Soyqırımı ifadəsinin işlənilməsi dünya siyasi tarixinin təhrif olunmasıdır

  • 27-04-2021, 22:10
  • 180
Soyqırımı ifadəsinin işlənilməsi dünya siyasi tarixinin təhrif olunmasıdır




Son illərdə Türkiyə ilə ABŞ arasında bir çox məsələr üzrə fikir ayrılığı müşahihə olunur, aralarında ziddiyələr yaşanırdı. S-400 və F-35 məsələsi ətrafında yaşanan olaylar, Türkiyənin son illərdə apardığı uğurlu hərbi əməliyyatlar və bütün bunları tək bir sözlə xülasə etsək Türkiyə Prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi altında Türkiyənin müstəqil xarici siyasət yürütməsi və son olaraq da Qarabağ məsələsində mənəvi cəhətdən qeydsiz və şərtsiz olaraq Azərbaycanın yanında dayanması erməniləri, onların havadarlarını ciddi surətdə narahat etdi, türkün gücünü sindirə bilmədilər və belə bir tarixi yanlışlığa yol verildi. Yaranmış reallığı qəbul etmək istəməyən dairələr hər vəchlə belə addımlar atmaqla öz geosiyasi maraqlarını təmin etmək istəyirlər.

Əslində isə tarix boyu ermənilər türkə nifrət bəsləyib, onlara qarşı soyqırımı törədib. Buraya daxildir, elə 1915-ci ildə türklərə qarşı törədilən soyqırımı, 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımı, heç uzağa getmədən 1992-ci ildə bütün dünyanın gözü önündə törədilən və insanlığın üzqarası kimi qiymətləndirilməli olan Xocalı soyqırımı. Dar bir qrupun maraqlarını təmin etməkdən ötrü Türkiyə kimi regionda və dünyada güclü bir müttəfiqi qarşıya almaq qəbul olunmazdır.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Bunun nəticəsidir ki, Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıb. Bu da bir daha bizim xalq olaraq yalnız sözdə deyil, əməldə də hər zaman qardaş türk xalqının yanında olmağımıza bariz nümunədir.

Əsassız faktlarla tarixin saxtalaşdırılması yolverilməzdir. Bu həm o dövlətin özünün dünyada olan imicinə ziddir, həm də ki, tarixin bu cür saxtalaşdırılması gələcək nəsillər, daha qlobal kontekstdə isə bəşəriyyət üçün müsbət heç nə vəd etmir. Qondarma "erməni soyqırımı"nın tanınması Türkiyə-ABŞ münasibətlərinə fundamental zərbə olmaqla yanaşı, bu həm də Vaşinqton üçün tarixi yanlışlıqdır. Türkiyə tərəfi dəfələrlə tarixi arxivlərin açılmasını və araşdırılmasını tələb etsə də Ermənistan rəhbərliyi buna getmir, çünki arxivlərdə belə bir fakt yoxdur. O zaman bunun tarixi və hüquqi əsası da yoxdur. Bu baxımdan da ABŞ kimi bir dövlətin erməni diasporunun əsirinə çevirilməsi təəssüf doğurmaqla yanaşı, həm də yanlışdır. ABŞ-ın siyasət xadimlərinin özləri də bir neçə dəfə bəyan ediblər ki, arxivlərin araşdırılması göstərir ki, ermənilərin soyqırımı ittihamı əsassızdır və ümumiyyətlə Osmanlı İmperiyası dövründə deportasiya zamanı ölən və itkin düşənlərin sayı ermənilərin iddia etdikləri qədər deyil.

Quliyeva Nuranə, 209 saylı orta məktəbin ibtidai sinif müəllimi
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Saleh Məmmədovun Şamaxıdakı işçisi “bic uşaq” qazanıb-İDDİA/VİDEO
    Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib - FOTOLAR
    Azad olunan ərazilərdə indiyədək 20 hərbi hissə istifadəyə verilib - FOTOLAR
    Zakir Həsənov azad olunan ərazilərə getdi, yeni tapşırıqlar verdi - FOTOLAR
    Bu günə qədər 126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
    Putinlə Paşinyan danışdı: Kremldən ciddi tələb...
    Şuşada atasının səs yazısını eşidən Prezident kövrəldi... - VİDEO
    Rüstəm Muradovu əvəz edəcək general kimdir? - DOSYE
    Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub
    Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub
    Prezidentlə oteldə çalışan qız arasında maraqlı dialoq - VİDEO
    Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Şuşadan Azərbaycan xalqını təbrik edib
    Şuşada bayram namazı qılınır
    Azərbaycanda Ramazan bayramı qeyd olunur
    Fransanı SSRİ-nin acı taleyi gözləyir
    Ərdoğan və Putin Qəzzada baş verənləri müzakirə edib
    Prezident “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedir - VİDEO
    İsrailin Qəzzaya zərbələri nəticəsində 35 fələstinli ölüb
    Bu gündən Şuşada “Xarıbülbül” festivalı başlayır
    Erməni rejissor Paşinyanı siçovula bənzətdi
    Laçına birinci girib, oğlu ilə birlikdə minaya düşən komandir - VİDEO
    Azərbaycan arıçıları turist qəbul etməyə hazırlaşır
    Daha 40 qazi sosial-psixoloji yardım təlimlərinə cəlb olundu
    Baş epidemioloq: “Gürcüstan sərhədlərinin açılması böyük riskdir”
    Sabah Bakıda 23 dərəcə isti olacaq
    Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
    Ağ Evdən İsrail-Fələstin qarşıdurması ilə bağlı açıqlama
    Bayramovla Lavrovun Bakı görüşü başladı - Foto + Yenilənir
    Fələstin Prezidenti göstəriş verdi
    İsrail Qəzzanın yeganə ticarət sərhəd qapısını da bağladı
    Qazaxıstanda meşə yanğını şəhərə sıçradı - 35 ev külə döndü + Video
    Lavrov bu gün Ceyhun Bayramovla görüşəcək
    Lavrov Bakıda Ermənistanı qınadı
    “Bizdə olan bütün hərbi əsirləri vermişik” - İlham Əliyev
    Prezident Rusiyanın xarici işlər nazirini qəbul etdi - FOTO
    Mayın 14-dək olan hava proqnozu açıqlandı
    İşğaldan azad olunan ərazilərdə “Xarı bülbül” maketləri ərsəyə gətirilib - FOTO
    ABŞ-da fövqəladə vəziyyət rejimi elan edildi
    DSX-nin həbs edilən vəzifəli şəxsləri azadlığa buraxıldı
    Prezident Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib
    Prezident Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub
    Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verildi
    Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub
    İlham Əliyev “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında iştirak edib
    İlham Əliyev Naxçıvanda “ASAN xidmət” Mərkəzinin tikintisi ilə tanış olub
    Prezident Naxçıvanda Heydər Əliyevin abidəsini ziyarət etdi
    İlham Əliyev hərbi aerodromun açılışında iştirak edib
    Prezident Naxçıvanda Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak edib
    İlham Əliyev Naxçıvana getdi
    Əfqanıstanda daha bir sərnişin avtobusu partladıldı, ölənlər var
    Prezident və Birinci vitse-prezident Heydər Əliyevin məzarını ziyarət ediblər
    Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək
    Bu gündən 18 yaşına çatmış şəxslərin vaksinasiyası başlayır
    DTX Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım
    Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevlə bağlı paylaşım edib
    Heydər Əliyevin anadan olmasından 98 il ötür
    I sinfə şagird qəbulu müvəqqəti dayandırılır
    Qulağına səs gəldiyini deyərək əlillik dərəcəsi alıb - Video
    DYP-dən yükdaşıma fəaliyyəti ilə məğul olan sahibkar və sürücülərə müraciət
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir