Vətən müharibəsindən sonra Azərbaycan və Türkiyə arasındakı iqtisadi münasibətlər yüksək inkişaf dövrünə qədəm qoymuşdur

  • 7-06-2021, 14:38
  • 153
Vətən müharibəsindən sonra Azərbaycan və Türkiyə arasındakı iqtisadi münasibətlər yüksək inkişaf dövrünə qədəm qoymuşdur




Azərbaycan-Türkiyə münasibətləri qədim tarixi köklərə malikdir. Bu ölkələr ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini daim nümayiş etdirmişlər. Fərəhli haldır ki, zaman-zaman daha da möhkəmlənən, inkişaf edən bu münasibətlər hazırda Cənab Prezidentimiz İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında özünün yüksəliş dövrünü yaşayır. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri həm Türkiyə, həm də Azərbaycanda böyük təntənə ilə qarşılanır və bu səfərlərin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq, o cümlədən, iqtisadi əlaqələr daha da möhkəmlənir.

Ümumilikdə, Türkiyədən Azərbaycana investisiya qoyuluşlarında rol oynayan əsas sahələr qeyri-neft sektorudur. Maliyyə-sığorta sahəsində Türkiyə mənşəli investisiyalara Azərbaycan Sənaye Bankı, Ziraat Bank Azərbaycanı, Azər-Türk Bankı, neft-qaz sektorunda isə Türkiyənin Azərbaycanda Azəri-Çıraq-Günəşli, Şahdəniz, Kürdaşı və Alov kimi layihələrdə tərəfdaşlığı misal göstərilə bilər.

Türkiyədə də Azərbaycanın 2000-dən artıq şirkəti işləyir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev qeyd edir ki, Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Öz növbəmdə bildirməliyəm ki, bütün məsələlərdə Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Hazırda bölgədə gedən bütün proseslərdə Azərbaycan dövləti və xalqı Türkiyə dövlətinin və xalqının yanındadır.

Elə buradaca Türkiyə Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğnın Azərbaycan haqqında söylədiyi fikirləri xatırlamaq yerinə düşərdi: “Düşünürəm ki, 20 il əvvəlki Azərbaycan ilə bu günkü Azərbaycanı müqayisə etmək mümkün deyildir. Bu gün tamamilə başqa Azərbaycan göz önünüdədir. İnfrastrukturu, quruculuğu ilə daim inkişaf edən, dəyişən bir Azərbaycan var. Təbii ki, burada Azərbycan iqtisadiyyatının keçən il əldə etdiyi inkişaf islahatlar prosesinin nə qədər doğru olduğunu da ortaya qoymaqdadaır”.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə arasındakı iqtisadi münasibətlər yüksək inkişaf dövrünə qədəm qoymuşdur. Müharibə iqtisadiyyatından quruculuq dövrünə keçilməsi Türkiyə ilə əməkdaşlığın iqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən, nəqliyyat və infrastrukrur sahəsində də yeni perspektivlər yaratmışdır.

Azərbaycan-Türkiyə arasındakı investisiya qoyuluşlarının həcminin artırılmasında Naxçıvanla quru yolların açılması da mühüm rol oynayacaqdır. Belə ki, Naxçıvanla nəqliyyat dəhlizinin, tarixi Ələt-Culfa dəmiryolu xəttinin bərpası və bu dəmir yolunun Azərbaycan və Türkiyə arasında imzalanan memorandumda nəzərdə tutulan Qars-İğdır-Culfa dəmir yolu xəttinə inteqrasiyası ilə gələcəkdə vahid nəqliyyat-logistika şəbəkəsi qurula bilər. Bu nəhəng layihə ilə Azərbaycan və Türkiyə Avropa vəAsiya arasında fasiləsiz daşınmaların həyata keçirilməsinin əsas tərəfdaşları olacaq ki, bu da hər iki ölkəyə investisiya qoyuluşlarına maksimum dərəcədə təkan verəcəkdir.

Sonda fikrimi yekunlaşdıraraq bir yazıçı kimi əminliklə deyə bilərəm ki, işğaldan azad olmuş torpaqlarımızda quruculuq-bərpa işlərinin aparılmasında, qaçqın və məcburi köçkünlərin yenidən öz doğma yurdlarına qayıtmasında, bütövlükdə bu ərazilərin Azərbaycanın dilbər guşələrindən birinə çevrilməsində Türkiyə-Azərbaycan iqtisadi münasibətlərinin müstəsna rolu olacaqdır.

Bakıxanov qəsəbəsi, 252 saylı məktəb-liseyin tarix müəllimi,

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,

yazıçı-publisist Elmira Vəliyeva
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Laçının Qarakeçdi kəndi - VİDEO
    Evli kişilərin ölüm və ya iflic ehtimalının yüsək olmasının səbəbi - ARAŞDIRMA
    Sabah 43 dərəcə isti olacaq
    İlham Əliyev “Gülüstan” sarayında yaradılan şəraitlə tanış oldu - FOTOLAR
    Lukoşenkodan Avropaya:
    Bir qrup hərbçi “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
    Nazir qayınatanı işdən çıxarıb, kürəkəni təyin etdi
    COVID-19-a qarşı vaksin insanın DNT-sini dəyişir? – RƏSMİ AÇIQLAMA
    Qubadlıda döyüşənlər də təltif edildi
    Zəngilanın azad olunmasına görə təltif edilənlərin - Siyahısı
    Bir qrup hərbçi “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi
    Tehran Mənsimov da təltif edildi
    Bir qrup hərbçi “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
    Prezidentdən Hikmət Mirzəyevlə bağlı SƏRƏNCAM
    Prezident sərəncam imzaladı
    Azərbaycanda dəhşət: qohumlarını güllələdi - ADLAR
    Həyət toyları bu qaydalarla keçiriləcək - DİN-dən AÇIQLAMA - VİDEO
    İstanbulda azərbaycanlı sürücü güllələndi - VİDEO
    Günün rəsmi valyuta məzənnələri açıqlandı
    Ceyhun Bayramov Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb
    Vilayət Eyvazovdan yeni təyinat
    Ağdamın Salahlı Kəngərli kəndindən görüntülər - VİDEO
    Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir
    Ümumdünya Səhiyyə təşkilatı İlham Əliyevin liderliyini alqışlayır
    Azərbaycanın Covid-19 pandemiyası ilə uğurlu mübarizəsi
    COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycan təcrübəsi
    Banklara 921 milyonluq kredit geri qaytarılmayıb - SƏBƏB
    “BİZON energy” energetik içki deyilmiş - RƏSMİ
    Azərbaycan Prezidenti BMT-nin ali nümayəndəsini qəbul edib
    İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul etdi - YENİLƏNİB
    İlham Əliyev dövlət qulluqçularını təltif etdi - SƏRƏNCAM
    ABŞ Rusiya və Çinin dollardan xilas olmaq planlarına cavab verdi
    Ölkəyə gətirilən bahalı mebellər çox ucuz rəsmiləşdirilir - Kimsənin də xəbəri yox?
    Azərbaycan Dünya Bankının kreditindən imtina etdi - RƏSMİ
    Şoyqu: “Avropada vəziyyət partlayış həddindədir”
    Yas mərasimləri bu şərtlə keçirilə bilər - AÇIQLAMA
    Toy qərarından sonra restoranlarda kəskin bahalaşma - QİYMƏTLƏR
    Bakıda söküləcək məktəblər açıqlandı - VİDEO
    Azərbaycanda məktəbli oyuna görə döyüldü, xəstəxanada öldü - FOTO
    Putindən Qarabağla bağlı AÇIQLAMA
    Tarkan yeni imicilə təəccübləndirdi – FOTO
    Günün rəsmi valyuta məzənnələri açıqlandı
    Azərbaycanda 6-7 aydan bir peyvəndlənmə təkrarlanacaq - Həkim
    İran-Türkiyə sərhədi silkələndi
    Tokio-2020-də spirtli içkilər satılmayacaq - SƏBƏB
    Daha 13 erməni terrorçunun məhkəməsi başlayır
    Aİ ilə Türkiyə arasındakı bu razılaşma vacibdir  -Merkel
    “Taliban” Əfqanıstan-Tacikistan sərhədinin əsas keçid məntəqəsini ələ keçirdi
    Putin əfsanəvi Ənvər Məmmədovun nəvəsinin namizədliyini irəli sürdü
    Avro-2020-də yarımfinal və final oyunları ilə bağlı yeni qərar verildi
    Türkiyə 10 ildən sonra “Avroviziya”ya qayıdır
    Azərbaycanlı idmançı Qran-Pridə birinci oldu
    Dünya Kubokuna qatılacaq şahmatçılarımız açıqlandı - RƏSMİ
    Azərbaycanda iyulun 1-dən yeni qadağa tətbiq olunacaq
    Dünya Bankından Azərbaycan üzrə 5 illik strategiya: Qarabağda bərpa işi də daxil edəcək
    Deputat Fulya Öztürk haqda:
    DYP bu dövlət qurumunu cərimələdi
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir