Siyasət - Xtv.az

ABŞ tezliklə Ermənistana hərbi qüvvə yeridəcək: Bakı isə Azərbaycanı geostrateji cazibə mərkəzinə çevirir
Cənubi Qafqazda geopolitik şərtlər artıq ciddi şəkildə dəyişib və Kreml Rusiyanın bu regionda təsir mexanizmlərini bərpa etmək imkanlarını böyük ölçüdə itirib, ABŞ isə TRİPP layihəsi üzərindən bölgəyə yerləşmək üzrədir... Eyni zamanda, yalnız Cənubi Qafqaz deyil, Azərbaycan da regiondakı liderlik mövqeyi, dünyada artmaqda olan nüfuzu, geopolitik, geostrateji, eləcə də, geoiqtisadi şərtləri təyin etmə və genişmiqyaslı logistika imkanları baxımından, qlobal cazibə mərkəzlərindən birinə çevrilir...

Cənubi Qafqaz regionunda geopolitik və geostrateji savaş artıq tədricən yeni mərhələyə keçmək üzrədir. Bu regionda müşahidə olunan geopolitik dəyişikliklərin əsas qaynağı isə məhz ikinci Qarabağ savaşının yekun nəticələri ilə bağlıdır. Belə ki, bu savaşın yekun nəticələri Cənubi Qafqazda geostrateji maraqları olan bəzi regiondankənar dövlətlər üçün ənənəvi təsir mexanizmlərinin böyük ölçüdə itirilməsinə yol açıb. Və Cənubi Qafqazda yeni geopolitik şərtlərin formalaşmasının arxasında da məhz bu önəmli faktor dayanır.

Məsələ ondadır ki, keçmiş SSRİ-nin dağılmasından sonra Azərbaycan və Ermənistan arasında 30 ilə yaxın davam etmiş savaş vəziyyəti ilk növbədə Rusiyanın maraqlarına cavab verirdi. Kreml bu hərbi qarşıdurmadan maksimum səviyyədə istifadə etməklə, həm Azərbaycana, həm də Ermənistana birbaşa təzyiq göstərməyə çalışırdı. Ona görə də, Cənubi Qafqazdakı regional savaş Rusiyanın bölgəyə əsas nəzarət mexanizmlərindən biri hesab olunurdu. İkinci Qarabağ savaşında Azərbaycanın tarixi qələbəsindən sonra isə Rusiya Cənubi Qafqaza birbaşa təzir mexanizmini tamamilə itirmiş oldu. Və Rusiya siyasi dairələri bu önəmli geopolitik reallıqla hələ də barışmaq istəmirlər.

Ancaq Kremlin bütün müqavimət cəhdlərinə baxmayaraq, Cənubi Qafqaz artıq Rusiyanın təsir dairısindən tədricən uzaqlaşaraq, yeni inkişaf mərhələsinə keçməyə imkan tapıb. Üstəlik, bu mərhələdə Cənubi Qafqaza yeni qlobal oyunçuların geopolitik maraqları da artmağa başlayıb. Belə ki, Cənubi Qafqaz indi qlobal məkanda daha Rusiyanın ənənəvi təsir dairəsinə daxil olan regionlardan biri kimi qəbul olunmur. Əksinə, indi bu regionun qlobal məkanda da geostrateji əhəmiyyəti ciddi şəkildə artıb. Və bir çox dünya nəhəngləri hazırda Cənubi Qafqazda manevr məkanı qazanmaq uğrunda amansız mübarizəyə başlayıb.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda Rusiyanın boşluğu artıq tədricən tamamilə fərqli formatda doldurulmağa cəhd göstərilir. Belə ki, Kreml bu region üzərində hərbi-siyasi təzyiqlərə bağlı hegemoniya qurmuşdu. İndi Rusiyanın çökən aqressiv hegemoniyası region dövlətləri ilə qarşılıqlı faydalı münasibətlər üzərindən əvəzlənir. Hər halda, ABŞ-ın birbaşa iştirakı ilə reallaşdırılacaq TRİPP layihəsi indi Cənubi Qafqazı qlobal geoiqtisadi cazibə mərkəzinə çevirməyə başlayıb. Çünki yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması bu regionun iki önəmli qitə - Avropa və Asiya arasında əsas logistika qovşağına çevirəcəyi qətiyyən şübhə doğurmur. Və bu, tezliklə Cənubi Qafqazın “geopolitik qapılar”ının Rusiyanın üzərinə tamamilə qapadıla biləcəyini göstərir.

Təbii ki, bu önəmli geostrateji reallıq Kremldə də nəzərə alınır. Hər halda, Rusiyanın Ukrayna savaşı üzrə sülh şərtlərinin sırasına NATO-nun Cənubi Qafqazda fəaliyyətinin dayandırılması ilə bağlı tələbi də yerləşdirilməsi qətiyyən təsadüfi deyil. Böyük ehtimalla Kreml bununla qlobal rəqiblərinə Cənubi Qafqazda Qərbin mövcudluğunu istəmədiyinin dolayısı mesajını verməyə çalışır. Halbuki, Rusiyanın artıq sıradan çıxmış keçmiş imperiya bağlantılarından başqa Cənubi Qafqaza hər hansı birbaşa aiddiyyatı yoxdur. Və üstəlik, Cənubi Qafqazı Ukrayna üzrə sülh danışıqlarının predmetinə çevirmək cəhdləri də həm absurd, həm də məntiqsizdir.

Ancaq Cənubi Qafqazda geopolitik şərtlər artıq ciddi şəkildə dəyişib və Kreml Rusiyanın bu regionda təsir mexanizmlərini bərpa etmək imkanlarını böyük ölçüdə itirib. Belə ki, ABŞ TRİPP layihəsi üzərindən Cənubi Qafqaza yerləşmək üzrədir. Böyük ehtimalla Zəngəzur dəhlizinin reallaşdırılma prosesi başladıqdan sonra Ağ Ev Ermənistanın həmin bölgəsində ABŞ hərbi kontingentini də yerləşdirəcək. Yəni, Ermənistandakı Rusiya hərbi bazası ABŞ hərbi kontingenti ilə balanslaşdırılmış olacaq. Və Rusiyanın Cənubi Qafqazda hərbi-siyasi manevr məkanı daha da daraldılacaq.

Halbuki, Rusiya üçün Cənubi Qafqaz “kabus”unun əhatə dairəsi yalnız bunlarla da məhdudlaşmır. Belə ki, son vaxtlar bu regiona nüfuzlu Qərb dövlətlərinin geopolitik, geostrateji və geoiqtisadi marağı daha da artmağa başlayıb. Belə ki, həm Azərbaycanın, həm də Ermənistanın ABŞ ilə ayrı-ayrılıqda strateji tərəfdaşlıq anlaşmaları mövcuddur. Ermənistan Rusiyanın orbitindən tamamilə qoparaq, Avropa Birliyinə üzv olmağa cəhd edir. Avropa Birliyi də məhz Ermənistan üzərindən Cənubi Qafqaza yerləşmə imkanları axtarır.

Digər tərəfdən, Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşıdır. Düzdür, Azərbaycanın bu quruma nə vaxtsa, üzvlük üçün müraciət etmək niyyəti yoxdur. Ancaq Avropa Birliyinə üzv olan bəzi nüfuzlu və aparıcı dövlətlər ilə Azərbaycanın ikitərəfli strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Yəni, rəsmi Bakı üzv olmaq barədə düşünmədiyi Avropa Birliyini daxildən fəth edir və Azərbaycanın strateji tərəfdaşına çevirir.

Maraqlıdır ki, Avropanın ən önəmli dövlətləri hazırda Cənubi Qafqaza, xüsusilə də, Azərbaycana böyük maraq göstərirlər. Belə ki, Avropa Birliyinin avanqard təmsilçilərindən olan Almaniyanın xarici işlər naziri Yoxan Vadeful Cənubi Qafqazın geostrateji keçid mərhələsində olduğunu vurğulayıb. Onun fikrincə, Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh vəziyyəti bütövlükdə region üçün real perspektivlər açır. Və rəsmi Berlin Cənubi Qafqaz dövlətləri ilə iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, eləcə də, təhlükəsizlik sahələrində əçəkdaşlıq etməyə hazırdır.

Göründüyü kimi, Cənubi Qafqaz hazırda qlobal səviyyədə geopolitik, geostrateji və geoiqtisadi cazibə mərkəzinə çevrilməyə başlayıb. Xüsusilə də, bu regionun şəriksiz lider dövləti olan Azərbaycana geostrateji maraq artmaqda davam edir. Belə ki, yalnız Avropanın deyil, ümumiyyətlə, dünyanın ən nüfuzlu bir neçə dövləti sırasına daxil olan Böyük Britaniya Azərbaycanla strateji tərəfdaşlıq anlaşması imzalayıb. Bütün bunlar onu göstərir ki, yalnız Cənubi Qafqaz deyil, Azərbaycan da regiondakı liderlik mövqeyi, dünyada artmaqda olan nüfuzu, geopolitik, geostrateji, eləcə də, geoiqtisadi şərtləri təyin etmə və genişmiqyaslı logistika imkanları baxımından, qlobal cazibə mərkəzlərindən birinə çevrilir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Əvvəl deportasiya, sonra tam qovulma: Kənddə azərbaycanlılardan nə iz qaldı?- Foto/Video
Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, oradakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur.

"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.

"Qərbi Azərbaycanın yaddaş yerləri" "AZfront" və "Kuzari" təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə qədər kənd üzrə foto və videomateriallar toplanıb. Həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar mərhələli şəkildə kənd-kənd təqdim ediləcək.

"AzPolitika" xəbər verir ki, layihə çərçivəsində növbəti material Şor-Əli kəndi haqqındadır.

Çar dövrünün mənbələrində kəndə əvvəl Şor Əli, sonra isə Nadejdino adı ilə rast gəlinir. Sovet dövründə kənd Şorja adını alıb.

2017-ci ildə Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Şoğakat qoyulub.

Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir.

XVIII əsrin ortasından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Göyçə mahalının tərkibində olub.

1827-ci ildə Rusiya İrəvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Novo-Bayazid qəzasının tərkibində olub.

1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, Şor Əli kəndində hamısı azərbaycanlıların əcdadları olmaqla 140 nəfər yaşayıb.

XIX əsrin ortalarında yerli türk əhali çar hakimiyyəti tərəfindən kənddən çıxarılıb. Bu yerdə Nadejdino kəndi yaradılıb və orada Rusiya imperiyasının daxili quberniyalarından olan malakanlar yerləşiblər.

Qafqaz haqqında məlumat toplusu:

1873-cü ildə kənddə hamısı rus olmaqla 311 nəfər yaşayıb.

1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:

1886-cı ildə kənddə hamısı rus olmaqla 226 nəfər yaşayıb.

1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. Bundan sonra azərbaycanlılar tədricən kəndə qayıtmağa başlayıblar.

Sovet dövründə kənd əvvəl Dilican, sonra isə Krasnoselsk rayonlarının tərkiblərində olub.

Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarına qədər kəndin ərazisində azərbaycanlılar yaşayıblar.

Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):

1922-ci ildə kənddə 500 nəfər yaşayıb, onlardan 6 nəfəri azərbaycanlı olub.

1926-cı ildə kənddə 469 nəfər yaşayıb, onlardan 31 nəfəri azərbaycanlı olub.

1931-ci ildə kənddə 446 nəfər yaşayıb, onlardan 42 nəfəri azərbaycanlı olub.

1948-1953-cü illərdə sovet hakimiyyəti azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiyasını həyata keçirib. Nəticədə kəndin azərbaycanlı sakinlərinin bir hissəsi zorla Azərbaycan SSR-in ərazisinə köçürülüb.

Manvelyan A.P., Martirosyan G.M. Ermənistan SSR-in 1831-1959-cu illərdə yaşayış məntəqələri və əhalisi:

1959-cu ildə kənddə 738 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar.

Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti:

1970-ci ildə kənddə 894 nəfər yaşayıb.

1979-cu ildə kənddə 956 nəfər yaşayıb.

1989-cu ildə kənddə 410 nəfər yaşayıb.

1980-ci illərin sonunda ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kəndin ərazisində bir hissəsinin salamat qaldığı onlarla məzar daşları olan azərbaycanlı qəbiristanlığı aşkar edilib. Bəzi məzar daşları 1980-ci illərin ikinci yarısına aiddir.

Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:

Yuxarıdakı məlumatların əsaslandırılması üçün 17 ayrıca mənbədən istifadə edilib. Onların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Ovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Şor Əli kəndi ilə bağlı 29 vizual material yerləşdirilib.

Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.

O gün - biz dirçəldik, ermənilər isə SSRİ-ni dağıtsalar da, hələ müstəqillik qazanmayıblar
1 ildən sonra düz 40 il olacaq ki, regionumuz vam alovun üstündə pıqqapıqla qaynayan qazan kimidir. 39 il öncə bu qazanıın altını ermənilər atəşlədilər, İrəvanda, Xankəndidə toplaşdılar, plan qurdular, təbliğat apardılar, kütlələri hərəkətə gətirdilər, “miatsum” hərəkatı başlatdılar.

Biz prosesə 1 il gec qoşulduq. Bundan əvvəl, 1988-ci ilin fevralında təxminən 80-100 gənc ziyalının o vaxtkı “Spartak” stadionunda toplaşaraq Qarabağ ermənilərininin separatçılığına, daha dəqiqi, İrəvan ermənilərinin ölkəmizə qarşı ərazi iddiasına qarşı etiraz toplantısı keçirmişdilər, amma Azərbaycan xalqı meydana 1988-ci ilin bu günü çıxdı.

Artıq təhlükə böyük idi, təhdid ciddiləşmişdi. Kreml tərəddüdəydi, düşünürüdü ki, ermənilərin tələbini - Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistana versinmi, verməsinmi.

Bu gündən baxanda daha dəqiq qənaətə gəlmək olur. Əgər 1988-ci ilin 17 noyabr günü Azərbaycan xalqı, xüsusilə də paytaxt əhli (tələbələr, fəhlələr, ziyalılar, bir sözlə, hər kəs) ellikcə ayağa qalxıb şəhərin baş meydanını ləbələb doldurmasaydı, Azərbaycan xalqı ermənilərin qarşısında susqun qalsaydı, Kreml DQMV-ni Ermənistanın yurusriksiyasına verəcək və bildirəcəkdi ki, dəyişən bir şey yoxdur, bu, SSRİ-nin inzibati-ərazi bölgüsünə yüngülvarı düzəliş etməkdir.

Krımı özlərindən qoparıb Ukraynaya verən rus başbilənlər üçün bu, elə də ağrılı bir iş olmayacaqdı. O boyda SSRİ rus dövləti idisə, ona daxil olan bütün respublikaların, diyarların hamısının paytaxtı Moskvaydısa, Xankəndinin İrəvanın nəzarətinə verilməsi elə də böyük problem yaratmazdı.

Ancaq xalqımız 17-dən 77-yə bu plana qarşı çıxdı. Bu qədər kütləviliyi kimlər necə təşkil etdilərsə, çox yerində və həlledici amil oldu. Bir az da geciksək, ermənilər təkcə Topxana meşəsində armud ağacı qırmaqla kifayətlənməyəcəkdilər. Necə ki, sonra heç nə ilə kifayətlənmədilər, amma bunu qanuni əsaslarla yox, cinayətkarcasına, vəhşicəsinə, SSRİ-nin qanunlarını pozaraq etdilər, sonradan beynəlxalq qanunlara da məhəl qoymadılar.

17 noyabrın xalqın dirçəliş gününə çevrilməsində tələbələrin, yaradıcı ziyalıların, zavod-fabrik fəhlələrinin rolunun əhəmiyyəti dəfələrlə qeyd olunub, amma bu işdə o dövrün məmurlarının rolunu da danmaq olmaz. Onlar kompartiyanın hakim rolunun saxlanmasına dördəlli çalışarkən, Qarabağın Azərbaycandan qoparılmasına da eynilə qarşıydılar, “nə fərqi var, eyni ölkədə yaşayırıq, Xankəndini, Şuşanı ermənilərə verək, sülh olsun” deyən yox idi. Ürəyində bu cür fikirləşən qeyrətsizlər ola bilərdi, amma bunu dilinə gətirəcək qədər cəsarət yiyəsi yox idi. Xalq eləsini linç edərdi.

Azərbaycan xalqının meydana 1 milyon etirazçı çıxarması, ortaya qətiyyət qoyması Kremldəki qocalara yaxşı siqnal oldu, onlar anladılar ki, milli respublikalarda inzibati-ərazi bölgüsünə dəyişiklik etmək asan məsələ deyil, bu, dövlətin sütunlarını sarsıda bilər.

Ancaq onlar qətiyyətli qərarlar qəbul edə, lazımi ölçülər götürə bilmədilər, prosesi öz axarına buraxdılar. SSRİ-nin birinci şəxsinin ailəsində belə Qarabağın gələcəyi ilə bağlı fərqli fikir vardı, Qorbaçovun arvadı Raisa Maksimovna bütün varlığı ilə ermənilərin tərəfində idi. Onun hansı niyyətdə olduğu sonrakı mərhələlərdə də tam çılpaqlığı ilə ortaya çıxdı.

17 noyabr dirçəlişi isə çox şeyi dəyişdi. Xalqımıza əyan oldu ki, qoynumuzda ilan bəsləyirik. Kremlin obyektivliyinə, ədalətinə güvənməyin yanlış olduğu da bilindi. Respublikanı idarə edənlərin Kremldən gələn göstərişlərə müticəsinə əməl edə biləcəkləri ehtimalı artdı və xalq kompartiyaya alternativ olacaq təşkilat formalaşdırmağa başladı.

Bəzən Qorbaçovun fərsizliyinə, satqınlığına bağlayırlar, amma SSRİ-ni ermənilər dağıtdı. Dövlətin sütunlarının altına dinamiti onlar qoydular. Moskva qırmızı rus imperiyasını qorumaq üçün ortalığı qarışdıran bütün erməniləri ciddi şəkildə cəzalandırmalı idi, etmədi. Nəticədə o biri respublikalarda, eləcə də öz ölkəmizdə milli-azadlıq hərəkatı başlandı.

1988-ci ildə SSRİ iki yol ayrıcında qalmışdı: ya Şimali Koreya kimi dünyadan təcrid olunma yolunu tutacaq, daxilində yeni repressiya dalğası kükrədəcəkdi, ya da Çin kimi effektiv iqtisadi islahatlara start verəcək, ölkə daxilindəki separatızm ocaqlarını söndürəcəkdi. Amma Kreml bunların heç birini etmədi. İndi bütün Rusiya “ah-uf” edir, itiriləni bərpa etməyə çalışır və bu, qansız başa gəlmir.

1987-ci ilin bu vaxtları Ermənistanda ocaq üstünə qoyulmuş qazan isə hələ də qaynayır. 39 il əvvəl SSRİ respublikalarının içində SSRİ-dən ayrılmaq istədiyini ilk bəyan edən ölkə olan Ermənistan Rusiyadan hələ də ayrıla bilməyib. Moskva imkan vermir. Bu gedişlə qazanın dibini yandıracaqlar.

Biz isə bu uzun illərdə çox iztirablara, mərhumiyyətlərə, hər planda sıxıntılara, itkilərə məruz qaldıq, amma axırda həm ərazi bütövlüyümüzü bərpa etdik, həm də pis-yaxşı, öz başını dolandırmağın çəmini tapdıq. Ancaq hər şey bundan qat-qat yaxşı olmalıdır. Dirçəlmiş xalqa yenidən çöküş yaşamaq yaraşmaz.

Xalid KAZIMLI

London Bakı ilə HƏRBİ əlaqələri BUNA görə gücləndirir – Səfir detallardan danışdı
“Böyük Britaniya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq indiyədək görünməmiş səviyyəyə çatıb”.

Musavat.com xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman noyabrın 17-də keçirdiyi mətbuat konfransında bildirib.

Səfir qeyd edib ki, Britaniya hərbi komandaları Azərbaycanda təlimlər keçirib, azərbaycanlı zabitlər isə Böyük Britaniyada Britaniya Ordusu və Kral Hərbi Dəniz Qüvvələrinin hərbçiləri ilə birlikdə təlimlərdə iştirak edirlər.

Dunkan Norman, həmçinin, bildirib ki, iki ölkə arasında əməkdaşlıq təkcə hərbi təlimlərlə məhdudlaşmır: “Kibertəhlükəsizlik, əməliyyat imkanları və müdafiə sənayesi sahələrində genişlənən əməkdaşlıqla yanaşı, bütün bunlar indiyədək ikitərəfli müdafiə əməkdaşlığı çərçivəsində həyata keçirdiyimiz ən iddialı proqramdır. Biz bu təməl üzərində irəliləyərək təlimlər və Britaniya təcrübəsindən yararlanmaq imkanlarının inkişafı vasitəsilə əməkdaşlığımızı dərinləşdirəcəyik.

Eyni zamanda, Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımız yalnız hərbi məsələlərlə məhdudlaşmır. Miqrasiya, mühafizə və kibercinayətkarlıq da daxil olmaqla, narkotik vasitələrin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycanın hüquq-mühafizə orqanları ilə birlikdə çalışırıq”, – deyə səfir vurğulayıb.

Diplomat strateji tərəfdaşlar kimi Böyük Britaniya və Azərbaycanın regional və qlobal məsələlərin həlli istiqamətində də birgə fəaliyyət göstərdiklərini vurğulayıb. O, xüsusilə Ukrayna məsələsində iki ölkənin mövqelərinin üst-üstə düşdüyünü qeyd edib: “Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələsində mövqelərimiz üst-üstə düşür. Böyük Britaniya Ukraynaya sarsılmaz dəstəyini davam etdirəcək. Azərbaycanın Ukraynaya davamlı dəstəyini alqışlayırıq. Nə qədər vaxt tələb olunursa-olunsun, Ukraynanın yanında olacağıq”.

Britaniyalı diplomat İran ətrafındakı vəziyyətə və Hörmüz boğazının açılması məsələsinə də toxunub. Onun sözlərinə görə, London münaqişənin sona çatmasında və dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyan Hörmüz boğazının tam açılmasında maraqlıdır: “Biz həmçinin, İrandakı münaqişənin sona çatması və dünya iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyan Hörmüz boğazının tam şəkildə yenidən açılması istiqamətində diplomatik səylərin nəticə verməsini istəyirik. Gərginliyin azaldılması və boğazın tam açılması üçün tərəfdaşlarımızla işləməyə davam edirik”.

Səfir habelə Cənubi Qafqazda sülh prosesinə də münasibət bildirib. O, ötən il ərzində regionda sülh istiqamətində əldə olunan irəliləyişi müsbət qiymətləndirərək bir sıra təşəbbüs və razılaşmaları xüsusi vurğulayıb: “Bizə daha yaxın olan Cənubi Qafqazda isə ötən il ərzində sülh istiqamətində əldə olunmuş irəliləyişi alqışlayırıq. Bura “Sülh Körpüsü” təşəbbüsü, davam edən sərhədlərin delimitasiyası prosesi, Azərbaycanın Ermənistana yanacaq tədarükü, eləcə də “AzerTelecom” və “Team Telecom Armenia” arasında razılaşma daxildir. Davamlı və uzunmüddətli sülhün təmin edilməsi üçün bu dinamikanın dialoq və əməkdaşlıq vasitəsilə qorunub saxlanması mühüm əhəmiyyət daşıyır. Regionda daha sülhsevər və əlaqəli gələcəyə doğru inamla irəlilədiyi bir vaxtda Böyük Britaniya ilə Azərbaycan arasındakı tərəfdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır. Bu, həm də ölkələrimiz arasında möhkəm əlaqələrin qurulmasına töhfə verən insanların əməyinin nəticəsidir”, – Norman fikirlərini yekunlaşdırıb

Britaniyadan Azərbaycana böyük DƏSTƏK mesajıFOTO
Noyabrın 17-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransı keçirib.

Musavat.com xəbər verir ki, səfir çıxışında Azərbaycanla Böyük Britaniya arasında elan edilən Strateji Tərəfdaşlıqdan, son dövrdə iki ölkə arasında inkişaf edən əməkdaşlıqdan, Qarabağda və Naxçıvanda həyata keçirilən layihələrdən danışıb.

Səfir bildirib ki, Böyük Britaniya və Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan Strateji Tərəfdaşlığın elanından cəmi bir neçə gün sonra yenidən jurnalistlərlə görüşməkdən məmnundur:

“Uzunmüddətli dostluğumuzun möhkəm təməlləri üzərində qurulan bu tərəfdaşlıq iqtisadi artıma təkan verəcək, təhlükəsizliyi gücləndirəcək və innovasiyaları təşviq edəcək. Bununla da həm Azərbaycan, həm də Britaniya vətəndaşları üçün real faydalar yaranacaq”.

Dankan Norman son dövrdə iki ölkə arasında əməkdaşlığın genişlənməsinə də toxunub. O xatırladıb ki, avqust ayında etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən üç gün sonra Azərbaycan mətbuatı ilə ilk görüşünü keçirib. Həmin vaxtdan etibarən ikitərəfli münasibətlərdə bir sıra mühüm hadisələr baş verib.

Səfirin sözlərinə görə, Böyük Britaniyanın müdafiə naziri Lord Vernon Koker sentyabrın 30-da Azərbaycana ikinci səfərini edib. O, ilk dəfə ADEX sərgisində iştirak edib. Sərgidə 18 Britaniya şirkətinin təmsil olunması müdafiə sahəsində tərəfdaşlığın dərinləşməsinin göstəricisidir.

Dankan Norman qeyd edib ki, ticarət naziri Lord Anas Sarvar oktyabrın 6-da Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasına həmsədrlik etmək üçün Azərbaycana səfər edib.

“Bu səfər ticarət və investisiya sahəsində əməkdaşlığımızı, o cümlədən nəqliyyat və rəqəmsal infrastruktur üzrə yeni yol xəritəsinin hazırlanmasını irəli apardı. Bu səfərlər Strateji Tərəfdaşlıq sazişinin tamamlanmasına zəmin yaratdı”, – deyə səfir vurğulayıb.

Britaniyalı diplomat əməkdaşlığın yalnız Bakı ilə məhdudlaşmadığını xüsusi qeyd edib. O bildirib ki, öz fəaliyyətinə təkcə Bakıda deyil, bütün Azərbaycanda səfir olmaq kimi yanaşır:

“İnanıram ki, tərəfdaşlığımızın faydaları ölkənin müxtəlif bölgələrində yaşayan icmalara da çatmalıdır”.

Səfir sentyabr ayında Qarabağa etdiyi səfər zamanı yenidənqurma işlərinin sürətli gedişinin diqqətini çəkdiyini bildirib. Onun sözlərinə görə, Britaniya təcrübəsi də bu prosesə töhfə verir. Bu istiqamətdə “Chapman Taylor” şirkətinin Şuşa, Xankəndi, Ağdam və Füzulidə gördüyü işləri xüsusi qeyd edib.

Dankan Norman Böyük Britaniyanın 2020-ci ildə ANAMA-nın fəaliyyətinə dəstək göstərən ilk ölkə olmaqdan qürur duyduğunu da vurğulayıb.

“Keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıda bilməsi üçün minatəmizləmə fəaliyyətinə dəstəyimizi davam etdirəcəyik”, – deyə səfir bildirib.

O, iki həftə əvvəl Naxçıvana ilk səfərini etdiyini də diqqətə çatdırıb. Səfər çərçivəsində Prezidentin xüsusi nümayəndəsi və Naxçıvan Muxtar Respublikasının Baş naziri ilə görüşdüyünü bildirən diplomat müzakirələrin logistika, enerji, turizm və kənd təsərrüfatı sahələrində praktiki əməkdaşlıq imkanlarına həsr olunduğunu deyib.

Səfir Naxçıvanın Orta Dəhliz üzərində logistika mərkəzinə çevrilmək üçün real potensiala malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, Britaniya şirkətləri dəmir yollarının modernləşdirilməsi, layihələrin idarə edilməsi və siqnalizasiya sahələrində geniş təcrübəyə sahibdir.

Dankan Norman bu istiqamətdə müzakirələrin davam etdirilməsi məqsədilə Britaniyanın ticarət komandasının Böyük Britaniyanın dəmir yolu sektorunun təcrübəsi ilə tanışlıq səfəri təşkil edəcəyini bildirib.

O, həmçinin “Chapman Taylor” şirkətinin artıq Naxçıvanın gələcəyinin formalaşmasına töhfə verdiyini qeyd edib və səfərindən məmnunluğunu ifadə edərək zarafatla “Gördüyünüz kimi, artıq əlimdən gələni edirəm!” deyib.

Putinin partiyası MDB-dəki narazı müxalifəti başına topladı
Moskvada hakim “Vahid Rusiya”nın yaratdığı “Millətlərin azadlığı uğrunda” beynəlxalq forum keçirilib. 2024-cü ilin fevralında yaradılan platformanın əsl məqsədi Rusiyanın postsovet məkanında siyasi təsir imkanlarını genişləndirməkdir. Təşkilatın bəyan etdiyi məqsəd Qərbin siyasi, iqtisadi, maliyyə, informasiya və mədəni təsir mexanizmlərinə qarşı mübarizə aparmaqdır. Platformanın Asiya, Afrika, Latın Amerikası, Yaxın Şərq, Avropa və MDB ölkələrindən 50-dən çox ölkənin siyasi partiyalarını birləşdirdiyi bildirilir. Forumun əsas ideoloji xətti Qərbin dövlətlərin daxili işlərinə müdaxiləsi, seçki proseslərinə təsiri və milli suverenliyin məhdudlaşdırılması mövzuları üzərində qurulub. Moskvadakı tədbirə 70-dən çox ölkədən nümayəndələrin qatılması Rusiyanın bu platformaya beynəlxalq miqyas vermək niyyətini göstərir. “Vahid Rusiya”nın sədri Dmitri Medvedevin rəhbərlik etdiyi hərəkatın Baş Assambleyasına Vladimir Putin də müraciət ünvanlayıb. Prezidentin müraciətində Qərbin Asiya, Afrika və Latın Amerikası ölkələrinin siyasətinə və iqtisadiyyatına təsir göstərmək cəhdləri tənqid olunub.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, forumda iştirak edən Ermənistan müxalifəti Paşinyan hakimiyyətini Qərbin himayəsi altında siyasi rəqiblərini sıxışdırmaqda ittiham edib. Forumun diqqətçəkən iştirakçılarından biri Ermənistanın parlamentdənkənar müxalifəti olub. Respublikaçılar Partiyasının nümayəndəsi, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov və “Çiçəklənən Ermənistan” Partiyasının təmsilçisi Arman Abovyan Paşinyan hakimiyyətinin siyasətini sərt tənqid ediblər. Şarmazanovun çıxışında əsas ittiham Qərbin Ermənistanda seçki proseslərinə müdaxiləsi və hakimiyyətin siyasi rəqiblərinə qarşı təzyiqlərə münasibətdə ikili standartlar nümayiş etdirməsi olub. Onun fikrincə, Qərb ölkələri demokratiya və insan hüquqları barədə danışsalar da, İrəvanda müxalifətə qarşı təqiblərə lazımi reaksiya vermirlər. Erməni siyasətçi bunu “seçki neokolonializmi” adlandırıb. O hesab edir ki, bəzi beynəlxalq qurumlar seçkilərin legitimliyini qiymətləndirərkən demokratik meyarlardan daha çox hakimiyyətin geosiyasi istiqamətini nəzərə alırlar. Arman Abovyan isə seçki proseslərinin siyasi təzyiq vasitəsinə çevrildiyini iddia edib. O, rəhbərlik etdiyi siyasi qüvvənin 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərində parlamentə düşməməsini və partiya lideri Qaqik Tsarukyanla bağlı hüquqi prosesi hakimiyyətin siyasi rəqibləri sıxışdırması kontekstində təqdim edib. Göründüyü kimi, Moskva forumda Paşinyan müxalifətinə meydan verib.

Tədbirdə Ermənistan və Moldovada müxalifət nümayəndələrinin adları açıqlanır, lakin Azərbaycan nümayəndəsinin adı göstərilmir.

Azərbaycanda Milli Dirçəliş Günüdür
Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Axar.az xəbər verir ki, bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.

Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan "Azadlıq"da (keçmiş Lenin meydanı - red.) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başlayıb. Çoxsaylı insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxıb. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilməyib.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirilib. Muxtar respublikanın adından "sovet" və "sosialist" sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından "sovet" və "sosialist" sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi.

Bununla Ümummilli Lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atıb. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunub. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülüb.

Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu, Milli Dirçəliş Günü 1992-ci il noyabrın 17-də elan olunub

Tarix açıqlandı: YENƏ İrəvana GEDİRİK – Cənab haylar, bu, SON şansınızdır!
“Sülh körpüsü” təşəbbüsünün “donu” açılıb. Xəbər var ki, bu çərçivədə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti görüş ilin sonunadək reallaşacaq.

“Sülh Körpüsü"nün Azərbaycan üzrə koordinatoru, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədrinin müavini Fərhad Məmmədov belə deyib. Görüş Ermənistanda olacaq...

Xatırladaq ki, sözügedən dialoq platforması iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında etimadın möhkəmləndirilməsi və davamlı dialoqun qurulması naminə yaradılıb. Platforma çərçivəsində mütəmadi görüşlər keçirilir, sülh prosesi, regional təhlükəsizlik, media və vətəndaş cəmiyyətinin rolu kimi məsələləri müzakirə edilir.

İlk görüş təxminən bir il qabaq – 21-22 oktyabr 2025-ci il tarixində İrəvanda baş tutub, dialoqun əsas istiqamətləri müəyyənləşdirilib. Növbəti görüş 21-22 noyabr 2025-ci il tarixlərində Bakıda keçirilib və burada hər iki ölkədən ekspertlər və QHT nümayəndələri iştirak ediblər.

Sonuncu görüş isə 10-12 aprel tarixlərində Qəbələdə olub. Həmin görüşdə iki ölkənin nümayəndələri arasında dialoq və birbaşa əlaqələrin təşviqi məsələləri müzakirə olunub. Bundan sonra erməni tərəfi təmsilçilərinin Qarabağdakı alban abidələri ilə bağlı qərəzli fikirlərindən sonra cavab səfəri təxirə salınmışdı...

Bu yerdə, həmçinin, yada salaq ki, noyabr ayında Ermənistanın konstitusiya layihəsi ictimai müzakirələrə çıxarılmalıdır. Hər halda rəsmi səviyyədə bu, artıq anons edilib. Deməli, Azərbaycan nümayəndə heyətinin 7-8 aylıq fasilədən sonrakı ilk səfəri ölkədaxili kifayət qədər gərgin ictimai-siyasi duruma təsadüf edə bilər.

Məsələ ondadır ki, radikal-revanşist müxalifət və kilsə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının olmayacağı təzə konstitusiyanın əleyhinədir. Bu da o anlama gəlir ki, Rusiyaya bağlı bu düşərgə hələ də “miatsum” virusundan qurulmayıb və “bəlkə də qaytardılar” illüziyası ilə yaşayır. Başqa sözlə, bu ünsürlər müharibə tərəfdarıdır və savaş abı-havasını daha geniş kütləyə sırımağa çalışırlar.

Revanşistlər hətta Azərbaycanla yeni müharibə yönündə açıq təbliğat aparır, niyyətlərini gizlətmirlər. Eyni məqsədlə onlar konstitusiyaya (əslində Azərbaycanla sülhə) qarşı “YOX” hərəkatı yaratmağı planlaşdırırlar. Bundan əlavə, bir-birinə düşmən kəsilən müxalif partiyaların belə, bir araya gətirilməsi hədəflənib...

Bu fonda sülh platformasının, yaxud “xalq diplomatiyasının” önəmi ikiqat artmış kimi görünür. Vacibdir ki, qarşı tərəfin təmsilçiləri bu həssas dönəmdə Baş nazir Nikol Paşinanın “Real Ermənistan”ına uyğun olan təzə konstitusiya sənədini cəmiyyətdə lazımınca müdafiə və izah eləsin, onun düzgün təbliğatını aparsın, nəinki revanşistlərin felinə gedib və ya ritorikasına uyub kövrək prosesə altdan-altdan pəl vursun. Onların dili və sözləri ilə danışsınlar. Qısacası, mühüm olan odur ki, bir neçə ay öncəki səhvi təkrarlamasınlar.

Azərbaycan nümayəndələri də yəqin ki, səbir və təmkinlə milli maraqlarımızdan doğan mövqeni ortaya qoyub irəli aparmağa çalışacaqlar. Ermənistan ictimaiyyətinə çatdırılacaq əsas tezis isə bu ola bilər: cənab haylar, bu, bölgədə sülh və dinclik içində var olmağınız üçün sonuncu şansınızdır! Onu qaçırmaq da, doğru-dürüst dəyərləndirmək də öz əlinizdə!

Hətta məlum dördayaqlı da bir çalaya ikinci dəfə düşmür...

Z. SƏFƏROĞLU

PREZİDENT XƏZƏRLƏ BAĞLI FƏRMAN İMZALADI - Nazirlər Kabinetinə tapşırıq
Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb.

"AzPolitika" xəbər verir ki, sənədə əsasən, sahilboyu ərazilərdə torpaqların idarə olunması, istifadəsi və mühafizəsi sahələrində vahid dövlət siyasətinin həyata keçirilməsi, eləcə də aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib.

Bu məqsədlə Dövlət Xidmətinin işçilərinin say həddi 40 ştat vahidi artırılıb.

Nazirlər Kabinetinə altı ay müddətində sahilboyu ərazilərin xüsusi statuslu ərazi kimi müəyyən edilməsi, zonalaşdırılması və hüquqi rejiminin formalaşdırılması ilə bağlı təkliflər hazırlamaq tapşırılıb. Həmçinin həmin ərazilərdə torpaqların istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz zəbt hallarının qarşısının alınması, inzibati və cinayət məsuliyyəti tədbirlərinin sərtləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələri hazırlanmalıdır.

Nazirlər Kabineti, həmçinin Xəzərin Azərbaycan bölməsində su səthinin quru ilə təmas xəttinin mövcud vəziyyətini, sahilboyu ərazilərin sərhədlərini və ölçülərini, eləcə də onların kağız və rəqəmsal formatda qrafik təsvirini altı ay müddətində təsdiq etməlidir.

İqtisadiyyat Nazirliyinə isə sahilboyu ərazilərin idarə edilməsində Coğrafi İnformasiya Sistemləri (CİS) əsaslı xəritə və məlumatlardan istifadəni təmin edən informasiya sisteminin yaradılması ilə bağlı təkliflər hazırlamaq tapşırılıb.

Bundan başqa, sahilboyu ərazilərdə torpaqların istifadəyə və icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "bir pəncərə" prinsipi əsasında, Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək.

Fərmanın icrası çərçivəsində müşahidə sistemlərinin qurulması, monitorinqlərin keçirilməsi, söküntü, abadlıq və sanitar təmizlik işlərinin aparılması, eləcə də Xidmətin maddi-texniki təminatının gücləndirilməsi üçün zəruri maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.

PAŞİNYAN RUSİYAYA NİYƏ GEDƏCƏK? - Moskvada çətin görüş və İrəvanı gözləyən “soyuq dekabr"
Ermənistanın baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Məsələləri İnstitutunda (Institute of International and European Affairs – IIEA) ekspertlərlə keçirilən görüş zamanı bildirib ki, 3, 11 və 22 dekabr tarixlərində Rusiyaya səfər edəcək. O, Rusiya ilə münasibətlərdə dostluq mühitini qoruyub saxlaya biləcəklərinə ümid etdiyini deyib.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilməsi də daxil olmaqla son dövrlər Moskva-İrəvan xəttində müşahidə edilən gərginlik fonunda Paşinyanın Rusiyaya bir ay ərzində üç dəfə səfər etmək planının səbəbləri maraqlıdır. İstisna deyil ki, İrəvan Moskva ilə “dil tapmağa” çalışacaq.

Lakin burada bir sual önə çıxır: Paşinyan Rusiyaya bir ayda niyə üç dəfə səfər edəcək?

Bu səfərin ikisinin proqramı müəyyən qədər bəllidir. Avrasiya Hökumətlərarası Şurasının iclasının dekabrın 11-də Moskvada keçirilməsi planlaşdırılır. Ali Avrasiya İqtisadi Şurasının iclasının da konkret günü açıqlanmasa da, dekabrda olacağı (21 dekabrda olacağı məlumatları var) gözlənilir, 22 dekabrda isə Sankt-Peterburqda MDB liderlərinin ənənəvi xarakter alan qeyri-rəsmi sammiti keçiriləcək.

Ermənistan baş nazirinin Rusiyaya planlaşdırdığı səfərin ikisinin səbəbi aydın olur: 11 dekabrda Avrasiya Hökumətlərarası Şurasının, 21 dekabrda Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək, bir gün sonra – 22 dekabrda da MDB liderlərinin sammitinə qatılacaq.

Avrasiya Hökumətlərarası Şurasının və Ali Avrasiya İqtisadi Şurasının iclasları Ermənistan üçün əvvəlki iclaslardan fərqlidir. Çünki 11 dekabrda keçiriləcək iclasda Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük məsələsinin müzakirə ediləcəyi gözlənilir. Bu, Ermənistan üçün strateji əhəmiyyət daşıyan məsələdir, xüsusilə KTMT-də səsvermə hüququnun ləğv edilməsi fonunda.

İrəvan uzun müddətdir KTMT-də fəaliyyətini dondursa da, təşkilat gözləmə mövqeyində idi və Ermənistanla problemləri həll etmək istiqamətində işləyirdi. Bu baxımdan, səsvermə hüququnun ləğv edilməsi nə qədər gözlənilən olsa da, Ermənistan üçün bu addımın Aİİ ilə bağlı da atılacağının siqnalı hesab oluna bilər. KTMT-dən fərqli olaraq, Aİİ üzvlüyü Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Çünki Aİİ bazarından asılıdır və rəsmi İrəvan Rusiyadan uzaqlaşmaq xəttində hərbi dəstək və təhlükəsizlik məsələlərində Avropadan müəyyən dəstək qazansa da, iqtisadi yardım, yaxud alternativ bazar əldə edə bilməyib.

İrəvana “ikisindən birini seç” tələbi

Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvü olduğu halda Avropa İttifaqına üzvlük istiqamətində addımlar atması ciddi narazılıq doğurub. Əvvəlcə Moskva İrəvana “iki ittifaqdan birini seç” çağırışları etdi, daha sonra Aİİ üzv dövlətləri bu çağırışa qoşuldu. Avrasiya Ali İqtisadi Şurasının mayın 29-da Astanada keçirilən iclasında Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ermənistanın Aİ-yə üzvlük prosesi ilə bağlı birgə bəyanat qəbul etdilər. Bəyanatda vurğulanırdı ki, Ermənistan eyni vaxtda həm Aİİ-nin, həm də Aİ-nin üzvü olması mümkünsüzdür. Buna görə Ermənistana Aİİ və Aİ arasında seçim etmək üçün mümkün qədər qısa müddətdə referendum keçirməsi təklif olunub. Həmin bəyanatda Ermənistanın Aİİ üzvlüyünün dekabr ayında keçirilən iclasda müzakirə ediləcəyi də qeyd olunurdu.

Ermənistanın Aİ-yə üzvlük məsələsi uzunmüddətli prosesdir, bu baxımdan, İrəvanın çətin vəziyyətə düşdüyü görünür. Belə demək mümkünsə, Avropa ailəsinə qoşulmaq perspektivi dumanlı görünən Ermənistan Aİİ-dən də məhrum ola bilər.

Aİİ-dən çıxmaq Ermənistan üçün nə deməkdir?

Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın oktyabrın 20-də birgə yayımladığı hesabatda Aİİ-dən uzaqlaşdırılacağı təqdirdə, Ermənistanın üzləşəcəyi itkilər əks olunur.

- ÜDM 15,6 faiz azala, inflyasiya 14,9 faiz arta, istehlak 14,6 faiz aşağı düşə bilər.
- Qazın qiyməti hər 1000 kubmetr üçün 177,5 dollardan 300 dollara yüksələ - 69 faiz arta bilər: bu rəqəmlərin təxmini xarakter daşıdığı və bazardakı vəziyyətə görə real qiymətin daha yüksək ola biləcəyi vurğulanır.
- Ölkə vətəndaşları üçün əmək miqrasiyasının şərtləri sərtləşə bilər.
- İdxal 2025-ci illə müqayisədə 48,8 faiz azalaraq, 4,82 milyard dollardan 2,47 milyard dollara düşə bilər.
- Aİİ ölkələri ilə ümumi ticarət dövriyyəsi 55,6 faiz azala bilər.
- İstehsal olunan malların ixracı 30-50 faiz, təkrar ixrac isə 90 faizdən çox azala bilər.

Bu, Ermənistanın itkilərinin bir qismidir. Hesabatın Aİİ ölkələri tərəfindən hazırlanması onun birtərəfli olduğu təəssüratını yarada bilər, lakin Ermənistanın iqtisadi baxımdan Rusiyadan, eləcə də ittifaqa üzv olan digər ölkələrin bazarından böyük ölçüdə asılı olması faktı dəyişməz olaraq qalır. Bu baxımdan, Aİİ üzvlüyündən çıxarılmaq Ermənistan üçün iqtisadi çöküş kimi qiymətləndirilir.

Paşinyanın Rusiyaya səfərlərinin məqsədi də məhz bu prosesin qarşısını almağa hesablanıb. Ermənistan üçün 3 dekabr səfərinin xüsusilə vacib olduğu görünür. Çünki 11 dekabrda ölkənin Aİİ-yə üzvlüyü məsələsi müzakirə olunacaq, Paşinyan buna qədər Moskvaya getmək və Rusiya prezidenti Vladimir Putinlə görüşərək, problemləri həll etmək istəyir.

Paşinyan Putindən nə istəyəcək?

3 dekabr səfəri ilə bağlı detallar bəlli olmasa da, Paşinyanın bu tarixdə Moskvaya getməyə hazırlaşdığı və Putinlə ikitərəfli danışıqlar aparmaq istədiyi bəllidir.

Ermənistanın baş naziri planının iki mümkün məqsədinin olduğunu deyə bilərik.

Birincisi, Putinlə ikitərəfli müzakirələrlə münasibətləri normallaşdırmaq, Moskva-İrəvan xəttində yaranmış problemləri yoluna qoymaqdır.
İkincisi, Rusiya ilə anlaşaraq, Aİİ-nin gündəliyindən “Ermənistanın üzvlüyünün müzakirəsi”ni çıxarmaq, ümumiyyətlə “Aİ və Aİİ arasında seçim” məsələsini arxa plana keçirməkdir.

Paşinyanın buna nə qədər nail olacağı sual altındadır. Çünki rəsmi İrəvan Avropaya inteqrasiya xəttindən, Aİİ ölkələri isə “iki ittifaqdan birini seç” tələbindən geri çəkilmək istəmir. Aydın görünür ki, növbəti ay Rusiyada Paşinyanı çətin səfər, Aİİ-dən çıxarılmaq riski ilə üzləşən Ermənistanı isə “soyuq dekabr” gözləyir.