Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib

  • 17-07-2021, 12:38
  • 350
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib.

Azərbaycanlılar 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü illərdə də indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə didərgin salınıb və deportasiya ediliblər. Yalnız 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki tarixi yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Bu zaman onların bir hissəsi, xüsusilə qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək həlak olub. 1992-1993-cü illərdə isə Ermənistan odusu tərəfindən Azərbaycanın 11 rayonu işğal edilmişdir.

Qarabağdakı münaqişə BMT-də dəfələrlə müzakirə edilib. 1993-94-cü illərdə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dörd qətnamə qəbul edib, amma onların heç biri yerinə yetirilməyib.

Azərbaycan hər zaman Dağlıq Qarabağ Münaqişəsinin sülh yolu ilə həll etməyə cəhd etsədə Ermənistan tərəfi buna zidd hərəkətlər edərək dəfələrlə atəşkəsi pozublar. Və bunun nəticəsində də 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.

Cəbhədə şiddətli döyüşlər getdiyi müddətdə Azərbaycan tərəfi oktyabrın 3-də ilk azad olunan əraziləri rəsmi elan edib. Prezident İlham Əliyev Tərtər rayonu ərzisindəki Suqovuşan su anbarının və müxtəlif rayonların ərazisindən 7 kəndin azad olunduğunu açıqlayıb.

Rəsmi olaraq, ilk ərazilərin azad olunma xəbərindən sonra Ermənistan Gəncə, Mingəçevir, Xızı, Abşeron, Füzuli, Tərtər və Cəbrayıl şəhərlərini raket atəşinə tutub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Elə həmin gün Cəbrayıl şəhəri və rayonunun doqquz kəndinin azad olunması xəbəri gəlib.

27 sentyabr tarixindən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Ordusu tərəfindən Tərtər, Cəbrayıl, Füzuli, Xocavənd, Zəngilan, Qubadlı, Şuşa, Laçın rayonlarının ərazisində 300-dən artıq yaşayış məntəqəsi və yüksəkliklər, eləcə də Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa şəhərlərinin işğaldan azad olunması barədə məlumat verilib.

10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti bəyanatla çıxış edərək, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasını elan ediblər. Ermənistan Respublikası 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu Azərbaycan Respublikasına qaytarır. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.

44 günlük müharibə Azərbaycan xalqının qürurunu, mənliyini və şərəfini özünə qaytardı. Xalqımızın və ordumuzun milli vətənpərvərlik ruhu və mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Müasir döyüş sirlərinə dərindən bələd olan, döyüş meydanında intizamlı savaş aparan, beynəlxalq qaydaları əldə rəhbər tutan qalib bir Azərbaycan Ordusu haqqında stereotip formalaşmaqdadır. Apardığı peşəkar əməliyyatlarla dünya qərargahlarını şoka salan müzəffər Azərbaycan Ordusunun beynəlxalq reytinqdə irəliləyəcəyi heç şübhə doğurmur. Bu uğur beynəlxalq miqyasda bundan sonra aparılacaq sülhə məcburetmə əməliyyatlarında Azərbaycan Ordusunun potensialından və təcrübəsindən geniş yararlanmağa imkan verəcək.

Bakıxanov qəsəbəsi, 107 nömrəli məktəbin

Tərbiyə işləri üzrə direktor müavini Esmira Əliyeva
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Bakıda şok hadisə: özünü partlatdı, polislər yaralandı
    Bakı polisindən xəbərdarlıq- Bunu edənlər cərimələnəcək - VİDEO
    Qarabağ məsələsində Ankara və Moskvanın mövqeyi -
    DİN-də yeni TƏYİNAT
    Almanyada güclü partlayış:
    Müharibə iştirakçılarından rüşvət alan vəzifəlilər saxlanıldı
    Oqtay Şirəliyev yeni vəzifəyə təyin olundu
    İlham Əliyev ABŞ-ın Oklahoma ştatının qubernatorunu qəbul edib - FOTO
    Polis niyə toyları yoxlamağa başladı? – RƏSMİ AÇIQLAMA
    Prezident bir sıra qanunlara dəyişiklik etdi
    Prezident Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini qəbul edib
    Xərçəngin düşməni – Bu bitkini harada gördünüz, alın
    Azərbaycanın Türkiyədəki səfiri geri çağırıldı - YENİ TƏYİNAT
    Prezidentdən Abel Məhərrəmovun oğlu ilə bağlı SƏRƏNCAM
    Regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir
    Xərçəngin düşməni – Bu bitkini harada gördünüz, alın
    İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
    İşğaldan azad edilmiş ərazilərimizin böyük iqtisadi potensialı və təbii ehtiyatları var
    Daşkəsənin Dəstəfur kəndində baş verənlərlə bağlı tam açıqlama
    Yenidən sərt karantinə qayıdılır? - Operativ Qərargahdan AÇIQLAMA
    Gürcüstana avtobusla gediş-gəliş bərpa edilə bilər
    Bakıda narkoman ananın körpəsini dövlət himayəyə götürdü - RƏSMİ
    Azərbaycanda polis əməkdaşı faciəvi şəkildə öldü
    ABŞ-da atışmada 430 nəfər ölüb
    Afrikada rekord şaxtalar qeydə alınır
    Dövlət başçısı dini icma sədrini təltif edib
    20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO
    Dünya birjalarında neft ucuzlaşıb
    Azərbaycanda 5-ci sinif şagirdi qəflətən vəfat etdi - FOTOLAR
    Salyanda avtomobillə motosiklet toqquşub: Ölən var
    Daha bir azərbaycanlı məşhurun toyu oldu - FOTO
    Prezident deputatla bağlı sərəncam imzaladı - FOTO
    Yaponiya Rusiyaya qarşı yeni ərazi iddiaları qaldırıb
    MN: Ermənistan tərəfi Kəlbəcər rayonu ərazisində mövqelərimizi intensiv atəşə tutub
    Bərdədə ər arvadını əlləri ilə boğub öldürüb
    Təranə Səmədovaya ağır itki
    İtaliyada COVID sertifikatlarının tətbiqinə qarşı aksiya keçirilib
    Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var - SİYAHI
    Polkovnik-leytenant Rəşad Atakişiyevin şəhidlik zirvəsinə ucalmasından iki il ötür
    Nazir şəhid oğluna Şuşada vəzifə verdi
    Şadlıq sarayının sahibi 4 min manat cərimələndi - VİDEO
    Bərdədə gənc qızı zəncirləməkdə şübhəli bilinən şəxs saxlanıldı
    “Zerkalni” nömrə sevənlərin NƏZƏRİNƏ: Bakıya yeni avtomobil seriyası verildi - FOTO
    ÜST-dən “Delta” ştammı ilə bağlı XƏBƏRDARLIQ
    Tokio-2020-nin ilk qızıl medalçısı bəlli oldu - FOTO
    Azərbaycanda toylar bu tarixdən qadağan oluna bilər - AÇIQLAMA
    Müdafiə Nazirliyi sərhəddəki gərginliklə bağlı məlumat yaydı
    Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir
    Azərbaycanda gəmiçilik, dəniz üzərində donanmaların, yataqların yaradılması, burada dəniz üzərində şəhərciyin salınması ən son standartlara uyğun həyata keçirilmişdir
    Azərbaycan innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanmışdır
    Bəzi rayonlarda şimşək çaxacaq, arabir yağış yağacaq
    Məhkəmədə erməni Azərbaycan Prezidentinə təşəkkür etdi
    Naftalanda avtomobil yollarının təmirinə 3 milyon manat ayrıldı
    Prezident “Əmək pensiyaları haqqında” qanunda dəyişiklikləri təsdiqlədi
    İlham Əliyev sərəncam imzaladı
    İlham Əliyev dörd qanunu təsdiqlədi
    Ermənistanın belə bir layihəni gerçəkləşdirəcək qabiliyyəti və gücü yoxdur
    İlham Əliyevin Bakıdan Qarabağla bağlı dünyaya verdiyi mesajlar - TƏHLİL
    Şuşaya dəmir yolu xətti çəkiləcək
    İlham Əliyev Çin liderinə başsağlığı verib
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir