Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir

  • 27-04-2021, 22:27
  • 305
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir




Bir millətik, iki dövlət

Eyni arzu, eyni niyyət

Hər ikisi Cümhuriyyət

Azərbaycan-Türkiyə.

Bir ananın iki oğlu

Bir ağacın iki qolu

O da ulu, bu da ulu

Azərbaycan-Türkiyə.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub.

Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri bu qardaşlığın necə qırılmaz olduğunu vurğulayır: “Biz əslində öz vətənimizdə, ölkəmizdə, öz qardaşlarımızın arasındayıq. Azərbaycan ilə Türkiyə arasında dostluq-qardaşlıq münasibətləri, hamımızın bir millət olmaq ruhuna bağlılığımız hər şeydən əhəmiyyətlidir.”

Birimiz müstəqil, digərimiz isə uzun illər Sovet İttifaqının tərkibində olsaq da, dərin tarixi kökləri olan əlaqələrimiz içimizdə yuva qurub, bəzən təzahür edib, bəzən də gizlində qalıb. Lakin ilk imkanda birliyimiz hər zaman nümunə olub.

Tarixə nəzər salsaq görərik ki, Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçib, hər iki dövlətin qurucularının - ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Ümummilli liderimiz Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir", Mustafa Kamal Atatürkün isə "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığı ölkə Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Bu gün ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır.

Qardaş Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini müdafiə edir, Azərbaycan da öz növbəsində Türkiyənin üzləşdiyi problemlərin həllində dəstəyini əsirgəmir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycan ilə Türkiyəni dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan, xalqlarımızın iradəsinə uyğun olaraq sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu möhkəm təməllər üzərində qurulmuş qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir”.

Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk".

“Bir millət iki dövlət“ prinsipi Türkiyə və Azərbaycan dövlətinin, eləcə də xalqlarının tarixi köklərinə bağlanır. Qardaş xalqlar çətin sınaq anında həmişə bir-birinə dayaq olublar. Türkiyə Cumhuriyyətini və Azərbaycan Respublikasını yaşatmaqla ulu əcdadlarımızın bizə miras qoyduğu maddi-mədəni sərvətləri gələcək nəsillərə ötürmək bizlərin üzərinə düşən məsuliyyət yüküdür.

Qeyd edək ki, hələ orta əsrlərdən etibarən türk millətini qarşı - qarşıya gətirmək istəyən qüvvələr indi də bu iki qardaş dövləti bir-birindən ayırmağa çalışırlar. Hələ orta əsrlərdə də Avropanı iki türk imperiyasının mövcudluğu narahat edirdi. Son dövrlərdə də Türkiyə və Azərbaycan qardaşlığının getdikcə inkişaf etdməsi bir sıra dövlətləri narahat edir. Bu qardaşlığı pozmağa yönəlik müxtəlif oyunlar oynanılsa da sonda nəticəsiz qalıb.

Ermənilərin ortaya atdığı qondarma “soyqırım“ məsələsi də göstərir ki, türk millətinin birliyini istəməyən qüvvələr bu kartdan hər iki dövlətə qarşı istifadə edirlər.

Şərqi Anadoluda etnik olaraq yaşayan ermənilər ilkin olaraq Rus Çarlığının təhriki ilə azlıqda yaşadıqlarına baxmayaraq, bu coğrafiyada yaşayan türklər, kürdlər və azəri türkləri üzərində qətliamlar həyata keçirməyə başladılar. Amma burada ermənilərin Rusiya çarlığı tərəfindən hərəkətə gətirilməsi İngiltərə və Fransanı proseslərdən kənarda saxlamaq istəyi bu iki ölkənin də Rusiyanın acığına ermənilərdən istifadə etməyə sürüklədi. Yəni Fransa və İngiltərə də erməni qruplarından yararlanmağa başladılar. Elə həmin dövrdə Anadolunun bir çox yerində olduğu kimi, xüsusən də Şərqi Anadoluda ermənilər tərəfindən üsyanlar başladı. Bu üsyanlar əsasən Qərbin nəzarətində idi və üsyanlar nəticəsində ermənilər çoxlu sayda Azərbaycan və Anadolu türkünü, eyni zamanda da kürdləri qətlə yetirdilər. Bu qətliamlara baxmayaraq, Osmanlı dövləti ermənilərin bu hərəkətlərini sinəyə çəkmək məcburiyyətində qaldı. Amma ən sonunda müharibəyə atılan Osmanlı rus ordusu ilə üz-üzə gəldi və böyük qanlar axıdıldı. Elə Osmanlı bu müharibəyə atılmadan öncə də rus ordusu ilə erməni silahalı terror qrupları arasında bağlantıları kəsmək, ruslarla işbirliyində olan terrorçu erməniləri susdurmaq üçün 24 aprel günü, yaxud da həmin ərəfədə erməni terror təşkilatlarının bağlanması və qadağan edilməsi qərarını verdi. Ona görə də 24 apreli türklərin ermənilər üzərində soyqırımı həyata keçirdiyi gün deyil, əksinə erməni terror qruplarının və təşkilatlarının fəaliyyətinə son verildiyi gündür.

Hər iki ölkə rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycan Türkiyə qardaşlığı heç zaman sarsılmayacaq. Ümumilli Lider Heydər Əliyevin sözlərinə cavab olaraq Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da fikirlərini əlavə edib: “Hörmətli Əliyevin o müdrik ifadəsinin həyat verdiyi anlayış dəyərli qardaşım İlham Əliyevlə birlikdə imzaladığımız Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq bəyannaməsi ilə artıq yeni bir məna qazanıb. Mən bu dostluğun gələcək nəsillərimizə də gücləndirilərək çatdırılmasında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasını daimi bir əsər kimi

gördüyümü xüsusi vurğulamaq istəyirəm. Belə ki, Türkiyə-Azərbaycan əməkdaşlığı sadəcə dövlətlərimiz arasındakı güclü həmrəyliyə deyil, eyni zamanda, xalqlarımızın paylaşdığı köklü tarix və könül birliyinə söykənir. Türkiyə və Azərbaycan xalqları eyni dildə danışır, müştərək bir tarixi paylaşır.”

Azərbaycan Prezidenti İlham Əliyev isə vurğulyaıb ki, xalqlarımız arasında əsrlər boyu dostluq, qardaşlıq münasibətləri yaşayır. Bu münasibətlər bu gün zənginləşir, yeni səviyyəyə qalxır: “Münasibətlər, əslində, iki ölkə arasında olan əlaqələrin təməlidir. Biz bu əlaqələri möhkəm təməl üzərində qururuq. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu günə qədər Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr daim inkişaf edir, möhkəmlənir. Bu gün münasibətlərimiz müttəfiqlik səviyyəsinə qalxıb. Biz yaxşı xatırlayırıq ki, müstəqilliyimizi ilk tanıyan Türkiyə olub. Müstəqilliyimizin ilk anından bu günə qədər Türkiyə daim bizim yanımızdadır. Heydər Əliyevin kəlamlarının xatırlanması bizim üçün çox dəyərlidir, çox əzizdir. Mən çox şadam ki, onun ürəkdən sevdiyi Türkiyədə onun kəlamları, əməyi xatırlanır. Eyni zamanda, bu gün biz türk dünyasının böyük öndəri, Azərbaycan xalqının qəlbində xatirəsi daim yaşayan ulu öndər Mustafa Kamal Atatürkün xatirəsini hörmətlə yad edirik. Onun kəlamları bizim münasibətlərimiz üçün işıqlı bir yoldur. Yəni, münasibətlərimiz bu möhkəm təməllər üzərində qurulur. Dostluğumuz, qardaşlığımız hər şeydən üstündür, əbədidir və əbədi də olacaq“.

Tarix Türkiyə-Azərbaycan qardaşlığını müxtəlif vaxtlarda sınağa da çəkib və millətimiz həmin sınaqlardan üzüağ çıxıb. Bu sınaqlardan Çanaqqala savaşını və Azərbaycan torpaqlarının düşmən işğalından qurtuluşunu göstərmək olar. Azərbaycan nümayəndələri Türk xalqının istiqlal mübarizəsində yaxından iştirak ediblər. Azərbaycanlı əsgər və zabitlər Anadoluda istiqlal savaşında qəhrəmanlıqlar göstəriblər. Azərbaycanlı ziyalılar Türkiyə Cümhuriyətinin qurulmasında müəyyən rol oynayıblar. Ağır Stalin repressiyalarına baxmayaraq, Türk əsgərinin məzarı Azərbaycanda insanlarımız tərəfindən bugünədək qorunub saxlanılıb, onların itirilməsinə yol verilməyib.

Bütün bunların əhatəsində yüksək fəxr və şərəf hissi ilə deyə bilərik ki, Azərbaycan-Türkiyə qardaşlığı qarşıya çıxan bütün çətinliklərə baxmayaraq qırılmamış, öz mövqeyini daim qorumuş, inkişaf etdirmişdir. Hər bir məsələdə bir-birinin yanında olmuş bu iki böyük dövlət digər dövlətlərə də nümunə olmuş, bütün dünyaya ibrət dərsi vermişdir. İndi heç kim deyə bilməz ki, Türk xalqı məğlubdur. Bütün bunlara Azərbaycan-Türkiyə qardaşlığını ən yaxşı cavab kimi irəli sürmək olar.

Balaxanı qəsəbəsi, 259 nömrəli məktəbin tarix müəllimi

Vəfa Babayeva
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Saleh Məmmədovun Şamaxıdakı işçisi “bic uşaq” qazanıb-İDDİA/VİDEO
    Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib - FOTOLAR
    Azad olunan ərazilərdə indiyədək 20 hərbi hissə istifadəyə verilib - FOTOLAR
    Zakir Həsənov azad olunan ərazilərə getdi, yeni tapşırıqlar verdi - FOTOLAR
    Bu günə qədər 126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
    Putinlə Paşinyan danışdı: Kremldən ciddi tələb...
    Şuşada atasının səs yazısını eşidən Prezident kövrəldi... - VİDEO
    Rüstəm Muradovu əvəz edəcək general kimdir? - DOSYE
    Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub
    Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub
    Prezidentlə oteldə çalışan qız arasında maraqlı dialoq - VİDEO
    Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Şuşadan Azərbaycan xalqını təbrik edib
    Şuşada bayram namazı qılınır
    Azərbaycanda Ramazan bayramı qeyd olunur
    Fransanı SSRİ-nin acı taleyi gözləyir
    Ərdoğan və Putin Qəzzada baş verənləri müzakirə edib
    Prezident “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedir - VİDEO
    İsrailin Qəzzaya zərbələri nəticəsində 35 fələstinli ölüb
    Bu gündən Şuşada “Xarıbülbül” festivalı başlayır
    Erməni rejissor Paşinyanı siçovula bənzətdi
    Laçına birinci girib, oğlu ilə birlikdə minaya düşən komandir - VİDEO
    Azərbaycan arıçıları turist qəbul etməyə hazırlaşır
    Daha 40 qazi sosial-psixoloji yardım təlimlərinə cəlb olundu
    Baş epidemioloq: “Gürcüstan sərhədlərinin açılması böyük riskdir”
    Sabah Bakıda 23 dərəcə isti olacaq
    Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
    Ağ Evdən İsrail-Fələstin qarşıdurması ilə bağlı açıqlama
    Bayramovla Lavrovun Bakı görüşü başladı - Foto + Yenilənir
    Fələstin Prezidenti göstəriş verdi
    İsrail Qəzzanın yeganə ticarət sərhəd qapısını da bağladı
    Qazaxıstanda meşə yanğını şəhərə sıçradı - 35 ev külə döndü + Video
    Lavrov bu gün Ceyhun Bayramovla görüşəcək
    Lavrov Bakıda Ermənistanı qınadı
    “Bizdə olan bütün hərbi əsirləri vermişik” - İlham Əliyev
    Prezident Rusiyanın xarici işlər nazirini qəbul etdi - FOTO
    Mayın 14-dək olan hava proqnozu açıqlandı
    İşğaldan azad olunan ərazilərdə “Xarı bülbül” maketləri ərsəyə gətirilib - FOTO
    ABŞ-da fövqəladə vəziyyət rejimi elan edildi
    DSX-nin həbs edilən vəzifəli şəxsləri azadlığa buraxıldı
    Prezident Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib
    Prezident Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub
    Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verildi
    Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub
    İlham Əliyev “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında iştirak edib
    İlham Əliyev Naxçıvanda “ASAN xidmət” Mərkəzinin tikintisi ilə tanış olub
    Prezident Naxçıvanda Heydər Əliyevin abidəsini ziyarət etdi
    İlham Əliyev hərbi aerodromun açılışında iştirak edib
    Prezident Naxçıvanda Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak edib
    İlham Əliyev Naxçıvana getdi
    Əfqanıstanda daha bir sərnişin avtobusu partladıldı, ölənlər var
    Prezident və Birinci vitse-prezident Heydər Əliyevin məzarını ziyarət ediblər
    Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək
    Bu gündən 18 yaşına çatmış şəxslərin vaksinasiyası başlayır
    DTX Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım
    Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevlə bağlı paylaşım edib
    Heydər Əliyevin anadan olmasından 98 il ötür
    I sinfə şagird qəbulu müvəqqəti dayandırılır
    Qulağına səs gəldiyini deyərək əlillik dərəcəsi alıb - Video
    DYP-dən yükdaşıma fəaliyyəti ilə məğul olan sahibkar və sürücülərə müraciət
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir