“Bir gün mütləq geri dönəcəyik!”

  • 17-07-2021, 12:37
  • 185
“Bir gün mütləq geri dönəcəyik!”


“Bir gün mütləq geri dönəcəyik!” dedim, inandım, hiss etdim və yaşadım bu tarixi. Şanlı tarixi bizə yaşadan, əvəzi heç nə ilə ödənilə bilməyəcək şəhidlərimiz, qazilərimiz qarşısında dərin ehtiramımı bildirirəm. Cənab Prezidentin son çıxışlarından: “Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qisasını döyüş meydanında aldıq və bununla fəxr edə bilərik. Öz yaxınlarını itirmiş insanlar, hesab edirəm, bununla təsəlli tapa bilərlər. Çünki onların qəhrəmanlığı, onların şücaəti və fədakarlığı torpaqlarımızın azad olunmasına xidmət etdi. Məhz onların qanı bahasına biz torpaqları almışıq, geri qaytarmışıq. Hər birimiz deyirdik, ürəyimizdə deyirdik və sözdə də deyirdik ki, nəyin bahasına olursa-olsun, biz torpaqlarımızı geri almalıyıq.” Tarix hər zaman sübut edib ki, münaqişə və müharibələrin köklü həllində güc balansı mütləq şəkildə öz rolunu oynayıb. Necə ki, Cənab Prezidentin qeyd etdiyi kimi, təkcə hərbi texnika, yüksək hərbi bacarıqlar yox, eyni zamanda Vətən uğrunda nəyin bahasına olursa-olsun canından keçməyə hazır idik. Bu üç güc balansı bütün cəbhələrdə düşmən üzərində tam qələbə qazanmağımıza gətirib çıxartdı. Əlbəttə Cənab Prezidentimizin bu sözləri də Şəhidlərimizə verilən dəyərin misilsiz olduğunu bir daha sübut edir: “Əlbəttə, hər bir insanın həyatdan getməsi böyük faciədir - həm onun ailəsi üçün, yaxınları üçün, qohumları üçün, həm də cəmiyyət üçün. Ancaq bizim şəhidlərimiz haqq yolunda həlak olublar, Vətən uğrunda həlak olublar. Onların qəhrəmanlığı bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunur. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq. Bu, şəhid ailələri üçün təsəlli ola bilər.” Bəli doğurdan da hər birimiz ölümü dadacağıq, ancaq şərəfli ölümü hər kəs dada bilmir.

Haqq yolunda olmaq bizim qələbəmizi şərtləndirən məqamlardan biri idi. Azərbaycanın ədalətli mövqeyi dünyanın ən ön beynəlxalq təşkilatlarında legitim sürətdə daim dəstəkləndi. Qoşulmayanlar hərəkatının haqlı dəstəyi, BMT-nın qətnamələri beynəlxalq arenada bizim haqq savaşımızın vəsiqəsi oldu. Qardaş Türkiyə və Pakistan Cümhuriyyətlərinin dəstəyindən artıqlaması ilə danışmışıq. Reallıqlar önündə cavab tapmayan, tarixi faktları görməzdən gələnlər sözsüz bizim şanlı qələbəmizi də qəbul etməyəcəklər. Biz birlikdə güclüyük deyərək reallığı bərpa etdik, tarixən türk elinə məxsus torpaqlarımıza qayıtdıq və münaqişəyə böyük nida qoyduq. Əgər kim bunu qəbul etmək istəmirsə, Cənab Prezidentin son çıxışını diqqətlə nəzərdən keçirsin bir daha: “Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik, kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli,

Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur.”Qürurhissi ilə dinlədim və dəfələrlə oxudum, çünki biz 1 il əvvəl bunları deyəndə ehtiyat edirdik, çünki Qarabağımıza qayıtmadan Zəngəzura qayıtmağın mümkünsüzlüyünü anlayırdıq. Dırnaq arası Dağlıq Qarabağ yoxdur, 7 iyul Fərmanı ilə Prezidentimiz ərazi bütövlüyümüzün hüquqi sərhədlərini bir daha təsdiqlədi. İnşallah tezliklə dədə-baba torpaqlarımıza qayıdaram və soyumuzun ən qədim diyarlarından olan Göyçə gölündə istirahət edərək şanlı tariximizi bizə bəxş edən ərənlərimizə həsr etdiyim kitabımı yazmağa başlaram.

“İndi bütün kommunikasiyalar açılandan sonra, əlbəttə, biz qayıdacağıq və Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə.” Təşəkkürlər Cənab Ali baş Komandan, sonsuz təşəkkürlər...milli-mənəvi ruhumuzu dirçəltdiyiniz, bizi kimliyimizə bir daha qaytardığınız üçün...!

Ancaq unutmayaq düşmən mənfurdu,ən çirkin əmməllərini icra etməyəməqam gözləyəcək. Bu gün tariximizi, soyumuzu, milli-mənəvi dəyərlərimizi daha möhkəmdən qorumalı, öyrənməli və gələcək nəsillərə daha sağlam şəkildə çatdırmalıyıq. Kimliyimizdən, peşəmizdən, vəzifəmizdən, məqamımızdan asılı olmayaraq hər birimiz Prezidentimizin milli-mənəvi dəyərləri ətrafında mökəm birləşməliyik. Unutmayaq bizə güclü riyaziyyatçıdan, ixtiraçı fizikdən, nəzəriyyəçi bioloqdan daha öncə Vətəninin tarixindən anlayışı olan vətəndaş lazımdır, o zaman həmin şəxs “Vətən daşı” olacaq. Bəli, bir zamanlar yuxu kimi görünən Zəngəzura, Göyçə mahalına, İrəvana qayıtmağımıza çox az qalıb...gözlə gözəl Vətənim gəlirik!

Sabunçu qəsəbəsi, 215 nömrəli məktəbin

tarix müəllimi Eynur Yaqubov
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Bakıda şok hadisə: özünü partlatdı, polislər yaralandı
    Bakı polisindən xəbərdarlıq- Bunu edənlər cərimələnəcək - VİDEO
    Qarabağ məsələsində Ankara və Moskvanın mövqeyi -
    DİN-də yeni TƏYİNAT
    Almanyada güclü partlayış:
    Müharibə iştirakçılarından rüşvət alan vəzifəlilər saxlanıldı
    Oqtay Şirəliyev yeni vəzifəyə təyin olundu
    İlham Əliyev ABŞ-ın Oklahoma ştatının qubernatorunu qəbul edib - FOTO
    Polis niyə toyları yoxlamağa başladı? – RƏSMİ AÇIQLAMA
    Prezident bir sıra qanunlara dəyişiklik etdi
    Prezident Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini qəbul edib
    Xərçəngin düşməni – Bu bitkini harada gördünüz, alın
    Azərbaycanın Türkiyədəki səfiri geri çağırıldı - YENİ TƏYİNAT
    Prezidentdən Abel Məhərrəmovun oğlu ilə bağlı SƏRƏNCAM
    Regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir
    Xərçəngin düşməni – Bu bitkini harada gördünüz, alın
    İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
    İşğaldan azad edilmiş ərazilərimizin böyük iqtisadi potensialı və təbii ehtiyatları var
    Daşkəsənin Dəstəfur kəndində baş verənlərlə bağlı tam açıqlama
    Yenidən sərt karantinə qayıdılır? - Operativ Qərargahdan AÇIQLAMA
    Gürcüstana avtobusla gediş-gəliş bərpa edilə bilər
    Bakıda narkoman ananın körpəsini dövlət himayəyə götürdü - RƏSMİ
    Azərbaycanda polis əməkdaşı faciəvi şəkildə öldü
    ABŞ-da atışmada 430 nəfər ölüb
    Afrikada rekord şaxtalar qeydə alınır
    Dövlət başçısı dini icma sədrini təltif edib
    20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO
    Dünya birjalarında neft ucuzlaşıb
    Azərbaycanda 5-ci sinif şagirdi qəflətən vəfat etdi - FOTOLAR
    Salyanda avtomobillə motosiklet toqquşub: Ölən var
    Daha bir azərbaycanlı məşhurun toyu oldu - FOTO
    Prezident deputatla bağlı sərəncam imzaladı - FOTO
    Yaponiya Rusiyaya qarşı yeni ərazi iddiaları qaldırıb
    MN: Ermənistan tərəfi Kəlbəcər rayonu ərazisində mövqelərimizi intensiv atəşə tutub
    Bərdədə ər arvadını əlləri ilə boğub öldürüb
    Təranə Səmədovaya ağır itki
    İtaliyada COVID sertifikatlarının tətbiqinə qarşı aksiya keçirilib
    Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var - SİYAHI
    Polkovnik-leytenant Rəşad Atakişiyevin şəhidlik zirvəsinə ucalmasından iki il ötür
    Nazir şəhid oğluna Şuşada vəzifə verdi
    Şadlıq sarayının sahibi 4 min manat cərimələndi - VİDEO
    Bərdədə gənc qızı zəncirləməkdə şübhəli bilinən şəxs saxlanıldı
    “Zerkalni” nömrə sevənlərin NƏZƏRİNƏ: Bakıya yeni avtomobil seriyası verildi - FOTO
    ÜST-dən “Delta” ştammı ilə bağlı XƏBƏRDARLIQ
    Tokio-2020-nin ilk qızıl medalçısı bəlli oldu - FOTO
    Azərbaycanda toylar bu tarixdən qadağan oluna bilər - AÇIQLAMA
    Müdafiə Nazirliyi sərhəddəki gərginliklə bağlı məlumat yaydı
    Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir
    Azərbaycanda gəmiçilik, dəniz üzərində donanmaların, yataqların yaradılması, burada dəniz üzərində şəhərciyin salınması ən son standartlara uyğun həyata keçirilmişdir
    Azərbaycan innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanmışdır
    Bəzi rayonlarda şimşək çaxacaq, arabir yağış yağacaq
    Məhkəmədə erməni Azərbaycan Prezidentinə təşəkkür etdi
    Naftalanda avtomobil yollarının təmirinə 3 milyon manat ayrıldı
    Prezident “Əmək pensiyaları haqqında” qanunda dəyişiklikləri təsdiqlədi
    İlham Əliyev sərəncam imzaladı
    İlham Əliyev dörd qanunu təsdiqlədi
    Ermənistanın belə bir layihəni gerçəkləşdirəcək qabiliyyəti və gücü yoxdur
    İlham Əliyevin Bakıdan Qarabağla bağlı dünyaya verdiyi mesajlar - TƏHLİL
    Şuşaya dəmir yolu xətti çəkiləcək
    İlham Əliyev Çin liderinə başsağlığı verib
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir