Ermənilərin Laçındakı ekoloji terroru ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi

  • 17-08-2022, 15:23
  • 122
Ermənilərin Laçındakı ekoloji terroru ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi


Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatları (QHT) Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər.

“Müraciətdə deyilir:

“Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları olaraq Azərbaycan ərazilərində dünyanın müxtəlif ölkələrindən gətirilib, qeyri-qanuni məskunlaşdırılmış erməni əhalisinin son günlər Laçın rayonu və ətraf ərazilərdə meşə yanğınları törətməsi ilə bağlı narahatlığımızı bildiririk.

Məlumat üçün qeyd edək ki, 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın müvafiq bəndlərinə uyğun olaraq Laçın rayonu və onun ətrafında olan ərazilər Azərbaycana təhvil verilməli idi. Bu proses hazırda yekunlaşmaq üzrədir və 2022-ci ilin avqust ayının sonuna kimi həmin ərazidə qanunsuz məskunlaşmış insanlar kimliyindən asılı olmayaraq bölgədən çıxarılmalıdır.

Laçın rayonu və ətraf kəndlərdə 30 ilə yaxın müddətdə qanunsuz yaşamış bu şəxslər ərazini tərk edərkən ətrafdakı uzun əsrlik meşələri yandırır və ekoloji terror törədirlər. İşğal dövründə Topxana meşələrindən başlayaraq Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa meşələrini yandıran, Üçtərəfli bəyanatdan sonra Kəlbəcər və digər ərazilərimizdən çıxarkən meşələri, evləri, tarixi-mədəni abidələri məhv etməklə kifayətlənməyən ermənilər indi də Laçın ərazisindəki meşə ərazilərimizi yandıraraq ətraf mühitə qəsdən zərər vururlar. Ən dəhşətlisi isə budur ki, yerin üstünü vandalcasına məhv etdikləri az deyilmiş kimi yerin altını da başdan-başa minalarla çirkləndirirlər.

Bu gün Azərbaycan torpaqlarında törədilən bu çirkin əməllər təkcə Azərbaycan xalqına qarşı deyil, külli-bəşəriyyətə və insanlığa qarşı yönəlmiş cinayətdir.

Azərbaycan Respublikası ekoloji tarazlığın qorunması, vətəndaşlarının sağlam ətraf mühitdə yaşamasının təmini üçün daim çalışır və bu prosesdə də qeyri-hökumət təşkilatları yaxından iştirak edir.

Biz bir qrup vətəndaş cəmiyyəti təşkilatları olaraq erməni əhalisinin Laçın rayonu və bütövlükdə Qarabağ ərazilərində apardıqları ekoloji terroru pisləyir və beynəlxalq təşkilatlardan bu məsələ ilə bağlı dəyərləndirmə aparmalarını, eləcə də bu qeyri-insani əməllərin beynəlxalq səviyyədə qınanmasına dəstək göstərmələrini xahiş edirik”.

Müraciəti aşağıdakı şəxslər imzalayıblar:

1.Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev,

2.“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov,

3."Sağlam İnkişaf və Maarifləndirmə" ictimai birliyinin sədri Anar Xəlilov,

4."Ekoleks" Ekoloji Hüquq Mərkəzi ictimai birliyinin sədri Sevil İsayeva,

5."Sudan İstifadə sahəsində Mütəxəssislər" ictimai birliyinin nümayəndəsi Pərvanə Xıdırova,

6."Rüzgar" Ekoloji İctimai Birliyinin sədri İslam Mustafayev,

7.Biosfer İctimai Birliyinin sədri Qorxmaz İbrahimli,

8.Eko Aləm İctimai Birliyinin sədri Sevil Yüzbaşeva,

9.“Sağlam Həyata Doğru" Ekoloji ictimai birliyinin sədri Sadiq Həsənov,

10.Ekoloji Maarifçilik və Monitorinq ictimai birliyinin sədri Qəmzə Yusubova

11."Sosial - İqtisadi və Ekoloji İnkişaf" ictimai birliyinin sədri Rahilə Mehtiyeva

12.Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli,

13.Rəqəmsal İnkişaf İctimai Birliyinin sədri Könül Ağayeva,

14."Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova,

15.“Ekoloq-2010" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Səlim Balayev,

16."Ekoloq Ətraf Mühitin Qorunmasına Yardım ictimai birliyinin sədri Rübabə Hüseynli,

17."Səyyahlar" Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması ictimai birliyinin sədri Elsevər Cəlilov,

18.Ekoloji Maarifçiliyə Yardım İctimai Birliyinin sədri Tarverdi Hüseynov
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Zelenski NATO sənədi imzaladı: "Qətiyyətli addım..." - TƏCİLİ İCLAS
    "Əlimizdən gələni edirik ki, tərəfdaşlarımızı təbii qazla təmin edək”
    ABŞ-dan Ermənistan şirkətlərinə sanksiya - SƏBƏB
    Kremldə Ukraynanın 4 regionunun Rusiyaya daxil olmasına dair sazişlər imzalanıb - VİDEO
    Prezident onlara ali xüsusi rütbələr verdi  - SİYAHI
    Əvəz Qocayev: Azərbaycan xalqı və dövləti bundan sonra da müzəffər və qalib olaraq yaşayacaq
    Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
    Azərbaycan bayrağına hörmətsizlik edən vəzifəli şəxs şəhid övladı imiş - YENİLƏNİB - VİDEO
    Bakıda polisdən qaçan sürücü dəhşət yaşatdı, atəş açıldı - ANBAAN VİDEO
    Erməni hərbi analitik: Bakı 2 günə bizi bu günə qoydusa...
    Azərbaycan və Bolqarıstan prezidentləri arasında təkbətək görüş olub - FOTO
    “Caliber”: “Ermənistan yeni müharibəyə hazırlaşır” - VİDEO
    Zelenskidən Putinə ŞOK TƏHDİD - Ukraynanın cavabı ağır olacaq
    Bayramov və Mirzoyan görüşəcək
    Bakıda səs-küylü gecə: Polisə tabe olmayan şəxsin maşınına atəş açıldı
    İlham Əliyev Sofiyada naməlum əsgərin məzarını ziyarət edib
    İlham Əliyev Bolqarıstana rəsmi səfərə gedib - FOTO
    Trampdan DÜNYAYA MESAJ: "Bu təxribat müharibəyə səbəb ola bilər"
    Rəhim Rəhimlinin ölüm səbəbi açıqlandı
    Müğənni Rəhim Rəhimli vəfat etdi - FOTO
    Ordudakı cinayət halları - Xanlar Vəliyev açıqladı
    Putin Zaporojye və Xersonun müstəqilliyinin tanınması haqqında fərman imzaladı
    Rusiya Ukraynaya "İskəndər" raketləri atıb: ölən və yaralananlar var, 52 avtobus yanıb
    ABŞ-ın 6 ştatı Baydeni məhkəməyə verdi
    Putindən səfərbərliklə bağlı YENİ TƏLƏB: "Onlar evlərinə qaytarılmalıdır"
    Rusiyada yaşayan məşhur azərbaycanlı bloqer: “Vətənimə lazım gəlsəm, orda olacam” – VİDEO
    Stanislav Çerçesov: "Qarabağ" çox güclü komandadır"
    Sabahın hava proqnozu açıqlandı
    "Rusiyanın şeytani planı" - Kremlin növbəti addımı BƏLLİ OLDU, Putinə SƏRT REAKSİYALAR gəldi
    Ermənistan qarışdı: Əsgərlərimizi sərhəddən geri çəkin!
    Kreml Ukrayna torpaqlarının Rusiyaya qatılması ilə bağlı yeni sənədlər imzalayacaq
    Prezident fərman imzaladı
    Bayden səhnədə ölən dostunu axtardı: “Ceki, buradasan?”
    İranda son etirazlarda saxlanılanların sayı 1000-i ötüb
    Yüzmilyonlar ödədik, ancaq bizə silah göndərmədilər
    Səbuhinin qardaşına şəhid ailəsi statusu verildi - FOTO
    Prezident İzabel Dümonu qəbul etdi
    Pensiya artımı bu şəxslərə aid edilməyəcək - Komitə sədri açıqladı
    Alim Qasımov Ərdoğanla görüşündən danışdı: "Dedi, "Sarı gəlin" oxu"
    Alim Qasımov Ərdoğanla görüşündən danışdı: "Dedi, "Sarı gəlin" oxu"
    Ordumuz erməni komandiri məhv etdi - Rıbar TK
    Ordumuz erməni komandiri məhv etdi - Rıbar TK
    Rus ordusu 11 istiqamətdə hücuma keçdi
    Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edilib - SƏRƏNCAM
    Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edilib - SƏRƏNCAM
    Hindistan Ermənistana tank əleyhinə raketlər göndərir
    XİN sözçüsü Ermənistanın ittihamlarına cavab verib
    DİN-dən sərnişinlərin həyatını təhlükəyə atan sürücü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB - VİDEO
    UEFA "Qarabağ" - "Olimpiakos" oyununda azarkeşlərə məhdudiyyət qoyub
    Ceyhun Qasımov: Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü oldu
    Xoşbəxt nəsil
    İlham Əliyev və Mehriban Əliyeva Şuşada yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO
    Prezident və xanımı Şuşada inşa olunan obyektlərdə işlərin gedişi ilə tanış olublar - FOTO
    İnanılmaz fırıldaq: hamı tələyə düşə bilər
    DYP Anım Günü ilə bağlı vətəndaşlara müraciət edib
    Bu azərbaycanlılar İsveçdəki seçkilərdə qalib gəldilər
    Səfərbərlikdən sonra Rusiyanı tərk edənlərin sayı açıqlandı
    Gediş haqqının artırılması üçün NAZİRLİYƏ MÜRACİƏT
    İlham Əliyev Rusiya Dövlət Dumasının Sədrini qəbul edib
    Mövlud Çavuşoğlu: "Qafqazda apardığımız siyasət bütün dünyanın xeyrinə nəticələnir”
Təsisçi: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
Baş redaktor: İbadullayev Bəybala Aşur oğlu
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir