"Bayraqdar-TB2" PUA-sı Naxçıvan Qarnizonu Qoşunlarının təlimində - FOTO

  • 23-06-2021, 09:47
  • 42
"Bayraqdar-TB2" PUA-sı Naxçıvan Qarnizonu Qoşunlarının təlimində - FOTO


Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən 21-23 iyun tarixlərində Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlimi keçirilir.

“İyunun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təlimi izləyib.

Təlimdən əvvəl Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev "Bayraqdar-TB2" silahlı pilotsuz uçuş aparatının təqdimata hazırlığı barədə raport verdikdən sonra uçuşa hazır olan "Bayraqdar-TB2" silahlı pilotsuz uçuş aparatına və döyüş raketlərinə, aparatın saxlanma imkanlarına baxış keçirilib.


Pilotsuz uçuş aparatının taktiki-texniki xassələri haqqında məlumat verilərək bildirilib ki, aparatın kompleksinə müxtəlif növ idarəolunan raketlər daxildir. "Bayraqdar-TB2" silahlı pilotsuz uçuş aparatının uçuşlarını təmin edən qüllə, antennaların taktiki-texniki xassələri haqqında məlumat verilib, silahlı pilotsuz uçuş aparatının uçuşa hazırlanması və uçuşu, silahlı pilotsuz uçuş aparatının praktiki uçuşların idarəedilməsi izlənilib, yerüstü nəzarət və idarəetmə stansiyası təqdim olunub.

Ali Məclisin sədri qoşunların idarə edilməsini təmin edən rabitə vasitələrinə və döyüş raketlərinin saxlanılma anbarına baxıb, ultraqısa və qısa dalğalı radiostansiyalar dəsti, döyüşü idarəetmə qrupunun iş yeri, kompleks və mobil rabitə stansiyaları, döyüşü idarəetmə və komanda-qərargah maşınları ilə tanış olub.


Daha sonra Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahında Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə keçirilən taktiki-xüsusi təliminin praktiki fəaliyyətlərinin icrasını izləyib.

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev təlimin praktiki fəaliyyətlərinin icrasının hazırlığı barədə raport verib, döyüşü idarəetmə mərkəzi haqqında məlumat verib.

Bildirilib ki, mərkəz fasiləsiz olaraq cari vəziyyəti izləmək, ordu komandanını və qoşunları əməliyyat şəraiti ilə məlumatlandırmaq, əmr və sərəncamlar əsasında qoşunları istiqamətləndirmək, qoşunların və düşmən bölmələrinin fəaliyyətlərini real zamanda izləmək məqsədi ilə yaradılıb.

Taktiki-xüsusi təliminin planı ilə tanışlıq zamanı bildirilib ki, təlimin keçirilməsində məqsəd vahid rabitə sistemi çərçivəsində idarəetmə orqanları arasında qarşılıqlı əlaqəni yaratmaq, müxtəlif vasitələrdən istifadə etməklə informasiya mübadiləsini müxtəlif səviyyəli qərargahlar arasında təmin etmək, silahlanmada olan pilotsuz uçuş aparatlarının və texniki kəşfiyyat vasitələrinin görüntülərinin vahid informasiya şəbəkəsinə inteqrasiyasını təmin etmək, idarəetmə və silah sistemləri arasında qarşılıqlı əlaqənin təşkili üsullarını təkmilləşdirməkdən ibarətdir.

Planla tanışlıqdan sonra təlimə start verilib.

Təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun daxili şəbəkəsində yaradılmış videokonfransda təlimə cəlb olunan birləşmə və hissə komandirləri iştirak edib, əvvəlcədən göndərilmiş döyüş sərəncamına uyğun olaraq yaranmış vəziyyəti məruzə ediblər.


Təlim mərkəzində düşmənin artilleriya batareyasını təqlid edən batareya atəş mövqeyini tutaraq ön xətt bölmələrimizə atəş zərbələri endirib. Düşmənin bu fəaliyyəti "Bayraqdar-TB2" pilotsuz uçuş aparatından izlənilərək, artilleriya batareyasının koordinatları döyüşü idarəetmə mərkəzindən məhv edilməsi üçün aidiyyəti üzrə artilleriya bölmələrinə ötürülüb. Hərəkətdə olan düşmən kolonunu aşkar edən xüsusi təyinatlı qrupumuz pilotsuz uçuş aparatı ilə əlaqə yaradaraq “Pusqu”nun icrası üçün qrupun istiqamətləndirilməsini, yaxınlaşan düşmənin tərkibini, kolonun düzülüş ardıcıllığını, yaxınlıqda olan düşmənin digər bölmələrinin fəaliyyətini öyrənmişdir. Eyni zamanda ərazidən uzaqlaşmaq üçün coğrafi analiz sistemindən istifadə etməklə qrupa doğru hərəkət edən helikopterlə xüsusi təyinatlı qrup arasında qarşılıqlı əlaqə yaradılıb.

Əlahiddə Ümumqoşun Orduda ərazinin, hava şəraitinin və relyefin planlaşdırma zamanı əməliyyatlara təsirini qiymətləndirmək, qoşunların idarəedilməsi və fəaliyyətlərinə nəzarətin təşkili məqsədi ilə Coğrafi Analiz Sistemindən istifadəyə başlanıb.

Türkiyənin “PİRİREİS” informasiya texnologiyaları şirkətinin texniki müdiri Adil Yoltay coğrafi analiz sistemi haqqında məlumat verərək bildirib ki, sistem dünya üzərindəki kompleks ictimai, iqtisadi, ekoloji və digər problemlərin həllinə əsaslanan, qərarvermə müddətlərində istifadəçilərə kömək etmək üçün irihəcmli coğrafi məlumatların toplanılması, saxlanılması, işlənilməsi, yenilənməsi, obyektlərin təhlili, sorğulanması və əks etdirilməsi funksiyalarını yerinə yetirən təchizat, proqram təminatı, coğrafi məlumat mənbələrinin məcmusudur. Coğrafi Analiz Sistemi obyektləri yüksək görüntü keyfiyyəti ilə və dəqiq koordinatlarla, üçölçülü formatda təqdim edən, istifadəsi asan, sürətli, eləcə də təhlükəsiz sistemdir. Naxçıvan Muxtar Respublikasının istənilən ərazisindəki bitki örtüyünün inkişafı və vəziyyəti, bölgənin daha sıx və yaşıl bitki sahəsi, su hövzələrinin səviyyəsi, bitki sahələrindəki rütubətin səviyyəsi Coğrafi Analiz Sistemində əks etdirilib.


Sonra “Qarabağlar Dağ” təlim mərkəzində keçirilən artilleriya batareyasının taktiki təlimində atəş mövqeyini tutmaq üçün hərəkətdə olan batareyanın düşmənin artilleriya atəşinə məruz qaldıqda göstərəcəyi praktiki fəaliyyəti izlənilib. Düşmənin müdafiə dərinliyimizə sızıb keçən kəşfiyyat diversiya qrupunun Daxili Qoşunların Əlahiddə Əməliyyat Briqadasının bölmələrinin pilotsuz uçuş aparatının köməyi ilə aşkar və məhv edilməsi üçün qarşılıqlı əlaqədə fəaliyyəti icra olunub.

Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə Naxçıvan Qarnizonu Qoşunlarının hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə planına uyğun olaraq sərhədi pozmağa cəhd edən qrupun zərərsizləşdirilməsi üzrə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının bölmələrinin fəaliyyəti müşahidə edilib. Sərhəd pozuntusu barədə məlumat alındığı andan sərhəd bölgəsində pilotsuz uçuş aparatı ilə sərhəd pozucularının yeri aşkar edilib, koordinatları müəyyən edildikdən sonra məlumat “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandanlığına ötürülüb. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası komandirinin qəbul etdiyi qərara əsasən çevik hərəkət taborunun aidiyyəti üzrə bölməsi helikopter vasitəsi ilə əraziyə endirilərək sərhəd pozucularını zərərsizləşdirib.

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev döyüşü idarəetmə mərkəzinin təkmilləşdirilməsi istiqamətində planlaşdırılan tədbirlər haqqında məlumat verib.
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Bakıda şok hadisə: özünü partlatdı, polislər yaralandı
    Bakı polisindən xəbərdarlıq- Bunu edənlər cərimələnəcək - VİDEO
    Qarabağ məsələsində Ankara və Moskvanın mövqeyi -
    DİN-də yeni TƏYİNAT
    Almanyada güclü partlayış:
    Müharibə iştirakçılarından rüşvət alan vəzifəlilər saxlanıldı
    Oqtay Şirəliyev yeni vəzifəyə təyin olundu
    İlham Əliyev ABŞ-ın Oklahoma ştatının qubernatorunu qəbul edib - FOTO
    Polis niyə toyları yoxlamağa başladı? – RƏSMİ AÇIQLAMA
    Prezident bir sıra qanunlara dəyişiklik etdi
    Prezident Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini qəbul edib
    Xərçəngin düşməni – Bu bitkini harada gördünüz, alın
    Azərbaycanın Türkiyədəki səfiri geri çağırıldı - YENİ TƏYİNAT
    Prezidentdən Abel Məhərrəmovun oğlu ilə bağlı SƏRƏNCAM
    Regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir
    Xərçəngin düşməni – Bu bitkini harada gördünüz, alın
    İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
    İşğaldan azad edilmiş ərazilərimizin böyük iqtisadi potensialı və təbii ehtiyatları var
    Daşkəsənin Dəstəfur kəndində baş verənlərlə bağlı tam açıqlama
    Yenidən sərt karantinə qayıdılır? - Operativ Qərargahdan AÇIQLAMA
    Gürcüstana avtobusla gediş-gəliş bərpa edilə bilər
    Bakıda narkoman ananın körpəsini dövlət himayəyə götürdü - RƏSMİ
    Azərbaycanda polis əməkdaşı faciəvi şəkildə öldü
    ABŞ-da atışmada 430 nəfər ölüb
    Afrikada rekord şaxtalar qeydə alınır
    Dövlət başçısı dini icma sədrini təltif edib
    20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO
    Dünya birjalarında neft ucuzlaşıb
    Azərbaycanda 5-ci sinif şagirdi qəflətən vəfat etdi - FOTOLAR
    Salyanda avtomobillə motosiklet toqquşub: Ölən var
    Daha bir azərbaycanlı məşhurun toyu oldu - FOTO
    Prezident deputatla bağlı sərəncam imzaladı - FOTO
    Yaponiya Rusiyaya qarşı yeni ərazi iddiaları qaldırıb
    MN: Ermənistan tərəfi Kəlbəcər rayonu ərazisində mövqelərimizi intensiv atəşə tutub
    Bərdədə ər arvadını əlləri ilə boğub öldürüb
    Təranə Səmədovaya ağır itki
    İtaliyada COVID sertifikatlarının tətbiqinə qarşı aksiya keçirilib
    Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var - SİYAHI
    Polkovnik-leytenant Rəşad Atakişiyevin şəhidlik zirvəsinə ucalmasından iki il ötür
    Nazir şəhid oğluna Şuşada vəzifə verdi
    Şadlıq sarayının sahibi 4 min manat cərimələndi - VİDEO
    Bərdədə gənc qızı zəncirləməkdə şübhəli bilinən şəxs saxlanıldı
    “Zerkalni” nömrə sevənlərin NƏZƏRİNƏ: Bakıya yeni avtomobil seriyası verildi - FOTO
    ÜST-dən “Delta” ştammı ilə bağlı XƏBƏRDARLIQ
    Tokio-2020-nin ilk qızıl medalçısı bəlli oldu - FOTO
    Azərbaycanda toylar bu tarixdən qadağan oluna bilər - AÇIQLAMA
    Müdafiə Nazirliyi sərhəddəki gərginliklə bağlı məlumat yaydı
    Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir
    Azərbaycanda gəmiçilik, dəniz üzərində donanmaların, yataqların yaradılması, burada dəniz üzərində şəhərciyin salınması ən son standartlara uyğun həyata keçirilmişdir
    Azərbaycan innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanmışdır
    Bəzi rayonlarda şimşək çaxacaq, arabir yağış yağacaq
    Məhkəmədə erməni Azərbaycan Prezidentinə təşəkkür etdi
    Naftalanda avtomobil yollarının təmirinə 3 milyon manat ayrıldı
    Prezident “Əmək pensiyaları haqqında” qanunda dəyişiklikləri təsdiqlədi
    İlham Əliyev sərəncam imzaladı
    İlham Əliyev dörd qanunu təsdiqlədi
    Ermənistanın belə bir layihəni gerçəkləşdirəcək qabiliyyəti və gücü yoxdur
    İlham Əliyevin Bakıdan Qarabağla bağlı dünyaya verdiyi mesajlar - TƏHLİL
    Şuşaya dəmir yolu xətti çəkiləcək
    İlham Əliyev Çin liderinə başsağlığı verib
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir