Azərbaycan - Türkiyə: tarixi sınaqlardan çıxmış iki dost

  • 27-04-2021, 22:34
  • 389
Azərbaycan - Türkiyə: tarixi sınaqlardan çıxmış iki dost




Dost sözü...hecaya bölünmür. Bəli, tarix bunu dəfələrlə sübut edib sözün əsl mənasında! Dostu olmayan yelkənsiz gəmiyə bənzər. Tarixə nəzər salsaq görərik ki, sarsılmaz dostluqlar çətin və burulğanlı yollardan keçənlərə nəsib olur. Necə ki, qardaş Türkiyə-Azərbaycan dostluğu kimi. Diplomatiya arenasında mütəmadi olaraq qardaşlığımıza xələl gətirmək üçün çox oyunlardan çıxmağa çalışdılar, hətta keçmişimizdən belə istifadə etməyi düşündülər. Ağqoyunlu-Osmanlı, Səfəvi-Osmanlı münasibətlərində soyuq münasibətlərin olmasına, hətta bəzən fanatik həddinə də diqqət çəkdilər. Bunu da görmək istəmirlər ki, müsəlman-türk birliyini sarsıtmaq uğrunda Qərb əlindən gələnin ən utanclısını edib və edir. Ancaq mənfur və ikiüzlü diplomatiyaçılar hardan bilsinlər ki, sarsılmaz dostluqlar ən çətin yollardan keçərək ərsəyə gələr. Dostluğu tərəziyə qoyanlar bunu hardan bilsinlər ki?! Ulu öndərimizin “Bir millət, iki dövlət” adlandırdığı bu qardaşlığın fəlsəfəsini anlamaq türkün düşməninin düşüncə səviyyəsinə sözsüz ki, yaddır.

Tükün dostu türktür..yaxın keçmişə nəzər salmaqla bunun bir daha şahidi ola bilərik: Türkiyə – Azərbaycan qardaşlığı hələ 1915-ci ildə Çanaqqala savaşında Türkiyəyə yardıma getmiş və öz qardaşları ilə çiyin-çiyinə düşmənə qarşı vuruşmuş həmyerlilərimizin şərəfinə indi Çanaqqalada bununla bağlı abidə də vardır. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulanda erməni-bolşevik birləşmələrinin hücumları baş verir. Xalqımıza qarşı soyqırım həyata keçirilir. Belə olan halda, Böyük qardaşımız 7 yerə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmasına baxmayaraq, Azərbaycana yardım əlini uzadır və Nuru paşanın başçılığı ilə qardaşlarımıza dəstək üçün böyük ordu göndərir. Qafqaz İslam Ordusu Cümhuriyyətin ərazi bütövlüyünün təmin olunmasında müstəsna rol oynadı.

Müstəqilliyimizin bərpasından sonra Ulu öndər Heydər Əliyevin səyi nəticəsində Azərbaycan – Türkiyə əlaqələri iqtisadi sahədə də qardaşlığımız daha intensiv xarakter aldı. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əsası qoyuldu. Həmin vaxt buna qarşı çıxanlar olmuşdu. Lakin bu əməkdaşlıq başladı. O zaman türk Ordusu öz təcrübələrini Azərbaycan Ordusu ilə paylaşmaq yolunu tutdu. Qardaş ölkənin ordusu modernləşdirildi. Bu qardaşlıq o qədər irəlilədi ki, Azərbaycan bir çox neft və qaz layihəsinin Türkiyə ərazisindən keçməsini istədi. Bakı-Tbilisi-Ərzurum qaz layihəsi, TANAP layihəsi, Petkimdəki yatırımlar bu baxımdan çox önəmlidir. Bundan əlavə, Bakı-Tblisi-Qars dəmiryolu layihəsinin həyata keçirilməsi də çox önəmli və siyasi anlam daşıyan hadisə idi. Yəni bu qardaşlığın yüksəldiyi mərtəbə həqiqətən qürurvericidir.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri zamanı bunun bir daha şahidi olduq. Baş nazirin Bakıda Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün abidəsinin açılışı zamanı dediklərinə diqqət yetirək: "Türkiyə-Azərbaycan əlaqələrinin bənzərsiz mahiyyəti vardır. Təbii, qazi Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" - deyərkən ortaya qoyduğu həqiqət davam edir, bundan sonra da eynilə davam edəcəkdir. Bunu əminliklə söyləyə bilərəm ki, hansı siyasi iqtidar gəlirsə, gəlsin, aramızdakı bu əlaqəni poza bilməz. Çünki bizim aramızdakı əlaqələr qurumların əlaqəsi deyildir. Bizim aramızdakı əlaqə millətlərin əlaqəsidir. Çünki biz bir millətik, iki ayrı dövlətik. Bunu dərindən anlamaq lazımdır".

Türkiyə – Azərbaycan qardaşlığı, işbirliyi dərin köklərə bağlıdır. Lakin son aylar bu birlik həm də hərbi əməkdaşlıq sahəsində müşahidə olunmaqdadır. Xüsusilə, Tovuz

istiqamətində Ermənistanın hücumundan dərhal sonra Türkiyə Azərbaycana tam dəstək verməklə, bu birliyin sarsılmaz olduğunu sübut etdi.

Prezident İlham Əliyev: “Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir”. Əlbəttə Ali baş komandanımızın bu fikri İkinci Qarabağ müharibəsi zamanı bir daha sübut olundu. “Həm masada, həm sahada” xalqımızın yanında olmaqla türkün tək olmadığını göstərdilər. Dünya arenasında xüsusi çəkisi olan qardaşımızın olması xüsusilə qürurverici oldu bizlər üçün. Sözsüz dövlətimiz də məqamı yetişəndə bu qardaşlığı qarşılıqsız qoymadı. Prezident İlham Əliyev Yunanıstan səfirini qəbul edərək ona Türkiyəni dətstəkləyəcəyimizi, Türkiyə ilə qardaş olduğumuzu qəti olaraq bildirmişdir, Prezidentin bu örnək davranışını region güclərinə qəti bir mesaj kimi şərh etmək olar.

Böyük imperiyaları marianetka dövlətlərlə yıxmaq gərəkdir. Bəli bu düşüncə ilə Osmanlı imperiyasının tənəzzülündə və dağılmasında Qərb dünyası mehriban qonşuluq münasibətlərində birgə yaşayan xalqlardan yetərincə istifadə etdi. Etibarsız və xəyanətkar ermənilərdən isə daha asanlıqla istifadə etdilər. Necə ki, eməni məsələsi diplomatiya arenasında Qərb dünyası üçün görünən Titanik rolunu oyanyır. Əsl məqamlar əlbət ki, aysberqin görünməyən tərəfində durur. 2015-ci ildə Ermənistanın dünyaya saldığı haray-həşirə cavab olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidentinə bu məsələdə maraqlı olan bəzi digər dövlətlərin başçılarına müraciət etdi ki, gəlin arxivləri açaq və bütün dünya cinayətkarın, xəyanətkarın və daha çox əziyyət çəkənin kim olduğunu bilsin. Ərdoğanın bu bəyanatından sonra sanki “qurbağanın gölünə daş atıldı” və hücum edənlər geri çəkildilər. İlk növbədə Ermənistan arxivlərin açılmasına razı olmadı. Çünki yaxşı bilirlər ki, 1915-ci ildə ermənilər Antanta tərəfindən müharibəyə cəlb edilmiş Türkiyəyə arxadan zərbə vururdular və buna görə də bir neçə yüz satqın erməni haqlı cəzalarına çatdırılmışdılar. Türkiyənin məhvinə, sərhədlərini düşmən ordularının üzünə açmaq niyyətində olan xain ermənilərin ailələri ölkənin ucqarlarına köçürüldülər. Qondarma “soyqırımı” isə erməniləri himayə edən bolşevik Rusiyasının və bəzi antitürk dövlətlərin quraşdırması idi. Bu faktdır ki, həmin dövlətlər saxta soyqırımı məsələsini 1965-ci ildə qaldırdılar. Sual oluna bilər ki, belə bir faciə olmuşdusa onlar əlli il niyə susublar? Məlumdur ki, həmin dövlətlər Türkiyəni təzyiq altında saxlamaq üçün sonradan hər ilin aprel ayında bu qondarma məsələni şişirtdilər. ABŞ prezidenti Co Baydenin “erməni məsələsində” son çıxışı da görünməyən tərəflərə hesablanmış addım kimi anlamamaq mümkün deyil. Dünya miqyasında güclü iqtisadi, hərbi və diplomatik imici olan türk-müsəlman dövləti görmək Qərb dünyası üçün bir genetik xəstəlik olub. Hesablanmış dedikdə bunu nəzərədə tutdum. Baydenin bu çıxışı Qərb dünyasının artıq çoxları üçün bəlli olan populist çıxışlarından başqa bir şey deyil.

Türk qardaşlarımız bunu bilsinlər ki, Azərbaycan xalqı da həm masada, həm sahada onları tək buraxmayacaq! Prezidentimiz Qondarma erməni soyqırımı haqqında ABŞ hökumətinin qərarını “tarixi səhv” adlandırmaqla yanaşı, həmçinin “30 il öncə Ermənistan tərəfindən törədilən Xocalı soyqırımına hələ də ədalətli qiymətin verilməməsini, ikili standart nümunəsi olduğunu qeyd etmişdir. 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən qiymətləndirilməlidir.”

Şübhəsizdir ki, bir gün həqiqət parlayacaq və tarixi ədalət öz yerini tutacaq!

Sabunçu qəsəbəsi, 215 nömrəli məktəbin

tarix müəllimi Eynur Yaqubov
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Saleh Məmmədovun Şamaxıdakı işçisi “bic uşaq” qazanıb-İDDİA/VİDEO
    Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib - FOTOLAR
    Azad olunan ərazilərdə indiyədək 20 hərbi hissə istifadəyə verilib - FOTOLAR
    Zakir Həsənov azad olunan ərazilərə getdi, yeni tapşırıqlar verdi - FOTOLAR
    Bu günə qədər 126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
    Putinlə Paşinyan danışdı: Kremldən ciddi tələb...
    Şuşada atasının səs yazısını eşidən Prezident kövrəldi... - VİDEO
    Rüstəm Muradovu əvəz edəcək general kimdir? - DOSYE
    Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub
    Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub
    Prezidentlə oteldə çalışan qız arasında maraqlı dialoq - VİDEO
    Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Şuşadan Azərbaycan xalqını təbrik edib
    Şuşada bayram namazı qılınır
    Azərbaycanda Ramazan bayramı qeyd olunur
    Fransanı SSRİ-nin acı taleyi gözləyir
    Ərdoğan və Putin Qəzzada baş verənləri müzakirə edib
    Prezident “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedir - VİDEO
    İsrailin Qəzzaya zərbələri nəticəsində 35 fələstinli ölüb
    Bu gündən Şuşada “Xarıbülbül” festivalı başlayır
    Erməni rejissor Paşinyanı siçovula bənzətdi
    Laçına birinci girib, oğlu ilə birlikdə minaya düşən komandir - VİDEO
    Azərbaycan arıçıları turist qəbul etməyə hazırlaşır
    Daha 40 qazi sosial-psixoloji yardım təlimlərinə cəlb olundu
    Baş epidemioloq: “Gürcüstan sərhədlərinin açılması böyük riskdir”
    Sabah Bakıda 23 dərəcə isti olacaq
    Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
    Ağ Evdən İsrail-Fələstin qarşıdurması ilə bağlı açıqlama
    Bayramovla Lavrovun Bakı görüşü başladı - Foto + Yenilənir
    Fələstin Prezidenti göstəriş verdi
    İsrail Qəzzanın yeganə ticarət sərhəd qapısını da bağladı
    Qazaxıstanda meşə yanğını şəhərə sıçradı - 35 ev külə döndü + Video
    Lavrov bu gün Ceyhun Bayramovla görüşəcək
    Lavrov Bakıda Ermənistanı qınadı
    “Bizdə olan bütün hərbi əsirləri vermişik” - İlham Əliyev
    Prezident Rusiyanın xarici işlər nazirini qəbul etdi - FOTO
    Mayın 14-dək olan hava proqnozu açıqlandı
    İşğaldan azad olunan ərazilərdə “Xarı bülbül” maketləri ərsəyə gətirilib - FOTO
    ABŞ-da fövqəladə vəziyyət rejimi elan edildi
    DSX-nin həbs edilən vəzifəli şəxsləri azadlığa buraxıldı
    Prezident Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib
    Prezident Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub
    Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verildi
    Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub
    İlham Əliyev “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında iştirak edib
    İlham Əliyev Naxçıvanda “ASAN xidmət” Mərkəzinin tikintisi ilə tanış olub
    Prezident Naxçıvanda Heydər Əliyevin abidəsini ziyarət etdi
    İlham Əliyev hərbi aerodromun açılışında iştirak edib
    Prezident Naxçıvanda Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak edib
    İlham Əliyev Naxçıvana getdi
    Əfqanıstanda daha bir sərnişin avtobusu partladıldı, ölənlər var
    Prezident və Birinci vitse-prezident Heydər Əliyevin məzarını ziyarət ediblər
    Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək
    Bu gündən 18 yaşına çatmış şəxslərin vaksinasiyası başlayır
    DTX Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım
    Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevlə bağlı paylaşım edib
    Heydər Əliyevin anadan olmasından 98 il ötür
    I sinfə şagird qəbulu müvəqqəti dayandırılır
    Qulağına səs gəldiyini deyərək əlillik dərəcəsi alıb - Video
    DYP-dən yükdaşıma fəaliyyəti ilə məğul olan sahibkar və sürücülərə müraciət
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir