İran qaçaqmalçılıq yolu ilə Qarabağa daxil olur - YENİ VİDEO VƏ FOTOSÜBUTLAR

  • 11-09-2021, 16:41
  • 72
İran qaçaqmalçılıq yolu ilə Qarabağa daxil olur - YENİ VİDEO VƏ FOTOSÜBUTLAR


Azərbaycan tərəfi bu ilin avqustunda çoxlu sayda İran yük maşınlarının Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasına rəsmi Bakının icazəsi olmadan qanunsuz keçdiyi barədə məlumat əldə edib. Belə ki, iyulun 11-dən avqustun 8-dək İrana məxsus 35 maşın (4 yük maşını və 31 yanacaq tankeri) Laçın dəhlizindən 70 dəfə girib və çıxıb. Giriş-çıxış tarixləri də məlumdur - 11, 14, 16, 17, 20, 21, 27, 28, 29, 31 iyul, həmçinin 3, 4, 5, 6, 7 avqust.

Bundan sonra, bu il avqustun 11-də İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilib. Səfirə nota verilib və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə edilib. Səbəb həqiqətən tutarlı idi: İran yük maşınları ilə Qarabağa qanunsuz yük daşınması. Azərbaycan tərəfinin Azərbaycan-İran münasibətlərinə kölgə salan bu cür faktlardan ciddi şəkildə narahat olması aşkar surətdə səfirin diqqətinə çatdırılıb.

“Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərin rəsmi Bakının icazəsi olmadan davamlı olaraq Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə edilib. Bir müddət əvvəl İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız görüş zamanı səfirin qarşısında bir daha qaldırılıb”, - deyə Azərbaycan XİN-in Mətbuat Xidmətinin açıqlamasında bildirilib.


Rəsmi Bakı həmin vaxt bəyan etdi ki, İranın yeni administrasiyası tərəfindən bu kimi qanunsuz hallara son qoyulması istiqamətində əməli addımların atılacağını gözləyir.

Düz bir ay keçdi. İran tərəfi bu kimi hadisələrin qarşısını almaq üçün təsirli tədbirlər görübmü? Rəsmi Bakının etirazlarını nəzərə alıbmı? Lazımi yoxlamaları həyata keçiribmi? Qətiyyən!

Caliber.Az İrana məxsus yük maşınlarının Bakının kəskin etirazına baxmayaraq Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağa necə davam etdiyini göstərən eksklüziv video görüntülər əldə edib.



Bizə dəqiq məlum olub ki, 11 avqustdan 10 sentyabradək müxtəlif məqsədli 58 yük maşını (xüsusən yanacaq və sürtkü yağları ilə yüklənmiş) girib, daha sonra onlardan 55-i geri qayıdıb.

İran qaçaqmalçılıq yolu ilə Qarabağa daxil olur - YENİ VİDEO VƏ FOTOSÜBUTLAR


Həmçinin aldığımız məlumata görə, iranlılar və ermənilər müxtəlif hiylələrə əl atırlar. Məsələn, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasına yaxınlaşanda, İrəvandan Xankəndinə gedən İrana məxsus yük maşınlarının dəqiq sayını gizlətmək üçün İrana məxsus yük maşınlarına Ermənistanın qeydiyyat nömrələri qoyulur. Onlar elə hesab edir ki, bu hiylə ilə kimisə aldada bilərlər. İranlılar bu nömrələrin yük maşınından yük maşınına ötürülərək təkrarlandığını unudublar və bununla bağlı bizim əlimizdə konkret foto sübutlar var.

İran qaçaqmalçılıq yolu ilə Qarabağa daxil olur - YENİ VİDEO VƏ FOTOSÜBUTLAR


Faktlar təkzibedilməzdir. Bəs İran mollaları indi nə cavab verəcəklər? Yenə dostluq barədə danışıb, amma əsla dost kimi davranmayacaqlar?

Qeyd etmək yerinə düşər ki, İrandan Qarabağa qanunsuz yüklərin köçürülməsi Bakının müasir videomüşahidə sistemlərinə malik olduğunu dəfələrlə bildirməsinə baxmayaraq həyata keçirilir. Və əgər bu biabırçılıq sülh dövründə, gözümüzün qabağında baş verirsə, iranlıların Vətən müharibəmiz zamanı və torpaqlarımızın təxminən 30 illik işğalı dövründə nə etdiklərini təsəvvür etmək belə qorxuncdur! Axı, hətta nüfuzlu dünya mediası, xüsusən də “The Economist” bir vaxtlar yazırdı ki, iranlılar Qarabağın işğalı illərində erməni vandalları tərəfindən dağıdılan və sökülən hər şeyi - daşları, kərpicləri, azərbaycanlıların evlərindən və binalardan damları, boruları, hətta evlərindən qovulan azərbaycanlıların ev əşyalarını belə fəal şəkildə satın alıblar.

İranlılar Laçın dəhlizinin ovucumuzun içində olduğu halda bu gün də Qarabağa yanacaq və sürtkü yağları gətirirlərsə, bu, hərbi əməliyyatlar dövründə erməni tanklarının İran yanacağı ilə işlədiyi anlamına gəlirmi?

Bu yaxınlarda İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohurinin sərhəd bölgəsinə səfərini xatırlatmaq yerinə düşər. Həmin vaxt səfir, guya iki ölkə arasında sərhəd mübahisələrinin davam etməsindən narahatlığını bildirdi. Biz həmçinin onun binokldan Azərbaycanın mövqelərinə tamaşa etdiyini də xatırlayırıq. Gördüyümüz kimi, cənub qonşumuzun dost olmayan davranışı dəyişməyib.

İranlıların avqust ayında vətəndaşlarını Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasında işləmək üçün fəal şəkildə cəlb etdiklərini də xatırlatmaq yerinə düşər.

İRNA agentliyi tərəfindən təşkil olunan vebinarda iranlı ekspertlərin Azərbaycan tərəfinin Gorus-Qafan yolunda hərəkəti məhdudlaşdırmaqla bağlı addımından güclü narahatlığını unutmamışıq. Düzdür, onlar öz auditoriyasına xatırlatmağı unudublar ki, bu məhdudlaşdırma azərbaycanlı sərhədçiyə hücumdan sonra asayişi bərpa etmək və ərazini təmizləməklə əlaqəli idi. Vebinar iştirakçıları müzakirələrində razılaşıblar ki, “İran regional güc kimi qüvvələrin balansını dəstəkləməlidir”. Yəni, açıq şəkildə Azərbaycana qarşı gəlmək üçün Ermənistanı dəstəkləməyə çağırdılar, çünki güclərin hazırkı balansı aşkardır.

Görünür, əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi İran ritorikası və təxribatları şübhə doğurmur ki, bu dövlət daxili qorxularını və qarşısıalınmaz ambisiyalarını rəhbər tutaraq ölkəmizə meydan oxuyur. Seçim ilk növbədə onların özlərinə yaxşı şey vəd etmir.

Bu kontekstdə, mövcud olmayan bir mandat çərçivəsində fəaliyyət göstərən Rusiya sülhməramlılarının qəribə davranışlarını, yumşaq desək, gözardı edə bilmərik. Axı, ermənilərin və iranlıların hərəkətləri onların gözləri qarşısında baş verir. Buradan nə nəticə çıxır? Ya rusiyalı sülhməramlılar onlara həvalə edilmiş Laçın dəhlizində vəziyyətə nəzarət edə bilmir, buna inanmaq çətindir, ya da çox güman ki, bu, onların gizli razılığı ilə baş verir. Hətta etiraf edə bilərik ki, qəşəng gözləri üçün deyil, nağd pul üçün... Sülhməramlıların Laçın dəhlizindən keçənləri yoxlamamasını, eyni zamanda Qarabağı tərk etmək istəyənlərə əngəl yaratmasını başqa cür necə izah etmək olar? Sülhməramlıların Şuşaya getmək cəhdi səbəbi ilə separatçılara təslim etdiyi İzaura Balasanyanla bağlı son hadisəni xatırlamaq kifayətdir.

Biz çox yaxşı başa düşürük ki, Qarabağda yaşayan ermənilərdən “pasportların” müsadirə edilməsi və ya mənzillərin satışına qadağa qoyulması kimi maneələr erməni əhalisinin bölgədən çıxmasını dayandırmağa xidmət edir.

Vizual nəzarət vasitəsi ilə qeyd edildiyi kimi, 11 iyuldan 8 avqusta qədərki dövrdə 20 minə yaxın insan Xankəndini tərk edərək Ermənistana yollanıb, cəmi 15 min adam isə ora daxil olub. Sülhməramlılar da bunu görür və başa düşürlər - onların müvəqqəti məsuliyyət zonası boşaldılsa, sülhməramlı qüvvələrin Qarabağda olmasının məqsədəuyğunluğu məsələsi qaçılmaz olaraq ortaya çıxacaq.

Azərbaycan tərəfi bu gün hər şeyi görür, sənədləşdirir və müvafiq nəticələr çıxarır. Biz İran tərəfinə təkzibolunmayan konkret faktlar təqdim etdik. İran şirkətlərinin Şuşadakı yuxarı “Gövhər Ağa” məscidini qanunsuz olaraq yenidən inşa edərək Azərbaycan üsulundan fars üsuluna “çevirdikləri” günlər geridə qaldı və rəsmi Tehran bunu həyasızcasına rədd etdi. Bu gün biz hər şeyi görürük. İran indi Azərbaycan xalqına necə cavab verəcək?

İran qaçaqmalçılıq yolu ilə Qarabağa daxil olur - YENİ VİDEO VƏ FOTOSÜBUTLAR
İran qaçaqmalçılıq yolu ilə Qarabağa daxil olur - YENİ VİDEO VƏ FOTOSÜBUTLAR
İran qaçaqmalçılıq yolu ilə Qarabağa daxil olur - YENİ VİDEO VƏ FOTOSÜBUTLAR
İran qaçaqmalçılıq yolu ilə Qarabağa daxil olur - YENİ VİDEO VƏ FOTOSÜBUTLAR
İran qaçaqmalçılıq yolu ilə Qarabağa daxil olur - YENİ VİDEO VƏ FOTOSÜBUTLAR
İran qaçaqmalçılıq yolu ilə Qarabağa daxil olur - YENİ VİDEO VƏ FOTOSÜBUTLAR
İran qaçaqmalçılıq yolu ilə Qarabağa daxil olur - YENİ VİDEO VƏ FOTOSÜBUTLAR
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    İlham Əliyev: “Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf Azərbaycandır”
    Peyvəndin yaradıcısı özü niyə vaksin vurdurmayıb? -
    İlham Əliyev: “Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu”
    Vətən müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin təməli qoyulacaq
    İlham Əliyev: “Azərbaycan İkinci Qarabağ müharibəsində tam qələbə qazanıb”
    Xalq şəhidlərini anır - VİDEO
    Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı
    Ali Baş Komandan xalqa müraciət edir - Canlı yayım
    Sentyabrın 27-də azad olunan ərazilər - SİYAHI
    Vətən Müharibəsi Şəhidlərinə yeni mahnı həsr olunub – VİDEO
    Vətən Müharibəsi belə başladı - Video
    İlham Əliyevdən Anım Günü ilə bağlı paylaşım - FOTO
    Bu gün Azərbaycanda Anım Günüdür
    Biləsuvarlı Murov qartalı - foto
    Bakıda maşınları əzərək polisdən qaçan avtoxuliqan saxlanıldı - VİDEO
    ATƏT Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışlayıb
    Hazırda çaylarda sel və daşqın hadisəsi müşahidə olunur
    Sülhməramlıların komandiri yenə dəyişdi - FOTO
    Rusiya və Türkiyə gəmiləri toqquşdu - FOTOLAR/YENİLƏNİB
    Ceyhun Bayramov Ermənistan xarici işlər naziri ilə görüşüb
    Ağdamın Ətyeməzli kəndi - VİDEO
    İlham Əliyev:
    İlham Əliyev Putinlə danışıqlarının detallarını açıqlayıb
    Azərbaycan lideri:
    Prezident Zəngilan və Şuşa sakinlərinin köçürüləcəyi vaxtı açıqladı
    Prezident: “Paytaxt Bakı Ermənistanın raket hücumlarının hədəfi idi”
    İlham Əliyev İraqın neft nazirini qəbul edib
    Azərbaycan Prezidenti:
    İlham Əliyev:
    Məktəblərdə şəhid Cəbrayıl Dövlətzadə adına sinif otaqları yaradılıb - FOTO
    Mövlud Çavuşoğlu Ermənistanla sərhədlərin açılması şərtlərindən danışdı
    Prezident “Dəmir yumruq” ifadəsinin necə yarandığını açıqlayıb
    İlham Əliyev: “Biz 44 günlük müharibə ərzində daha bir ordu korpusu formalaşdırdıq”
    Jirinovski: Ermənilərə dəstəyi dayandırın!
    İlham Əliyev:
    Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edir - VİDEO
    Sabahın hava proqnozu AÇIQLANDI
    Bu rayonlara güclü yağış yağır - Sel və daşqın var
    Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlanıb
    DİN əməliyyat keçirdi, 27 nəfər saxlanıldı
    İngiltərə baş naziri Boris Consondan Ərdoğanla görüşündə şok etiraflar
    ŞOK: Erməni məhsulları İran vasitəsi ilə AZƏRBAYCAN BAZARINDA!!! - PƏRDƏARXASI MƏQAMLAR
    Kumandan etiraf: “Messi nöqsanlarımızı örtürdü”
    Bakıda təhlükəli manevrlər edən sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO
    Ceyhun Bayramov Avropa Şurasının baş katibi ilə görüşüb
    Qudasını vuran şəhid atası saxlanıldı
    Ukraynada “Bayraktar” istehsal edən zavod tikiləcək
    Rusiyada koronavirusun yeni ştamı aşkar olundu
    Bu ərazilərdə su olmayacaq - SİYAHI
    Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşü keçiriləcək
    Azərbaycanın Baş prokuroru Qazaxıstanda səfərdədir
    Avro və və lirə ucuzlaşdı - Rəsmi məzənnə
    Azərbaycanda iyrənc hadisə: Ata iki qızına təcavüz etdi
    Taksi sürücülərinin vaksin pasportu belə yoxlanılacaq - Rəsmi
    Rusiyada radarlardan itən hərbi təyyarənin qalıqları tapıldı
    Ərdoğan Paşinyana “sınaq müddəti” qoyub - Türkiyə Ermənistanı Rusiyanın əlindən alır?
    Azərbaycana payız gəldi
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir