıb? -
    İlham Əliyev: “Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu”
    Vətən müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin təməli qoyulacaq
    İlham Əliyev: “Azərbaycan İkinci Qarabağ müharibəsində tam qələbə qazanıb”
    Xalq şəhidlərini anır - VİDEO
    Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı
    Ali Baş Komandan xalqa müraciət edir - Canlı yayım
    Sentyabrın 27-də azad olunan ərazilər - SİYAHI
    Vətən Müharibəsi Şəhidlərinə yeni mahnı həsr olunub – VİDEO
    Vətən Müharibəsi belə başladı - Video
    İlham Əliyevdən Anım Günü ilə bağlı paylaşım - FOTO
    Bu gün Azərbaycanda Anım Günüdür
    Biləsuvarlı Murov qartalı - foto
    Bakıda maşınları əzərək polisdən qaçan avtoxuliqan saxlanıldı - VİDEO
    ATƏT Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışlayıb
    Hazırda çaylarda sel və daşqın hadisəsi müşahidə olunur
    Sülhməramlıların komandiri yenə dəyişdi - FOTO
    Rusiya və Türkiyə gəmiləri toqquşdu - FOTOLAR/YENİLƏNİB
    Ceyhun Bayramov Ermənistan xarici işlər naziri ilə görüşüb
    Ağdamın Ətyeməzli kəndi - VİDEO
    İlham Əliyev:
    İlham Əliyev Putinlə danışıqlarının detallarını açıqlayıb
    Azərbaycan lideri:
    Prezident Zəngilan və Şuşa sakinlərinin köçürüləcəyi vaxtı açıqladı
    Prezident: “Paytaxt Bakı Ermənistanın raket hücumlarının hədəfi idi”
    İlham Əliyev İraqın neft nazirini qəbul edib
    Azərbaycan Prezidenti:
    İlham Əliyev:
    Məktəblərdə şəhid Cəbrayıl Dövlətzadə adına sinif otaqları yaradılıb - FOTO
    Mövlud Çavuşoğlu Ermənistanla sərhədlərin açılması şərtlərindən danışdı
    Prezident “Dəmir yumruq” ifadəsinin necə yarandığını açıqlayıb
    İlham Əliyev: “Biz 44 günlük müharibə ərzində daha bir ordu korpusu formalaşdırdıq”
    Jirinovski: Ermənilərə dəstəyi dayandırın!
    İlham Əliyev:
    Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edir - VİDEO
    Sabahın hava proqnozu AÇIQLANDI
    Bu rayonlara güclü yağış yağır - Sel və daşqın var
    Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlanıb
    DİN əməliyyat keçirdi, 27 nəfər saxlanıldı
    İngiltərə baş naziri Boris Consondan Ərdoğanla görüşündə şok etiraflar
    ŞOK: Erməni məhsulları İran vasitəsi ilə AZƏRBAYCAN BAZARINDA!!! - PƏRDƏARXASI MƏQAMLAR
    Kumandan etiraf: “Messi nöqsanlarımızı örtürdü”
    Bakıda təhlükəli manevrlər edən sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO
    Ceyhun Bayramov Avropa Şurasının baş katibi ilə görüşüb
    Qudasını vuran şəhid atası saxlanıldı
    Ukraynada “Bayraktar” istehsal edən zavod tikiləcək
    Rusiyada koronavirusun yeni ştamı aşkar olundu
    Bu ərazilərdə su olmayacaq - SİYAHI
    Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşü keçiriləcək
    Azərbaycanın Baş prokuroru Qazaxıstanda səfərdədir
    Avro və və lirə ucuzlaşdı - Rəsmi məzənnə
    Azərbaycanda iyrənc hadisə: Ata iki qızına təcavüz etdi
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir