Xtv.az

"Qiyamət günü"nün tarixi açıqlandı
Nüfuzlu “The Lancet” jurnalının komissiyası tərəfindən hazırlanan yeni qlobal risk hesabatında nüvə münaqişəsi və süni intellektdən zərərli məqsədlərlə istifadənin 2100-cü ilə qədər bəşəriyyətin mövcudluğunu təhlükə altına sala biləcəyi bildirilib.

35 mütəxəssisin üç il ərzində apardığı araşdırmaların nəticələri Almaniyanın Berlin şəhərində keçirilən Dünya Səhiyyə Sammitində təqdim olunub. Tədqiqat zamanı insanların sağlamlığına və ömür uzunluğuna təsir edən 17 əsas qlobal risk qiymətləndirilib.

Hesabatda qeyd olunur ki, nüvə müharibəsi və süni intellektin təhlükəli məqsədlərlə tətbiqinin başvermə ehtimalı aşağı olsa da, mümkün nəticələrinin miqyası bu təhdidləri ən ciddi risklər sırasına daxil edir.

Mütəxəssislərin fikrincə, nüvə münaqişəsi atmosferdə ciddi dəyişikliklərə səbəb olaraq kənd təsərrüfatına zərər vura və genişmiqyaslı aclıq yarada bilər. Süni intellektin köməyi ilə hazırlanmış bioloji silahlar isə indiyədək görünməmiş fəlakətlərə yol aça bilər. Bu səbəbdən hər iki ssenari bəşəriyyət üçün son dərəcə təhlükəli hesab olunur.

Araşdırmada digər ciddi problemlərə də diqqət çəkilib. Hava çirkliliyi, antimikrob müqaviməti, uşaqlar arasında qeyri-kafi qidalanma, iqlim böhranı, ənənəvi müharibələr və beynəlxalq yardımın azaldılması qlobal sağlamlığa təsir edən əsas amillər sırasında göstərilib.

Hesabatda regionlar arasındakı fərqlər də vurğulanıb. Yüksəkgəlirli ölkələrdə piylənmə və psixi sağlamlıq problemləri daha qabarıq risklər kimi qiymətləndirildiyi halda, aşağıgəlirli ərazilərdə təhsilin səviyyəsinin aşağı olması sağlamlığa mənfi təsir göstərən amillərdən biri kimi qeyd edilib.

ABŞ və Böyük Britaniya da daxil olmaqla, bir sıra varlı ölkələrdə xarici yardım büdcələrinin azaldılması da narahatlıq doğuran məsələlərdəndir. Hesablamalara əsasən, beynəlxalq səhiyyə yardımının kəskin azalması və ya tamamilə dayanması 2100-cü ilə qədər milyardlarla illik sağlam həyatın itirilməsinə səbəb ola bilər. Bu itkilərin təxminən 70 faizinin Afrikada qeydə alınacağı proqnozlaşdırılır. Qitə uşaqlar arasında qeyri-kafi qidalanma probleminin ən ağır hiss olunduğu bölgələrdən biri olaraq qalır.

Komissiya üzvləri hesabatın məqsədinin cəmiyyətdə qorxu yaratmaq deyil, dünya liderlərini vaxtında tədbirlər görməyə təşviq etmək olduğunu bildiriblər. Onların qənaətinə görə, iqlim dəyişikliyinin məhdudlaşdırılması və yeni texnologiyaların inkişafına sərmayə qoyulması kimi addımlar milyonlarla insanın həyatını xilas etməklə yanaşı, milyardlarla illik sağlam həyatın qorunmasına imkan verə bilər./milliaz

Zelenskidən Trampa "Starlink" TƏKLİFİ: "Lisenziyanı açın, Rusiyanın raket qurğularını MƏHV EDƏK"
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla keçirdiyi danışıqlar zamanı ona "Starlink" peyk rabitəsi şəbəkəsi ilə bağlı təqdim etdiyi strategiyanın təfərrüatlarını açıqlayıb.

Musavat.com xəbər verir ki, Ukrayna lideri "Financial Times" (FT) qəzetinə verdiyi müsahibədə Vaşinqtonun rabitəyə tətbiq etdiyi məhdudiyyətləri kəskin tənqid edib.

Zelenski "Financial Times"a müsahibəsində bildirib: "Mən Trampa dedim ki, biz bunu çox tez edə bilərik. Əgər siz bizim 'Starlink' bağlantımızı kəsməsəniz və əksinə, Rusiya ərazisində də bu sistemə çıxışı açsanız, biz Putinin bütün ballistik raket qurğularını məhv edəcəyik — bununla da onun üçün hər şey bitəcək. O, gəlib masada oturub danışıqlar aparmaq məcburiyyətində qalacaq, mən isə daha heç bir enerji obyektini vurmayacağam. Çünki bu mənə lazım deyil. Bizə 'Starlink' verin, çıxışı açın dedik. Lakin onlar imkanları genişləndirmək əvəzinə, sistemi daha da məhdudlaşdırdılar. Bu, çox ciddi və bağışlanmaz bir səhvdir".

Ukrayna Prezidenti vurğulayıb ki, ABŞ-nin cəbhədə peyk rabitəsini məhdudlaşdırmaq qərarı Kiyevin müdafiə imkanlarına böyük zərbə vurur və Rusiyanı sülh masasına gətirmək səylərini zəiflədir.

“Türkiyə ilə aramıza nifaq toxumu səpmək istəyirlər” – Deputatdan ETİRAZ
“İdeoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər əhəmiyyətlidir. Müasir texnoloji imkanlar ideoloji təxribatlar üçün geniş imkanlar açır. Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək istəyən qüvvələrin fəallığı da bu baxımdan diqqət çəkir”. Bu sözləri Musavat.com-a deputat Azər Allahverənov deyib.

Onun sözlərinə görə, fiziki təhlükəsizlik güclü ordu və müasir müdafiə sistemləri vasitəsilə təmin olunduğu kimi, ideoloji təhlükəsizliyin qorunması da dövlət üçün mühüm əhəmiyyət daşıyır.
Azər Allahverənov qeyd edib ki, ideoloji təhdidlər fiziki sərhədlərlə məhdudlaşmır və rəqəmsal transformasiyanın sürətləndiyi indiki dövrdə yeni texnoloji imkanlar vasitəsilə daha geniş miqyas ala bilir: “Süni intellekt də daxil olmaqla, müasir texnologiyalar ideoloji təxribatlar üçün geniş imkanlar açır. Ölkəmizə qarşı aparılan kampaniyalarda da bu texnoloji imkanlardan geniş istifadə olunduğunu görürük”.

Deputatın fikrincə, belə bir şəraitdə ideoloji təhdidlərə qarşı mübarizə yalnız texniki və inzibati tədbirlərlə məhdudlaşmamalıdır, yəni cəmiyyətdə yetkin vətəndaş mövqeyinin formalaşdırılması, təhsilin vətənpərvərlik ruhunda təşkili, insanların müasir texnologiyalardan düzgün istifadə bacarıqlarının artırılması vacibdir.
O bildirib ki, təhsilli, tənqidi düşünmə qabiliyyətinə malik və beynəlxalq prosesləri düzgün qiymətləndirə bilən vətəndaşlar ideoloji təhdidləri daha asan müəyyənləşdirə və onlara adekvat münasibət göstərə bilər.

Azər Allahverənov son bir ay ərzində Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirə biləcək bir sıra hadisələrin baş verdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, ayrı-ayrı müstəvilərdə baş verən proseslər ümumi kontekstdə nəzərdən keçirildikdə, Azərbaycanın hədəfə alındığı qənaətini yaradır. O hesab edir ki, bu hadisələr Azərbaycana qarşı kampaniyada maraqlı olan qüvvələrin müxtəlif istiqamətlərdən fəaliyyət göstərdiyini və bəzi hallarda gözlənilməz addımlara əl atdığını göstərir.

Deputat son dövrlər baş verən haker hücumlarına da toxunaraq bildirib ki, bu hücumların mənşəyinə diqqət yetirildikdə Türkiyənin də adının hallanması təəssüf doğurur.
“Bu da onu göstərir ki, Azərbaycan-Türkiyə münasibətlərinə ciddi zərbə vurmaq istəyən, Türkiyənin daxilində fəaliyyət göstərən qüvvələr və onların şəbəkələri mövcud ola bilər. Nəzərə alsaq ki, Azərbaycan-Türkiyə münasibətlərinin əsas təminatçılarından biri Türkiyə prezidentidir, bu həmlələrin həmin müstəvidə də həyata keçirilməsi mümkündür. Nəticə etibarilə, belə fəaliyyətlər iki ölkə arasındakı münasibətlərə zərbə vurmağa yönəlib”, – deyə deputat vurğulayıb.

Azər Allahverənovun fikrincə, prosesləri yalnız Türkiyədəki daxili siyasi çəkişmələrlə izah etmək düzgün olmazdı. O, bu məsələdə həm də kənar qüvvələrin və müxtəlif şəbəkələrin rolunun araşdırılmasının vacibliyini qeyd edib. Deputat hesab edir ki, birgə hərbi təlimlərin keçirildiyi, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirildiyi şəraitdə Azərbaycanla Türkiyə arasında qarşıdurma yaratmağa yönələn cəhdlər iki qardaş xalqın münasibətlərinə nifaq toxumu səpmək məqsədi daşıya bilər. Azər Allahverənovun sözlərinə görə, bu cür kampaniyaların arxasında dayanan qüvvələrin müəyyənləşdirilməsi vacibdir.

Moskvaya kütləvi hücum: Aeroportlar bağlandı – Video
Moskvaya sutka ərzində 500-ə yaxın PUA hücumu edilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib, Vnukovo və Şeremetyevo hava limanlarında uçuşlar ləğv edilib. Şəhərə 493 dron hücum edib, onlardan 180-i paytaxt yaxınlığında məhv edilib. Hücumlar nəticəsində Moskva ətrafında evlər zərər görüb, 1 nəfər həlak olub. Hava limanlarında vəziyyət gərgindir, bir neçə reys ləğv edilib, bəziləri isə digər hava limanlarına yönləndirilib”, - məlumatda bildirilib.

Van Yi Azərbaycana gəlir
Çinin xarici işlər naziri Van Yi oktyabrın 14-dən 20-dək Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstana səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Van Yi oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısında Çin lideri Si Szinpinin xüsusi nümayəndəsi kimi iştirak edəcək.

Məşhur türk yazarın ölümü 70 ildən sonra yenidən araşdırılır
XX əsr türk nəsrinin böyük adlarından olan Səbahəddin Əlinin ölümü ilə bağlı məsələyə aydınlıq gətirilməsi üçün Ədliyyə Nazirliyinə müraciət olunub.

Axar.az Bizim.Media-ya istinadən xəbər verir ki, müraciətdə Səbahəddin Əlinin ölümü ilə bağlı istintaq və məhkəmə materiallarının yenidən nəzərdən keçirilməsi, dövlət arxivlərində müvafiq sənədlərin axtarılması və yazıçının dəfn olunduğu yerin müəyyən edilməsi tələb olunur.

Türkiyə Jurnalistlər Cəmiyyəti, Türkiyə Naşirlər Birliyi, Türkiyə Jurnalistləri Həmkarlar İttifaqı, Türkiyə Yazıçılar Birliyi və PEN Türkiyə bu gün Ədliyyə Nazirliyinə müraciət edərək, yazıçı, şair və jurnalist Səbahəddin Əlini 1948-ci ildəki ölümünə aydınlıq gətirilməsini istəyiblər.

Belə ki, 70 ildən çox vaxt keçməsinə baxmayaraq, Səbahəddin Əlinin ölümü ilə bağlı rəsmi versiya ictimaiyyətdə, eləcə də ədəbi, tarixi və hüquqi dairələrdə mövcud olan şübhələri aradan qaldıra bilməyib. Sənəddə qeyd olunur ki, yazıçının dövrün təhlükəsizlik və kəşfiyyat orqanlarının nəzarəti altında saxlanılarkən pis rəftar və ya işgəncə nəticəsində həyatını itirməsi barədə iddialar heç vaxt müstəqil və hərtərəfli araşdırmaya cəlb edilməyib.

Bildirilir ki, cəsədin qəti şəkildə identifikasiya edilə bilməməsi, yarılma əməliyyatından sonra qalıqların taleyinin məlum olmaması və məhkəmə qeydlərindəki çatışmazlıqlar bu şübhələri daha da gücləndirib.

Cümhuriyyət tarixində ən çox müzakirə olunan və həllini tapmamış ölüm hadisələrindən biridir

Səbahəddin Əlinin ölümünə aydınlıq gətirilməsinin sadəcə fərdi bir hadisənin araşdırılmasından daha geniş məna kəsb etdiyini vurğulayan müraciətdə, məsələnin Cümhuriyyət tarixində ən çox müzakirə olunan və həllini tapmamış işlərdən birinin aydınlaşdırılması baxımından əhəmiyyəti qeyd olunur.

Müraciətdə bildirilir ki, Konstitusiyanın 17-ci maddəsi ilə təminat altına alınan yaşamaq hüququ və 2-ci maddədə təsbit edilmiş hüququn aliliyi prinsipi ölüm hallarının effektiv şəkildə araşdırılması tələbini ehtiva edir.

Həmçinin qeyd olunur ki, bir yazıçının öz baxışlarına görə hədəf seçilmiş ola biləcəyinə dair ciddi şübhələrin aradan qaldırılmaması ifadə və mətbuat azadlığı baxımından mühüm bir məsələ təşkil edir.

Yazıçılar və naşirlər Ədliyyə Nazirliyinin qarşısına üç tələb qoydu

Türkiyə Jurnalistlər Cəmiyyəti, Türkiyə Naşirlər Birliyi, Türkiyə Jurnalistləri Həmkarlar İttifaqı, Türkiyə Yazıçılar Birliyi və PEN Türkiyə tələb edir:

1. Səbahəddin Əlinin ölümü ilə bağlı istintaq və məhkəmə materiallarının – o cümlədən iş materialları "Açılmamış Cinayətlərin Araşdırılması Şöbəsi"nin koordinasiyası altında yenidən nəzərdən keçirilməsi.

2. Hadisə ilə bağlı hər hansı sənədin polis, jandarma, kəşfiyyat və ya dövlət arxivlərində mövcud olub-olmadığının müəyyən edilməsi məqsədilə araşdırma aparılması.

3. Səbahəddin Əlinin qalıqlarının dəfn olunduğu yerin müəyyən edilməsi və mümkün olduqda, yaxınlarının razılığı ilə DNT və antropoloji müayinələrin aparılması.

Müraciətdə həmçinin araşdırma nəticəsində əldə edilən məlumatların ictimaiyyətlə bölüşülməsi tələb olunub.

Xatırladaq ki, Səbahəddinin ədəbi kimliyini sosial realizm üzərində quran və həyat təcrübələrini əsərlərində əks etdirən yazıçı və şair olub. Onun “İçimizdəki Şeytan” (1940) və “Xəz paltolu madonna” (1943) romanları türk ədəbi mühitində böyük rəğbət qazanmaqla yanaşı dünyanın bir çox ölkələrinin ədəbi inciləri sırasına qatılıb.

İlk dəfə kommunist təbliğatı aparmaq ittihamı ilə, daha sonra isə türk dövlət məmurlarını tənqid etdiyi üçün həbs olunub. Bir müddət sərbəst qaldıqdan sonra bu dəfə guya Atatürkü təhqir etdiyi üçün həbs edilib. Xüsusilə, onunla türkçü-turançı yazıçı Nihal Atsız arasında artan gərginlik "İrqçilik-Turançılıq Məhkəməsi"nin bir hissəsinə çevrildi.

Bu dövrdə o, Əziz Nesinlə birlikdə nəşr etdiyi “Markopaşa” jurnalında siyasətçiləri tənqid etdiyinə görə müxtəlif məhkəmə işləri ilə üzləşdi. Ona qarşı açılan məhkəmə işlərinin əleyhinə nəticələnəcəyi bir vaxtda o, Türkiyəni tərk etməyə çalışdı; lakin Bolqarıstan sərhədini keçməyə cəhd edərkən, qaçış zamanı ona bələdçilik edən yaxın dostu Əli Ərtəkin tərəfindən qətlə yetirildi.

Nəşini balıqçılar tapmışdılar, bədənində isə işgəncə əlamətləri olub. Lakin müəmmalı məqamların olması böyük yazarın necə, hansı şəraitdə öldürülməsi üzərinə uzun illərdir sirr pərdəsi asıb

Yamal üçün tarixi şans: “Qalatasaray”la matçda rekord qıra bilər
“Barselona”nın gənc futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasında Kilian Mbappenin rekordunu təkrarlamağa yaxındır. İspaniyalı vinger 20 yaşına çatmamış turnirdə ən çox qol vuran futbolçu olmaq şansı əldə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tribuna” nəşri məlumat yayıb.

19 yaşlı Yamal Çempionlar Liqasında keçirdiyi 34 matçda 12 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun 2026–2027-ci illər mövsümünün liqa mərhələsinin ilk turunda “Feyenoord”un qapısına vurduğu qol turnirdəki ümumi qol sayını 12-yə çatdırıb.

Hazırda 20 yaşına qədər Çempionlar Liqasında 13 qol vuran Kilian Mbappe bu göstərici üzrə rekordçudur. Yamalın fransalı hücumçunun nəticəsini təkrarlaması üçün daha bir qol vurması kifayətdir.

İspaniyalı futbolçu rekord uğrunda növbəti fürsətini oktyabrın 13-də İstanbulda “Qalatasaray”a qarşı keçiriləcək matçda əldə edə bilər. Yamal bir qol vuracağı təqdirdə Mbappenin göstəricisinə çatacaq, iki və ya daha çox qol vurarsa, onu geridə qoyacaq.

Gələn ilin iyulunda 20 yaşı tamam olacaq Yamalın rekordunu yeniləmək üçün hələ vaxtı var. “Qalatasaray”la qarşılaşma gənc futbolçu üçün bu istiqamətdə növbəti mühüm sınaq olacaq.

Almaniyadan ABŞ-Rusiya sazişinə sərt reaksiya: “Qəbuledilməzdir!”
Almaniya kansleri Fridrix Merz Rusiya ilə dizel yanacağı üzrə hər hansı bir razılaşmanın əldə olunmasını istisna edib və ABŞ-ın bu addımını qəbuledilməz adlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.

Merz Almaniya və Avropanın ABŞ-ın ardınca belə bir saziş imzalamayacağını qəti şəkildə bildirib. Kansler qeyd edib ki, Almaniya və Avropa üçün bu cür qərarlar qəbuledilməzdir:

Ğ”Rusiya yalnız təzyiq altında ciddi danışıqlar aparacaq, buna görə də biz ona qarşı sanksiyalarımıza sadiq qalırıq”.

Almaniya hökumət başçısı eyni zamanda Ukraynanı və Prezident Volodimir Zelenskinin administrasiyasını dəstəklədiklərini bəyan edib. O, Kiyevin həm Berlindən, həm də bütün Avropa İttifaqından gələcəkdə də dəstək alacağını vurğulayıb:

“Ukraynanın azadlığını və Avropanın təhlükəsizliyini təmin edəcək ədalətli və davamlı sülhün əldə olunması üçün biz Ukraynanı dəstəkləyirik və Avropa İttifaqı çərçivəsində birgə işləyəcəyik”, – Merz vyrğulayıb.

Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox saxlanılan var
Bakıda "28 May" metrostansiyasının yaxınlığında ictimai asayişi pozmağa cəhd edən şəxslərin saxlanıldığı bildirilir.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərara etiraz cəhdi zamanı baş verib.

İlkin məlumata əsasən, ərazidə xidmət aparan polis əməkdaşları ictimai asayişin pozulmasının qarşısını alaraq bir qrup şəxsi saxlayıblar. Məlumatda saxlanılanların sayının 200 nəfəri keçdiyi iddia olunur.

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama
Məktəblərdə vahid geyim qaydalarına riayət olunması təhsilin keyfiyyətinin yüksəldilməsi, tərbiyə işinin səmərəli təşkili və nizam-intizamın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu qaydalara əməl olunması məktəb mədəniyyətinin formalaşmasına və təhsil mühitində vahid yanaşmanın qorunmasına xidmət edir.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bunu Azərbaycanın keçmiş təhsil naziri, professor Misir Mərdanov deyib.

O, məktəblərdə vahid geyim qaydalarına riayət olunmasının təhsilin inkişafına xidmət etdiyini bildirib.

Professor qeyd edib ki, təhsil müəssisələrində şagird və müəllimlərin məktəbə müəyyən olunmuş formada gəlməsi təhsilin inkişafına, tərbiyənin və nizam-intizamın möhkəmlənməsinə xidmət səbəb olacaq:

“Unutmamalıyıq ki, məktəb yalnız dərs keçilən yer deyil, həm də şəxsiyyətin formalaşdığı məkandır. Məktəbdə vahid geyim qaydalarına riayət etmək də bu ümumi mədəniyyətin və məsuliyyətin bir hissəsidir”.

Onun sözlərinə görə, məktəbdə vahid geyim qaydalarının qorunması şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, təhsil mühitində qarşılıqlı hörmətin və məktəb mədəniyyətinin güclənməsinə töhfə verir.