İrəvan Bakının şərtini qəbul edəcək - Moskvanın səbri də tükənir

  • 15-10-2021, 10:43
  • 67
İrəvan Bakının şərtini qəbul edəcək - Moskvanın səbri də tükənir


Paşinyanın Moskvaya səfərinin daha bir pərdəarxası; Kreml “qulpsuz çamadan”la nə edəcəyini bilmir; Rusiya artıq bölgənin şəriksiz “yiyəsi” deyil...

Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva səfəri ilə bağlı yekun qənaət yəqin ki, az sonra məlum olacaq. Bir şey aydındır ki, Paşinyanın budəfəki Rusiya ziyarətinin gündəliyi çoxşaxəli olub. Söhbət əsasən yaxınlaşan soyuq qışla bağlı Rusiya qazının qiymətindən, 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin hələ də İrəvan tərəfindən yerinə yetirilməyən əsas bəndlərindən və Ermənistanda yeni ordu quruculuğundan gedir.

Lakin kapitulyant ölkə rəhbərinin Rusiya prezidenti V.Putinlə görüşündə bu məsələlərdən ikincinin ən çox masa üzərində olduğunu söyləmək mümkündür. Çünki Ermənistan öncə öz varlığı üçün möhkəm zəmanətlərə nail olmalı, bundan ötrü də qonşuları ilə dil tapmalı, sonra isə digər problemlərin, o cümlədən iqtisadi-sosial və energetik məsələlərin dərdini çəkə bilər. Bu sadə məntiqi qəbul etməyənədək məğlub ölkə düşdüyü quyudan qurtulmayacaq və onu 1 nömrəli strateji müttəfiqi də xilas edə bilməyəcək. Birinci ona görə ki, Rusiyanın imkanları sonsuz deyil və Qərbin ağır basqıları, getdikcə daha da sərtləşən sanksiyaları altındadır.

İkincisi isə Rusiya artıq Güney Qafqazda özbaşına və bölgənin şəriksiz “yiyəsi” deyil. Regionda indi Kreml üçün əməllicə çəkindirici rol oynayan Türkiyə və güclü Türkiyə-Azərbaycan hərbi-siyasi tandemi var. Moskva isə geniş iqtisadi-siyasi, humanitar əlaqələrdə olduğu bu iki Türk dövləti ilə münasibətləri saxlamaqda maraqlıdır, nəinki ermənilərin bitib-tükənməyən iddia və ambisiyaları üzündən onları korlamaq.

Şübhə yox ki, rəsmi Moskvanın son zamanlar bölgədə artan diplomatik-siyasi fəallığının qayəsində müstəsna olaraq, 44 günlük müharibədən sonra başlayan və ləng gedən qurucu prosesləri daha sürətli və geridönməz eləmək istəyi dayanır - erməni tərəfi buna israrla müqavimət göstərsə də. Ancaq İrəvan indi bölgədə elə bir söz sahibi deyil və bütünlüklə Rusiyadan asılıdır...

*****

“Görünür, Cənubi Qafqazdakı vəziyyəti yumşaldacaq və ya hər şeyi müəyyən ortaq məxrəcə gətirəcək hansısa sənədin hazırlanması prosesi gedir”.

Ölkə.az-ın “Yeni Müsavat”a istinadən məlumatına görə, bunu rusiyalı ermənipərəst politoloq Stanislav Tarasov Paşinyanın son Moskva səfərini erməni KİV-ə şərh edərkən deyib.

Stanislav Tarasov: “Moskva görüşü mürəkkəb diplomatik oyunun yalnız müqəddiməsidir” | KONKRET

Stanislav Tarasov

Onun sözlərinə görə, ikinci Qarabağ müharibəsindən sonra bölgədəki vəziyyət əhəmiyyətli dərəcədə dəyişib və Rusiya 10 noyabr razılaşmalarının yerinə yetirilməsinin vacib olduğunu düşünür. Bu xüsusda o, Ermənistan baş nazirinin Moskva səfərinin İran-Azərbaycan münasibətlərinin qəfildən kəskinləşməsi ilə daha kritik çalar daşımasına da diqqət yönəldib. Çünki onun qənaətincə, İran həm ikinci Qarabağ müharibəsinin nəticələrinə, həm də Zəngəzur dəhlizinin yaradılmasına qarşı çıxır ki, bu da Azərbaycan üçün problemlər yaradır.

İkinci Qarabağ müharibəsinin geosiyasi nəticələrindən danışan Tarasov deyib: “Rusiyanın Cənubi Qafqazla bağlı mövqeyini düzgün deşifrə etmək lazımdır. Rusiya Türkiyəni 10 noyabr müqaviləsinə daxil etmədi, ancaq sparring ortağı olaraq istifadə etdi. Bu, Türkiyənin bölgədə təsirinin tanınmasıdır, çünki Moskva dolayı yolla Ankaranı bu prosesə cəlb etdi. Rusiya regiona hakim olmaq niyyətində deyil. Çoxları deyir ki, tarixən bura Rusiyanın təsir zonasıdır və Moskva onu itirir. Xeyr, Rusiya öz təsirini itirmir, sadəcə? postsovet məkanında siyasətini təzədən formatlaşdırır. Moskva Cənubi Qafqaz respublikalarının müstəqil qalmalı olduğunu düşünür və onları işğal etmək fikri yoxdur. Ancaq onlar da neytrallığı gözləməli, Rusiyaya qarşı düşmənçilik hərəkətləri üçün əməliyyat meydanına çevrilməməlidir”.

Rusiya sülhməramlı qüvvələri” Ukrayna sərhədində

Ermənipərəst ekspert Qarabağın Azərbaycana məxsusluğunu etiraf edir və Rusiya sülhməramlı qüvvələrinin statusu məsələsinə toxunaraq deyir: “Hazırda hüquqi baxımdan heç bir sülhməramlı korpusdan söhbət gedə bilməz. Söhbət Azərbaycan ərazisində müəyyən qoşun kontingentinin mövcudluğundan gedir. Qarabağın statusu və sülhməramlıların statusu məsələləri Moskva ilə Bakı arasında ikitərəfli danışıqlar yolu ilə həll edilə bilər (Bakı statusla bağlı qəti mövqeyini çoxdan bəyan edib - red.). İstənilən halda, Moskva Ermənistana şərt diktə etməyəcək və ya onun qarşısında kateqorik şərtlər qoymayacaq. Amma Ermənistan uduzulmalı nəyi vardısa, artıq hamısını uduzub. Əgər onlar dövlətçiliklərini qurban verməyə davam eləməklə yenə bu yolla getmək istəyirlərsə, demək, qismətləri belədir. Özlərindən küssünlər”.

*****

Təəssüf ki, Ermənistanda hələ də revanş arzusu ilə yaşayan qüvvələr var. Həmçinin hakimiyyətin altdan-altdan silahlanma məsələsinə önəm verərək, darmadağın ordunu qısa zamanda dirçəltmək səyləri artıb. Təbii ki, əsas ümidlər yenə Rusiyaya bağlanıb. Hərçənd xarici borcu sürətlə artan Ermənistanın dəlmə-deşik, kasad büdcəsi ona normal ordu qirmağa imkan vermir.

Görünür, İrəvan Rusiyadan yenə ucuz və ya havayı, yaxud heç vaxt qaytarılmayacaq kredit tranşları hesabına silah-sursat ala biləcəyini düşünür. Hədəf yəqin həm də odur ki, Ermənistan rəhbərliyi ordu qurduğu haqda görüntü yaratmaqla Azərbaycanla danışıqlar masası arxasında daha dayanıqlı mövqeyə nail olmağa çalışır.

Paşinyanın son Moskva səfərində şübhəsiz ki, silahlanma mövzusu da olub. Bunun bir təsdiqi də Paşinyandan bir gün qabaq Ermənistan müdafiə naziri Arşak Karapetyanın Rusiyaya səfər edərək həmkarı Sergey Şoyqu ilə görüşməsi sayıla bilər. Lakin tanınmış rusiyalı ekspert Aleksandr Razuvayev hesab edir ki, Moskva daha İrəvana silah verməyəcək. Onun fikrincə, Rusiyanın Ermənistana silah ixracı ilə bağlı 2 problemi var.

Rus sülhməramlıları və Azərbaycan arasında narazılığın səbəbi nədir? - BBC News Azərbaycanca

“Əvvəla, Azərbaycanla müharibə göstərdi ki, ermənilər zəif döyüşçüdür və Rusiya silahı onların əlində antireklama çevrilir. Ən əsası odur ki, erməni xəzinəsində pul yoxdur. Yəni İrəvan Moskvadan pulsuz silah istəyəcək. Xəzinədən başqa, Rusiya, Fransa və ABŞ-da biznes quran erməni oliqarxları da var. Onlar niyə atışıb Ermənistana kömək göstərmirlər ki? Yeri gəlmişkən, əgər Moskva imtina etsə, İrəvan Parisdən pulsuz silah istəyə bilər. Baxaq, cavabları necə olacaq”, - deyə analitik qeyd edib.

*****

Cavab məlumdur. Əlbəttə ki, nə Fransa, nə də ABŞ Ermənistana heç bir şəkildə hərbi cəhətcə kömək edəsi, özlərinin müasir və bahalı silahlarını İrəvana havayı verəsi deyil. Bu, heç onların maraqlarına da daxil deyil. Daha bir səbəbə: Paşinyan özünü nə qədər qərbçi kimi göstərməyə cəhd eləsə də, əməldə o, Moskvaya zorən sadiq, ölkəsi isə Rusiyanın bölgədəki əsas marioneti olaraq qalır, Rusiya orbitindən çıxmağa cəsarət eləmir.

Hərgah, marioneti “bəsləmək” getdikcə Moskvaya baha başa gəlməkdədir. Belə də demək olar ki, Rusiyanın Ermənistan adlı qiymətli, lakin “qulpsuz çamadan” problemi ağırlaşmaqdadır. Moskva onunla nə etməli olduğunu hətta bilmir. Lakin hansısa qərarı verməli olacaq. Hansı? Bunu Paşinyanın son Rusiya ziyarətindən bir qədər sonra biləcəyik.

Diqqətçəkicidir ki, Paşinyan Moskvanı tərk edəndən cəmi bir gün sonra Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib ki, Rusiya 10 noyabr 2020 və 11 yanvar 2021 tarixlərində imzalanmış üçtərəfli razılaşmalarının bütün müddəalarına ciddi şəkildə riayət olunmasının tərəfdarıdır. “Ümid edirik ki, bununla da mürəkkəb ikitərəfli məsələlər də daxil olmaqla, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün lazımi şərait yaranacaq”, - deyə o vurğulayıb.

Şübhə yox ki, bəyanat hər iki sənədlə bağlı hələ də “ikili”, “üçlü” oyunlar oynamağa davam edən rəsmi İrəvana ünvanlanıb. Bunu ultimativ xəbərdarlıq da saymaq olar. Çünki Ermənistana ayrılan vaxt limiti bitmək üzrədir...
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Dekabrda hava necə olacaq?
    Bu gün daha 60-a yaxın məhkum cəzadan azad edilib
    Baş prokurordan qəzaya uğrayan helikopterlə bağlı açıqlama
    General:
    Elçin Quliyev:
    DYP işçi axtarır
    Helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimi keçirilir - CANLI YAYIM
    Əzizləri ilə vidalaşmağa gələn şəhid yaxınları… - Fotolar
    Qəzadan sağ çıxan hərbçilər danışdı - Video
    Helikopterdə yaralanan zabitimizin atası danışdı - ÖZƏL
    Laçında bu obyektlər su ilə təchiz edilib
    Türk lirəsi 12 qəpiyə düşdü - REKORD
    “Caliber” DSX helikopterinin qəzaya uğraması barədə: Hərbi ekspertlərin versiyaları - VİDEO
    Bu gün helikopter qəzasında həlak olanlarla vida mərasimi keçiriləcək - FOTO
    14 şəhidin içində adı “işçi” yazılan şəxs kimdir? – Gizli qəhrəman
    Azərbaycanda polis güllələndi - TƏFƏRRÜAT
    Baqdasaryan Köçəryanı biabır etdi: erməni əsgərlərinin ölüm əmrini siz vermisiniz
    Putin Ərdoğanın vasitəçiliyindən imtina etdi: Ukrayna böhranı III dünya savaşına çevrilə bilər
    Laçının erməni işğalından azad olunmasından bir il ötür
    Azərbaycan avtomobili Türkiyəyə daxil olarkən sənədlərə baxılmayacaq
    Məmur: “Ata Abdullayevə quzu təklif etdim, 10 min manat istədi”
    Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb
    Prezident sərəncam imzaladı
    İlham Əliyev pakistanlı naziri qəbul etdi
    Dünya Prezident İlham Əliyevi dünya səviyyəli qurucu lider kimi tanıyır - RƏY
    DİN-də yeni təyinat
    Azərbaycanda hərbi helikopter qəzaya uğradı - Ölənlər və yaralananlar var
    Maşını nömrəsiz sürən qazi ilə polisin dialoqu - VİDEO
    Ramil Bayramov: Regionda sülhü bərpa etmək məqsədilə Azərbaycan və Rusiya arasında fəal dialoqlar öz səmərəsini verir
    Avtomobillərin icbari sığortasında yenilik: Ödənişi bu şəxs edəcək
    Yeni nazir müavininin bu fotoları diqqət çəkdi - FOTO
    Qonşu valyutalar ucuzlaşır - Manatı nə gözləyir?
    Müharibə əleyhdarları Ermənistandan qaçır - Paşinyan terror təhdidi ilə üz-üzə
    Ermənistanda ehtiyatda olan həkimlər hərbi xidmətə çağrılır
    Nazir icra başçısının oğluna yüksək vəzifə verdi
    Kəlbəcərin İstibulaq kəndi - VİDEO
    Xərçəngdən əziyyət çəkən aktyorun xanımı:
    Gələn ildən NEZ-də yeni buxar sistemi işə salınacaq
    İlham Əliyev baş konsulu geri çağırdı
    Prezident Soçi görüşündən danışdı
    Vəli Ələsgərov həbsdə vəfat etdi
    Saakaşvili məhkəməyə gətirildi - Fotolar + Yenilənir
    DİN sürücülərə müraciət edib
    Zirvə görüşündə İranın Azərbaycana qarşı diqqət çəkən mövqeyi - AÇIQLAMA
    Azərbaycanda
    Deputat Türkiyədə ağır əməliyyat keçirdi - ÖZƏL
    Türkmənistanın birinci xanımı ilk dəfə görüntüləndi - FOTO
    Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı
    Prezident iranlı jurnalistin Azərbaycan dilində sualına belə cavab verdi - VİDEO
    Oksana Şəhriyarla evli olduğunu bu səbəbdən gizlədibmiş - VİDEO
    Azərbaycanda daha bir polis faciəvi şəkildə ölüb - FOTOLAR
    Bu gün
    Prezident “Rossiya1” telekanalına açıqlama verib - VİDEO
    Seyid İbrahim Rəisi: “Azərbaycan və İran xalqlarının ürəkləri bir döyünür”
    XTQ Şəhid Kərim Əliyevin anım günü
    Əliyev Aşqabadda nəyə nail oldu? - TƏHLİL
    Cəsarət Əhmədov: “Gənclər və İdman Nazirliyi yanında İctimai Şura ölkəmizə, xalqımıza və dövlətimizə çox fayda verəcək”
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir